Balaş Qasımov İTV-də QALASI OLDU... .....                     İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib .....                     Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı .....                     50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi .....                     "Bu pullar mənim kartımdan niyə çıxılır?" .....                     Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI .....                     Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. .....                     Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır .....                     Hüseynbala Mirələmova ağır itki üz verdi .....                     Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda .....                     Nazir prezidenti Rusiyaya görə tənqid etdi .....                     ABŞ müharibədə məğlub olub .....                     Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM .....                     Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                 

Paşinyan anklavları geri qaytarmaq istəmir – İlyas İsmayılovdan İrəvana beynəlxalq hüquq şapalağı
Tarix: 12-06-2021, 10:29 | Çap et
Paşinyan anklavları geri qaytarmaq istəmir
Ötən gün Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətində seçki kampaniyasında çıxış edən ölkənin baş nazir əvəzi Nikol Paşinyan erməni işğalı altında qalan eksklavlarımızı geri qaytarmayacaqlarını açıqlayıb.

Ovqat.com-un məlumatına görə, Paşinyan 10 noyabr Bəyanatında anklavların geri qaytarılmasından bəhs olunmadığını vurğulayıb.

“Bu gün belə bir şayiə çox yayılır ki, guya mən anklavların geri qaytarılması barədə sənədi imzalamağa hazır olmuşam, amma bəzi adamlar bunun qarşısını alıblar. Əslində isə vəziyyət tamamilə əksinə olub. Hansı səbəblərə görə belə olub, mən bu barədə sonra danışaram. Elə adamlar var idi ki, sənədin bu şəkildə imzalanmalı olduğunu deyirdilər. Amma biz qəti mövqeyimizi bildirdik və bu bənd Bəyanatdan ümumiyyətlə çıxarıldı”, - Paşinyan belə deyib.

O, çıxışında bildirib ki, 1999-cu ildə hazırlanmış sülh sazişi layihəsində anklavlarla yanaşı Mehri dəhlizinin də Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Məhz bu səbəbdən də erməni millətçiləri silahlı qiyam qaldırıb Vazgen Sarkisyanla Karen Dəmirçiyanı öldürüblər. Başqa sözlə desək, Paşinyan anklav məsələsinin münaqişənin ilk günündən Ermənistanın “qırmızı cizgiləri” olduğunu bildirib.

Ermənistanın Baş naziri əvəzi onu da gizlətməyib ki, anklavlar mövzusu həmişə danışıqların gündəliyində olub və Azərbaycan “bu məsələni vaxtaşırı qaldırır”.

Onun bu məsələnin həlli ilə bağlı öz baxışları var: “Beynəlxalq təcrübəyə və hüquqa əsaslanan ümumi həll məntiqimiz belədir: Vəziyyət indi necədirsə, elə də qalmalıdır. Niyə? Çünki bizim də Azərbaycanın nəzarətində Artsvaşen (Başkənd, Gədəbəy rayonu – red) eksklavımız var. Bizim məntiqimizə əsasən, anklav anklava dəyişdirilməlidir və onların nəzarətində olan onlarda, bizim nəzarətimizdə olanlar bizdə qalmalıdır”.

Paşinyan xatırladıb ki, “bugün Ermənistanın onlarla kvadrat kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır” və bu ərazilərin qaytarılması da Azərbaycanın qarşısında qoyula bilər:

“Biz demişik ki, bu məsələlərə ümumi kontekstdən baxılmalıdır və bu kontekstdə də biz irəliyə doğru hərəkət etməliyik”.

Sual oluna bilər: Göründüyü kimi, Paşinyan anklavları anklavlarla dəyişdirməyi beynəlxalq hüququnun tələbi hesab edir. Bəs, doğrudanmı belədir?

Suallarımızı cavablandıran Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun fikrincə, beynəlxalq hüquq olduqca geniş anlayışdır: “Paşinyan bunu deyərkən hansı sənədə əsaslanır, ilk növbədə onu açıqlamalı idi. Bu zaman onun iddialarına daha dolğun cavab vermək olardı. İndiki vəziyyətdə yalnız onu deyə bilərəm ki, beynəlxalq hüququn əsas prinsipi dövlətlərin ərazi toxunulmazlığıdır. Həmin anklavlar isə Azərbaycanın ərazisi kimi bütün beynəlxalq qurumlar tərəfindən tanınıb. Dolaysıyla onların dəyişdirilməsi ancaq dövlətlərarası müqavilələrlə mümkündür. Azərbaycan isə strateji əhəmiyyətə malik olan bu eksklavlarından vaz keçməz”.

İlyas İsmayılov xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Əsasnaməsinin 38-ci Maddəsinin 1. Bəndində beynəlxalq hüququn 3 əsasının olduğu bildirilir:

“a. Beynəlxalq müqavilələr
b. Davamlılıq (Ənənə)
c. Qanunun ümumi prinsipləri.

Göründüyü kimi, burada 1 nömrəli əsas - beynəlxalq müqavilələrdir. Digər əsaslar isə həmin müqavilələrin beynəlxalq prinsiplərə uyğun imzalanmasını tələb edir”.

Partiya sədri bildirib ki, 1969-cu il Müqavilələr Qanunu haqqında Vyana Konvensiyasına görə, müqavilələr dövlətlər arasında ancaq yazılı şəkildə bağlanır: “Paşinyana kimin nəsə söz verib-verməməsindən asılı olmayaraq, Azərbaycanla Ermənistanın indiki sərhədlərini müəyyənləşdirən 2 müqavilə var. Onlardan biri Türkiyə ilə Rusiya arasında 16 Mart 1921 tarixində bağlanan Moskva, digəri isə ondan 7 ay sonra 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanan Qars müqaviləsidir. Böyük Atatürk Moskvada Rusiya ilə bağladığı müqavilənin Cənubi Qafqaz ölkələrinin də tanımasını təmin etmək üçün Qars müqaviləsinin bağlanmasını vacib bilmiş və bununla da onun davamlılığını qarantiya altına almışdı. Əks halda, sonradan ermənilər və gürcülər Moskva müqaviləsini tanımadıqlarını bildirib öz ərazi iddialarını yenidən qaldıra bilərdilər və məlum müqaviləyə imza atmalarına baxmayaraq, zaman-zaman bu məsələni qaldırdılar da. Atatürükün uzaqgörənliyi nəticəsində imzalanmış bu müqavilə sərhədlərimizi müəyyənləşdirən əsas beynəlxalq sənəddir və sovet hakimiyyəti illərində dəfələrlə Ermənistanın xeyrinə pozulub. Odur ki, Paşinyanın beynəlxalq hüquqa istinad etməsi İrəvanın daha böyük itkiləri ilə nəticələnə bilər. Ermənistan lideri bu mövzunu gündəmə gətirib vəziyyəti öz əleyhlərinə daha çox tündləşdirmədən işğal etdikləri ərazilərimizi geri qaytarsın”.

O ki qaldı beynəlxalq təcrübəyə, İlyas İsmayılovun fikrincə, anklav məsələsi yüz illər boyu beynəlxalq münasibətlərin əsas mövzusu olub və bu gün də elədir: “Anklav konsepsiyasından bəhs edən ilk beynəlxalq sənəd 1526-cı il Madrid müqaviləsidir. Fransa ilə İtaliya arasında 4 illik müharibədən sonra bağlanan Madrid müqaviləsinə əsasən, Vatikana İtaliyanın içərisində anklav dövlət statusu verildi və bu status-kvo indiyədək özünü qoruyur. Daha sonrakı illərdə bir çox dövlətlər müxtəlif ərazilərdə eksklavlarını yaradaraq geostrateji nöqtələrdə mövqelərini gücləndirdilər. Anklavları özünün qalasına çevirmək strategiyasından xüsusilə Rusiyanın istifadə etdiyi məlumdur. Bu gün həmin ölkənin Avropanın şimalında Kalininqrad vilayəti kimi mühüm eksklavı var və Rusiya həmin ərazini nəyin bahasına olursa olsun qorumağa çalışır və ondan əsla vaz keçməz.

Eynilə Orta Asiyanı əlində saxlamaq üçün Sovet Rusiyası bölgədə onlarla anklavlar yaradıb. Əslində Ermənistanla bizim aramızdakı anklavlar da heç bir beynəlxalq müqavilələrə əsaslanmadan, Azərbaycan ərazisinin müəyyən hissələrini qarşı tərəfə verməklə meydana gətirilib. Odur ki, Paşinyanın beynəlxalq təcrübə və hüquqa istinad etməsi həmin ərazilərin bizə qaytarılması ilə nəticələnə bilər. Bu da növbəti beynəlxalq skandallara yol açar. Görünür, Azərbaycan rəhbərliyi buna getməyi gözə almadığı üçün sadəcə eksklavlarımızda suverenliyimizin təmin olunması kimi olduqca məsum prinsipləri gündəmə gətirir”.

İlyas İsmayılovun fikrincə, İrəvan Azərbaycan ordusunun səbrini çox sınağa çəkmədən 10 noyabr bəyanatının tələblərinə əməl etməlidir: “Əks halda Azərbaycanın nəinki həmin eksklavları azad etmək, həmçinin beynəlxalq müqavilələrin verdiyi haqlara əsaslanaraq, itirdiyi bütün əraziləri geri qaytarmaq hüququ doğa bilər. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsi də bu məsələdə Azərbaycanın tərəfindədir”.

İlyas İsmayılov həmçinin Azərbaycan hakimiyyətini Paşinyanın iddialarına münasibət bildirməyə çağırıb: “Onun (Paşinyanın) sözlərindən belə çıxır ki, imzaladığı 10 noyabr Bəyanatında anklavların geri qaytarılması məsələsi qeyd olunmayıb. Halbuki sənədin 2-ci maddəsində belə deyilir: “Ağdam bölgəsi və Ermənistan tərəfinin Azərbaycanın Qazax rayonu istiqamətdə nəzarətdə saxladığı ərazilər 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılır”. Paşinyanın iddiasından ortaya belə bir sual çıxır: o və Prezident İlham Əliyev başqa-başqa mətnəmi imza atıb? Tərəflər əgər eyni bəyanatı imzalayıbsa, 20 noyabr 2020-ci il tarixinə qədər eksklavlarımız nə üçün bizə qaytarılmır və rəsmi Bakı indiyədək bu məsələni niyə gündəmə gətirmir? Faktiki olaraq, İrəvanın bu zamanadək anklavları geri qaytarmaması və Paşinyanın dünənki çıxışı 10 noyabr Bəyanatının pozulması deməkdir. Bu isə atəşkəs razılaşmasına əməl olunmaması anlamına gəlir və Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizi qaytarmaq üçün hərbi əməliyyatlara başlamasını tələb edir. Ordumuz niyə indiyədək bu istiqamətdə lazımi addımları atmır?” – İlyas İsmayılov bu sualla fikrini yekunlaşdırıb.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru