Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                 

“Əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək” - deputat
Tarix: 22-10-2020, 09:15 | Çap et
“Əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək”
Qəhrəman Ordumuzun işğal altındakı ərazilərimizi azadetmə əməliyyatı davam edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb. Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub.

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib. “Report” “Novosti Armeniya” istinadən xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb. Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə Ermənistan tərəfinə 1500 hərbçinin meyitini təhvil verib. Ordu.az “Aysor.am”a istinadən xəbər verir ki, meyit kisələri məhkəmə-tibbi ekspertizası bürosuna təqdim edilib. Bu fakt bir daha onu göstərir ki, Ermənistanın döyüşlərdə verdiyi itkilərin sayı bu ölkənin rəsmi açıqladığı rəqəmlərdən çoxdur.

Xatırladaq ki, Azərbaycan və Ermənistan meyitlərin, əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəslə bağlı razılığa gəlib.

Moskva və Parisin vasitəçiliyi əsasında humanitar atəşkəslə bağlı razılığa gəlinməsinə baxmayaraq, işğalçı Ermənistan alçaq əməllərindən əl çəkmir. Nikol Paşinyan danışıqlara hazır olduğunu iddia etsə də, onun əməlləri bunun əksini deməyə əsas verir. Üstəlik, Qarabağdakı terrorçular da danışıq adı altında yarana biləcək fasilədən istifadə edib toparlanmağa çalışırlar.

Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən sonra çaşqın vəziyyətə düşən Qarabağdakı terrorçu rejimin üzdəniraq liderləri iki gündür ki, Ermənistanda görüşlər keçirir, vəziyyətdən çıxış yolları arayırlar. “Yeni Müsavat” bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bako Saakyan və Arkadiya Qukasyanın İrəvanda döymədikləri qapı qalmayıb. Keçmiş prezident Levon Ter-Petrosyan və baş nazir Nikol Paşinyanla görüşün ardınca onlar Qarabağ klanının təmsilçisi Robert Köçəryanla bir araya gəliblər. Görüş cinayətkar eks-prezidentin ofisində baş tutub. Ofis rəhbəri Viktopr Soqomonyan deyib ki, görüş təklifi Saakyan və Qukasyandan gəlib. Onlar Qarabağdakı vəziyyəti müzakirə ediblər, ancaq mediaya əlavə məlumat açıqlanmayıb.

***

Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü də planlaşdırılır. ABŞ görüşündən əvvəl C.Bayramov və Z.Mnatsakanyan Rusiya paytaxtına dəvət olunub.

Oktyabrın 21-də Moskvada işçi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

APA-nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, oktyabrın 21-də keçirilən görüşdə Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə dair əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub.

Qeyd edək ki, S. Lavrovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında da oktyabrın 20-də Moskvada analoji görüş keçirilib.

Görünür, Azərbaycan Ordusunun bir-birinin ardınca işğaldakı ərazilərimizi azad etməsi böyük gücləri, aparıcı paytaxtları narahat edib. Davamlı şəkildə atəşkəsə əməl olunması barədə çağırış edənlər nədənsə işğalçı və terrorçu Ermənistana sanksiyalar tətbiq etmək haqda düşünmək belə istəmirlər. Belə olan təqdirdə haqlı olaraq narahatlıqlar ortaya çıxır ki, bu kimi danışıqlar təşəbbüsü Azərbaycanın “əl-qolunu bağlamaq”, işğala son qoyulması istiqamətində əks-hücum əməliyyatlarını dayandırmaq məqsədi güdə bilərmi? Doğrudur, Azərbaycan Prezidenti qəti mövqe ifadə edib və torpaqlarımızın işğalına qarşı əməliyyatların davam etdiriləcəyini bəyan edib və bildirib ki, heç bir qüvvə Azərbaycanı öz yolundan saxlaya bilməz. Amma ölkəmizə qarşı təzyiqlərin olduğu barədə vaxtaşırı rəsmi səviyyələrdə belə açıqlamalar verilir. Bu mənada hər kəsi düşündürən budur, hərbi əməliyyatlar Laçın, Şuşa, Kəlbəcər, Xankəndinin azadlığınadək davam etdiriləcəkmi?

Bu suallara cavab olaraq diqqətə çatdıraq ki, Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində prinsipial mövqeyini səsləndirərkən Azərbaycanın ürəyi olan Şuşaya xüsusi yer ayırmışdı. Sitat: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Dövlət başçısı deyib ki, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox məsələlər var idi. “Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşmır. Axı ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar”, - deyə dövlət başçısı vurğulayıb. Dövlət başçısı bildirib ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur: “Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”.

Dövlət başçımızın konkret mövqeyi bəllidir: ermənilər bütün torpaqlarımızı azad edəcəyi halda döyüşlər dayana bilər. Digər yandan isə Ordumuzun gücü bütün dünyanı heyrətləndirir, üstəlik, xalqımız bu prosesdə dövlətimizin dəstəkləyir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xarici işlər nazirinin Vaşinqtona səfərindən gözləntilərdən bəhs edərkən deyib ki, atəşin dayandırılması üçün Azərbaycana ciddi təzyiq göstəriləcəyini düşünmür: “Ola bilsin ki, Lavrovun 5+2 prinsipi əsasında tənzimləmə planından kənara çıxmamaq tələb olunsun. Yəni 5 rayonu azad edin və dayanın. Qalan məsələlər danışıqlar yolu ilə həll olunsun. Bu isə bizi qətiyyən qane etmir. Prezident də söylədi ki, Şuşa işğaldan azad olunmasa bu problemin yarımçıq həlli olardı. Bundan başqa, Qarabağın zirvəsi və qüruru olan Kəlbəcəri, o cümlədən soyqırım qurbanlarının narahat ruhunu sakitləşdirmək və şad etmək üçün Xocalını döyüşlə azad etməliyik. Strateji əhəmiyyəti ilə yanaşı, bu bizim borcumuz və bir millət olaraq şərəf məsələmizdir. Beləliklə, 5 rayondan əlavə Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa və bu müharibənin başqa dövlətlərin də qatılmasıyla daha geniş miqyas almasına yol aça bilərsə, atəşin dayandırılmasına razılaşıb digər məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, bu mənim minimum etməli olduqlarımıza dair mövqeyimdir və əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək”. ABŞ-ın Azərbaycan hücumlarını dayandırmayacağı təqdirdə sanksiya tətbiq etmək ehtimalına gəldikdə, Q.Həsənquliyev bildirib ki, bu, bizi ciddi narahat etməməlidir: “Böyük dövlətlərin dünyanın nizamını pozması və istədikləri halda beynəlxalq hüquqa tüpürmələri adi haldır. Onlar bir dəfə işğalçıya kömək məqsədilə 1992-ci ildə bunu ediblər. Torpaqlarımızın azadlığı üçün öncə qeyd etdiyim minimal məqsədlərə çatmayana qədər hər cür təzyiqlərə və çətinliklərə hazır olmalıyıq, çünki biz işğala qarşı və milli qürurumuz üçün vuruşuruq”.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, işğalçı ölkə öz davranışları ilə etimadsızlıq mühiti yaradıb. Odur ki, cəzasını almalı, Şuşa, Laçın, Kəlbəcər, Xankəndi daxil olmaqla, bütün ərazilərin işğalından əl çəkməlidir. Yalnız bundan sonra baza prinsipləri ətrafında masada danışmaq olar: “Ermənistan tərəfi oktyabrin 10-da Rusiyanın vasitəçiliyinin köməyi ilə atəşkəs rejimininin bərpasını xahiş etdi. Rəsmi Bakı humanitar missiya üçün buna razılıq verdi. Amma İrəvan bunu 90-ci illərdə olduğu kimi hücum olaraq dəyərləndirdi və əks-hücuma keçdi. Nəticədə birinci atəşkəs rejimini pozdular. Demək, İrəvan bu atəşkəsdən meyitlərin götürülməsini deyil, əks-hücumla yeni mövqeləri ələ keçirməyi planlayıb. Nəticə bu oldu ki, Azərbaycan daha da işğalçıları ərazilərdən təmizləyir. Göründüyü kimi, Ermənistanın atəşkəs çağırışı öz avantürist planlarına əsaslanır. İkinci atəşkəs razılaşması da onlar tərəfdən sabotaj edildi. Çünki Ermənistan heç bir danışıqlarda maraqlı deyil. Əgər atəşkəs və danışıqlarda maraqlı olsaydılar, hücum etməzdilər və bu proseslər başlamazdı”.

M.Əsədullazadə qeyd etdi ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında mümkün danışıqlarda maraqlı deyil və İrəvanın hər hansı bir razılaşma bəndinə mane olur: “Çünki burada ilkin şərt Qarabağın ”müstəqilliyi" və Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsidir. Bunu da Azərbaycan heç vaxt qəbul edə bilməz. Bu münaqişənin diplomatik müstəvidə həlli mümkün deyil, yeganə çıxış yolu hərbi yoldur. Humanitar atəşkəsin tətbiq olunmasını Ermənistan yalvarışla istəmişdi, amma az sonra razılaşmanı pozdu. Azərbaycan erməni cəsədlərinin digər ərazidən düşmənə verə bilər. Çünki Azərbaycan ilk atəşi dayandıran kimi, ermənilər əks-hücuma keçib itirilmiş mövqeləri qaytarmağa cəhd edirlər. Ona görə ki, Ermənistan heç bir danışıq prosesində maraqlı deyil. Ermənistanın hücum strategiyası fiaskoya uğrayacaq və Moskvanın planları həyata keçməyəcək".

Politoloq əlavə etdi ki, Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın Moskvaya növbəti səfəri əsasən, bu ayın 23-dəVaşinqtonda ABŞ dövlət katibi M.Pompeonun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbər ilə birgə görüşdən əvvəl S. Lavrovdan təlimatlar almaq məqsədı daşıyırdı: “Bu illər ərzində Qərbdə aparılan Qarabağ danışıqları fonunda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən əvvəl, erməni nazir Moskvaya dəvət edilir və təlimatlandırılırdı. Rusiya narahatdır ki, Vaşinqtonda Ermənistan qoşunlarının çıxarılması və baza sənədlərinin qəbulu reallaşa bilər. Tərəfləri bir masada anlaşmaya gətirə bilməyən Moskva, Vaşinqtondakı müzakirələrin formatından tam arxayın olmaq istəyir. Ona görə də Lavrov-Mnatsakanyan görüşü əvvəlki qaydada deyil, tərəflər bir-birilərinin mövqeyini dəqiqləşdirmək üçün görüşür. Çünki iki tərəf arasında etimad mühiti əvvəlki qaydada deyil. İrəvan demək olar ki, Moskvadan əlini üzüb. Sadəcə, hazırda Mehri dəhlizini qorumaq üçün Rusiyanın çağırışlarına gedir və onun istəklərini qəbul etməyə məcburdur. Sergey Lavrovla Z.Mnatsakanyan görüşü Qarabağ məsələsində həlledici deyil”. Ekspert hesab edir ki, Moskva və Vaşinqton görüşləri Azərbaycanın hərbi əməliyyatlarının qarşısının alınması üçün ciddi bir proses deyil: “Azərbaycan Ordusunun qısa müddətdə Ermənistan qoşunlarını mühasirəyə alması reallaşa bilər. Ermənistan növbəti dəfə Moskvadan yardım istəyəcək. Azərbaycanın qısa müddətdə hərbi əməliyyatları bitirməsi mütləqdir. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da Vaşinqton görüşündən əvvəl Moskvaya dəvət edildi. Tərəflərə növbəti atəşkəs çağırısı ediləcək. Moskva çalışır ki, Vaşinqton görüşü qabağı əhəmiyyətli bir prosesə imza atsın. Amma bunu birtərəfli etdiyi üçün ciddi bir dönüş gözlənilmir. XİN rəhbərlərinin görüşü diplomatik danışıqlar olaraq ciddi bir razılıq olmayacaq. Atəşkəs üçün ilk növbədə ordu rəhbərliyi, yaxud ali baş komandanlar bir araya gəlir və ciddi danışıqlar aparılır. Hazırda uğurlu hərbi əməliyyatlar çərçivəsində bu kimi təmaslar Azərbaycan üçün diplomatik müstəvidə öz sözünü demək üçün bir platformadır. Rusiya əvvəlki mövqeyində qalacaq. S.Lavrov Ermənistanın maraqlarına uyğun bir plan ortaya qoyacaq və Moskva görüşü də uğursuz olacaq”.

Azərbaycan xalqı Ali Baş Komandanına və Ordusuna inanır. 30 ilə yaxındır mənasız, status-kvonun saxlanmasına xidmət edən danışıqlardan qurtulmağın alternativsiz yolu olan hərbi əməliyyatların davam etdirilməsini, Böyük Vətən müharibəsini israrla müdafiə etməkdədir.

Yazı çapa hazırlanarkən şimal və cənub cəbhəsində gərgin döyüşlər davam edirdi. Allah Ordumuza yar olsun!
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru