Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                     “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” .....                     Bakıda adam bıçaqlayan ictimai fəala .....                     "Rafaellə Coşqun mənə şok yaşatdı" .....                     Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu .....                     9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək .....                     Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb .....                     Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR .....                     İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub .....                     Şərurda vətəndaşın işi TƏRS GEDİR... .....                     Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... .....                     Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi .....                     Paşinyanın “Vatikana yürüşü” .....                     "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." .....                     Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi .....                     Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib .....                     “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək .....                     Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... .....                     Əmək müqaviləsinə xitam verilməsi... .....                     Amerikasayağı Zəngəzur dalanı: .....                     15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? .....                     "Pulu verməkdən imtina edirlər" .....                     “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, .....                     Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək .....                     Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? .....                     Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? .....                     Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” .....                     “Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” .....                 

Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Tarix: Bu gün, 09:47 | Çap et

Prezident İlham Əliyev ötən həftəsonu Xankəndindəki media forumda Zəngəzur dəhlizi ilə bağlı mövqe bildirib. Prezidentin sözlərinə görə, təəssüf ki, son beş il ərzində Ermənistan Zəngəzur dəhlizi ilə bağlı heç bir iş görməyib: “Bu məsələ qəsdən gündəmdən çıxarılır. Belə olan halda, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək imkanı sıfıra yaxınlaşır. Əgər bu prosesi əngəlləməkdə davam etsələr, düşünürəm ki, Ermənistan nəinki hazırkı nəqliyyat təcridindən çıxa bilməyəcək, həm də müəyyən dərəcədə siyasi təcrid vəziyyətinə düşəcək”.

Dövlət başçısı ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı mövqeyini də bildirib. Dövlət başçısı deyib ki, sual Ermənistan rəhbərliyinə verilməlidir: “Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz. Ermənistan özü çox şey edə bilər. Mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər. Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarına dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda, vətəndaşlarımız təhlükə altında olacaqlar”.

Bəllidir ki, Ermənistanın baş naziri son mətbuat konfransında ABŞ-ın Zəngəzur dəhlizinin icarəsi ilə bağlı təklifinin fəal müzakirə olunduğunu bildirib. “Biz bunda maraqlıyıq, lakin indiyədək bu məsələdə razılığa gəlməmişik. Belə bir razılaşma əldə oluna bilərmi? Bəli, ola bilər”, - o vurğulayıb və əlavə edib ki, Amerika variantı hələ də əsas hesab edilsə də, digər ölkələrin də oxşar təşəbbüsləri müzakirə olunur.

Paşinyan həmçinin bildirib ki, o, əsas kommunikasiyaların üçüncü tərəfə ötürülməsində heç bir risk görmür. “Məsələn, Zvartnots hava limanının rəhbərliyi ekstraterritorialdır. Mən inanmıram ki, bu halda, Ermənistanın suverenliyi, yurisdiksiyası və ya ərazi bütövlüyü pozulsun. Bizim su təchizatı sistemimiz də ekstraterritorial idarə olunur”, - baş nazir qeyd edib.

Rusiyanın “İzvestiya” nəşri “Dəhlizdə fırtına: amerikalılar Cənubi Qafqaz uğrunda döyüşə başladılar” məqaləsində ABŞ-ın layihədə mümkün iştirakına Bakı və Ankaranın hələ reaksiya vermədiyini yazır: “Görünür, hər iki paytaxt bu variantdan o qədər də razı deyil, çünki onlar yolda heç bir nəzarətin olmamasını ideal hesab edirlər. Eyni zamanda üçüncü tərəfin iştirakı da onlar üçün məqbul görünür”.

Ermənistan Tətbiqi Siyasət Araşdırmaları İnstitutunun elmi işçisi Sergey Melkonyan isə nəşrə deyib ki, təsəvvür etmək çətindir ki, hansısa kommersiya şirkətinin gömrük və sərhəd nəzarəti funksiyalarını öz üzərinə götürsün: “Burada cavabdan daha çox suallar var. Amma qeyd edirəm ki, Ermənistanda sərhəd və sərhəd təhlükəsi ilə bağlı çətin vəziyyət var. Yarı blokada vəziyyəti qalmaqdadır, sülhü qorumaq vəzifəsi son dərəcə çətin görünür”.

Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 10 noyabr razılaşmasını regionda kommunikasiyaların açılmasında və sərhədlərin müəyyənləşməsində Rusiyanın iştirakının nəzərdə tutulduğunu xatırladıb. Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən quru əlaqəsi olan Zəngəzur dəhlizi ideyasını ilk dəfə məhz üçtərəfli bəyanatda əks olunurdu, Rusiya sərhədçiləri bu yolun təhlükəsizliyini təmin etməli idi.

Amma Rusiya da bu 5 ildə Zəngəzur dəhlizi məsələsində bir addım belə irəliləyə bilmədi. İndi isə Rusiya XİN Zəngəzur dəhlizinə nəzarətin Moskvaya aid olduğu köhnə sənədi yada salır. Azərbaycanın tələbi bəlli, Rusiyanın və ABŞ-ın istəyi də... Bəs çıxış yolu nədir?

Erməni analitik Ovannes Avetisyan isə maraqlı analogiya aparıb. O bildirib ki, Zəngəzur dəhlizi açılandan sonra eynilə Batumidəki proses təkrarlanacaq: “Məsələn, Batum. Türkdilliləri gətirib, işlədəcək və orada məskunlaşdıracaqlar”. Onun proqnozuna görə, Zəngəzur bu gün Ermənistanın ən az məskunlaşan bölgəsidir: “Dəhliz həyata keçirəndən sonra iqtisadi sənədlər imzalanacaq, Türkiyədən iş adamları bura gələcək, irimiqyaslı hotel və xidmət layihələri yaradacaqlar”.

Bəs Azərbaycan bu düyünün çözülməsini necə təsəvvür edir? Beş ildir həllini tapmayan dəhliz məsələsi daha neçə il uzana bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Zəngəzur dəhlizi istənilən halda açılacaq. Parlamentin üzvü bildirdi ki, sadəcə olaraq, bu gün Zəngəzur dəhlizi uğrunda savaş gedir və mövqelərin toqquşması da əslində dəhlizə nəzarət uğrundadır: “İran hazırda istisnadır, ancaq istənilən halda, bu dəhliz onların maraqlarına xidmət etmir. İran daha böyük siyasi maraqlarını təmin etmək üçün bu yolun açılmasını istəmir. Ermənistanla sərhədinin nəzarətdən çıxacağı qənaətində olduğu üçün bu fikirdədir. Ancaq Rusiyanın 2020-ci il 10 noyabr bəyannaməsinə müvafiq olaraq həmin xəttə Rusiya Federal Xidmət orqanlarının nəzarətini hədəflədiyi məlumdur. Amma Ermənistan bu məsələdə mövqeyini artıq konkret şəkildə bildirib. Əslində bu, Azərbaycanın da maraqlarına tam uyğun deyil. Bu baxımdan, həmin kommunikasiya xəttinə nəzarətin Azərbaycan və Türkiyənin əlində olmasında maraqlıyıq. Azərbaycan və Türkiyə bu layihədə əsas rol oynayırlar. Həmçinin təhlükəsizlik mexanizmində də birbaşa iştirak etməlidirlər”.

A.Əlizadə Zəngəzur dəhlizinin açılmasında böyük türk dövlətlərinin də maraqlı olduğunu açıqladı: “Sözsüz ki, ABŞ da bu məsələdə maraqlıdır və hətta təklif də irəli sürüb ki, onların bir şirkəti həmin bölgəni 100 il müddətinə icarəyə götürməyə hazırdır. Həmçinin bu dəhliz Böyük Britaniya və Çin üçün də strateji maraq doğurur. Azərbaycan artıq texniki məsələlərin həlli istiqamətində ciddi işlər görüb, vəsaitlər ayırıb. Ermənistan da anlayır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Türkiyə və Azərbaycanla kommunikasiya qurulmalıdır. Düzdür, bu gün Ermənistan Paşinyanın timsalında fərqli mövqe sərgiləyir. Ancaq Paşinyan seçkilərə qədər bu məsələ ilə bağlı konkret addım atmaq imkanına malik deyil. Çünki seçkiöncəsi bu məsələ müxalif qüvvələri qıcıqlandırar və onların əlini gücləndirə bilər”.

Deputat vurğuladı ki, Paşinyanın Türkiyə səfərində və Prezident İlham Əliyevlə Əbu-Dabidə baş tutan 5 saatlıq görüşündə bu məsələ müzakirə olunub: “Məlumdur ki, sülh müqaviləsinin bağlanması üçün əsas şərtlərdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır. Bu, rəsmi şəkildə səslənməsə də, bütün danışıqların əsas predmetidir. Hesab edirəm ki, Ermənistandakı parlament seçkilərindən sonra həm sülh müqaviləsinin imzalanması, həm də Zəngəzur dəhlizi ilə bağlı ciddi addımlar atılacaq. Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının qaldırılması ilə bağlı referendumun keçirilməsi fonunda da önəmli addımların şahidi olacağıq. Sadəcə, zamana ehtiyac var”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Bu gün, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Bu gün, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Bu gün, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Bu gün, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Bu gün, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Bu gün, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Bu gün, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Bu gün, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Bu gün, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Bu gün, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Bu gün, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Bu gün, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Bu gün, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Bu gün, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Bu gün, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Bu gün, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Bu gün, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Bu gün, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Bu gün, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Bu gün, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Bu gün, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Bu gün, 10:53
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Bu gün, 10:51
Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Bu gün, 10:48
"Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Bu gün, 10:38
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:26
Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Bu gün, 10:18
“Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Bu gün, 10:14
Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Bu gün, 10:00
Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Bu gün, 09:53
Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Bu gün, 09:47
15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:45
"Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Bu gün, 09:41
“Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Bu gün, 09:33
Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Bu gün, 09:31
Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Bu gün, 09:18
Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Bu gün, 09:10
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır” – Erməni səfir
Bu gün, 09:07
“Zəngəzur dəhlizi Oval kabinetdə müzakirə olunursa, deməli…” - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Kreml xəsislik edir, yoxsa qabalıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:00
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
Bu gün, 08:58
Sülh üçün “dəmir-beton”qarantiya - İNCƏLƏMƏ
Bu gün, 08:51
Fərdi əmək mübahisələri... - Ekspert danışır...
Bu gün, 08:48
KONTAKT HOME yenə də problem yaradır - GİLEY
Bu gün, 08:39
Qoymayın, üstümüzə `Z-BLOGER` ordusu gəlir... - GƏLİŞMƏ...
Bu gün, 08:28
Lerikin icra başçısı oxşar rəqəmlərlə tenderə gedir... - elə bil QƏDƏRİNİ BİLİR...
Bu gün, 07:32
Kremlin MİQRANT TƏZYİQİ - son silahlarıdır...
Bu gün, 07:24
38 illik sədrlik dönəminizdə demokratik fikir, düzgün idarəçilik anlayışlarını tanımadınız - AYB ÜZVÜNDƏN ANARA MƏKTUB
Bu gün, 07:21
Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə... - nə izah edən var, nə də izahat verən...
Bu gün, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru