Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır .....                     Hüseynbala Mirələmova ağır itki üz verdi .....                     Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda .....                     Nazir prezidenti Rusiyaya görə tənqid etdi .....                     ABŞ müharibədə məğlub olub .....                     Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM .....                     Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                 

"Son iki ili bir qədər çətinliklər oldu" - deputat
Tarix: 15-06-2021, 08:04 | Çap et
"Son iki ili bir qədər çətinliklər oldu"
Vətəndaşlar pensiya və müavinətlərin az olmasından şikayətçidir. Onlar aldıqları pensiyaların yetərli olmadığını, istehlak səbətinə daxil olan ən zəruri məhsulların qiymətinin isə günü-gündən artığını bildirirlər. Gizli inflyasiya var və bu, əhalinin gəlirlərini “əridir.”

Bəs, hökumət hansı adekvat addımları ata bilər? Pensiya və müavinətlərin məbləğinin artırılması ilə bağlı gözləntilər varmı?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Press Klub”a açıqlamasında pensiya və müavinətlərın məbləği ilə bağlı hər zaman narazılıqların olduğunu söylədi:

“Yalnız ölkəmizdə deyil, bütün dünyada belədir. İnsanlar hər zaman əməkhaqqı, pensiya və müavinətlərin azlığından şikayət edirlər. Biz müqayisə apardığımız zaman həqiqəti ortaya çıxara bilərik. Əgər 2019-cu ilə qədər Azərbaycanda yaşayış minimumu 116 manat idisə, indi bu rəqəm 250-dir. Məbləğ iki dəfədən çox qalxıb. Pensiyalar da minimum yaşayış səviyyəsində idisə, hazırda minimum pensiya artıq 200 manatdır. Müavinətlərdə də xeyli artım var. Yeni meyarlar tətbiq olunduqdan sonra gələn ildən pensiya və müavinətlərin də faiz dərəcələrinə uyğun olaraq differensial şəkildə artımını müşahidə edə biləcəyik. Bundan ötrü həm “Pensiyalar haqqında” qanuna, həm də “Sosial müavinətlər haqqında” qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur”.

Millət vəkili əlavə etdi ki, ölkə başçısının siyasəti əhalinin sosial müdafiəsinin, xüsusilə də aztəminatlı insanların sosial müdafiəsinin daim gücləndirilməsi istiqamətinə yönəlib:

“Son iki ili bir qədər çətinliklər oldu. İstədiyimiz, nəzərdə tutduğumuz artımları 2019-cu ildən sonra davam etdirə bilmədik. Bildiyimiz kimi, 2020-ci ildə koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına böyük zərər vurdu, iqtisadi əlaqələr kəsildi, iqtisadi artım dayandı, xüsusilə qeyri-neft sektorunun böyük hissəsi uzun müddət fəaliyyət göstərmədi. Bütün bunlara baxmayaraq, yenə də cənab prezidentin tapşırığı ilə sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriya vətəndaşlarımızın ehtiyaclarının ödənilməsi üçün tədbirlər görüldü. Bütövlükdə dörd milyard manata yaxın büdcə vəsaiti məhz bu istiqamətlərə yönəldi. Ona görə, pensiya və müavinətləri ötən il nəzərdə tutduğumuz şəkildə artıra bilmədik. Ötən ilin sentyabrında 44 günlük Vətən müharibəsi də bütün bunlara təsir edən amillərdən oldu. İstər qalibiyyət, istərsə də məğlubiyyətlə yekunlaşsın, bütün müharibələr dövlətlər üçün əlavə yükdür. Düzdür, bəzi rəqəmlər ictimaiyyətə açıqlanmır, amma müharibənin iqtisadiyyata müəyyən qədər mənfi təsirləri oldu. Bütün bunların hamısı dövlət büdcəsindən gedən xərclərdir. Sabitləşmə dövrü başlamaq üzrədir. Gələn il iqtisadiyyatımız yenidən özünün dirçəlmə mərhələsinə qədəm qoyacaq. Əhalinin sosial müdafiəsi və sosial rifahı cənab prezidentin diqqət mərkəzindədir”.

İqtisadçı ekspert Rəşad Həsənov “Press Klub”a şərhində bu məsələnin araşdırma tələb edən məsələ olduğunu bildirdi:

“Bunun bir elmi əsası olmalıdır. Həmin elmi əsası formalaşdıran mexanizmlər var: ehtiyac meyarları, yaşayış minimumu. Bu gün Azərbaycanda rəsmi şəkildə təsdiq edilmiş yaşayış minimumu və ehtiyac meyarı şəffaf və bazara adekvat təşkil olunmalıdır. Məsələn, bir çox hallarda hesablamalar zamanı hansı qiymətlərin nəzərə alınması məsələsi mübahisə doğurur. Çünki DSK-nin təqdim etdiyi mal və xidmət üzrə qiymətlər real bazarda özünü doğrultmur. İnflyasiyanın, ehtiyac meyarları və yaşayış minimumunun hesablanması zamanı da belə nöqsan ortaya çıxır. Bu məqam aradan qaldırılmalıdır.

İkincisi, keyfiyyət məsələsinə diqqət ayrılmalıdır. 2004-cü ildə Nazirlər Kabineti istehlak səbətinin strukturuna baxıb və təsdiq edib. O dövrdən indiyə qədər insanların həyat tərzində kifayət qədər ciddi istiqamətlər üzrə dəyişimlər baş verir. Bu dəyişikliklər mütəmadi nəzərə alınmalıdır. İstehlakın strukturu dəyişir. İstehlak səbətinə artıq yeni-yeni elementlər daxil olur, bəzi elementlər çıxır”.

İqtisadçı onu da xatırlatdı ki, Azərbaycanda gözlənilən orta pensiya müddəti 12 il (144 ay) təsdiq edilib:

“Bu, 2006-cı ildə təsdiq edilib ki, o zaman pensiya yaşı kişilər və qadınlar üçün orta hesabla 61 idi. İndi isə bu dəyişiklik 65 yaşa doğru gedir. Azərbaycanda orta ömür isə 71 yaşdır. Adam 65 yaşında pensiyaya çıxırsa, bu, o, deməkdir ki, həmin şəxs 6 il pensiya almış olur. Bu, onun pensiya həddinin iki dəfə azalmasına gətirib çıxarır. Bu məqamlar nəzərə alınmalıdır. Daha yaxşı olar ki, yaş həddi azaldılsın. Amma yaş həddi azaldılmadığı təqdirdə, heç olmasa, insanların pensiya məbləğlərində dəyişiklik edilsin, 144 aya deyil, yığılmış pensiya kapitalını 72-yə bölməklə real olaraq gözlənilən pensiya dövrünə bölünməklə hesablansın. Bu zaman orta aylıq pensiyanın həcmi iki dəfə artar ki, bu da pensiya sisteminin təşviq ediciliyinə, insanların əmək bazarında öz əmək fəaliyyətini leqallaşdırma cəhdlərinin artmasına gətirib çıxara bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru