Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək .....                     Ukraynada hərbi vəziyyətin müddəti uzadılır .....                     Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır .....                     NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” .....                     Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... .....                     “Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” .....                     Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu .....                     Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? .....                     “Kontakt Home” müştəriyə əzik kondisioner satdı .....                     "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" .....                     Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır .....                     İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır .....                     Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... .....                     "Cahid Şahbazova cinayət işi açılıb" .....                     "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" .....                     Abbas şikayətini geri götürmək üçün pul alıb .....                     Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı .....                     Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır .....                     Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” .....                     9 saylı türmədə nələr baş verir? .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi .....                     Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? .....                     Paşinyan Bakı və Ankaraya “təslim” oldu .....                     Karapetyan HƏBSDƏ OLSA BELƏ... .....                     Bu məktəbə direktor təyin olundu .....                     "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? .....                     Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU .....                     Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB .....                     Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb .....                     Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi .....                     100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... .....                     Bakıda daha bir ENDİRİM FIRILDAĞI .....                     Rusiya kəşfiyyatı MARIQDA YATIB... .....                     Bu halda İŞ DAYANDIRILIR... .....                     `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” .....                     Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... .....                     “Taxta bazarın”dakı yanğın tam söndürülüb .....                     Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər .....                     Rusiya bazarı bizim üçün BAĞLANIR .....                     İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım .....                 

“Biz hər hansı ölkənin diktəsi ilə oturub-duran deyilik” - YAP-çı deputat
Tarix: 6-09-2017, 08:31 | Çap et
“Biz hər hansı ölkənin diktəsi ilə oturub-duran deyilik”
Böyük Britaniya mətbuatında dərc olunan anti-Azərbaycan yazısı rəsmi Bakının, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının kəskin etirazına səbəb olub. Hakim partiyanın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində “Guardian” qəzetindəki məqaləni qərəzli saydığını bildirdi:

- Azərbaycanda olan iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi bir sıra ölkələri narahat edir. Bu gün Azərbaycan bir stabillik adasıdır. Görürsünüz ki, Azərbaycanda başqa ölkələrdən fərqli olaraq, kənd təsərrüfatı müşavirələri keçirilir, məhsuldarlıqla, insanların işlə təmin olunması, əhalinin gəlirlərinin artması ilə bağlı proseslər gedir. İstər-istəməz bu, erməni lobbisini, onların himayəçilərini narahat edir və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, dünyada səs-səda saldığı üçün bir mənfi imic formalaşdırmaq üçün canfəşanlıq göstərirlər. O baxımdan da müxtəlif ölkələrdə erməni lobbisinə qulluq edən, Azərbaycanda marağı olan, Azərbaycanın təbii sərvətlərindən güzəştli şəkildə istifadə etmək istəyən qüvvələr və Azərbaycanda möhkəm dövlətin, güclü liderin olmasını istəməyən qurumlar, təşkilatlar burada hər hansı bir zəif dövlətin, zəif bir hakimiyyətin olması arzusu ilə bu cür şayiələr yaymaqla məşğuldurlar. Buna da həm Administrasiya, həm cəmiyyət, həm ayrı-ayrı siyasi partiyalar, təşkilatlar, mətbuat orqanları özünün reaksiyasını veriblər və bundan sonra da davam olunacaq. Bu gün Ermənistanda yüz minlərlə insan aclıqdan, səfalətdən, iqtisadi vəziyyətin ağır olmasından, hərbi xunta rejimindən bezib ölkəni tərk edir. Bizi əhatə edən dövlətlər, Yaxın Şərq od-alovun içərisindədir. Amma Azərbaycan bu od-alov içərisində inkişaf edir, bu da təbii ki, müəyyən dövlətlərə sərf eləmir. İstər-istəməz onlar istəyirlər ki, Azərbaycanı da bu proseslərə qoşsunlar və Azərbaycanın bərabər şəkildə, hər bir dövlətlə siyasət qurmasını bunlar düzgün saymırlar. Hesab edirlər ki, Azərbaycan kiminləsə məsləhətləşməlidir, hansısa dövlətin himayəsində olmalıdır, onun diktəsi ilə oturub-durmalıdır və s.

- Siyavuş bəy, bu kimi təzyiqlər və təhdidlər Azərbaycanı Qərbdən uzaqlaşıb Rusiyaya üz çevirməyə vadar edə bilərmi?

- Biz ümumilikdə hər bir dövlətlə, beynəlxalq təşkilatla bərabər səviyyədə münasibətlərimizi qururuq və heç kimin diktəsi ilə oturub-durmuruq. Vaxtilə xatırlayırsınızsa, Azərbaycan prezidenti bəyanat vermişdi ki, Azərbaycanın ərazisindən İrana qarşı hər hansı bir hərbi müdaxiləyə, yaxud hərbi baza kimi istifadəsinə istifadə oluna bilməz. Yaxud Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq olunanda Bakı Moskva ilə münasibətlərini dəyişmədi. O cümlədən Qərblə bağlı məsələlərdə Azərbaycanın özünün tutduğu mövqe var. Əgər Qərbin hər hansı bir dövləti Azərbaycanla yaxşı münasibətdədirsə, onda Azərbaycan həmin dövlətlə yaxşı münasibət quracaq, o cümlədən ABŞ-la. Yox, əgər o münasibətlərdə qeyri-səmimilik varsa, bu məsələlər qarşılıqlı şəkildə tənzimlənəcək. O baxımdan biz hər hansı ölkənin diktəsi ilə oturub-duran ölkə deyilik. Azərbaycan öz siyasətini balanslaşmış şəkildə qurub və davam etdirir. Bu yaxınlarda ayrı-ayrı mətbuat orqanlarında Azərbaycan əleyhinə yazılar dərc etdirməyə başlayıblar. Təbii ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar bunlar bir az da artacaq. Biz bunların hər birinə gərək hazır olaq. Bilməliyik ki, burada maraq nədən ibarətdir.

- Azərbaycan əleyhinə rəyin formalaşdırılması sonucda sanksiya qərarlarına gətirib çıxara bilərmi?

- Azərbaycana qarşı sanksiya tətbiq etmək üçün bunların əllərində heç bir əsası yoxdur. Əgər o dövlətlərin hər birinin ərazisində baş verən hadisələrə nəzər salsaq, görərik ki, onlarda on qat artıq şəkildə bu məsələlər əks istiqamətə yönəlib. Məsələn, insan hüquqlarının qorunmasından söhbət gedirsə, bütün günü insan hüquqları pozulur, milli azlıqlara qarşı çox böyük ayrı-seçkiliklər var. Dini azlıqlara qarşı çox böyük ayrı-seçkilik mövcuddur. Azərbaycanda bütün dinlər bərabər fəaliyyət göstərir, kimin nə deməsi, hansı kilsəyə getməsi, hansı məsciddə namaz qılmasına heç bir qadağa yoxdur. Amma biz şahidiyik ki, Avropa İttifaqının üzvü olan ölkələr niqab qadağası qoyur. Hətta geyimə qadağa qoyurlar. Tarixdə hansı dünya ölkəsində müəyyən olunub ki, parlamentlər geyim haqqında qərar qəbul edir? Yaxud da görürük ki, müxtəlif məscidlərə basqınlar olunur, İslam təriqətinin daşıyıcıları aşağılanır və s. O cümlədən insan hüquqlarının pozulmasının, irqi ayrı-seçkiliyin şahidi oluruq. Emiqrantlara qarşı münasibətdə görürük ki, ən aşağı insan hüquqları təmin olunmur, həmin insanları sanki konslagerdə saxlayırlar. Belə ölkələr hansı dövlətdəki insan hüquqları haqqında bəyanat verə, fikir söyləyə bilər? Heç biri! Yaxud söz və mətbuat azadlığı ilə bağlı onlardakı vəziyyətə baxın. Bizdə mətbuat nümayəndələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün onlara mənzil hədiyyə olunur, kimliyindən, hansı mətbu orqanın nümayəndəsi olmasından asılı olmayaraq. Onlarda hansı formada bu məsələlərə yanaşılır? Götürək bizi əhatə edən ölkələrdə, yaxud Qərb dövlətlərində...

- Bu gün Qərb “Turan”agentliyinin direktoru Mehman Əliyevin həbsindən Azərbaycana qarşı geniş istifadə edir. Bir sıra həmkarlarınız da həbs qətimkan tədbirinin daha humanist tədbirlərlə əvəzlənməsini təklif edirlər. Siz bununla bağlı nə deyə bilərsiniz? Azərbaycana təzyiq üçün bəhanə verən həbs tədbirini girov müqabilində yüngülləşdirmək olmazmı?

- Mən sizə deyim ki, Amerikada ən ağır cinayətlərdən biri vergidən yayınmaqdır. Çünki hesab olunur ki, vergidən yayınmaq vətəndaşın cibinə girməkdir və digər vətəndaşların sosial hüquqlarının pozulmasıdır. Yəni bu, ən ağır cinayətlər silsiləsinə daxil olan cinayətlərdən biri hesab olunur. O baxımdan indi bu, hüquq mühafizə orqanlarının işidir. Hüquq mühafizə orqanına hansısa bir dövlətin göstəriş verməyə ixtiyarı yoxdur. Bu gün həmin hüquq mühafizə orqanı hesab edir ki, bu cür mövqe seçmək daha məqsədəuyğundur. Onun əsaslandırılmasını istəyiriksə, yazılı şəkildə müraciət edə bilərik, qoy onlar öz arqumentlərini qeyd etsinlər, desinlər nəyə görə həbs qətimkan tədbiri seçiblər, yaxud başqasını seçməyiblər. Biz şahidik, vaxtilə Leyla və Arif Yunusa belə maddələr tətbiq olunanda bunların xaricdə oturan havadarları məsələ qaldırdı ki, bunlar müalicəsini davam etdirməlidir və s. Nəticəsi bu gün göz qabağındadır. Bunlar hüquq mühafizə orqanları qarşısında durub hesabat vermək əvəzinə, xaricdə öz villalarında oturub Azərbaycan əleyhinə işlər aparırlar.

- Amma Mehman Əliyevin vətənpərvərliyinə, Azərbaycana bağlı olmasına şübhə edənlər yoxdur...

- Allah hamının qapısını açsın, hamının işini avand eləsin! Bu, sırf hüquq mühafizə orqanlarının işidir. Onlar hesab edirlər ki, bu, belə olmalıdır. İndi əgər kimsə bunun əleyhinədirsə, hüquq müdafiə təşkilatları, digər qurumlar var, müraciət etsinlər ki, bu addımı nəyə əsasən seçmişiniz?

- Yuxarıda dediklərinizdən belə aydın oldu ki, Qərb mətbuatındakı bu yazılar həm də 2018-ci il seçkiləri ərəfəsində Bakıya təzyiq xarakterlidir. Paralel olaraq şimaldan da təzyiqlər var. Belə çıxır həm Rusiya, həm də Qərbdən təzyiqlər var. Bir-birinə qarşı olan bu paytaxtların Azərbaycanda “stavka” elədiyi adamlar kimlərdir?

- İstənilən ölkə istəmir ki, öz yaxınlığında, ətrafında və dünyada iqtisadi cəhətdən güclü, potensiallı, imkanlı dövlətlər olsun və öz təbii sərvətlərini müstəqil şəkildə öz xalqının maraqlarına yönəltsin. Biz İraq, Liviya hadisələrində və digər dövlətlərin nümunəsində bunun şahidi olduq. Onlar deyir ki, bu məsələlərlə biz məşğul olmalıyıq. Yəni dünyanın yenidən bölüşdürülməsi siyasəti var ki, hər əsrin əvvəlində bu, baş verir, bəzi dövlətlər də bu iddialara düşürlər. O baxımdan istər-istəməz müxtəlif vasitələrlə təsir mexanizmlərini işə salacaqlar. Amma təbii ki, Azərbaycanda hakimiyyətin mənbəyi olan xalq özü öz hakimiyyətini müəyyən edir. Zəif ölkələrdə və xalqla iqtidar arasında anlaşılmazlıq olduqda kənardan hər hansı müdaxilələr baş verə bilir. Azərbaycan xalqı bütövlükdə Azərbaycan prezidentini dəstəklədiyi üçün bu cür addımlar mənasızdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Bu gün, 11:35
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır
Bu gün, 11:31
Azərbaycan və yeni Suriya: Bakı Yaxın Şərqin yeni düzənini necə formalaşdırır - İNCƏLƏMƏ
Bu gün, 11:30
NDU-da QALMAQAL: “Dekan bizə cinsi əlaqə təklif etdi” - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:23
Tender bazarının daha bir ”XODGEDƏNİ”: ”SAFFİRA PLUS”... - DETALLAR
Bu gün, 11:15
“Söz verdiyim kimi vəzifəmdən gedirəm, qoy sevincləri artıq olsun” - ANAR
Bu gün, 11:10
Müştərini döyən “Uber”in sürücüsünə hökm oxundu
Bu gün, 11:09
Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - İTTİHAM VAR
Bu gün, 11:07
“Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02
"Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00
Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46
İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35
Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30
"Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27
"Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23
Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21
Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17
Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16
Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14
9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04
Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01
Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57
Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55
Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51
"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34
Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28
Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24
Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18
Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12
100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10
Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59
Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50
Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46
`Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41
Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03
“Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01
Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05
Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53
İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50
"Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23
Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16
Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01
Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru