"Onlar ”Bəlkə də qaytardılar" düşüncəsi ilə yaşayırlar" - deputat
Tarix: 27-02-2020, 10:51 | Çap et
 Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün fevralın 26-da Konstitusiya Məhkəməsinə təqdim edib.
Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
Konstitusiya Məhkəməsinin seçkilərin yekunlarını və nəticələrini yaxın günlərdə təsdiq edəcəyi ehtimal edilir. Böyük ehtimalla bu həftənin sonunadək məsələ həllini tapacaq. Martın 3-də isə yeni Milli Məclisin ilk iclasının keçiriləcəyi gözlənilir. Qaydaya görə, ilk iclasa sədrliyi Milli Məclisin ən yaşlı deputatı etməlidir. Yeni Milli Məclisə seçilən deputatlar sırasında ən yaşlısı Fəttah Heydərovdur. Odur ki, ilk iclasa Fəttah Heydərov sədrlik edəcək. İclasda Milli Məclisin yeni sədri və sədr müavinləri seçiləcək.
Maraqlıdır ki, yeni Milli Məclis hələ fəaliyyətə başlamadan onun da vaxtından əvvəl buraxılacağı və yenidən növbədənkənar parlament seçkiləri keçiriləcəyi barədə sosial şəbəkələrdə, müxtəlif saytlarda iddialar irəli sürülür. İddialarda bu prosesin 2022-ci ildə baş verəcəyi qeyd edilir.
Bu cür iddialarla əsasən bəzi deputatlığa namizəd olmuş şəxslər, müxalifətçilər çıxış edirlər.
Hakim Yeni Azərbaycan Partiyasından isə bu iddiaların heç bir əsasının olmadığı bəyan edilir. YAP-çı deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu cür fikirləri irəli sürən insanlar sağlam düşüncə qabiliyyətini itirmiş insanlardır: “Onlar ”Bəlkə də qaytardılar" düşüncəsi ilə yaşayırlar. Ölkədə demokratik, şəffaf seçkilər keçirilib. Nəzərə alsaq ki, bu seçkini 883 beynəlxalq müşahidəçi, 70 minə yaxın yerli müşahidəçi izləyib və onların mütləq əksəriyyəti seçkini yüksək qiymətləndirib. 58 dövlətdən, 69 beynəlxalq təşkilatdan müşahidəçilər olub. Dünyanın 132 kütləvi informasiya vasitələri seçkini işıqlandırıb. Bütövlükdə bu seçkilər Azərbaycanın seçdiyi demokratik inkişaf yolunda növbəti mühüm mərhələ oldu. Seçkilərdə namizədlərin sayı bir daha təsdiq edir ki, bu seçkilər necə azad rəqabətli olub. Təxminən bir yer uğrunda 10 namizəd mübarizə aparıb. Bütün bunlardan sonra hesab edirəm ki, məğlub tərəf bir siyasi mədəniyyət ortaya qoymalıdır, qalibi təbrik eləməlidir. Təəssüf ki, biz bunun şahidi olmadıq. MSK öz işini qanun çərçivəsində uğurla həyata keçirdi. Xeyli sayda seçki məntəqələrində qüsurlar aşkar edildi və həmin məntəqələrdə nəticələr ləğv edildi, 4 seçki dairəsində nəticələr ləğv edildi. Bütün bunların hamısı onu göstərir ki, sözün həqiqi mənasında Azərbaycanda normal demokratik seçkilər keçirilib. İndi də uduzan tərəflərdə siyasi mədəniyyət çatmır ki, qalib tərəfi təbrik etsinlər. Hər yerdən əlacları kəsildiyi üçün indi də iddialar irəli sürürlər ki, bir müddət sonra bu parlament buraxılacaq və yeni seçkilər keçiriləcək. Bu fikirləri irəli sürməklə həm də sanki özlərinə təsəlli verirlər".
E.Nəsirov qeyd etdi ki, bu düşüncədə olan insanların uduzması labüd idi. Hələ fəaliyyətə başlamayan Milli Məclisin buraxılacağı və yenidən növbədənkənar seçkilərin keçiriləcəyi barədə iddialar mənasız, əsassızdır: “Parlament seçkiləri beş ildən bir həyata keçirilir. Hesab edirəm ki, yenidən növbədənkənar seçkilər keçiriləcəyi barədə bəyanatlar heç bir reallığa söykənmir. O iddiaları irəli sürənlərə sual edirəm ki, əgər bir müddət və ya bir ildən sonra növbədənkənar parlament seçkiləri keçiriləcəksə, onda niyə seçkidən sonra bu qədər canfəşanlıq edirlər, ”qələbəmiz tanınmalıdır"-deyə tələblər irəli sürürlər, qeyri-qanuni aksiyalar keçirirlər. Belə çıxır ki, o adamlar bir müddət sonra buraxılacağını düşündükləri parlamentə düşmək üçün cəhd edirlər? Davranışlarınızla bəyanatınız arasında məntiqsizliyin fərqindəsinizmi?! Bax, bu suallara cavab versinlər".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02 |
|
|
|
• ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00 |
|
|
|
• Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05 |
|
|
|
• Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03 |
|
|
|
• “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55 |
|
|
|
• Peskov DEYİR Kİ...
Dünən, 17:52 |
|
|
|
• "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47 |
|
|
|
• İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43 |
|
|
|
• Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30 |
|
|
|
• 244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42 |
|
|
|
• Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37 |
|
|
|
• Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32 |
|
|
|
• Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23 |
|
|
|
• Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04 |
|
|
|
• 12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58 |
|
|
|
• Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53 |
|
|
|
• "Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51 |
|
|
|
• Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Dünən, 12:17 |
|
|
|
• BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Dünən, 12:13 |
|
|
|
• Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Dünən, 12:06 |
|
|
|
• “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Dünən, 12:03 |
|
|
|
• “Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Dünən, 11:55 |
|
|
|
• Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Dünən, 11:50 |
|
|
|
• "Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Dünən, 11:40 |
|
|
|
• Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:29 |
|
|
|
• 9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Dünən, 11:15 |
|
|
|
• Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Dünən, 11:11 |
|
|
|
• Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Dünən, 11:06 |
|
|
|
• İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Dünən, 11:00 |
|
|
|
• Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Dünən, 10:57 |
|
|
|
• Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Dünən, 10:53 |
|
|
|
• Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
Dünən, 10:51 |
|
|
|
• Paşinyanın “Vatikana yürüşü” – Erməni hökumətində gərginlik ARTIR
Dünən, 10:48 |
|
|
|
• "Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək..." - TƏLTİFDƏN SONRA...
Dünən, 10:38 |
|
|
|
• Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi - BUNDAN SONRA...
Dünən, 10:26 |
|
|
|
• Xaricə gedən azərbaycanlıların 76 faizi 4 ölkəyə səfər edib
Dünən, 10:18 |
|
|
|
• “Dəvəli” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 10:14 |
|
|
|
• Sabunçuda vətəndaşa YEZİD ZÜLMÜ... - NARAZILIQ VAR...
Dünən, 10:00 |
|
|
|
• Əmək müqaviləsinə xitam verilməsi... - Ekspert danışır...
Dünən, 09:53 |
|
|
|
• Amerikasayağı Zəngəzur dalanı: - “open”, yoxsa “closed...”
Dünən, 09:47 |
|
|
|
• 15 il cəza alan gözdən əlil apellyasiya şikayətində nə istəyir? - TƏFƏRRÜAT
Dünən, 09:45 |
|
|
|
• "Pulu verməkdən imtina edirlər" - İŞƏ MƏHKƏMƏ QARIŞDI
Dünən, 09:41 |
|
|
|
• “Anam atamı özünə polşadan sevgili gətirdiyi üçün qınayırdı, atam deyirdi ki, onu necə qovum getsin?”
Dünən, 09:33 |
|
|
|
• Elm və Təhsil Nazirliyi sanitar gigiyena xidmətlərinin göstərilməsinə 5.6 milyon xərcləyəcək
Dünən, 09:31 |
|
|
|
• Rusiyadan inanılmaz Qarabağ həmləsi: 17 illik taktika təkrarlanır? – Bu dəfə ermənilər…
Dünən, 09:18 |
|
|
|
• Azərbaycana sanksiya tələbinin arxasında kimlər var? - Görünəni odur ki...
Dünən, 09:10 |
|
|
|
|