Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM .....                     Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                     AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub .....                     Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi .....                     Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi .....                     "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" .....                     2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb .....                 

Radikallarla loyalların davası günbəgün qızışır - onlar nəyi bölə bilmir?
Tarix: 24-06-2021, 08:31 | Çap et
Radikallarla loyalların davası günbəgün qızışır
Azərbaycanda özünü müxalifət elan edən çoxsaylı partiyalar var. Lakin müxalifət yekcins deyil, radikal və loyal tərəflərə bölünüblər. İllərdir aralarında qarşılıqlı ittihamlar hökm sürür. Bu iki qüvvə arasında münasibətlər hakimiyyətə münasibətdə daha sərt və barışmaz görünür. Loyallar radikalların çağırışlarının, şüarlarının, yanaşmalarının köhnəldiyini deyirlər. Radikallar isə loyalları hakimiyyətə bağlı, hakimiyyətin göstərişi ilə hərəkət edən “müxalifət” hesab edir və tərəflərdən biri hakimiyyətlə güzəştsiz mübarizə aparmaq xəttini tutur. Digər tərəf hakimiyyətlə fərqli taktikalarla mübarizə aparmağın, dialoq yolu ilə problemləri tədricən həll etməyin tərəfdarıdır. Bəs bu iki qüvvənin öz aralarındakı dava, fikir ayrılığı ümumi müxalifətə necə təsir göstərir və bu vəziyyət hakimiyyətin marağındadırmı?

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirdi ki, müxalifət düşərgəsində insanlar sərt ritorikadan istifadə edir, rəqibini aşağılayır, hərdən də bu təhqirə də keçir, qarşılığı da olanda pis bir mənzərə yaranmış olur: “Hansı ki, bu, heç bir münasibətlər silsiləsinə və siyasi mədəniyyətə uyğun gəlmir. Mən ölkədə radikal və loyal müxalifət anlayışını heç bir halda qəbul etmirəm. Mənim üçün müxalifət daxilində 2 qanad var: sivil mübarizə tərəfdarları və qaragüruhçuluq yolu ilə mübarizə tərəfdarları. Düşünürəm ki, ölkəmizdə normal siyasi münasibətlər sistemi yaratmağın zamanı çoxdan yetişıb. Söyüş, təhqir, qaragüruhçuluq siyasətə yaddır.

Təbii ki, cəmiyyətimizin siyasi savadının aşağı olması bir çox partiyaların, xüsusilə də iqtidarın işinə yarayıb. Biz də məhz bu səbəbdən sivil, şüurlu siyasi münasibətlərdən yanayıq. Düşünürəm ki, cəmiyyətdə sağlam mübarizə həm də maariflənmə ilə nəticələnək. Nəticədə bundan ölkənin demokratik qüvvələri qazana bilər.

Bugünədək formalaşmış ənənələri dəyişməyin zamanı çoxdan yetişib. Bir ara təmsil olunduğumuz düşərgədə belə bir adət vardı - “mənimlə deyilsənsə, məni dəstəkləmirsənsə hakimiyyətin adamısan”. Baxın, bu şantajdır. Şantajla siyasi ittifaqlar yaratmaq cəhdidir. Bunun da sonu iflasdır. Bu baxışı ölkə siyasətinə kimlərin gətirdiyi də məlumdur. Son nəticədə ümumi müxalifət zəifləyir və müxalifətin güclü olmaması isə hakimiyyətin xeyrinə işləyir.

Ölkədə siyasi partiyalar arasında sağlam münasibətlərin formalaşmamasında iqtidar böyük məsuliyyəti daşıyır. Amma iqtidar gəlib müxalifətdaxili məsələləri tənzimləyəsi deyil. Bunu şəxsən mən də qəbul etmərəm. Amma çox təəssüflər ki, müxalifət daxilində də bu günədək monopoliya yaratmaq sevdasına düşmüş şəxslər olub. Müəyyən dövr üçün bunu bacarıblar da. Amma sonrakı dövrdə meydana Gələcək Azərbaycan Partiyasının, ReAl Partiyası, Ağ Partiya kimi yeni siyasi qüvvələrin çıxması bu monopolyanı dağıtmağa nail oldu".

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, uzun illərdir ənənəvi müxalifət ölkədə siyasi müxalifəti inhisara almağa və öz şəxsi ambissiyalarını həyata keçirməyə çalışır. Azərbaycanda müxalifətin irəli gedə və ciddi uğurlar qazana bilməməsində bu vəziyyət şübhəsiz öz təsirini illərdir göstərir: “Bu vəziyyət indi də davam edir. Biz bunu zamanla görürük, hətta Şuşa Bəyannaməsinə - Türkiyə və Azərbaycan əlaqələrinə böyük töhfə verən, müttəfiqlik müqaviləsi olan bu sənədə iki partiya imza atmadı. Hətta imza atanlara qarşı təhqirlərə keçdilər. Ənənəvi liderlərin baxışları 90-cı illərdə qalıb və onların köhnəlmiş baxışları, hər addımda digər müxalifət partiyalarını düşmən elan edib onlara qarşı hücumlar, qarşılıqlı ittihamlar illərlə bütün müxalifətə böyük zərbələr vurub.

Hakimiyyətin son iki ilə yaxın müddətdə partiyalarla dialoqu və yeni bir siyasi mövqe ortaya qoyması, Ramiz Mehdiyevin hakimiyyətdən uzaqlaşdırılması ilə yeni bir açılım başlandı, ölkədə yeni siyasi konfiqurasiya formalaşdı. Radikal mövqeli bir neçə müxalif partiya özünü bu konfiqurasiyadan kənarda qoyub və ənənəvi zərərli xətti davam etdirirlər.

Qarabağ müharibəsində də bu iki partiya kənarda qaldı. Belə bir yanaşma ilə özlərini cəmiyyətdən kənarlaşdırdılar. AXCP, Müsavat və Milli Şura hakimiyyətlə dialoqda olan partiyalara qarşı qara piar aparır. Onlar tərəfindən bizə qarşı savaş aparılır. Düşünmürəm ki, hakimiyyət burada maraqlı olsun. Hətta hakimiyyət bu iki partiyaya da dialoq təkli edib və dövlət naminə sənədlərə imza atmağa dəvət edib. Baxın Əli Kərimli, Arif Hacılı, Tofiq Yaqublu, Cəmil Həsənli bütün günü Qarabağda qələbəmizə kölgə salır. O qədər primitiv siyasət ortaya qoyurlar adam məəttəl qalır. Bəziləri hətta Robert Köçəryanın memuarlarından sitat gətirir və ona inanır. Tofiq Yaqublu deyir ki, sərhəddən geri çəkilək, Ermənistanda demokratiyaya mane olmayaq. Belə olduğu halda təbii ki, dialoq tərəfdarı olan müxalifətlə bu cür müxalifətin bir yerdə olması mümkün deyil və burada hakimiyyətin əlinin olduğunu düşünmək yanlış olardı. Bir kiçik qrup adamlar uzun illərdir müxalifəti parçalayıb və hər kəsi qaralamaqla məşğuldurlar. Mən o adamların hər birini siyasətdən getməyə çağırıram".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Seymur Mahmudluya DSMF-də yüksək vəzifə verildi - FOTO
Dünən, 16:46
"Bunun günahı teatr rəhbərlərindədir, Mədəniyyət Nazirliyində yox"
Dünən, 16:42
“Ağrı dağı” şəkili pasportun üzərindən götürüldü: - sırada gerb var
Dünən, 16:35
Gürcüstanda azərbaycanlılar aksiya keçirdilər: polislə qarşıdurma oldu - TƏFƏRRÜAT
Dünən, 16:33
Qazaxda cüdo imtahanı: - 7 yaşdan yuxarı hər kəs iştirak edə bilər
Dünən, 16:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru