"Perfect Smile Dental Klinika"ya cərimə kəsilib .....                     İşçinin maaşını verməyən deputat görün, nə etdi... .....                     "Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" .....                     Əmircan qəsəbəsi susuz səhraya dönüb .....                     Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR .....                     Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? .....                     “Zəngəzur düyünü”nü kim açacaq? .....                     Trampın vədləri: daha iki ay fasiləsiz müharibə .....                     "Paşinyan tamamilə düzgün mövqe seçib" .....                     “Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” .....                     "Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır" .....                     Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                 

"Torpaqlarımız işğaldan tam azad edildikdən sonra həmin məzarlıqlarla bağlı faktları da açacağıq"
Tarix: 4-11-2020, 08:17 | Çap et
"Torpaqlarımız işğaldan tam azad edildikdən sonra həmin məzarlıqlarla bağlı faktları da açacağıq"
Tanınmış rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov cinayətkar erməni separatçılarının hərbi tribunalda cəzlandırılması təklifi ilə çıxış edib. Azərbaycanda da böyük izləyici kütləsi olan Oleq Kuznetsov Hitler tərəfdarı cinayətkarların Nürnberq hərbi tribunalında cəzalandırıldığı kimi erməni faşistlərinin, “artsaxçılar”ın da Xocalı qətliamına görə cəzalandırılmasını tələb edib.

“Qarabağdakı separatçı-işğalçı rejim əvvəlcədən cinayətkar olub, ona görə də qınanmağı tələb edir. Hitler cinayətkarlarının üzərində Nürnberq tribunalı yalnız ona görə Nürnberqdə keçirildi ki, bu şəhər nasizmin ideoloji paytaxtı idi. Erməni nasizm ideologiyası Xocalı qətliamından sonra özünün qəti və tamamlanmış formasını tapdığına görə, erməni hərbi cinayətkarlarının üzərində hərbi tribunal da məhz o şəhərin məhkəməsində keçirilməlidir” - deyə rusiyalı tarixçi vurğulayıb.

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a açıqlamasında Oleq Kuznetsovun bu mövqeyinin onun qəlbindəki ədalət hissi ilə bağlı olduğunu deyib. Ç.Qənizadə qeyd edib ki, beynəlxalq hüquq, haqq bizim tərəfimizdə olsa da, dünyanın aparıcı ölkələri, BMT bu haqsızlığa susur: “İkinci Dünya müharibəsi bitəndən sonra ilk dəfə bəşəriyyətdə insanlıq əleyhinə törədilən cinayətə görə faşizm generallarını mühakimə etmək üçün Nürnberq hərbi tribunalı yaradıldı. Bu proses təxminən 11 aya yaxın çəkdi. O zaman mülki əhalini xüsusi qəddarlıqla öldürülməsinə, əsir düşərgələrində məhv edilməsinə görə bütün iştirakçılar cəzalandırıldı. Nürnberq prosesindən sonra dünyada belə bir beynəlxalq cinayət məhkəməsi, cinayət tribunalı Yuqoslaviya və Ruanda soyqırımları ilə bağlı yaradıldı.

Beynəlxalq cinayət məhkəməsinin yaradılması üçün BMT Təhlükəsizlik Şurasının qərarı olmalıdır və tribunal da bu qərar əsasında yaradılmalıdır. Hazırkı durumda təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının üzv dövlətləri təcavüzkara bu və ya digər formada dəstək olurlar. Təcavüzkar bir dövlətə dəstək göstərmək elə təcavüzkar olmaq deməkdir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyi də bəllidir. Onların BMT-nin Təhlükəsizlik Şurasındakı gücünü də bilirik. Həmçinin ATƏT-in Minsk Qrupunun üzvü olmayan digər dövlətlərin də bu məsələdə loyallığını görürük. Ermənilərin mühakiməsi 1992-ci ildə Xocalıda baş verən hadisədən sonra yaradılmalı idi. Çünki bir gecədə 631 günahsız insan- körpələr, qadınlar, yaşlılar qətlə yetirilmişdi. Erməni faşistlərinin əməlləri mühakimə olunmalıdır. Bu məsələni rus tarixçisi olsun, alman, yəhudi olsun dilə gətirə bilər. Çünki onlar vicdanlarının, qəlblərindəki ədalətin səsini eşidən insanlardır".

Ç.Qənizadə maraqlı bir məqama da toxunub. Bildirib ki, ermənilərin Xocalı soyqırımı ilə yanaşı işğal olunmuş ərazilərimizdə törətdiyi kütləvi qətllərlə bağlı da faktlara sahibdirlər. Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad edildikdən sonra bütün bu erməni vəhşilikləri sübutlarla dünya ictimaiyyətinə çatdırılacaq: “Mən təxminən 17 ilə yaxın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşam. Bizim komissiyada Xocalıya bərabər o qədər məlumatlar var ki... Erməni faşistləri Dağlıq Qarabağ ərazisində əsir düşmüş insanlarımızı öldürərək kütləvi məzarlıqlarda basdırıblar. Zaman gələcək və biz bunların üstünü açacağıq. O zaman deyilsəydi, izi itirə bilərdilər. Torpaqlarımız işğaldan tam azad edildikdən sonra həmin məzarlıqlarla bağlı faktları da açacağıq. Qubadakı kütləvi məzarlıqlar kimi məzarlıqlar var”.

Ç.Qənizadə qeyd edir ki, dünya dövlətlərinin müəyyən məsələlərə yanaşması beynəlxalq hüquq normaları çərçivəsində deyil. Buna görə də Azərbaycanın haqq səsini dünyaya çatdırması çətindir: “Cenevrə Konvensiyasını 190 dövlət imzalayıb. Konvensiyanın tələbləri hər gün Azərbaycanda pozulur. Amma bu 190 dövlətdən biri bəyanatla çıxış edib Ermənistana demir ki, siz niyə mülki əhaliyə qarşı qəddarlıq edirsiniz, onları öldürürsünüz? Bunları nəzərə alaraq deyirəm ki, beynəlxalq səviyyədə bizim bu prosesi yaratmağımız olduqca çətin olacaq. Çünki bu erməni faşistlərini dəstəkləyənlər çoxdur. Sanki dünyada proseslərə yanaşma şəxsi münasibətlər zəminində formalaşıb. Kimsə Ermənistanı sevirsə, Ermənistandan maliyyələşirsə və ya digər maraqları varsa, dövlətlər arası münasibətləri də belə qururlar.

Mənim narahat olduğum məsələ də budur ki, bu cür yanaşmalar bəşəriyyəti üçüncü dünya müharibəsinə aparıb çıxaracaq. Çünki dünyada ədalətli yanaşma yoxdur. Bu gün işğalçıya dəstək olan, maliyyə yardımı edən, siyasi dəstək verənlərin sayı o qədər artıb ki, nahaq haqdan üstün olub. Amma bu nə qədər çətin olsa da ruhdan düşmək olmaz".

Hüquqşünas onu da söyləyib ki, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Bərdə terrorunu pisləmələri ilə bağlı verdikləri bəyanat beynəlxalq müstəvidə səsimizi dünyaya çatdırmağımızda böyük fayda verəcək: “Hər iki təşkilat Ermənistanın qadağan olunmuş silahlardan istifadə edərək mülki əhalini öldürməsini pislədi və bunu vəhşilik adlandırdı. Bu təşkilatlar dünyada ən nüfuzlu təşkilatlardandır və bəyanatlar bizim əlimizdə kart olaraq qalmaqdadır. Digər tərəfdən, artıq bir çox böyük dövlətlərin oxunaqlı, nüfuzlu televiziyaları erməni faşizmi haqqında materiallar hazırlayırlar. Elə həmin ölkələrdə ermənilər reportajı hazırlayan müxbirlərə, onların redaksiyasına hücum çəkir, hədə-qorxu gəlirlər. Biz görürük ki, yavaş-yavaş bəzi susan vicdanlar da oyanır. Dünyada erməni faşizminin iç üzünü görənlərin sayı çoxalır. Bu istiqamətdə işimizi yenə də davam etdirməliyik”.

Çingiz Qənizadə sentyabrın 27-dən başlayan Vətən müharibəsi dövründə ermənilər tərəfindən sivil insanlara qarşı törədilmiş hərbi cinayətlərlə bağlı açılmış cinayət işlərinin Avropa Məhkəməsinə göndərilməsinin perspektivindən də danışıb:

“Baş Prokurorluq tərəfindən görülən işlər, xüsusi xidmət orqanları tərəfindən əldə olunan, ictimailəşməyən faktların hamısı gələcəkdə bizim BMT-dən özünün qəbul etdiyi qərarlara hörmət olunması naminə belə bir məhkəmənin keçirilməsi üçün tələbimizi möhkəmləndirəcək. Beynəlxalq hüquq normaları, haqqı sevən dövlətlərin dəstəyi ilə biz buna nail olmağa çalışmalıyıq. Prezident Administrasiyasının şöbə müdiri hörmətli Fuad Ələsgərovun Avropa Məhkəməsinə müraciətlə bağlı bir maraqlı yazısı var. Baş prokurorumuz Kamran Əliyevin də baş verən hadisələrlə bağlı mətbuatda geniş açıqlamaları yer alır. Hər tərəfli bu istiqamətdə ciddi işlərin aparıldığını müşahidə edirik. Xatırlatmaq istəyirəm ki, Avropa Məhkəməsi 2015-ci ildə ”Çıraqov və qeyriləri" işi üzrə qərar qəbul etmişdi.

Ermənistanın işğalı nəticəsində həmin şəxslərə zərərin dəyməsinə görə kompensasiyanın ödənilməsi Ermənistan hökumətinin üzərinə qoyuldu. Hazırda bizim əmlakı dağılan vətəndaşlarımızın sayı on minlərlədir. Həm indiki hadisələrdə, həm də Qarabağ hadisələrində zərər görmüş vətəndaşlarımız var. Ermənilər torpaqları işğal edən zaman insanların evlərini, mülklərini xarabalığa çevirib, məhv ediblər. Bunların hamısı dəyərləndirilir. Baş prokuror onu da qeyd etdi ki, dəymiş zərərin hesablanması istiqamətində də işlər görülür. Ali Baş Komandan da qeyd etdi ki, bütün işğal olunmuş ərazilərimiz işğaldan azad edildikdən sonra orada qiymətləndirmə işləri aparılacaq. Bundan sonra təbii ki, zərəri vuran dövlətə, fiziki şəxslərə qarşı iddialar qaldırılmalıdır və qaldırılacaqdır".

Ç.Qənizadə sonda onu da qeyd edib ki, hərbi cinayətlərdə cəza təyin etmə müddətinin keçməsi anlayışı olmadığı üçün ermənilərin nəinki indiki, həmçinin 30 il əvvəl törətdikləri cinayətlərə görə cəzalandırılmasına beynəlxalq hüquq icazə verir: “Xocalı hadisəsindən 30 ilə yaxın bir vaxtın keçməsinə baxmayaraq həmin cinayəti törədən şəxslərin cəzalandırılmasına da nail ola bilərik. Beynəlxalq hüquq buna icazə verir. Çünki hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmə, cəza təyin etmə müddətinin keçməsi anlayışı yoxdur.

Bütün bu hadisələrin üstündən səthi olaraq keçə bilmərik. Heç bir dövlət bu gün Azərbaycanın düşdüyü vəziyyətdən sığortalanmayıb. İstənilən bir dövlət bu cür təcavüzə məruz qala bilər. Biz bu gün təcavüzkarın, faşist idealogiyası ilə insanlara dini, irqi və digər mənsubiyyətlərinə görə zorakılıq edən, kütləvi şəkildə öldürən bir dövlətin hərəkətlərinə mütləq hüquqi qiymət verməliyik. Bu hüquqi qiymət təkcə Azərbaycan qanunları ilə deyil, beynəlxalq hüquqla verilməlidir. Bu gün dünyanın aparıcı ölkələri beynəlxalq hüquqdan danışırlarsa, erməni faşizmi son 30 ildə Azərbaycan dövlətinə, Azərbaycan vətəndaşlarına vurduğu maddi, mənəvi, fiziki zərbələrinə görə, müharibə qanunlarını pozduqlarına görə, bəşəriyyət, insanlıq əleyhinə cinayət törətdiklərinə görə cəzalandırılmalıdır. Yoxsa bu cür presedentlər başqa ölkələrin də ərazilərində baş verə bilər".
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Perfect Smile Dental Klinika"ya cərimə kəsilib
Bu gün, 05:24
İşçinin maaşını verməyən deputat görün, nə etdi... - QALMAQAL
Bu gün, 05:13
"Orta məktəb bazası ilə DİM-in sualları arasında ziddiyyətlər var" - AXI NİYƏ?..
Bu gün, 05:05
Əmircan qəsəbəsi susuz səhraya dönüb - sakinlər HARAY ÇƏKİR
Bu gün, 05:01
Qusarda xəstəxana direktoru İTTİHAM OLUNUR - həyat yoldaşı ilə əlbir olaraq...
Bu gün, 04:56
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
Bu gün, 04:43
“Zəngəzur düyünü”nü kim açacaq? - AKTUAL
Bu gün, 04:41
Trampın vədləri: daha iki ay fasiləsiz müharibə - GƏLİŞMƏ
Bu gün, 04:39
"Paşinyan tamamilə düzgün mövqe seçib" - partiya sədri
Bu gün, 04:31
“Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 04:26
"Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır"
Bu gün, 04:23
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Dünən, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Dünən, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Dünən, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Dünən, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Dünən, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Dünən, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Dünən, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Dünən, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Dünən, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Dünən, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Dünən, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Dünən, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Dünən, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Dünən, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Dünən, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Dünən, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Dünən, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Dünən, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Dünən, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Dünən, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Dünən, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Dünən, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Dünən, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Dünən, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Dünən, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Dünən, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Dünən, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Dünən, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Dünən, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Dünən, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Dünən, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Dünən, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Dünən, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Dünən, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Dünən, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Dünən, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru