“İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                 

“İnsanlara real qəhrəmanlar lazımdır” - deputat
Tarix: 1-09-2020, 08:44 | Çap et
“İnsanlara real qəhrəmanlar lazımdır”
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızın döyüş yolunun, şücaətlərinin dərsliklərə salınması barədə təkliflər var. Qeyd olunur ki, birinci Qarabağ savaşı zamanı qəhrəmanlıq göstərənlərin, habelə atəşkəs dövründəki erməni təxribatlarını dəf edərkən şəhid olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov, polkovnik İlqar Mirzəyev kimi şəhid hərbiçilərimizin dərsliklərdə geniş təbliğatına ehtiyac var.

Bu günə qədər dərsliklərdə Koroğlu, Qaçaq Nəbi, Babək haqqında yetərincə şeirlər, dastanlar öz əksini tapıb. Lakin bəzən bu qəhrəmanlar çox şişirdilmiş, bəzən nağılvari şəkildə tərənnüm olunur. Polad Həşimov, Raquf Orucov, İlqar Mirzəyev kimi şəhid hərbiçilərimiz isə real və gerçək qəhrəmanlardır.

Xatırladaq ki, bir müddət bundan əvvəl “Qanun” nəşrlər evi “Məktəblillər üçün liderlik dərsləri” adlı seriyasında şəhid general-mayor Polad Həşimovdan bəhs edən kitab çap etmişdi. Polad Həşimovun təhsil aldığı məktəb, məktəbdə onunla bağlı olan xatirələr, daha sonra əsgər və generalların, ailəsinin xatirələri toplandığı “Polad generalımız” adlı kitab 2000 tirajla çap olunaraq, məktəbli uşaqlara pulsuz paylanılmışdı. “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu “Yeni Müsavat”a açıqlamasında bu cür generalın həyatı haqda məlumatların məktəb dərsliklərinə salınmasını təklif etmişdi.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Musa Qasımlı qeyd edib ki, hazırkı dövrdə şagirdlərə daha çox qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan biliklər verilməlidir:

“Dövlətimizin təhsil strategiyasının tərkib hissələrindən biri olan dərslik siyasəti müstəqillik illərində böyük bir yol keçib. Tarix dərsliklərində müstəqil dövlətçilik, vətən, torpaq, millət sevgisi aşılayan mövzular, tarixi şəxsiyyətlərimiz və dövlət xadimlərimiz haqqında məlumatlar vardır. Bütün keçmiş minilliklər tariximizi bilməyimiz vacibdir. Orada bizim milli və dövlətçilik köklərimiz yatır.

Bununla yanaşı, hesab edirəm ki, biz şagirdlərimizə qəhrəmanlıq, müstəqil dövlətçilik hissləri aşılayan bilikləri daha çox verməliyik. Ona görə də dərsliklərdə general-mayor Polad Həşimov haqqında məlumatların verilməsi yaxşı olardı. Şagirdlərimiz ondan vətəni sevməkdə, qorumaqda və düşmənə sinə gərməkdə örnək alardılar. Tarix dərslikləri quru, bəzən də heç bir məna daşımayan statistik, xronoloji məlumatlardan təmizlənməli, başlıca olaraq vətən, torpaq, dövlət, millət sevgisi aşılamalı, yaxşı vətəndaş yetişdirilməsində başlıca rol oynamalıdır".

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa bildirib ki, ən böyük qəhrəmanlarımızdan biri də Nuru Paşadır: “Lakin onun adı mücərrəd qəhrəmanlar, Azərbaycana dəxli olmayan, fəaliyyəti müstəqilliyimiz üçün əhəmiyyət kəsb etməyən şəxslərlə müqayisədə çox arxa planda qalır. Eyni zamanda son dövrlərin qəhrəmanlarından olan Mübariz İbrahimov, Polad Həşimov, Raquf Orucov və digər dəyərli şəhid zabit və əsgərlərimizin obrazlarını təqdim etməyə tələsmirik. Əslində isə insanlara real qəhrəmanlar lazımdır. Bir məsələni də diqqətə çatdırmaq istərdim. Bu gün çox valideyn qız övladına Natəvan adını verir. Məlum olduğu kimi, zamanında Xan qızı Xurşudbani övladı vəfat etdikdən sonra Natəvan təxəllüsünü özünə götürüb. Natəvan ”yazıq, miskin insan" deməkdir. Bu gün də adın fərqinə varmadan bu adı övlada qoyurlar. Bu isə mahiyyətcə doğru deyil. Eləcə də qəhrəmanların mahiyyətinə baxışımız kökündən yanlışdır, təhrif olunmuşdur. Bu səbəbdən real qəhrəmanlara qayıtmalıyıq. Məsələn, əgər Qarabağda qalib gəlmək istəyiriksə, bizim obrazımız Koroğlu, Babək ola bilməz. Obrazımız Nuru Paşa olmalıdır, hansı ki, Bakını işğalçılardan azad edib. Yəni bu obrazı daha dərindən anlasaq, bilərik ki, qalib gəlmək mümkündür. Və yaxud vətən üçün şəhid olmaq obrazı deyəndə Mübariz İbrahimovu, Polad Həşimovu, Raquf Orucovu göstərmək kifayət edər.

Bizə real qəhrəman ona görə lazımdır ki, biz görək ki, bizdən biri olan, bizimlə eyni yeməyi yeyən şəxs gəlib Bakını azad edə bildi. Necə ola bilər ki, Azərbaycan zabiti özünü bu ruhda hazırlamasın və Qarabağı azad etmək haqda düşünməsin. Amma bir daha qeyd edirəm, bunu koroğluçuluqla təbliğ etmək çox çətin olacaq".

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: “Azərbaycan Respublikasının dərslik siyasətinə görə dərsliklər şəxsiyyət yetişdirməlidir. Xüsusən də son dövrdə Azərbaycanda Qarabağ müharibəsində baş verən proseslər dərsliklərdə insanları qələbəyə olan inamı artırmalıdır. Ona görə də dərsliklər gənc nəslin milli-vətənpərvər ruhunda yetişməsinə, eyni zamanda bu hisslərin oyadılmasına müsbət təsir etməlidir.

Birmənalı şəkildə istər 2016-cı ildə baş verən Aprel döyüşləri, istərsə də 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmanlıq göstərən zabit və əsgərlərimiz haqqında məlumatlar mütləq şəkildə dərsliklərə salınmalıdır. Çünki bu hadisələr həm Azərbaycan, həm də dünya əhəmiyyətli hadisələrdir.

Etiraf edək ki, son dövrlərdə ölkədə gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün müsbət milli qəhrəman obrazlarında çatışmazlıqlar var. Məhz Polad Həşimovun, İlqar Mirzəyevin və digərlərin adları, onların haqqında məlumatların dərsliklərə gətirilməsi bu boşluqları aradan qaldıra bilər.

Çox təəssüf ki, hazırda dərsliklərimizdə, xüsusən də tarix, ədəbiyyat fənlərində bu tipli məlumatlar azlıq təşkil edir. Bu səbəbdən bir daha qeyd edirəm ki, bu boşluqları bərpa etmək üçün yeni dərsliklər çap ediləndə yeni dövrümüzün qəhrəmanları haqqında geniş məlumatlar verilməli və bu ən zəruri addım olmalıdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru