7 sentyabr 2025-ci il saat 11.00-da “Dəvəli” ASC səhmdarlarının növbəti illik ümumi yıgıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Dəvəli” ASC-nin 2024- cü maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi və mənfəətin bölüşdürülməsi.
2. Cari məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Ünvan – Bakı şəhəri.Yasamal rayonu, 2-ci Alatava,-Dadaş Bünyadzadə küçəsi 212-dir.