"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" .....                     Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır .....                     Azərbaycanda ağartı məhsulları BAHALAŞIR .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir .....                     OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? .....                     Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir .....                     AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır .....                     AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı .....                     Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi .....                     AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər .....                     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə .....                     “Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” .....                     Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... .....                     SOCAR bir gecədə 4.6 milyard borca düşdü .....                     Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: .....                     30 illik baş həkimin xəstəxanasında reagent yoxdur .....                     Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib .....                     Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: .....                     Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                 

"İlin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil" - Aqil Abbas
Tarix: 19-11-2021, 09:40 | Çap et
"İlin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil"
Deputat Tahir Kərimli Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlamentin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

Deputat bildirib ki, parlamentdə uzun illər işləyən gənclər var: “Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyimiz həyalıdır deyə, belə münasibət göstərmək olmaz”.

Spiker həmkarının çıxışına sərt reaksiya verib: “Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə mən əsəbiləşdim. Qaçqınlar, məcburi köçkünlər Qarabağa köçsün, onları yerləşdirəndən sonra danışarıq”.

Dövlətin azad olunmuş torpaqlarla, şəhid və qazilərlə bağlı bu qədər qayğıları olduğu bir vaxtda kimlərinsə dövlətin hesabına maşınını təzələmək, hətta Milli Məclis işçilərinə ev tikməyi təklif etmək nə qədər ədalətdir? Ümumiyyətlə, məmurların dövlətdən imtiyazları əldə etməsi, onun “boynuna minməsi”, büdcə hesabına 100 işçinin illik maşına bərabər bahalı maşınlar alması praktikasına nə vaxt son qoyulacaq?

Millət vəkili Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür rəy bildirdi: “Tahir Kərimli belə bir fikirlər səsləndirdi, lakin Sahibə Qafarova cavabını verdi. Hazırda əsas vəzifəmiz ondan ibarətdir ki, Qarabağa qayıdış edək, orada tikinti, quruculuq işləri aparaq. Heç təsəvvür edirsinizmi ora nə qədər xərc çəkilir? Təkcə Ağdam üçün böyük vəsaitlər lazımdır. Bu səbəbdən Tahir Kərimlinin dedikləri etirazla qarşılandı. Əlbəttə ki, Tahir Kərimli deputatları deyil, Milli Məclisin işçilərini nəzərdə tutub dedi ki, maşınları təzələnsin. Amma ilin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil. Amma bir daha qeyd edirəm ki, Sahibə Qafarova ona lazımlı cavabı verdi”.

Millət vəkili Sabir Rüstəmxanlı dedi ki, həmin müzakirədə iştirak etməyib: “Ona görə də həmin məsələdən xəbərdar deyiləm. Lakin düşünürəm ki, Tahir Kərimli ola bilsin ki, nəyəsə əsaslanıb, ya da ki, Milli Məclisin işçilərindən kiminsə problemi olub deyə bu cür fikir səsləndirib. Təbii ki, Milli Məclisdə işləyənləri düşünmək lazımdır. Bir vaxt onlar üçün ev tikilirdi, lakin sonra bu məsələ yarımçıq qaldı. Aydın məsələdir ki, işçilərdən kiminsə evə, maşına ehtiyacı olsun. Lakin düşünürəm ki, indiki vaxtda bunu dilə gətirməyə ehtiyac yoxdur. Hələ müharibə bitməyib, Qarabağın bərpa edilməsi məsələsi və bunun üçün ortada böyük xərclər, problemlər var, həmçinin məcburi köçkünlər hələ doğma yurdlarına, torpaqlarına qayıtmayıblar, ölkədə digər sosial problemlər, işsizlik mövcuddur. Bu baxımdan hesab edirəm ki, bu cür məsələlər inkişaf proqramına uyğun olaraq həll edilməlidir”.

Millət vəkili Fazil Mustafa da məsələyə münasibət bildirib: “Əlbəttə ki, Milli Məclisin işçiləri də, eləcə də digər məmurların normal yaşayış şərtlərinə sahib olması, ümumiyyətlə, bütün vətəndaşların rifah içərisində yaşaması hamının istəyidir. Lakin elə şərtlər var ki, orada prioritet məsələyə daha çox diqqət etmək lazımdır.

Bu gün Azərbaycanda prioritet məsələ ilk növbədə şəhid ailələri, Qarabağ qaziləri, aztəminatlı ailələrdir. Bu gün onların sıxıntısı hamıdan çoxdur. Onların problemini çözməmiş digər problemləri diqqətə gətirəndə təbii ki, cəmiyyətdə narazılıq baş qaldırır. Həmçinin bu gün maaş almayan, evinə çörək apara bilməyən insan varsa və kiminsə öz maaşını daha çox tələb etməsi bir qədər uyğun gəlmir və bu, digər insanları incitmiş olur. Bu səbəbdən onların reaksiyasını da anlamaq lazımdır. Ümumiyyətlə, hər bir məsələdə obyektiv yanaşma olmalıdır. Əlbəttə, qeyd etdiyim kimi, məmurların da müəyyən sosial vəziyyətinin yaxşılaşdırılması ola bilər, lakin bunu bir qədər daha sonraya ertələmək olar. Düşünürəm ki, Milli Məclisin spikeri də bu aspektdən yanaşaraq, məsələyə mövqeyini bildirdi. Çünki özü də işçilərin sosial şifahinin yüksəlməsi üçün kifayət qədər ciddi addımlar atır. Diqqət edirsinizsə, son vaxtlar Milli Məclisdə təyinatlarda daha çox aşağı qatlarda olan insanlar yuxarı vəzifələrə çəkilir, həmçinin hansısa formada qanundankənar münasibətlər artıq yox dərəcəsindədir. Hesab edirəm ki, Tahir Kərimli səmimi olaraq həmin fikirləri səsləndirib. Yəqin ki, bilirsiniz, həmin iclasda şəhid ailələri ilə bağlı danışanda çox duyğusal, təsirli çıxış etdi. Yəni onun ürəyi bütün kateqoriyadan olan vətəndaşlara yanır. Lakin hər halda, belə məsələlərdə ehtiyatlı olmalıyıq ki, başqa təbəqədən olan, daha vacib təminat gözləyən insanların qəlbini incitməyək".

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Tahir Kərimlinin ortaya atdığı məsələ heç də müzakirə mövzusu deyil: “Çünki Milli Məclisin ixtiyarı var ki, öz büdcəsini artırsın. Yəni öz maaşları, müavinətləri ilə bağlı niyə hökumətə və yaxud Prezidentə müraciət etməlidirlər? Əgər deputatlar hələ də bunu bilmir və üstəlik, ictimai müzakirə açırlarsa, ən azından məntiqsizlikdir. Dövlət büdcəsindən bu cür məsələlərə maliyyə ayrılmasına gəldikdə isə istənilən dövlətin büdcə xərcləri şəffaf olmalıdır. Onun tenderləri, dövlət satınalmaları ilə bağlı qaydalara uyğun aparılmalıdır. Məhz bu cür problemlər də ondan qaynaqlanır ki, bir çox hallarda büdcə xərcləri, tenderlər şəffaf deyil. Kimlərəsə bağlı, çox qısa müddətdə qeydiyyatdan keçmiş şirkətlər tenderləri udurlar, nəticədə dövlət büdcəsinin qeyri-rasional xərcləmələrinin şahidi oluruq. Buna görə də problemin qlobal olaraq həlli şəffaflığın artırılmasıdır. Hətta bəzi ölkələrin belə bir təcrübəsi var ki, böyük tenderlər keçirilərkən dövlət televiziya kanalları onu canlı yayımla göstərir. Bizdə də ona bənzər addımlar olmalıdır ki, bu xərclərin qeyri-şəffaflığı aradan qaldırılsın...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azər Məmmədov təyin ediləndən sonra müsbət hal müşahidə etməmişəm" - Mirvari Qəhrəmanlı deyir ki...
Bu gün, 16:07
Nümayəndə heyətimiz Ermənistanda bu kurortda qalır - VİDEO
Bu gün, 16:02
Azərbaycanda ağartı məhsulları BAHALAŞIR - SƏBƏB
Bu gün, 16:00
“Xalq Kapital İnvestisiya Şirkəti”nin direktoru dəyişdirilir - BUNDAN SONRA...
Bu gün, 15:57
OPEC dağılır: Azərbaycana hansı təhlükələr var? - AKTUAL
Bu gün, 15:55
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
Bu gün, 15:53
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Bu gün, 15:49
AAYDA-nın daha bir vəzifəli şəxsi işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:47
Lənkəranskinin yaxın adamı beynəlxalq axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 15:44
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
Bu gün, 15:37
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin vəzifəli şəxslərinin cinayət işi üzrə mühasibatlıq ekspertizası keçiriləcək
Bu gün, 15:34
“Min manata görə ölkədən çıxışı məhdudlaşdırmağa nə ehtiyac var?” - deputat
Bu gün, 15:32
Azərbaycana qarşı məkrli plan var, Qarabağlı bağlı... – Sabiq nazirdən İLGİNC şərh
Bu gün, 15:25
SOCAR bir gecədə 4.6 milyard borca düşdü – 2 faiz pay şirkətə baha başa gəlib
Bu gün, 14:23
Ermənistan seçkiləri ilə bağlı sərt xəbərdarlıq: - Bizdən qorxun
Bu gün, 14:19
30 illik baş həkimin xəstəxanasında reagent yoxdur - NARAZILIQ VAR...
Bu gün, 14:13
Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib - ƏMR
Bu gün, 14:05
Elşən Xəzərdən qızı haqda iddiaya reaksiya: - “Yalandır…”
Bu gün, 13:23
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru