Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                 

"Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq" - deputat
Tarix: 28-10-2020, 08:13 | Çap et
"Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq"
Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində ən böyük dəstəyi qardaş Türkiyədən görür. Türkiyə mediasından tutmuş, ən yüksək rəhbərliyinə qədər, birmənalı şəkildə Azərbaycanı dəstəkləməkdədir. Bu dəstəyə görə ermənipərəstliyi ilə tanınan bəzi ölkələr Türkiyəni sanksiyalarla belə hədələməkdən çəkinmirlər.

İqtisadçı-ekspert, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan vətəndaşlarını qardaş ölkəyə dəstək üçün öz vəsaitlərini Türkiyəyə yatırmağa çağırıb: “Türkiyəyə edilən siyasi təzyiqlər qardaş ölkənin milli valyutasının ucuzlaşmasına səbəb olub. Artıq 1 dollar almaq üçün 8 lirədən çox pul ödəmək lazımdır. Siyasi təzyiqlər fonunda Türkiyəyə Qərb ölkələrdən gələn xarici sərmayənin həcmi də azalmaqdadır. Ötən ilə qardaş ölkədə birbaşa xarici sərmayənin həcmi 35 faiz azalıb. Bu isə valyuta tələbinə də mənfi təsir göstərir. Qarabağın azad edilməsi ilə bağlı haqq işimizə Türkiyənin birbaşa siyasi dəstəyi qardaş dövlətə təzyiqləri daha da artırıb. Hətta bu qardaşlıq mövqeyinə görə Türkiyəyə bir sıra aparıcı dövlətlərin sanksiyaların tətbiqi mümkünlüyü də müzakirə olunur”.

V.Bayramovun sözlərinə görə, Türkiyənin cəlb etdiyi xarici birbaşa invesitisiyaların cəmi 4.2 faizi Azərbaycan iş adamlarının payına düşür: “Xaricə sərmayə yönəldən sahibkarlarımızı daha çox Türkiyəyə investisiya etməsinə çağırırıq. Haqq işimizə dəstək olan qardaş Türkiyə iqtisadiyyatına hər birimizin, xüsusən də sahibkarlarımızın töhfə verməsi çox vacibdir. Hər il Azərbaycan iş adamları böyük məbləğdə vəsaiti xaricə sərmayə edirlər. O pullar Türkiyə iqtisadiyyatına yönələrsə, həm qardaş dövlətin iqtisadiyyatına dəstək olar, həm də iş adamlarımız daha çox gəlir əldə edərlər. Gəlin ”Bir millət, iki dövlət" birliyinə hamımız töhfə verək"!

Qeyd edək ki, koronavirus pandemiyasının təsiri ilə bütün dünyada xarici investisiyaların kəskin azalması müşahidə olunur. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatına əsasən bu ilin yanvar-iyun aylarında dünyada birbaşa xarici investisiyaların həcmi koronavirusla bağlı məhdudlaşdırıcı tədbirlər səbəbindən 2019-cu ilin eyni dövrü ilə müqayisədə 49 faiz azalıb.

Hesabatda bildirilir ki, 2020-ci ilin ilk yarısında qlobal xarici investisiyalar axını COVID-19 pandemiyası səbəbindən ciddi təzyiq altında qaldı. 2019-cu illə müqayisədə onların həcmi 49 faiz azalaraq 399 milyard dollar təşkil edib.

Azalma birbaşa xarici investisiyaların bütün əsas növlərinə toxunub. Belə ki, yeni elan edilmiş investisiya layihələrinin sayı 37 faiz, transsərhəd birləşmə və satınalmaların sayı 15 faiz, infrastruktur investisiyalarının vacib mənbəyi olan sərhədyanı layihələrin maliyyələşdirilməsi üzrə elan edilən əməliyyatların sayı isə 25 faiz azalıb.

Ən böyük azalma inkişaf etmiş ölkələrdə müşahidə olunub. Belə ki, bu ölkələrə birbaşa xarici investisiyaların həcmi 2020-ci ilin birinci yarısında 75 faiz azalaraq 98 milyard dollar təşkil edib. O cümlədən Şimali Amerikanın yüksək inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrinə birbaşa investisiyalar 56 faiz azalaraq 68 milyard dollara düşüb.

Asiyada isə əsasən Çinin hesabına investisiyaların azalma sürəti aşağı olub - cəmi 12 faiz. Keçid iqtisadiyyatına malik ölkələrdə birbaşa xarici investisiyalar əsasən Rusiyadakı kəskin azalma hesabına 81 faiz kiçilib.

İnkişaf etməkdə olan ölkələrə birbaşa xarici investisiyaların axını 16 faiz azalıb. Bundan əlavə, Afrikaya xarici investisiyaların axını 28 faiz, Latın Amerikası və Karib dənizinə 25 faiz azalıb.

Hesabatda 2020-ci ilin yekununda dünyada birbaşa xarici investisiyaların həcminin əvvəl proqnozlaşdırıldığı kimi, 30-40 faiz azalacağı bildirilir.

Bu hesabat göstərir ki, Türkiyəyə xarici investisiyaların azalmasının mühüm səbəblərindən biri pandemiyadır. Nəzərə alaq ki, ötən ilin yekununda Türkiyənin ixracı 2018-ci ildəki rekordunu 2 faiz üstələyərək 180,5 milyard dollara yüksəlmişdi. Bu fonda idxalın kəskin azalması nəticəsində ölkənin xarici ticarət kəsiri az qala ikiqat azaldı - 54,3 milard dollardan 29,9 milyard dollara. Bu nəticələr bütün beynəlxalq maliyyə-iqtisadi təşkilatların 2020-ci ildə Türkiyə iqtisadiyyatında dünyada ən yüksək səviyyədə - 5-7 faizlik artım proqnozlaşdırmasına səbəb olmuşdu. Ötənilki 35 faiz azalmaya qarşılıq bu il üçün qardaş ölkəyə xarici investisiyaların 15 milyard dollar həcmində olacağı gözlənilirdi. Lakin koronavirus pandemiyası bütün dünyada olduğu kimi, Türkiyədə iqtisadiyyata ciddi zərər vurdu.

Sırf koronavirus pandemiyasının təsiri ilə Türkiyədə bu ilin ikinci rübündə 9,9 faizlik iqtisadi daralma qeydə alınıb. Daralma sənaye sektorunda daha yüksək olub - 16,5 faiz.

İlin ilk iki rübündə Türkiyə iqtisadiyyatı pandemiyanın mənfi təsirini daha çox hiss etsə də, üçüncü rübdən vəziyyət xeyli yaxşılaşıb. Bunun nəticəsində "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyədə bu ilin yekununda gözlənilən iqtisadi azalma proqnozunu yaxşılığa doğru dəyişib: 3,9 faiz əvəzinə 3,2 faiz.

Türkiyə hökuməti bu ili iqtisadiyyatın 0,3 faiz böyümə ilə başa vuracağını proqnozlaşdırır. Ölkənin maliyyə naziri Berat Albayrakın sözlərinə görə, 2021-ci ildə pandemiyanın təsiri ilə azalan tələbin yenidən artması nəticəsində Türkiyədə iqtisadi artım 5,8 faizə qədər yüksələ bilər. Pandemiya davam edərsə, bu rəqəm 3,7 faiz ola bilər.

Azərbaycanın 2019-cu ilin sonunadək Türkiyəyə yatırdığı investisiyanın həcmi 17 milyard dollar təşkil edib. SOCAR-ın bu ölkə ilə bağlı yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdikcə Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 20 milyard dollara çatacaq. Bu, SOCAR vasitəsilə yatırılan investisiyaların həcmidir.

Özəl sektorun, sadə vətəndaşların sərmayələri bura daxil deyil. Özəl sektor və sadə vətəndaşların Türkiyədə yatırımları da kifayət qədər yüksək həcmdədir. Bu ölkədə azərbaycanlıların Türkiyədə ən çox vəsait qoyduğu sahələrdən biri daşınmaz əmlakdır. Türkiyə Statistika Qurumunun məlumatına görə, yanvar - 2015 - avqust - 2019 dövründə azərbaycanlılar bu ölkədə 4 min 328 mənzil alıblar. Təkcə bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 183 mənzil əldə edib. Bu, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 65 mənzil və ya 55,08 faiz çoxdur. Ümumilikdə isə yanvar-sentyabr aylarında 883 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin doqquz ayı ilə müqayisədə 54 ədəd və 6,51 faiz çoxdur.

Daşınmaz əmlakdan əlavə, azərbaycanlılar Türkiyədə ticarət, xidmət, nəqliyyat sahələrinə də həvəslə investisiya yatırırlar. Bu baxımdan, millət vəkilinin təklifi Azərbaycan vətəndaşlarının qardaş ölkəyə yatırımlarının daha da artmasına gətirib çıxara bilər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru