Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı .....                     Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi .....                     Azərbaycan şirkəti könüllü ləğv ediləcək .....                     TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib .....                     Balaş Qasımov İTV-də QALASI OLDU... .....                     İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib .....                     Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı .....                     50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi .....                     "Bu pullar mənim kartımdan niyə çıxılır?" .....                     Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI .....                     Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. .....                     Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır .....                     Hüseynbala Mirələmova ağır itki üz verdi .....                     Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda .....                     Nazir prezidenti Rusiyaya görə tənqid etdi .....                     ABŞ müharibədə məğlub olub .....                     Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM .....                     Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                 

“Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır” - deputat
Tarix: 12-06-2021, 09:23 | Çap et
“Azərbaycan anti-terror əməliyyatlarına başlamalıdır”
Son günlər Qərb və Rusiya KIV-lərində Azərbaycana qarşı yeni bir kampaniyaya start verilib. Kampaniya çərçivəsində ölkəmizə qarşı müxtəlif əsassız ittihamlar irəli sürülür. Həm də Azərbaycanı ittiham edən KİV-lər həmin ölkələrə məxsusdur ki, orada korrupsiya, insan hüquqlarının pozulması, milli və irqi ayrı-seçkilik ifrat həddədir.

Milli Məclisin deputatı Elman Məmmədov Reyting.az-a müsahibəsində deyib ki, Qərbin ayrı-ayrı ölkələri Azərbaycanın son uğurlarını həzm edə bilmir:

- Qərb ölkələrində Azərbaycan əleyhinə aparılan kampaniya 100 illərdir ki, xristian dünyasının islam aləminə qarşı başladığı “səlib yürüşü”nün tərkib hissəsidir. Mən konkret deyirəm: bu, sırf islam düşmənçiliyidir. Bu regionda Azərbaycan kimi müsəlman ölkəsinin güclənməsini, inkişafını və qalibiyyətini həzm edə bilmirlər. Əgər bunlar demokratik dövlətdirsə, ədalət prinsipi əsasından çıxış edirlərsə, 30 ildir torpaqlarımız işğal altındaydı, niyə hay-küy salmırdılar? İşğalçıya qarşı niyə qətnamələr qəbul etmir, onun icrasına çalışmırdılar? Bunlar BMT-nin məlum 4 qətnaməsinin icrası üçün bir iş görmədilər. Azərbaycan gücləndi, ordusu 44 gün müddətində ərazilərimizi işğaldan azad etdi, faktiki ərazi bütövlüyümüz təmin olundu. İndi bunlar belə bir reallığı qəbul edə bilmirlər. Belə çıxır ki, onların istəyi, məqsədi və arzusu Azərbayanın işğal altındakı ərazilərini erməniləşdirmək olub. Amma bu, qəbuledilməzdir.

Qərbin ayrı-ayrı ölkələri, mediası Azərbaycanın uğurlarını həzm edə bilmir. Vətən müharibəsindəki qələbəmizdən sonra onlar az qala bizə qarşı düşmən mövqedə durur, əsassız hay-küy qaldırırlar. Kimisi hərbi əsirlərdən, kimisi Ermənistan sərhədlərinin pozulmasından, kimisi də Azərbaycanın anti-demokratik hərəkətlərindən bəhs edir.

- Demək istəyirsiniz ki, Qərb mediasında, eləcədə ayrı-ayrı ölkələrdə Azərbaycana qarşı olan fikirlər təsadüfi deyil?

- Bəli. Bir çox hallarda Azərbaycanı anti-demokratiyada və başqa nəsnələrdə ittiham edirlər. Amma gəlin həmin ölkələrdə baş verənlərə diqqət yetirək. Məsələn, ən qatı anti-Azərbaycan mövqeyində duran Fransaya nəzər salaq. Bu ölkədə neçə müddətdir ki, “sarı jiletli”lər aksiya keçirirdi. Hər birimiz gördük ki, istər aksiya iştirakçılarına, istərsə də jurnalistlərə qarşı necə anti-insani münasibət göstərildi. Dünya özünü demokratiyanın beşiyi elan etmiş Fransada insanlara aşırı zor tətbiqindən dəhşətə gəlmişdi. Bu, bizim iddiamız deyil. Həmin zorakılıqları telekanallar vasitəsilə bütün dünya görüb.

İkincisi, insan hüquqlarından danışırlar. Bu gün faşist Almaniyası dövründə olan konslagerlər kimi tikanlı məftillərlə hasarlanmış düşərgələr yaradıblar. Bu düşərgələrdə miqrantlar saxlanılır.

Avropanın mərkəzində müsəlman məsçidləri yandırılır, insanlar məxsus olduğu dinə görə çıxdaş edilir. Müsəlman ailələrinə hücumlar təşkil olunur, evlərini yandırırlar. Budurmu, Avropadakı demokratiya, insan hüquqları? Odur ki, bu adamlar əvvəlcə özlərinə baxsınlar, sonra bizi ittiham etsinlər. Onlar bunamı demokratiya, insan hüquqları, söz azadlığı, fikir müxtəlifliyi deyirlər? Məncə, onlar demokratiya ifadəsindən istənilən dövlətdə çaxnaşma yaratmaq, onu zəiflətmək, öz iradələrini qəbul etdirmək üçün yararlanırlar.

- Sözünüzdən belə çıxır ki, həmin ölkələrdə demokratiya, insan hüquqları və hətta korrupsiya ilə bağlı ciddi problemlər var?

- Mən konkret misallar çəkirəm. Amerikaya baxaq. ABŞ-da son bir ildə mövcud olan statistikaya baxın. Görün nə qədər qaradərili öldürülüb, güllələnib. Məhz qaradərili olduğu səbəbindən. Hələ işgəncələrdən danışmaq istəmirəm. Budurmu demokratiya?

Onlar bir həqiqəti qəbul etmək istəmirlər. Bu da onunla bağlıdır ki, Azərbaycan müharibəni öz ərazisində aparıb. Bu azadlıq, Vətən müharibəsi idi. Ən vacibi, Azərbaycan tarixi ərazilərini işğaldan azad etdi. Heç kimin də ərazisinə müdaxilə etməmişik. Onlar niyə bunu dərk etmək istəmirlər? Hesab edirəm ki, əslində dərk edirlər, sadəcə, qəbul etmək istəmirlər.

- Sizcə, onlar niyə beynəlxalq hüquqa hörmət etmək əvəzinə Azərbaycanın son qalibiyyətindən qıcıqlanırlar? Bəziləri hətta Xankəndindəki separatçılara dəstək verir...

- Məşhur türk yazarının bir sözü var. Deyir, biz türkük, heç kimin torpağında, vətənində gözümüz yoxdur. Ancaq torpağımıza göz dikənin gözünü çıxararıq.

Bəli, düşmənin gözünü çıxardıq və torpağımızdan qovduq. Bunun nəyi qəbahətdir?

Səs-küy salan dövlətlərin torpağı işğala məruz qalsaydı və bunlar ərazilərini işğaldan azad etmək üçün hərəkətə keçsəydilər, onları kim qınaya bilədi?

Məncə, belə ikili standartlardan imtina etməyin vaxtı çoxdan çatıb. Həmin ölkələr vaxtlarını öz daxili problemlərinin - insan hüquqları, sosial rifah, korrupsiyaya qarşı mübarizəyə sərf etməlidirlər.

Mən məcburi köçkün kimi deyirəm ki, Azərbaycan öz ərazilərində anti-terror əməliyyatlarına başlamalıdır. Ərazilərimizi Ermənistan ordusunun tör-töküntülərindən və Qarabağdakı quldur dəstələrdən təmizləmək üçün. Burada qeyri-adi nə var?

Qonşu Rusiya 30 ildir Şimali Qafqazda anti-terror əməliyyatı keçirmirmi? Başqa ölkələr öz ərazilərində belə əməliyyatlar aparmırmı? Aparır. Bu haqq, ədalət və hüquq bizə də aiddir. Bizdə bunu etməliyik və edəcəyik də. Bir haray-həşir də bu zaman qaldıracaqlar. Qaldırsınlar. Onlara fikir verən kimdir? Biz dövlətimizi, dövlətçiliyimizi qorumaq üçün hər şey edəcəyik. Kim qəbul etmirsə, öz işidir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
"Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43
Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32
Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru