AMİP-in sədr əvəzi Trampın müdafiəsinə qalxdı
Tarix: 2-11-2016, 08:11 | Çap et
 ABŞ-da prezident seçkilərinə sayılı günlər qalıb. Azərbaycanda hakimiyyət deputatlarının açıqlamalarından, hakimiyyət mediasında yazılanlardan belə qənaətə gəlmək olar ki, hakimiyyət düşərgəsi ABŞ-da Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçilməsini istəyir. Müxalifət düşərgəsinin də böyük əksəriyyəti Demokratlar Partiyasının namizədi Hillari Klintonun ABŞ-da hakimiyyətə gəlməsini istədiklərini açıq şəkildə bəyan edirlər.
Müxalifət düşərgəsi ümid edir ki, Hillari Klinton hakimiyyətə gələcəyi halda dünyada demokratiyaya ciddi dəstək verə, antidemokratik rejimlərə qarşı sərt mövqe ortaya qoya bilər. Onu da qeyd edək ki, vəziyyət belə davam etsə, ABŞ tarixinin ən maraqlı və namizədlərin bir-birinə qarşı sərt mübarizəsi ilə keçən seçkilərindən biri sayılan bu seçkilərin qalibinin məhz Hillari Klinton olacağı ehtimalı böyükdür. Azərbaycanda bəzi müxalifətçilər Respublikaçıların namizədi Donald Trampın təkcə seçilmək şanslarının Klintondan az olduğunu qeyd etmirlər, Trampı şizofrenik adlandırırlar. Məsələn, tanınmış politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a müsahibəsində deyib ki, Tramp şizofrenik adamdır.
O bildirib ki, Hillari Klintonun seçilməsini istəyir: “Düşünürəm ki, Hillari seçilərsə, bu, Azərbaycan üçün müsbət hadisə olacaq. Tramp özü şizofrenik adamdır. Ondan, ümumiyyətlə, nə gözləyib-gözləmədiyimizi bilmirəm. Düzdür, indi deyirlər ki, guya o, Azərbaycanın dostudur, Azərbaycana pul qoyub və ya qoyacaq. Amma bunlar boş söhbətlərdir. Amma Hillari Klinton daha fərqlidir. Onun vəzifəsi Rusiyanı yerində oturtmaqdır. Və o, bunu eləməyə qadirdir. Obamanın etmədiyi, xarici siyasətdə qarışmadığı işləri Hillari edə bilər.
Rusiyanı yerində oturtsalar, həm Ukraynaya, həm Gürcüstana, həm də bizə və ümumiyyətlə, ətrafdakı bütün keçmiş sovet respublikalarına böyük xeyri olacaq. Demokratik islahatlar gedəcək, rusun maneələri dayanacaq. Qarabağ münaqişəsi bizim xeyrimizə həll oluna bilər. Çünki indi erməninin arxasında rus dayanır, sabah isə mümkündür ki, olmasın. Ona görə də Hillari daha yaxşıdır".
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə Donald Trampın prezident seçilməsini istəməyənlərdən olsa da onun şizofrenik adlandırılmasının əleyhinədir: “Mən bildiyim qədər Hikmət Hacızadə ixtisasca həkim deyil. Hətta həkim-psixiatrlar belə əhatəli müayinə etmədən kiməsə bu cür ağır diaqnoz qoymaqdan çəkinərlər. Xüsusilə də əgər belə diaqnoz ABŞ-ın artıq oturuşmuş iki aparıcı partiyasından birinin rəsmi namizədi olaraq prezident seçkilərinə qatılmış şəxs haqqında deyilirsə, bunu demokratik düşüncəli siyasətçiyə yaraşmayan münasibət hesab edirəm. Donald Tramp siyasət meydanında qeyri-adi çıxışları ilə fərqlənirsə, o demək deyil ki, şizofrenikdir. Onun prezident olmasını arzu etmədiyin üçün onu aşağılamalı deyilsən. Bizim Trampa necə münasibət bəsləməyimizdən asılı olmayaraq Tramp ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə namizədi olmaqla yanaşı, kifayət qədər tanınmış iş adamıdır və hesab edirəm ki, normal psixikaya və təfəkkürə malik olmadan belə uğurlara imza atmaq mümkün olmazdı. Ümumiyyətlə isə hər bir namizədin mənfi və ya müsbət cəhətləri ola bilər. Amma nəzərə almaq lazımdır ki, həmin şəxsin namizədliyini irəli sürən, ona dəstək olan və nəhayət, səs verən minlərlə, konkret olaraq haqqında danışdığımız halda isə milyonlarla seçici var. Milyonlarla insan ağılsız deyil ki, Trampa dəstək verir”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14 |
|
|
|
| • Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11 |
|
|
|
| • TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07 |
|
|
|
| • Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03 |
|
|
|
| • İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58 |
|
|
|
| • Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57 |
|
|
|
| • 50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55 |
|
|
|
| • "Bu pullar mənim kartımdan niyə çıxılır?" - NARAZILIQ VAR...
Bu gün, 09:43 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 123 dollara YAXINLAŞDI
Bu gün, 09:32 |
|
|
|
| • Böyük GÖZLƏNTİ: Prezident SƏRƏNCAM verdi, sonra?.. - GƏLİŞMƏ
Bu gün, 09:31 |
|
|
|
| • Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43 |
|
|
|
| • Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41 |
|
|
|
| • Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39 |
|
|
|
| • Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37 |
|
|
|
| • ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31 |
|
|
|
| • Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30 |
|
|
|
| • Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07 |
|
|
|
| • Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06 |
|
|
|
| • ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04 |
|
|
|
| • Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58 |
|
|
|
| • "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54 |
|
|
|
| • NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43 |
|
|
|
| • "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35 |
|
|
|
| • Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28 |
|
|
|
| • Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24 |
|
|
|
| • Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20 |
|
|
|
| • "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17 |
|
|
|
| • ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08 |
|
|
|
| • Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55 |
|
|
|
| • SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46 |
|
|
|
| • “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45 |
|
|
|
| • Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42 |
|
|
|
| • 10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41 |
|
|
|
| • "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39 |
|
|
|
| • Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35 |
|
|
|
| • Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31 |
|
|
|
| • Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29 |
|
|
|
| • Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27 |
|
|
|
| • “Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22 |
|
|
|
| • Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18 |
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
|