Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                 

"Diplomatiyamız da yaxşı işləyir" - Yaqub Məmmədov
Tarix: 26-10-2020, 08:49 | Çap et
"Diplomatiyamız da yaxşı işləyir"
Şuşa şəhəri işğal edilərkən Azərbaycana rəhbərlik etmiş (Prezident səlahiyyətlərini icra edib) o zamankı Ali Sovetin (Milli Məclis) sədri Yaqub Məmmədov həm işğal altındakı ərazilərimizdə Azərbaycan Ordusunun apardığı əks-hücumu, həm də dövlətin diplomatik sahədə gördüyü işləri yüksək qiymətləndirir.

Professor Yaqub Məmmədov Reyting.az-a müsahibəsində deyib ki, uzun illərdir torpaqlarımızın işğaldan azad edilməsi anını gözləyirdik:

- Nəhayət ki, bu baş verir. Biz ordumuzun torpaqlarımızı işğaldan azad etməsini böyük sevinclə qarşılayırıq. Ölkə rəhbərliyi də cəsarətlə və böyük mərdanəliklə iradə nümayiş etdirir. Ordumuz da cəbhədə böyük qəhramanlıq göstərir. Biz bununla fəxr edirik.

Uzun illər problemin həlli üçün sülh danışıqları aparılıb. Azərbaycan hər zaman bu danışıqlarda iştirak edib, problemin dinc yolla həllinə çalışıb. Amma təəssüflər olsun ki, erməni tərəfi heç bir güzəştə getmək istəmədi. Buna paralel olaraq müstəqillik dövründə ordumuz yaranıb, son 20-25 ildə isə orduda böyük quruculuq işləri aparılıb.

Nəhayət, problemin həlli danışıqlar masasında baş tutmadı. Ermənistanda isə 2018-ci ildə hakimiyyət dəyişdi, yeni rəhbərlik Dağlıq Qarabağ məsələsinə dair sarsaq bəyanatlar verdi, Azərbaycana qarşı yeddi şərt irəli sürdü. Açıq elan etdi ki, Azərbaycana bir qarış da torpaq verməyəcək. Ölkəmizin rəhbərliyi indi onun bu sözlərinə cavab verir.

Ən nəhayət, işğalçı ölkə Tovuz rayonuna hücum etdi. Üstəlik, Qarabağdakı təmas xəttində və digər sərhədyanı ərazilərdə mülki əhalimizi hədəfə aldılar. Sentyabrın 27-də erməni tərəfinin növbəti belə hərbi təxribatı zamanı Azərbaycan Ordusu əks-hücuma keçdi. İndi ordumuz cəbhədə qəhrəmanlıq göstərir, düşməni ərazilərimizdən qovur. Ümid edirəm ki, yaxın günlərdə qələbə çalacağıq və Azərbaycan bayrağı Şuşa şəhərində də, Xankəndində də dalğalanacaq.

- Amma aydındır ki, belə böyük hərbi əməliyyat üçün həm də ciddi diplomatik iş və münasib beynəlxalq geosiyasi şərait olmalıdır...

- Güman edirəm ki, bu dövrün tələbi, geosiyasi vəziyyət bizim hərbi əməliyyatlara başlamağımız üçün münasibdir. Belə bir şəraitdə torpaqlarımızın hərbi yolla azad edilməsi üçün əməliyyat başladı. Proseslər də göstərir ki, biz tək deyilik. Xaricdə də bizi dəstəkləyən qüvvələr, müttəfiqlərimiz var və haqqı deməyi bacarırlar.

Birincisi elə qardaş Türkiyədir. Eləcə də Pakistan, İsrail, Əfqanıstan və digərləri. Hətta Avropa ölkələrinin əksər təşkilatları, ictimai qurumları da bəyanat verərək Ermənistanın anti-insani hərəkətlərini pisləyirlər. Hesab edirəm ki, vaxtında aparılan xarici siyasət düzgün olub ki, nəticədə bizi dəstəkləyirlər.

Sözsüz ki, bizi sevməyənlər də var. Erməni lobbisi öz işini hər yerdə görür. Amma bunun ciddi təsiri müşahidə edilmir. Azərbaycan həm diplomatik, həm də hərbi səhnədə ciddi uğurlar qazanır.

- Rusiyanın proseslərə münasibətini necə analiz etmək olar?

- Rusiyanın mövqeyi də əvvəlki kimi deyil və bunun özü böyük diplomatik qələbədir. Hər halda biz indiyə qədər Rusiyanın neytrallığını saxladığını müşahidə edirik. Gördüyümüz budur ki, Rusiya birmənalı şəkildə ermənilərin tərəfini saxlamır. Əlbəttə, əlaltından silah-sursat aparırlar. Amma məncə, bu, vahid dövlət xətti ilə həyata keçirilmir.

Rusiya tam dayanmayıb. Qeyd edim ki, Azərbaycan hakimiyyətinin Rusiya ilə bağlı apardığı siyasət çox düzgün olub. İndi Rusiyanın əlinə elə bir fürsət düşməyib ki, əleyhimizə iş görsün, erməniləri birmənalı dəstəkləsin. Bu mənada diplomatiyamız da yaxşı işləyir.

Aydın məsələdir ki, tarix boyu ruslar erməniləri dəstəkləyiblər, bir olublar. Bu gün həmin dəstək hiss edilmir. Bu, bir tərəfdən Azərbaycanın düşünülmüş və incə siyasətinin nəticəsidir, digər tərəfdən də Ermənistanın yeni rəhbərliyinin avanturist, səfeh və düşünülməmiş hərəkətlərindən qaynaqlanır. Hər iki halda bu, bizim xeyirimizədir.

- Sizcə, Rusiya hansısa anda prosesə müdaxilə edə bilərmi?

- Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma hazırda müharibə Ermənistan ərazisində getmir. Əgər orada getsə KTMT, o cümlədən Rusiya prosesə qoşula bilər. Hələlik qarışmaq haqqında söhbət getmir. Rusiya məsələni diplomatik şəkildə yoluna qoymaq üçün cəhdlər göstərir. Bizim də şərtlərimiz var, bunu Ermənistan qəbul etməlidir. Aydındır ki, hər bir müharibənin sonu danışıqlarla bitir. Yəqin ki, apardığımız müharibənin sonunda da danışıqlar olacaq.

- Fransa və Amerikanın vəziyyətə reaksiyası adekvatdırmı?

- Amerikanın mövqeyi bizə uyğundur. ABŞ nə bizi, nə də erməniləri dəstəkləmir. Vaşinqton da tərəfləri danışıqlara dəvət edir. Hesab edirəm ki, belə mövqe bizim maraqlarımıza uyğundur. Yəni ABŞ əvvəlki kimi erməniləri dəstəkləmir.

Fransa isə tarix boyu ermənipərəst olub. Bu ölkədə erməni lobbisi kifayət qədər güclüdür və onun təsirləri var. Fransızlarla ermənilərin tarixən belə münasibətləri olub. Müharibə başladıqdan sonra da Fransa ermənilərlə yaxınlığını açıb ortaya qoydu.

- Biz “Ermənisiz Qarabağ” məsələsini həll edə bilərikmi, yoxsa hansısa mərhələdə Dağlıq Qarabağın statusu gündəmə gələ bilər?

- Müşahidələr göstərir ki, sonda danışıqlar olacaq. Bu mərhələdə qəti fikir söyləmək çətindir. Yəni danışıqların olub-olmayacağı vəziyyətdən və gedişatdan asılı ola bilər. Hər halda işlər bizim xeyirimizə olacaq. Ehtimal edirəm ki, danışıqlarda status məsələsi müzakirəyə çıxarıla bilər. Son 30 ildə danışıqlar zamanı bu məsələni qaldırıblar. Yəqin ki, qarşı tərəf buna cəhd edəcək. Amma status məsələsinin gündəmə gəlib-gəlməyəcəyi haqda danışmaq indi tezdir.

Əlbəttə, bizim milli maraqlarımıza cavab verən odur ki, ermənilər bu ərazilərdən getsinlər. İndi beynəlxalq aləm, danışıq masasında oturan dövlətlər status məsələsini qaldıra bilərlər. Ama biz qalib gəlsək, həm də şərtləri diktə edən tərəf olacağıq.

- Sizcə, Azərbaycan Ordusu hara qədər getməyi hədəf kimi qarşısına qoyub?

- Bu məsələni Azərbaycan prezidenti xalqa müraciəti zamanı açıq bəyan edib. Bildirib ki, Azərbaycanın işğal olunan ərazilərindən Ermənistan işğalçı ordusunu çıxarsa və Bakıya bununla bağlı dəqiq cədvəl təqdim etsə danışıqlar başlaya bilər. Amma onlar işğalçı ordusunu ərazilərimizdən çıxarmırlar. Deməli, biz sona qədər gedəcəyik.

- Ermənistanın Azərbaycan qarşısında müqavimət imkanlarını necə qiymətləndirirsiniz?

- Onlar geri çəkilməklə paralel olaraq müqavimət də göstərirlər. Eyni zamanda bizim dinc əhalimizə qarş hərbi cinayətlər törədir, rayon və şəhərlərimizə ballistik raketlər atırlar. Hələlik müqavimət göstərirlər, amma bu, daha çox onlara gələn silah-sursat mənbələrindən asılıdır. Əgər bu mənbələr kəsilsə, bizə müqavimət göstərə bilməyəcəklər. Bu barədə də Azərbaycan prezidenti öz fikrini bildirdi. Açıq dedi ki, münaqişə tərəfi olan ölkələrə danışıqlarda vasitəçi olan ölkələr silah-sursat yardımı etməməlidir. Azərbaycan tərəfi bu məsələyə dair qəti mövqeyini ortaya qoyub.

- Bu münaqişəyə İran tərəfinin mövqeyini necə qiymətləndirirsiniz?

- İranın mövqeyini qənaətbəxş saymaq olar. İran rəhbərliyi bəyan edir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və Ermənistan ordusu oradan çıxmalıdır. Bu bəyanat rəsmi şəkildə elan edilib. Amma qeyri-rəsmi nələrin baş verdiyini deyə bilmərəm. Hər halda İranın indiki mövqeyi bizi qane etməlidir.

- Ancaq bu İrandır. Siz Azərbaycan prezidenti səlahiyyətlərini icra edərkən Tehranın vasitəçiliyi ilə Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşünüz zamanı düşmən Şuşa şəhərini işğal etmişdi...

- İran o vaxt vasitəçilik missiyası həyata keçirməyə çalışırdı, amma bunu arzu etməyənlər də var idi. Bu səbəbdən də təxribatlar törədildi, Şuşa işğal olundu. Bunu İranı istəməyən, onun vasitəçilik missiyasına zərbə vurmaq istəyən qüvvələr həyata keçirdilər.

- Yəni Rusiya?

- Ola bilsin ki, İranın da günahı var idi, mən bu barədə bir söz deyə bilmərəm. Tehran istəyirdi ki, onların vasitəsilə məsələ həll edilsin. Onun bu istəyini də sıradan çıxardılar. İranın vasitəçi olaraq bu problemlə məşğul olmasını Rusiya da, Qərb də arzu etmirdi. Odur ki, Tehranın danışıqları nəticəsiz qaldı və İran bu prosesdən kənarlaşmalı oldu.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru