“Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” .....                     Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... .....                     Vladimir Solovyovun “psixoloji travması”: .....                     İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab .....                     Rusiya ilə gərginlik belə bitəcək .....                     ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur .....                     Təbii problem: Süni məsuliyyətsizlik .....                     Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb .....                     Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə .....                     Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı .....                     SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı .....                     Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? .....                     “Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək .....                     Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına .....                     İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi .....                     Rusiya mediası Bakıya “gizlədilən gərginliyi” xatırladır: .....                     Bakı Limanına yeni baş direktor təyin edilib .....                     Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR... .....                     “Sədərək”dəki icarədarlar narahatdır .....                     Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini HƏDƏLƏDİ .....                     Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi .....                     Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? .....                     Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… .....                     Rusiya qalib olsa, trilyonlar xərclənəcək! .....                     Avtomobilə dizel yerinə benzin doldurdu, şirkət 5600 manat ziyana düşdü .....                     Tanınmış vəkil `Atəşgah` sığorta ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     Burda müştərinin məhsulunu təftiş edirlər... .....                     DSMF səhiyyə nazirliyinin verdiyi sənədi ETİBARSIZ SAYIR? .....                     "Bu dərəcədə də qanunsuz iş görmək olmaz..." .....                     Rafail Quliyevin BARAMA YEYİNTİSİ .....                     Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək .....                     Vergini sən demə, Vasif Talıbova veriblər... .....                     Oğuzda Ana Təbiətin qəsdinə duranlar .....                     Rusiyaya növbəti zərbə: planlar dəyişdi .....                     Nizami rayonunda daha bir ÖZBAŞINALIQ .....                     “TikTok” müzakirəsi: uşaqların ondan istifadəsi qadağan edilsin? .....                     Geyimlərini imkansızlara paylaşayacaq .....                     “Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" .....                     Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək .....                     Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır .....                 

“Ölənə qədər elmlə məşğul olacağam”
Tarix: 25-10-2016, 09:15 | Çap et
“Ölənə qədər elmlə məşğul olacağam”
ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda siyasi fəaliyyətin getdikcə sanki əhəmiyyətsiz fəaliyyət növünə çevrildiyi, müxalif siyasi liderlərin get-gedə siyasətdən kənar fəaliyyətlərə meylləndiyi, şəxsən özünün siyasətdən elmə transfer olduğu barədə deyilənlərə münasibət bildirdi.

Sərdar Cəlaloğlu qeyd etdi ki, o və bir çox həmkarları siyasətə siyasətdən nəsə qazanmaq üçün yox, siyasətə nəsə vermək üçün qoşulublar. Həyatlarını riskə qoyub müstəqillik uğrunda mübarizəyə qalxıblar və əldə etdikləri nailiyyət əslində çox nəhəng bir nailiyyətdir: “Bizim siyasi fəaliyyətimiz dövründə Azərbaycanın müstəqilliyinə nail olmuşuq. Bu, bir siyasətçi üçün çox böyük nailiyyətdir. Nə qədər indiki hakimiyyətdəkilər desələr də ki, müstəqillik sanki göydən düşüb, əslində belə deyil. Onlar üçün göydəndüşmədirsə də, bizim üçün həyatımızı riskə qoymaq bahasına əldə edilmiş nailiyyətdir.

Şəxsən mən hər gün meydanlarda mübarizə apardığım dövrlərdə də elmi yaradıcılıqla məşğul olmuşam, kitablar yazmışam. Məsələn, “İlahi siyasət”adlı kitabım, 3500 səhifəlik “Tərəqqinin metofizikası”nı mən ADP meydanlarda olan vaxtlar yazmışam. Kitab yazıramsa, bu, o demək deyil ki, siyasi fəaliyyətlə məşğul deyiləm, siyasətdən gedirəm. Mənim elmi işimlə siyasi fəaliyyəti əlaqələndirmək əsassızdır. Mən “Mahiyyət” adlı kitabımı 1994-cü ildə yazmışam. Həmin kitaba görə mənə birbaşa elmlər doktoru adı elmi dərəcəsi vermək istəyirdilər. “İlahi siyasət” kitabını 1996-cı ildə başlayıb 2010-cu ildə bitirmişəm. Bu həmin dövrlər idi ki, siyasi fəaliyyətimin ən aktiv dövrləri idi. Rəsul Quliyev bizim partiyada olan dövrlərdə partiyanın ən aktiv meydan mübarizəsi dövrləri idi. Mən hətta o dövrlərdə də kitab yazmışam, elmi araşdırmalar aparmışam. Elmi fəaliyyət, kitab yazmaq mənim üçün adi bir həyat normasıdır. Bu işlə məşğulamsa, siyasətdən getməliyəm? İndiyə qədər 6 kitabım çap olunub, amma çapa hazır 10 min səhifəyə yaxın 6 dənə də kitabım var. Maliyyə tapsam bu saat həmin kitabları da çap elətdirərəm. Allah buyurur ki, ölənə qədər elmlə məşğul ol. Mən də bir müsəlman kimi buna əməl edirəm, ölənə qədər elmlə məşğul olacağam. Mən bayram günləri də, istirahət günləri də, bir sözlə, gecə-gündüz həm oxuyuram, həm yazıram. Mən bizim bəzi alimlərimiz kimi onun-bunun kitabından köçürmürəm. Mən fundamental şəkildə, bəşəriyyətin cavab verə bilmədiyi suallarla məşğul oluram və çox ciddi nailiyyətlər əldə eləmişəm. Hansısa partiya sədrləri siyasi tədbirləri olmadığı vaxtlarda oturub televizora baxırsa, sosial şəbəkələrdə qurdalanırsa, vaxtını boşuna keçirirsə, mən elmlə məşğul oluram. Amma mən siyasi fəaliyyətimdən ekonomiya edib elmlə məşğul olmuram. Mövcud şərtlər, imkanlar daxilində tam həcmdə siyasi işlə məşğul oluram. Amma siyasi fəaliyyətin lazımi effektinin olmadığı artıq mənimlə bağlı deyil, ölkədəki vəziyyətlə bağlıdır. Elmi fəaliyyətlə məşğul oluramsa, o demək deyil ki, siyasətdən gedirəm".

ADP sədri siyasətçilərin fəaliyyətinin məhdudlaşmasının səbəblərinin olduğunu dedi. Onun sözlərinə görə, son illərdə hökumət Azərbaycanda çox ciddi şəkildə siyasi fəaliyyəti məhdudlaşdıran addımlar atıb. Birincisi, qanunvericilikdə sərt qaydalar, yüksək məbləğdə cərimələrin tətbiqi qaydaları tətbiq edilib. İkincisi, ölkədə ağır iqtisadi vəziyyətdir və bu vəziyyətdən müxalifət cinahındakı siyasətçilər ikiqat əziyyət çəkirlər.

Bir çox müxalifətçilər hətta bu üzdən, yaşamaq üçün partiyalardan uzaqlaşmağa məcbur oldular: “Müxalif partiyaların maliyyələşmə qaynaqların hökumət tam olaraq kəsib. Kim hansısa partiyaya maliyyə yardımları edirdisə, ya həbsxanaya atıldı, ya biznesdən məhrum edildi. Beynəlxalq təşkilatların Azərbaycandakı demokratik qüvvələrə münasibəti də 180 dərəcə dəyişdi son 10 ildə. Əvvəllər müxalif siyasi liderləri xaricə dəvət edirdilər, xaricdən bura gələn beynəlxalq təşkilatların və bir sıra dövlətlərin rəsmiləri müxalifətlə görüşürdü. İndi bu ənənə aradan qaldırılıb. Digər tərəfdən, demokratiyaya dəstək verən beynəlxalq təşkilatların Azərbaycanda nümayəndəlikləri bağlanıb. Yəni siz əvvəlki illərlə son illərdə müşahidə olunan vəziyyəti müqayisə etsəniz görəcəksiniz ki, beynəlxalq ictimaiyyətin əvvəlki diqqəti 180 faiz tərsinədir.

Bu da bizim işimizdə əks olunur. Müxalifətə qarşı hökumətin iqtisadi sanksiyalar tətbiq etmədiyi dövrlərdə kifayət qədər aktiv olan müxalif siyasi qüvvələr indi blokada dövründə böyük əziyyət çəkirlər. Azərbaycan müxalifəti bu gün iqtisadi blokadaya alınıb. Türkiyədə partiya var ki, büdcəsi Azərbaycanın dövlət büdcəsi qədərdir. Dünyanın normal ölkələrində partiyaların pul problemi yoxdur. Azərbaycanda isə müxalif partiyalar, müxalif siyasətçilər pulsuzluqdan elementar toplantını təşkil etməkdə çətinlik çəkir. Təşkilati, təbliğati iş pul tələb edir. Müsavat Partiyasının başqanı və bir neçə müavinləri bugünlərdə Almaniyaya səfərə getdilər. Çox güman ki, onların səfər xərclərini xaricdəki müsavatçılar öz üzərlərinə götürüblər. İndi Azərbaycanın daxilində Arif Hacılı Lənkərana müsavatçıların konfransına getmək istəsin, görüm gedə biləcək?

Bir tərəfdən maliyyə problemi, bir tərəfdən də hakimiyyət strukturlarının əngəl yaratması imkan verməyəcək. Bir partiya sədri üçün bir rayon təşkilatının konfransında iştirak etmək 200-300 manata başa gəlir. 60-70 rayonun hərəsində bir dəfə olanda böyük məbləğdə vəsait lazım olur. Həmin vəsait isə müxalif siyasətçilərdə yuxarıda qeyd etdiyim səbəblərdən yoxdur. Ona görə də bizim rayonlara da səfərimiz azalıb, siyasi tədbirlərimiz də azalıb. Eləcə də Azərbaycanda telekanallar bizim üzümüzə qapalıdır. Əvvəllər nisbətən ANS-də çıxışlarımıza az-çox imkanlar var idi, lakin son zamanlar ANS o biri telekanallardan betər olmuşdu, ona görə də yaxşı oldu bağlandı. Yəni bizim siyasi fəaliyyətimizi qura biləcəyimiz vasitələrin böyük əksəriyyəti bizim iradəmizdən asılı olmayaraq əlimizdən alınıb. Nəticədə də isə kimlərdəsə belə təsəvvür yaranır ki, Sərdar Cəlaloğlu, filankəs siyasətlə məşğul olmur, siyasətdən gedir”.

S.Cəlaloğlu vurğuladı ki, siyasətçilər olaraq onlar daha aktiv siyasi fəaliyyət, iş aparmaq istəyirlər, lakin yuxarıda sadaladığı problemlər imkan vermir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rusiyadakı soydaşlarımızın tədricən Azərbaycana qaytarılmasının önü açılmalıdır...” - ÇAĞIRIŞ
Bu gün, 11:02
Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI... - "Bizi qul yerinə qoyublar..."
Bu gün, 10:59
Vladimir Solovyovun “psixoloji travması”: - “Səviyyəsi plintusdan aşağıdır”
Bu gün, 10:56
İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab - KİV
Bu gün, 10:54
Rusiya ilə gərginlik belə bitəcək – Sabiq nazirdən diqqətçəkən PROQNOZ
Bu gün, 10:51
ABŞ-da yaşayan azərbaycanlı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunur - FOTO
Bu gün, 10:48
Təbii problem: Süni məsuliyyətsizlik - NƏ ETMƏLİ?
Bu gün, 10:46
Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb
Bu gün, 10:42
Rusiyada daha bir azərbaycanlı TUTULDU: 20 il əvvəlki qətlə görə - TƏFƏRRÜAT
Bu gün, 10:38
Paşinyan Qaltsanyan və Acapaxyanla bağlı katolikosu hədəfə aldı - NƏ BAŞ VERİR?
Bu gün, 10:35
SEPAH Azərbaycana qarşı növbəti çirkin təbliğata əl atdı - Aşura böhtanı, erməni mediası və Tehran oyunları
Bu gün, 10:34
Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı? - SƏBƏB
Bu gün, 10:31
“Xəzər axşamı”nda Mətanəti o əvəz edəcək
Bu gün, 10:28
Dövlət Dəniz və Liman Agentliyi İKT avadanlıqları və aksesuarların alınmasına 270 min xərcləyəcək
Bu gün, 10:24
İrəvanda gözlənilməz qərar: Moskva Ankara ilə əvəzləndi – Dəhliz detalı
Bu gün, 10:14
Rusiya mediası Bakıya “gizlədilən gərginliyi” xatırladır: - Sergey Markovdan sərt təhlil
Bu gün, 10:02
Bakı Limanına yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:00
Fuad Nəcəflini YEZİDƏ BƏNZƏTDİLƏR... - ÇÜNKİ...
Bu gün, 09:48
“Sədərək”dəki icarədarlar narahatdır - “Hər şeyi itirə bilərik”
Bu gün, 09:40
Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini HƏDƏLƏDİ - DETALLAR
Bu gün, 09:38
Şəmkirdə qadını öldürüb əmisi və əmisi oğlunun üzərinə atmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 09:29
Fərid Əhmədovla Mirsaleh Seyidov arasında nə baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 09:14
Ev sahibi olmaq istəyənlərin nəzərinə: İki yol var, amma… - GƏLİŞMƏ
Bu gün, 09:06
Rusiya qalib olsa, trilyonlar xərclənəcək! - "Forbes"
Bu gün, 09:02
Avtomobilə dizel yerinə benzin doldurdu, şirkət 5600 manat ziyana düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Tanınmış vəkil `Atəşgah` sığorta ilə bağlı ÇAĞIRIŞ ETDİ - "...döyülərsiniz!"
Bu gün, 08:54
Burda müştərinin məhsulunu təftiş edirlər... - FOTOFAKT
Bu gün, 08:49
DSMF səhiyyə nazirliyinin verdiyi sənədi ETİBARSIZ SAYIR? - "...bir müəlliməni bu qədər incitməzlər"
Bu gün, 08:42
"Bu dərəcədə də qanunsuz iş görmək olmaz..." - ETİRAZ
Bu gün, 08:28
Rafail Quliyevin BARAMA YEYİNTİSİ - BU DA FAKT!
Bu gün, 08:16
Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək
Bu gün, 08:09
Vergini sən demə, Vasif Talıbova veriblər... - Naxçıvanda sahibkarlara TOTAL HÜCUM
Bu gün, 08:07
Oğuzda Ana Təbiətin qəsdinə duranlar KİM(LƏR)DİR?
Bu gün, 06:35
Rusiyaya növbəti zərbə: planlar dəyişdi – Hədəfdə üç ölkə var
Bu gün, 06:07
Nizami rayonunda daha bir ÖZBAŞINALIQ - BU NƏDİ BELƏ?
Bu gün, 04:17
“TikTok” müzakirəsi: uşaqların ondan istifadəsi qadağan edilsin? - ÇAĞIRIŞ
Bu gün, 04:02
Geyimlərini imkansızlara paylaşayacaq - FOTO
Bu gün, 03:42
“Kreml Qarabağ kartını itirdi: Bakı qarşısında Rusiyanın silahları zəifdir" - Politoloq ŞƏRHİ
Bu gün, 03:39
Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi keçiriləcək
Bu gün, 03:31
Azərbaycan bizi yarıyolda qoymayan strateji tərəfdaşımızdır - Leonid Slutskidən ETİRAF
Bu gün, 03:29
Ruhun azadlığı və Məhəmməd Hadinin metafizikası - Adəm İsmayıl BAKUVİ yazır...
Bu gün, 03:24
"İnanın Allaha, iki gün əvvəl mənə yazdı"
Dünən, 20:01
“Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirəcək
Dünən, 19:59
Putin danışıqlar üçün Bakıya onu göndərir - sensasion iddia
Dünən, 19:56
Rusiya azərbaycanlıları Dərbənddən SÜRGÜN ETMƏYƏ HAZIRLAŞIR? - Kremlin XAİN PLANI
Dünən, 18:37
Zəngəzur dəhlizi ilə bağlı yeni gəlişmə - AKTUAL
Dünən, 18:31
Ermənistan ölkə ərazisindən hərbi məqsədlər üçün istifadə imkanını rədd edib - KİV
Dünən, 18:24
"Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Dünən, 13:37
Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... - MƏQALƏ
Dünən, 12:30
Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir - KİV
Dünən, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru