“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                 

"Əsas odur ki, biz, bu müharibədə qalib gəlmişik" - Ayaz Mütəllibov
Tarix: 19-11-2020, 09:56 | Çap et
"Əsas odur ki, biz, bu müharibədə qalib gəlmişik"
Azərbayan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov Azərbaycan Ordusunun işğaldakı ərazilərimizi azad etməsinə, Şuşa şəhəri də daxil olmaqla tarixi torpaqlarımızın əhəmiyyətli hissəsinin işğalçılardan təmizlənməsinə münasibət bildirib.

Azərbaycanın sabiq prezidenti Reyting.az-a müsahibəsində deyib ki, bu qələbəni qazanmaq üçün ciddi siyasi iradə də tələb olunurdu.

- Ayaz müəllim, Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan noyabrın 10-na qədər davam edən əks-hücum əməliyyatını necə qiymətləndirirsiniz?

- Çox yüksək qiymətləndirirəm. Hər şey göz önündədir. Genişmiqyaslı hücum və tədbirlərin nəticəsi bizi gətirib bu günə çatdırdı. Əlbəttə, buna ancaq sevinmək olar. Mən bu hadisələri yüksək qiymətləndirirəm.

Qeyd edim ki, mən hərbi əməliyyatları ancaq mətbuat vasitəsilə izləmişəm. Hamımız ordumuzun hərəkət və addımlarını həyəcanla müşahidə edirdik. Ordumuzun bu tədbirləri bizdə ancaq qürur hissi yaratdı. Biz bu nəticəyə görə sevinirik.

- Azərbaycan, Rusiya və Ermənistan başçıları arasında noyabrın 10-da imzalanan bəyanata münasibətiniz necədir?

- Çox müsbət qiymətləndirirəm, başqa cür ola da bilməz. Hərbi əməliyyatlar başlayan gün heç birimiz deyə bilməzdik ki, nəticələrimiz nədən ibarət olacaq. Gördüyünüz kimi, yeddi rayonumuzun qayıtmağı haqda xəbəri eşitdik. Bu, bizdə iftixar hissi yaradır. Böyük uğurdur. Mən bunu böyük uğur kimi qiymətləndirirəm. Bəli, bütün bunlar üçün ciddi siyasi iradə də tələb olunurdu. Anlaşmanın olması da gözlənilən idi. Əsas odur ki, biz, bu müharibədə qalib gəlmişik.

- Ancaq cəmiyyətdə fərqli yanaşmalar da var. Məsələn, bölgəyə rus sülhməramlılarının gəlişini bəzi şəxslər Rusiyanın qayıdışı kimi təqdim edirlər...

- Yox, belə demək olmaz. Mən bu cür qiymətləndirməni doğru saymazdım. Həm də baxır hansı şəkildə qayıtmaq. İndiki qayıdış genişmiqyaslı qayıdış deyil. Söhbət sülhməramlı missiyadan gedir. Ərazilərimizin işğalçılardan xilas olması da bunu sübut edir.

- Azərbaycana həm də türk ordusu gələcək. Sizin, bu məsələyə də münasibətiniz maraqlıdır...

- Türkiyə ordusunun ölkəmizə gəlişini, Qarabağla bağlı fəaliyyətini müsbət qiymətləndirirəm. Başqa cür də ola bilməz. Türkiyənin də, Rusiyanın da Azərbaycanda öz maraqları var. Yəni bizim bölgəmizlə bağlı belə maraqlar mövcuddur. Əlbəttə, onlar ilk növbədə öz maraqlarını güdürlər. Buna da təbii yanaşmaq lazımdır. Ancaq sözsüz ki, Azərbaycanın da maraqları var və onları nəzərə almaq vacibdir. Beləcə, biz bir-birimizə ziyan vermədən bu məqsədə nail oluruq. Sözsüz ki, burada ən mühümü torpaqlarımızın işğalçılardan təmizlənməsidir.

- Şuşa şəhərinin işğaldan azad olunması xüsusi qeyd edilir. Əslində Şuşanın işğalı Sizin də ağrılı yeriniz olmalıdır. Şuşanın azad edilməsi xəbərini aldıqda hansı hisslər keçirdiniz?

- Çox sevindim. Biz bilməliyik ki, Şuşa şəhərinin çox böyük əhəmiyyəti var. Hər bir Azərbaycan vətəndaşı üçün Şuşa simvolik məna daşıyır. Şuşa ölkəmizin tarixidir, mədəniyyətidir, incisidir. Biz Şuşaya görə böyük iftixar hissi keçiririk. Biz Şuşanı böyük uğurla işğalçılardan azad etmişik. Bu, böyük hadisədir.

- Şuşaya getmək fikriniz varmı?

- Bunu zaman göstərəcək. Bu, həm də, daha çox mənim səhhətimdən asılı məsələdir.

- Sizcə, Qarabağda yaşayan ermənilərə hər hansı muxtariyyət verməliyikmi?

- Muxtariyyəti onlara verirdik, amma son 30 ildə onlar buna razı olmadılar. Mən indi deyə bilərəm ki, biz ermənilərə nə qədər yaxşılıq etsək də, onlar bunun qarşılığında bizə əngəllər, maneələr törədirlər. Yəni bizə “sağ olun!”,- demək əvəzinə, pisliklər edirlər. Biz hər zaman ermənilərə əl uzatmışıq, kömək etmişik, bir qonşu kimi yaxşı və səmimi münasibət bəsləmişik. Ancaq nəticə onu göstərir ki, ermənilər, əfsuslar olsun, yaxşılığa qiymət vermirlər.

Əslində, son 30 ildə baş verənlərin, bu müharibələrin yeri yox idi. Biz normal yaşayırdıq. Ancaq hər şeyi onlar başladılar. Onlar nədən dəm vururdular? Nə istəyirdilər? Ermənilərin ağılsız hərəkətlərinin nəticələri gətirib bu olaylara səbəb oldu. İnsanlar öldü, əsir düşdü... Bunlar bizim gözümüzün qarşısında baş verən hadisələrdir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru