Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? .....                     “Zəngəzur düyünü”nü kim açacaq? .....                     Trampın vədləri: daha iki ay fasiləsiz müharibə .....                     "Paşinyan tamamilə düzgün mövqe seçib" .....                     “Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” .....                     "Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır" .....                     Azərbaycanın üzünə qapanan SİYAHI .....                     Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir .....                     Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib .....                     Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? .....                     Dini Komitə 800 min manata portal açır .....                     Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... .....                     “İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...” .....                     Bu Regional Təhsil İdarəsindən .....                     Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi .....                     Mərkəzi Bank dövlət dilinin normalarını pozub .....                     Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb .....                     Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? .....                     Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib .....                     Əməkdar artistdən qalmaqallı AÇIQLAMA .....                     Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR .....                     Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib .....                     İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır .....                     SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... .....                     Paşinyan tələsməlidir ki... .....                     Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR .....                     Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi .....                     Flora İbadovaya yüksək vəzifə verildi .....                     İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib .....                     Türkmənistan liderinin səfəri .....                     Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? .....                     Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın .....                     Şakdam doğrudan da casusdur? .....                     Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar .....                     Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur .....                     Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... .....                     Ermənistan Aİ-yə üzv olmaq istəyir .....                     Səhər verilişlərini "reytinqsiz" adlandırdı .....                     Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir .....                     İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir .....                 

"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."
Tarix: 15-03-2018, 09:24 | Çap et
"Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək..."
Xalqımızın tarixində və yaddaşında silinməz iz qoyan günlərdən biri də Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gündür. Belə ki, bu tarix xalqın tərəqqisində, milli mənəvi dəyərlərə sahib çıxmasında, gələcəyə ümid işığının yanmasında böyük rol oynadı. 23 ay yaşasa da, 100 ildir unudulmayan cümhuriyyətin xalqımızın taleyindəki rolu danılmazdır. Təsadüfi deyil ki, prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu AXC-yə olan yüksək münasibətin ən bariz nümunəsidir. Cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasının və bu istiqamətdə görülən işlərin əhəmiyyətini öyrənməyə çalışdıq.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyir ki, dövlət başçısının cümhuriyyətə bu qədər önəm verməsi alqışa layiq bir addımdır: "2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi prezident İlham Əliyevin dövlətçilik tariximizlə bağlı atılan mühüm addımlarından biridir. Bu addım Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük rəğbətlə qarşılanıb. Bu, dövlət başçısının cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan Prezidenti bütün çıxışlarında cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısının cümhuriyyətə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram”.

Deputat prezident İlham Əliyevin cümhuriyyət tarixi barədə araşdırmaların genişləndirilməsi ilə bağlı Tarix İnstitutuna ciddi tapşırıq verdiyini deyir: "Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan bir sıra beynəlxalq elmi konfransların təşkilini planlaşdırırıq. İnstitutun elmi şurasının qərarına əsasən, bu il "Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, "Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rus dilində), "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rus dilində), "Şəki (Nuxa) bölgəsi (1917-1920)”, "Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə” və "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” kitabları çapdan çıxacaq. Həqiqətən Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edən AXC-nin tarixi, cümhuriyyət liderlərinin xalqımız qarşısındakı xidmətləri müasir Azərbaycan üçün qürur mənbəyidir”.

"AXC az yaşasa da, xalqımızda azadlıq və müstəqillik fikirlərini daha da gücləndirmiş oldu” deyən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev qeyd edir ki, həmin dövr xalqımızın tarixində silinməz izlər qoydu: "Hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan unudulmaz və əzəmətli səhifələr var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın dövlətçilik salnaməsinin belə yaddaqalan səhifələrindəndir. Cümhuriyyətin yaradıcıları millətimizin şərəfini xilas edərək, onun müstəqil, müasir, dünyəvi və hüquqi dövlət yaratmağa və idarə etməyə qadir olduğunu dünyaya sübut etdilər. AXC-nin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahələrində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb”.

Müsahibimiz deyir ki, cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir: "Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən, cari ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Dövlətimizin başçısı dəfələrlə ziyalılarımız və yerli ictimaiyyətin nümayəndələri ilə keçirdiyi görüşlərdə tariximizin müxtəlif dövrlərinə və hadisələrinə münasibətini bildirib, tarixçilərimiz qarşısında prioritet tədqiqat istiqamətləri müəyyənləşdirib. Onların içərisində cümhuriyyət tarixinin obyektiv araşdırılması həmişə xüsusi yer tutub. Prezident İlham Əliyev çıxışlarında tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsi və Azərbaycan xalqına qarşı soyqırımları kimi məsələlərin dərindən araşdırılmasının vacibliyini dəfələrlə vurğulayıb. Hesab edirəm ki, cari ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir”.

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə bildirir ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr tariximizin ən şanlı və parlaq səhifələrindəndir: "Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısının bu qərarı, eləcə də AXC-nin 100 illik yubileyi haqqında verdiyi müvafiq Sərəncam cümhuriyyətin tariximizdə tutduğu şərəfli yerin müasir Azərbaycan dövləti tərəfindən bir daha təsdiq edilməsi kimi dəyərləndirilməlidir. Bu da təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin söylədiyi kimi, "Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır””.

N.Məmmədzadə qeyd edir ki, həmin dövrdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyümüzü bərqərar edəcək, doğma Qarabağı erməni işğalçılarından azad edəcəyik: "AXC-nin xalqımız qarşısında müstəsna xidmətləri olub. Bu, özünü bütün sahələrdə - dövlət quruculuğu, siyasət, iqtisadiyyat, təhsil və mədəniyyətin inkişafında büruzə verdiyi kimi, dövlətin ərazi bütövlüyünün qorunmasında da göstərib. Fəaliyyətinin ilk günlərindən cümhuriyyət öz istiqlalı və ərazi bütövlüyü uğrunda mübarizə aparmağa məcbur olub. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan yenidən erməni təcavüzü şəraitində milli dövlətçiliyini gücləndirməli olub. Cümhuriyyətin 100 illiyini qeyd edən güclü Azərbaycan dövləti, heç şübhəsiz ki, 1918-1920-ci illərdə nümayiş olunmuş qəhrəmanlıq ənənəsinə sadiq qalaraq öz ərazi bütövlüyünü bərqərar edəcək, doğma Qarabağı erməni işğalçılarından azad edəcək”.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT
Bu gün, 04:43
“Zəngəzur düyünü”nü kim açacaq? - AKTUAL
Bu gün, 04:41
Trampın vədləri: daha iki ay fasiləsiz müharibə - GƏLİŞMƏ
Bu gün, 04:39
"Paşinyan tamamilə düzgün mövqe seçib" - partiya sədri
Bu gün, 04:31
“Paşinyan sülhü növbəti seçki kampaniyasında istifadə etmək niyyətindədir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 04:26
"Bütün rollar yadımdadır... ağlım, huşum başımdadır"
Bu gün, 04:23
Azərbaycanın üzünə qapanan SİYAHI - ARAŞDIRMA
Dünən, 18:01
Yas mərasimləri bir stəkan çay və halva ilə yola verilməlidir -AÇIQLAMA
Dünən, 17:57
Salyanda əqli qüsurlu qıza qarşı seksual zorakılıq edilib - Dəhşətli cinayətin təfərrüatı
Dünən, 17:56
Yoldaş Putin, Masallıdan Moskvaya gedən badımcanın nə günahı var? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Dini Komitə 800 min manata portal açır - "Amin"
Dünən, 17:46
Çinin 150 milyonluq turistinin 1 faizi Azərbaycana gəlsə... - deputat
Dünən, 17:35
“İdeyalarımı oğurlayırlar, acı reallıq budur ki, deyirlər ilk dəfə biz etmişik...”
Dünən, 17:32
Bu Regional Təhsil İdarəsindən 58 müəllim işdən çıxarılıb
Dünən, 17:27
Trampın dəstəyini aldı, Bakıya gəldi, regionda hədəfə çevrildi – İsraili narazı salan məqam
Dünən, 17:25
Mərkəzi Bank dövlət dilinin normalarını pozub – Fotofakt
Dünən, 17:18
Bakıda qohumunu 40 manat borca görə bıçaqlayan şəxs məhkəmədə azadlığa buraxılıb
Dünən, 17:14
Şabranda müəmmalı tender: Gül kollarının alınması məxfi məlumatdır? - BU NƏDİ BELƏ?
Dünən, 17:12
Yanğından mühafizə komandaların təlim-metodiki toplanışı keçirilib
Dünən, 17:06
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA - "Qadın idarəçi olan yerdə bərəkət olmaz"
Dünən, 17:05
Rusiya azərbaycanlıları gəmilərdə də SIXIŞDIRIR - TƏFƏRRÜAT
Dünən, 17:03
Mərkəzi Bank "Atasığorta" və "A Qroup Sığorta"ya məcburi sərəncam verib
Dünən, 17:00
İsrail Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır
Dünən, 16:55
SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI... - Yayın günü işçinin supulunu kəsdi...
Dünən, 16:53
Paşinyan tələsməlidir ki... - AKTUAL
Dünən, 16:41
Xameneini devirir, İsraillə barışır: Pezeşkiyana ŞOK İTTİHAMLAR - "Iran International"
Dünən, 16:37
Mərkəzi Klinikanın həkimi əməliyyat etdiyi xəstəni qəbul etmədi - Kişi 8 gün sonra öldü
Dünən, 16:35
Flora İbadovaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 16:34
İsrail ordusu Dəməşqdə Baş Qərargaha yenidən zərbələr endirib - “Channel 12” kanalı
Dünən, 16:31
Türkmənistan liderinin səfəri – Azərbaycanla əlaqələrdə yeni mərhələ
Dünən, 16:27
Heydər İsmayılov Rusiyada oğurlanaraq meşədə niyə öldürülüb? – Dəstə üzvü 11 il sonra Bakıda tutulub
Dünən, 16:24
Bu şirkət Hadrutda 43 ev təmirindən 3 milyona yaxın - PUL QAZANACAQ
Dünən, 15:17
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
Dünən, 15:14
Bizdən aldıqları neftdən benzin istehsal edib bizə satırlar - FAKT BUDUR!
Dünən, 15:12
Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan
Dünən, 15:01
Vergi Xidmətimiz bir gün KLOUNLUQ DA EDƏCƏK... - BU NƏDİ BELƏ?
Dünən, 14:53
Ermənistan Aİ-yə üzv olmaq istəyir - Paşinyan AÇIQLADI
Dünən, 14:49
Səhər verilişlərini "reytinqsiz" adlandırdı
Dünən, 14:48
Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir - Paşinyan
Dünən, 14:40
İsrail qoşunlarını Suriya sərhədinə cəmləşdirir
Dünən, 14:37
ABŞ niyə Zəngəzur dəhlizinə "elçi" düşdü? - "Hürriyət" qəzeti
Dünən, 13:01
Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib
Dünən, 12:59
Paşinyan ABŞ-ın Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirib
Dünən, 12:47
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Dünən, 12:45
Yenidən ZÜHUR EDƏN Əli Vəliyevin macəraları... - İTTİHAM VAR...
Dünən, 12:40
"Rusiyada diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı ciddi çətinlik yaradır..." - Etibar Məmmədov
Dünən, 12:31
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan
Dünən, 12:26
İrəvanda Zəngəzur Dəhlizi müzakirə olunub?
Dünən, 12:24
Paşinyan hökuməti "qondarma rejim"in binasını geri tələb edir
Dünən, 12:21
Azərbaycan rusiyalı aparıcılardan İMTİNA ETDİ
Dünən, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru