“Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                 

“Xahişimiz budur ki, ərazilərimiz işğaldan tam azad olunana qədər ”dur“ əmri verilməsin!“ - DEPUTATDAN ÇAĞIRIŞ!!!
Tarix: 10-10-2020, 10:06 | Çap et
“Xahişimiz budur ki, ərazilərimiz işğaldan tam azad olunana qədər ”dur“ əmri verilməsin!“
Azərbaycan ordusu 27 sentyabrdan etibarən işğalçı Ermənistan ordusunu darmadağın etməklə, düşməndən təmizlədiyi torpaqlarımızda bayrağımızı ucaltmaqla tarix yazır. Belə bir gündə hər bir azərbaycanlının ürəyi ordumuzla birgə döyünür, qulağı, gözü cəbhədən gələn xəbərləri axtarır. Hər birimiz əminik ki, Ali Baş Komandanın qətiyyəti, ordumuzun şücaəti və xalqımızın dəyanəti sayəsində qələbə bizimlə olacaq, Cənubi Qafqazın qarayarasını birdəfəlik kəsib atacağıq.

123 saylı Kəlbəcər seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov “Yeni Müsavat”ın suallarını cavablandırdı, ordumuzun zəfərləri barədə danışdı.

- Aqil bəy, Vətən savaşının ilk günlərindən başlayaraq, Kəlbəcər istiqamətində ordumuzun uğurları barədə xəbər aldıq. Hazırda vəziyyət necədir? Yəqin, bizim xəbərdar olmadığımız çox məsələlər var ki, siz onlar barədə məlumatlısınız. Oxucularımıza bu barədə nə deyə bilərsiniz?

- Ordumuz əks-hücum əməliyyatlarını çox uğurla davam etdirir. Ötən müddət ərzində Azərbaycan ordusu hər gün öz gücünü qarşı tərəfə göstərə bilir. Ermənistan ordusu hər gün çoxsaylı canlı itki verir, saysız-hesabsız hərbi texnika, hərbi sursat məhv edilir, yaxud qənimət olaraq götürülür. Aldığımız xəbərlər hər birimizi ruhlandırır. Ötən müddətdə Azərbaycan ordusu bir sıra yaşayış məntəqələrini, o cümlədən hərbi əhəmiyyətə malik olan yüksəklikləri ələ keçirib, o cümlədən Murovdağ və onun ətrafındakı yüksəkliklər ordumuzun nəzarəti altındadır. Bu zəfərlər hər birimizi sevindirir. Bu gün əsgərlərimizin Kəlbəcər torpağına ayaq basması qələbədir. Azərbaycan ordusu tariximizin şanlı səhifələrini yazır.

- Murov yüksəkliyi, onun strateji əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Murov yüksəkliyi dəniz səviyyəsindən 3 min metr yüksəklikdədir və döyüşün ilk günlərindən ordumuzun nəzarətindədir. Qarşıda Camışdağ yüksəkliyi var ki, aldığımız məlumata görə, artıq həmin ərazi də ordumuzun nəzarəti altındadır. Artıq Göyçə istiqamətindən Kəlbəcərə gələn və Kəlbəcərdən Ağdərə istiqamətinə gedən yol ordumuzun tam nəzarətidədir. Ona görə hərbi əhəmiyyətə malik olan yüksəklik deyirik ki, o yollara nəzarət imkanı verir. Həmin yüksəkliyin əhəmiyyəti həm də ondan ibarətdir ki, oradan geniş əraziləri müşahidə etmək imkanı yaranıb.

- Yəqin ki, siz zamanında Murovdağ yüksəkliyində olmusunuz, eləmi?

- Əlbəttə. Kəlbəcər işğal olunmamışdan qabaq mən Murovdağ yolundan keçərək dəfələrlə Kəlbəcərə gedib-gəlmişəm. Qışda da getmişəm ordan. Maşınların sürüşüb yolun kənarında qaldığı dövrdə də getmişəm, yaz ağzı, payızda da. Çox çətin idi o zamanlar. Yaz ağzı, hətta yay günlərində o yolla gedib-gəlməyin özü bir qəhrəmanlıq idi. Əvvəllər ora 2-3 difirli maşınlarla gedib-gələ bilirdik. Vaxtaşırı əlaqə saxlayırıq. Bu gün yol tam nəzarət altındadır, işlək vəziyyətdədir, ordumuz üçün maneə yoxdur. Təbii ki, çox yüksəklik olduğu üçün hava soyuqdur, qarın hər an gəlməsi gözləniləndir. Əsgərlərimizə güc-qüvvət arzulayırıq.

- Oradan Kəlbəcərin mərkəzinə nə qədər məsafə var?

- Camışdağ yüksəkliyi Kəlbəcərə daha yaxındır. Ordan daha yaxşı nəzarət etmək mümkündür. Amma bizim elə silahlarımız var ki, hətta indiki mövqelərimizdən də nəzarət etmək imkanımız var. Bir məsələyə toxunum ki, bizim Ermənistanla 136 km-lik sərhədimiz var, dağlı-dərəli. Amma əmin olun ki, Ermənistandan gələn yola tam nəzarət var. İndiki mövqelərimizdən Kəlbəcərin mərkəzinədək hardasa 30-40 km-lik məsafə var. İnşallah, ordumuz tezliklə Kəlbəcərə qələbə bayrağımızı sancar!

Yuxarıda qeyd etdiyim kimi, Göyçə istiqamətindən gələn yol Kəlbəcərə keçir, ordan Laçın istiqamətinə də gedir. O yol da sonradan çəkilib, birinci Qarabağ savaşı dövründə. Çünki Ağdərə istiqamətinə gedən yol ermənilər tərəfindən dayandırılmışdı. Birinci Laçın istiqamətinə gedən yol açıldı, sonradan Kəlbəcər-Murovdağ, Göygöl yolu. O, müharibə dövrü çəkilən torpaq yoldur, müharibə dövründə çəkilib. Amma əsas magistral yol Kəlbəcər-Ağdərə və Dağlıq Qarabağ istiqamətinə aparan yoldur. Bildiyiniz kimi, İran tərəfdən də işğal olunmuş ərazilərimizə yol var. Aldığımız məlumata görə, həmin yollar da ordumuz tərəfindən nəzarətə götürülüb. İnşallah, hər gün uğurlarımız artır, ordumuz qələbələr qazanır. Özü də ordumuz beynəlxalq qanunları gözləmək şərtilə irəliləyir, dinc əhaliyə atəş açmır. Amma Ermənistan ordusu nəinki sərhədboyu yaşayış məntəqələrinin əhalisini, hətta digər bölgələrdəki sakinlərimizi də atəşə tutur. Bu da cinayətdir, beynəlxalq qanunların kobud şəkildə pozulmasıdır.

- Gördüyümüz ki, ordumuzun zəfərlərini sinirməyən qüvvələr də var. Bu günlərdə Azərbaycanın dostları da, özünü “dost”, “müttəfiq” göstərib, əslində işğalçının yanında qərar tutan sifətsizlər də məlum oldu. Siz düşmən mövqedə olan və Azərbaycana qarşı fitnə-fəsad siyasəti yürüdənlərlə bağlı nə deyərdiniz?

- Hamı bilməlidir ki, bu gün Azərbaycan xalqı, Azərbaycan ordusu haqq yolundadır. Biz kiminsə torpağında müharibə aparmırıq, bu, Vətən müharibəsidir. Ermənistanın 30 ilə yaxındır davam edən işğalçılıq siyasətinə bəzi beynəlxalq təşkilatlar, siyasi qurumlar, ayrı-ayrı paytaxtlar bu günə qədər göz yumdular. Amma baxın, bu gün artıq həmin siyasi qurumlar aktivləşib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, Fransa başda olmaqla, ədalətsiz bəyanatlar verməkdə davam edirlər.

- Faktiki olaraq işğalçı Ermənistanı xilas üçün hərəkətə keçiblər...

- Bəli, açıq-aşkar Ermənistanın mövqeyindən çıxış edirlər. Bu gün bizə bəlli olur ki, niyə bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətsiz olublar. Artıq onlar konkret şəkildə öz mövqelərini göstərirlər. Bütün bu bəyanatların, çıxışların bir cavabı var. Hər kəs bilməlidir ki, ədalətli olmayan bir sistemdə Azərbaycan əsgəri ədalətli qanunu yazmalıdır. Azərbaycan prezidenti bunu dəfələrlə vurğulayıb ki, əgər Ermənistan tərəf beynəlxalq qanunları pozursa, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni icra etmirsə, ona qarşı heç bir cəza tədbiri icra olunmursa, Azərbaycan niyə öz hüquqlarını qorumamalıdır?

- Aqil bəy, bu gün ölkə ictimaiyyətindən gələn bir sosial sifariş, israrlı xahiş və tələb var: hərbi əməliyyatlar sonadək davam etdirilməlidir, son qarış ərazilərimiz azad edilənə qədər. Siz necə düşünürsünüz?

- Edilən çoxsaylı zənglər, keçirdiyimiz görüşlər, cəbhə bölgəsindəki təmaslar zamanı xalqımız yekdilliklə nümayiş etdirir ki, biz bu gün Ali Baş Komandanın, ordumuzun ətrafındayıq, eyni zamanda 27 sentyabr tarixdə Ali Baş Komandanımızın verdiyi əks hücum əmrini yekdilliklə bəyənirik. Arzu-istəyimiz, xahişimiz ondan ibarətdir ki, ərazilərimiz işğaldan tam azad olunana qədər “dur” əmri verilməsin!

Xalqımız bu gün ordumuzun arxasındadır, əsgərimizə dayaqdır. Mən deyərdim ki, bu günə qədər belə həmrəylik, birlik nümayiş etdirilməmişdi. Bu zəfərin qarşısını heç kim ala bilməz. Biz haqq mübarizəsindəyik. Azərbaycan xalqı öz ordusunun gücünə, qüdrətinə inanır. Ordumuz bu gün müasir silahlarla təmin olunub, həm də nizami ordudur, fiziki cəhətdən sağlamdır. Mən inanıram ki, Azərbaycan ordusu çox yaxın gələcəkdə öz sözünü deyəcək və xalqımıza qələbə müjdəsini bəxş edəcək. O gün uzaqda deyil, biz bunu gözləyirik və inanırıq.

- Bilirik ki, siz Kəlbəcərin Ağdaban kəndində doğulmusunuz və 7 il Kəlbəcər rayonuna rəhbərlik etmisiniz. İnşallah, Kəlbəcər işğaldan azad olunandan sonra öncə haranı ziyarət etmək istərdiniz?

- Mənə Azərbaycanın hər qarışı, o cümlədən işğal altında olan bütün ərazilərimiz əzizdir, seçmək, bir-birindən ayırmaq istəməzdim. O cümlədən Kəlbəcərin hər qarışı mənə əzizdir. Kəlbəcərdə doğulmuşamsa, orda boya-başa çatmışamsa, təbii olaraq ora məni daha çox çəkir. Amma Azərbaycanın hər qarışı doğmadır. Səbirsizliklə Kəlbəcər torpağına ayaq basmaq istəyirəm. Təbii ki, doğulduğum yer, uşaqlıq, gənclik dövrünü keçirdiyim ərazi var. İlkin olaraq yadımda qalan xatirələri bir daha canlı olaraq görmək istəyərdim. Mən icra başçısı işlədiyim dövrdə Kəlbəcər haqqında 3 kitab nəşr etdirmişəm, bir film çəkdirmişdim, orda da dəfələrlə vurğulamışıq ki, Kəlbəcər Azərbaycanın zümrüd qaşıdır. Bu baxımdan çox böyük önəmi var. Həm də qərbdən Azərbaycanın qala qapısıdır. Kəlbəcəri elə-belə almaq mümkün deyildi. Yadınızdadırsa, ulu öndər kəlbəcərliləri qəbul edərkən demişdi ki, Kəlbəcərin işğal tarixinədək duruş gətirə bilməsi bir tərəfdən kəlbəcərlilərin öz qəhrəmanlıqları hesabına olub, digər tərəfdən də Tanrıdan yaradılmış qala kimi olması idi. Odur ki, Kəlbəcəri asanlıqla işğal etmək mümkün deyildi. Baxın, Laçın rayonu da işğal olunmuşdu, Kəlbəcər hələ yerindəydi. O vaxt çox çətin dövr idi, müstəqilliyimizin ilk illəri idi, ordumuz yenicə yaradılırdı, daxildə çəkişmələr var idi, xoşagəlməz vəziyyət yaranmışdı. Düşmən də bu vəziyyətdən istifadə etdi. Eyni zamanda, düşmənə kömək edən qüvvələr mövcud idi. Kəlbəcərin və digər rayonların işğalından sonra BMT Təhlükəsizlik Şurası ardıcıl olaraq 4 qətnamə qəbul etdi. Amma 30 ilə yaxın vaxt keçib, qətnamələrin icra olunmaması ilə bağlı işğalçı Ermənistana bir kəlmə söz deyən yoxdur. Bu gün həmsədr Fransa görün hansı mövqedədir? Bəyan edir ki, biz erməni xalqının yanındayıq. Görün bu, həmsədrliyə yaraşan sözdürmü? Qarabağ məsələsi indiyədək niyə həll olunmayıb, artıq bunun səbəbləri açıq-aşkar ortaya çıxır.

- Bu gün xalq Ali Baş Komandanın arxasındadır, ordumuza dayaqdır və bir nəfər kimi döyüşə atılmağa hazırdır. Belə bir durumda əlavə demək istədikləriniz varmı?

- Azərbaycan ordusu, Azərbaycan xalqı yeni bir tarix yazır. Xalqımız öz həmrəyliyini nümayiş etdirməklə, Ali Baş Komandanın yanında olmaqla düşmənə dərs verir. Azərbaycan bu gün heç bir kənar qüvvənin dəstəyindən istifadə etmədən torpaqlarını erməni işğalından azad edir. Bu gün xalqın yekdilliklə səfərbər olunmasına, əlavə canlı qüvvəyə də ehtiyac yoxdur. Amma Azərbaycana dəstək verən ölkələr də var. Türkiyə dövləti başda olmaqla Azərbaycana dəstək verən bütün ölkələrə öz minnətdarlığımı bildirirəm. Bu gün artıq hər kəs öz iç üzünü göstərdi. Belə bir deyim var: dostunu göstər, deyim kimsən? Bu gün Ermənistan kimi bir faşist ölkəni dəstəkləyən - mən onu fransız xalqına aid etmək istəmirəm - bir lider öz münasibətini ortaya qoydu. Erməni xalqının faşist mövqeyi elə bu adamda da var. 1992-93-cü illərdə də dinc əhalini soyqırıma məruz qoymuşdular. Ağdaban işğal olunanda körpə uşağı atasının qucağında öldürüblər, atası da yaralı. Ata yaralı ola-ola ona yeri qazdırıblar, uşağını basdırıblar ki, görsənməsin, sonra da atanı öldürüblər. Xocalı soyqırımında əliyalın uşaqları, qadınları, ağsaqqal- ağbirçəkləri işgəncə ilə qətlə yetirən ordudan nə cür danışmaq olar? Bu gün də dinc əhali hədəfdədir. Mülki əhalinin nə günahı var? Belə faşist bir dövlətin tərəfində durmaq elə onun tayı olmaqdır, bunun başqa adı yoxdur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru