"Bəli, namizəd olduğum 33 saylı dairədə də təxribat oldu" - QALMAQAL
Tarix: 28-02-2020, 08:44 | Çap et
 Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsində 9 fevralda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlamalar verib. O, bildirib ki, bu seçkilər digərlərindən kifayət qədər fərqli idi.
Birinci dəfə idi ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilirdi. Seçki prosesi dedikdə, burada həm iştirakçıların sayı, həm ictimai-siyasi mühit, həm qanunvericilik hər bir vətəndaşın öz namizədliyini irəli sürməsi üçün yaradılan demokratik şərait bütövlükdə ehtiva olunur. S.Novruzov deyib ki, YAP tərəfindən 20-dən artıq keçmiş deputat olmuş şəxsin namizədliyi irəli sürülmədi, onlar seçkidə iştirak etmədi: “Bundan başqa, icra strukturlarında vəzifəyə təyin olunanlar və s. şəxslər vardı ki, onların da yeri boş qalmışdı. Boş olan yerlərin sayı 12 idi. Eyni zamanda digər siyasi partiyalardan olan, bitərəf deputatlardan da bəziləri bu seçkilərdə namizədliyini irəli sürmədi. Səhhəti və yaşı ilə bağlı namizədliyini irəli sürməyənlər də oldu. Təxminən keçmiş parlamentdən 45 nəfərin namizədliyi bu dəfə irəli sürülmədi. Bu artıq parlamentin 30%-dən çox hissəsi deməkdir. Parlament o vaxt tam dəyişir ki, kataklizmlər, üsyanlar, çevrilişlər baş verir. Hətta onda belə keçmiş deputatlardan yeni parlamentdə təmsil olunanlar olur. Özünü doğruldan insanların yenidən namizədliyini irəli sürülməsi siyasi partiya tərəfindən məsləhət bilinirsə, həmin şəxslər bir daha namizədliyini irəli sürə bilərdi”.
“Mərkəzi Seçki Komissiyası 4 dairədə səsvermənin nəticələrin etibarsız sayıb. Bu dairələrdən ikisində YAP-ın irəli sürdüyü şəxslər lider namizəd idi - 33 saylı Xətai Birinci Seçki dairəsində Hüseynbala Mirələmov və 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən Hadi Rəcəbli.
Partiyanın buna münasibəti necədir? Sizcə, həmin dairələrdə səsvermənin nəticələri niyə ləğv edildi?” sualına S.Novruzov belə cavab verib: “Şikayətlər daxil oldu və MSK şikayətlər əsasında bu məsələni həll etdi. Şikayətlər obyektiv olanda dairə üzrə səsvermənin nəticələri ləğv edilir. Həmin dairələrdə maraqlı tərəf çox idi. Onlar da çalışırdılar ki, orda təxribat yaratsınlar. Buna da nail oldular. Araşdırmalar aparıldı və nəticə etibarı ilə dairələr ləğv olundu. Buna baxmayaraq, həmin şəxslərdən biri bizim rayon təşkilatının sədri, digər namizəd isə YAP Siyasi Şurasının üzvüdür. Onlar yenə də partiya fəaliyyətlərini davam etdirirlər”.
Siyavuş Novruzov 33 və 74 saylı dairələrdə təxribatların olduğunu və buna görə də nəticələrin ləğv edildiyini desə də təxribatları kimin, yaxud da hansı qüvvələrin həyata keçirdiyini söyləməyib, konkret adlar çəkməyib.
33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olmuş AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli isə məsələ barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Siyavuş Novruzovun dairədə təxribatlar olduğu barədə dediyi həqiqətədir: “Siyavuş Novruzovun dediyinin əvvəli ilə razıyam. Bəli bütün dairələrdə olduğu kimi namizəd olduğum 33 saylı dairədə də təxribat oldu. Lakin yaxşı olardı ki, Siyavuş müəllim təxribatı konkret hansı qüvvənin və kimin tərəfdarlarının həyata keçirdiyini açıq söyləyərdi. Həmin dairədə təxribatların başında YAP-ın namizədi, onun adamları, ona işləyən komissiya üzvləri dayanırdı. Bu cür təxribatçıların, onların başında dayananların birinci təxribatı əslində YAP-ın sədri, prezident Əliyevə qarşı oldu. İlham Əliyev seçkidən əvvəl dəfələrlə gənclərə yol vermək lazımdır dedi. Həmin təxribatçılar isə bu mövqeyə qarşı addımlar atdılar. Xalq tərəfindən qəbul edilməyən deputatların əksəriyyətinin namizədliyini yenidən irəli sürülməsinin və qalib elan edilməsinin başqa adı yox idi. Xalq tərəfindən etirazla qarşılananlardan biri də 33 saylı dairədən YAP-ın namizədi, deputat Hüseynbala Mirələmov idi. 33 saylı dairədə məhz onun təxribatının qarşısını alaraq saxta qələbəsinin nəticələrini MSK ləğv etdi. Təəssüf ki əksər dairələrdə buna bənzər təxribatlar olsa da heç də hamısının qarşısı alınmadı-nəticələr ləğv edilmədi”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02 |
|
|
|
• ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00 |
|
|
|
• Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03 |
|
|
|
• “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55 |
|
|
|
• Peskov DEYİR Kİ...
Dünən, 17:52 |
|
|
|
• "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47 |
|
|
|
• İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43 |
|
|
|
• Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30 |
|
|
|
• 244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42 |
|
|
|
• Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37 |
|
|
|
• Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32 |
|
|
|
• Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23 |
|
|
|
• Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04 |
|
|
|
• 12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58 |
|
|
|
• Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53 |
|
|
|
• "Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51 |
|
|
|
• Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Dünən, 12:17 |
|
|
|
• BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Dünən, 12:13 |
|
|
|
• Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Dünən, 12:06 |
|
|
|
• “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Dünən, 12:03 |
|
|
|
• “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Dünən, 11:55 |
|
|
|
• Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Dünən, 11:50 |
|
|
|
• "Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Dünən, 11:40 |
|
|
|
• Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:29 |
|
|
|
• 9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Dünən, 11:15 |
|
|
|
• Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Dünən, 11:11 |
|
|
|
• Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Dünən, 11:06 |
|
|
|
• İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Dünən, 11:00 |
|
|
|
• Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Dünən, 10:57 |
|
|
|
• Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Dünən, 10:53 |
|
|
|
• Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Dünən, 10:51 |
|
|
|
• Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Dünən, 10:48 |
|
|
|
• "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Dünən, 10:38 |
|
|
|
• Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Dünən, 10:26 |
|
|
|
• Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Dünən, 10:18 |
|
|
|
• “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 10:14 |
|
|
|
• Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Dünən, 10:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Dünən, 09:53 |
|
|
|
• Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Dünən, 09:47 |
|
|
|
• 15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Dünən, 09:45 |
|
|
|
• "Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Dünən, 09:41 |
|
|
|
• “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Dünən, 09:33 |
|
|
|
• Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Dünən, 09:31 |
|
|
|
• Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Dünən, 09:18 |
|
|
|
• Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Dünən, 09:10 |
|
|
|
|