Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                 

“Mütəllibov, Elçibəy prezident kimi tanındı, onların təyin etdiyi nazirlər nazir kimi tanınmır” - ETİRAZ
Tarix: 14-05-2022, 09:55 | Çap et
“Mütəllibov, Elçibəy prezident kimi tanındı, onların təyin etdiyi nazirlər nazir kimi tanınmır”
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının sabiq başqanı, Azərbaycan Milli Məclisinin üzvü və sədri olmuş, ölkə prezidenti vəzifəsini icra etmiş İsa Qəmbərə pensiya deyil, yaşa görə müavinət təyin olunub. Ölkə qanunvericiliyinə əsasən, yaşa görə müavinət zəruri iş stajı, yaxud sığorta kapitalı olmayan şəxslərə təyin olunur. Hazırda yaşa görə müavinətin həcmi 180 manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondundan “Yeni Müsavat”a bildirildiyinə görə, “Əmək pensiyaları haqqında” qanuna əsasən pensiya yaşına çatmış şəxs 2 halda yaşa görə pensiya hüququna malik olur: “Fərdi hesabındakı pensiya kapitalı pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, həmin qədər pensiya kapitalı mövcud olmadıqda isə azı 25 il sığorta stajı olduqda. İsa Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib. Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi millət vəkili, Milli Məclis sədri olan şəxslərin sosial təminatı üçün kifayət qədər yüksək məbləğlər nəzərdə tutur. Bəs nədən ölkənin iki ən yüksək vəzifəsini tutmuş İ.Qəmbərin pensiya təminatı bu qanunvericilik əsasında həyata keçirilməyib?

Sualın cavabı ilk baxışdan çox sadədir: “Əmək pensiyaları haqqında” qanuna Milli Məclis deputatları üçün nəzərdə tutulan pensiya təminatı Azərbaycan SSR Ali Sovetinin 1990-cı ildə keçirilmiş seçkilərdə formalaşan və 1995-ci ilədək fəaliyyət göstərən tərkibinə şamil edilməyib. Özü də bu məhdudiyyət qanunda nəzərdə tutulmur, o, Milli Məclis aparatının artıq sabiq olan rəhbəri Səfa Mirzəyevin 2000-ci ildə Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi şərhə əsasən tətbiq edilir.

2000-ci ildən indiyədək Azərbaycanın istiqlalında mühüm rolu olan şəxslərin apardığı mübarizəyə rəğmən, bu məhdudiyyət aradan qaldırılmır. Belə ki, sabiq millət vəkilləri, Azərbaycanın İstiqlal bəyannaməsinin müəllifləri olan Məryəm Həsənova (vəfat edib) , Hacıbaba Əzimov, Firudin Cəlilov Milli Məclis Aparatı rəhbərinin qanunvericiliyə şərh vermək səlahiyyətinin olmadığını əsas gətirərək, pensiya hüquqlarının bərpa olunması tələbi ilə məhkəməyə müraciət ediblər. diaaz.space xəbər verir ki, həm də sabiq təhsil naziri olan Firudin Cəlilovun “Yeni Müsavat”a dediyinə görə, onlar seçki yolu ilə Ali Sovetin deputatı, daha sonra Milli Şuranın üzvü olublar: “Siz təsəvvür edin, mən həm də baş nazirin müavini, təhsil naziri olmuşam. Bu vəzifələrdə olarkən maaşı nazir kimi deyil, Ali Sovetin üzvü kimi almışam. Düz beş il - 1990-1995-ci illərdə əmək haqqını oradan almışam. Məhkəməyə bunu təsdiq edən əmək kitabçamı təqdim etmişəm. Demişəm, Ali Sovetin sənədlərinə baxın, orada hamısı var. Üzümə dayanıblar ki, siz deputat olmamısınız, nazir olmamısınız. Yəni qədər haqsızlıq olmaz axı”.

F.Cəlilov qeyd edir ki, Sovet dövründə hüquq-mühafizə, dövlət qurumlarında işləyən şəxslərin hamısına indiki qanunvericilikdə nəzərdə tutulan haqlar tanınır: “Yəni Sovet dövründə nazirliklərdə, rayon idarələrində, hüquq-mühafizə orqanlarında vəzifə tutanlara bu gün dövlət qulluqçusu, yaxud xüsusi statuslu şəxs kimi yüksək pensiya verilir. ”Əmək pensiyaları haqqında", “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanunlar onlara şamil edilir. Hətta rayon sovetlərinin deputatlarına da imtiyazlar tanınır. Yalnız Ali Sovetin sonuncu çağırış üzvlərinə qarşı ayrı-seçkilik edilir. Ayaz Mütəllibov, Əbülfəz Elçibəy eks-prezident kimi təminatlar aldı, amma onların nazir təyin etdiyi adamlar dövlət qulluqçusu kimi tanınmır. İki il nazir işləyən adam bu gün nazir işlədiyini sübuta yetirə bilmir. Nədi-nədi Səfa Mirzəyev öz səlahiyyətlərini aşaraq, ölkə qanunvericiliyini kobud şəkildə pozaraq Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəyərək qanuna şərh yazıb ki, Milli Məclis deputatlarının pensiya təminatı üzrə qanunda nəzərdə tutulan müddəalar bizə şamil olunmur. “Əmək pensiyaları haqqında” qanunda ayrıca maddələr üzrə “əmək pensiyası yaşına çatmış sabiq deputatlar” üçün məhz qulluq stajına görə əmək pensiyası müəyyən edilib və deputatların qulluq stajına görə əmək pensiyasına fəaliyyətdə olan deputatın əmək haqqının sonrakı artımları da nəzərə alınmaqla əlavələr təyin edilməsi nəzərdə tutulub. Həmin qanunla sabiq deputatlar üçün nəzərdə tutulan əmək pensiyası Milli Məclisdə daimi iş yeri olaraq qanunverici səlahiyyətli deputat statusunda qulluq etmiş, əmək fəaliyyətinə görə oradan əmək haqqı almış bütün sabiq deputatlara şamil olunmalıdır. İsa Qəmbər Ali Sovetin sədri olub, prezident vəzifələrini icra edib. Yüzlərlə dövlət sənədində imzası var. Bunu necə danmaq olar? Bu illər ərzində neçə insan məhkəmə yollarında qaldı, vəfat etdi. Bu, çox dəhşətlidir, çox ağrıdır insanı".

Sabiq nazirin fikrincə, istiqlalçı deputatlara qarşı bu pozuntunun arxasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dayanır: “Rusiyanın beşinci kolonunun fəaliyyətinin nəticəsidir bu. Onlar Rusiya qoşunlarını Azərbaycandan çıxaran komandanı həzm edə bilmirlər”.

İstiqlalçı deputatlardan daha biri, hazırda da Milli Məclisin üzvü olan Sabir Rüstəmxanlı ötən ilin payızında həmkarlarının pensiya təminatında yol verilən ayrı-seçkiliyin aradan qaldırılması üçün sənədin hazırlandığına dair məlumatla çıxış etmişdi.

Bununla bağlı “Yeni Müsavat”ın sualını cavablandıran millət vəkili həmin sənədlə bağlı işlərin dayandırıldığını bildirdi: “Bu məsələ ilə bağlı təəssüf ki, irəliləyiş yoxdur. Konkret İsa Qəmbərlə bağlı məsələyə gəlincə, ona xüsusi istisna kimi yanaşılmalıdır. Bu adam Milli Məclisin sədri olub, prezident səlahiyyətlərini icra edib, dövlət adamı olub. Hesab edirəm ki, ona xüsusi yanaşma mütləq olmalıdır”.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 20.3-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I dərəcə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilibsə, onun əmək pensiyasına Azərbaycan Respublikası Milli Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komitə və komissiya sədrinin və ya sədrinin müavininin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, sədrin birinci müavininin, sədrin müavininin, komissiya sədrinin və ya komissiya sədrinin müavininin əməkhaqqının, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

“Milli Məclisin deputatının statusu haqqında” qanuna əsasən Milli Məclisin sədri 2475 manat miqdarında, Milli Məclis sədrinin birinci müavini bunun 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Eyni zamanda Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar. Bu isə o deməkdir ki, istiqlalçı deputatlar mövcud qanunvericilik əsasında kifayət qədər yüksək məbləğdə pensiya ala bilərlər. Lakin 2000-ci ildən bəri onlar buna nail ola bilmirlər.

Maraqlıdır ki, ötən müddət ərzində Milli Məclis üzvlərinin bir çoxu sələflərinə qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsü ilə çıxış ediblər. Hətta 2007-ci il martın 7-də Milli Məclisin 21 nəfər nüfüzlu deputatı, o cümlədən V.Əhmədov, Ə.Məsimli, İ.İsmayılov, C.Həsənli, Q.Paşayeva, S.Rüstəmxanlı, Q.Həsənquliyev, A.Mollazadə, A.Quliyev və başqaları ilk Milli Məclisin deputatlarının pensiya təminatı məsələsində Konstitusiyanın bərabərlik hüququ prinsipinin pozulması ilə bağlı dövlət başçısına məktubla müraciət ediblər.

Yeri gəlmişkən, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib. O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. O, 1990-1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyib. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub. 6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Dünən, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Dünən, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Dünən, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Dünən, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Dünən, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Dünən, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Dünən, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Dünən, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Dünən, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Dünən, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Dünən, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Dünən, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Dünən, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Dünən, 11:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru