Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır .....                     Hüseynbala Mirələmova ağır itki üz verdi .....                     Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda .....                     Nazir prezidenti Rusiyaya görə tənqid etdi .....                     ABŞ müharibədə məğlub olub .....                     Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM .....                     Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib .....                     Azərbaycanda yaz fəsli olmayacaq? .....                     ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb .....                     Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... .....                     "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" .....                     NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ .....                     "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" .....                     Hər addımda problem yaradırlar... .....                     Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... .....                     Almaniyada SABİRANƏ İSTƏK... .....                     "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." .....                     ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb .....                     Direktor məktəbi şəxsi təsərrüfatına çevirib .....                     Həmkarların sanatoriyalarında nə baş verir? .....                     SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır .....                     “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” .....                     Bazarlarda niyə yerli mal tapılmır? .....                     10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... .....                     "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" .....                     Ermənistanda seçki mübarizəsi... .....                     Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? .....                     Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq .....                     Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır .....                     Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı .....                     “Ona bir şey olsa, yaşamaram” .....                     ABŞ Hörmüz boğazında blokadanı davam etdirir .....                     Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ .....                     ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir .....                     Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir .....                     FHN “Aypara sarayı”nın istismarına icazə verdi .....                     “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… .....                     Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək .....                     Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi .....                     “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb .....                 

"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?" - deputat
Tarix: 8-10-2016, 07:56 | Çap et
"Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq?"
Milli Məclisin deputatı, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı parlamentin son iclasındakı çıxışına görə sərt tənqidlərə məruz qalır. Xanım deputatın internet televiziyaları barədəki sözləri sosial şəbəkələrin və mətbuatın müzakirə mövzularından birinə çevrilib.

M.İbrahimqızı təklif edib ki, internet televiziyalarının fəaliyyəti barədə qanun qəbul olunmalı və onların fəaliyyəti bu qanunla tənzimlənməlidir.

Oktyabrın 6-da internet media ilə bağlı keçirilən dəyirmi masada çıxış edən M.İbrahimqızı yenə də bu mövzuda sərt danışıb. Deputat sosial şəbəkələrdə və bütünlükdə internetdə nəşrlərə nəzarət tətbiq etməyə çağırıb: “İnsanlar mətbuatda sərhədi aşan, əxlaqımıza uyğun olmayan fikirlərdən beziblər. Təhqiramiz sözləri görəndə dəhşətə gəldim, görəsən biz beləyikmi? Dövlət atributlarımız haqda ağıllarına gələni yazırlar. İnsan hüquqlarının nə olduğunu bilməyən insanlar təhqiramiz fikirlərlə ziyalılarımızı cəmiyyətdə gözdən salmağa çalışırlar. Bunun qarşısı alınmasa, proses sürətlənə bilər”.

M.İbrahimqızı internetdə nəşrlərə nəzarət üçün xüsusi monitorinq qrupunun yaradılmasını da təklif edib. Bu fikirlərindən sonra o, yenə də tənqid obyektinə çevrilib. Xüsusilə, facebookda xanım deputat daha çox tənqid olunur.

Barəsində sərt tənqidlərlə bağlı M.İbrahimqızının mövqeyini aldıq. YAP-çı deputat nəzarət deyəndə senzuranı nəzərdə tutmadığını söylədi: “Küçə sözlərindən istifadə olunanda, mənəviyyatımıza zidd şəkillər qoyulanda buna etirazımı bildirirəm. Düşünürəm ki, kimsə əxlaqsız fikirlər səsləndirirsə, onun mənəviyyatı odur. İnsan insanla niyə təhqirlə danışmalıdır? Bu fikirlərim təkcə jurnalistlərə deyil, istənilən şəxsə aiddir. Bütün cəmiyyətlərdə əxlaqında belə problemi olan şəxslər var. Onları tərbiyələndirmək fikrimiz yoxdur. Belə insanlar tarix boyu olub, indi də var, bundan sonra da olacaq. Burada söhbət ziyalıdan, jurnalistdən, cəmiyyətdə tanınan şəxsdən gedir”.

Xanım deputat onu təhqir edənlərə sərt cavab verdi: “Tənqid nə qədər istəyirlər etsinlər. Bacarıqsız, qabiliyyətsiz yazsınlar, buna heç zaman etiraz etmərəm. Bəlkə məni o cür tanıyırlar. Ola bilər ki, özümü düzgün tanıda bilməmişəm. Amma parlamentdəki çıxışımdan sonra paylaşılan şəkilləri görəndə dəhşətə gəldim. Onlar evdə ailələri ilə də o tərzdə davranırlar? Mənim 30-40 yaşım olsaydı, bəlkə də bu məsələlərdə bu qədər danışmazdım. Onların mənəviyyatsız hərəkətlərinə münasibət bildirməzdim. Mənim 58 yaşım var, nənəyəm. Öz övladlarım yaşında olan şəxslərə qarşı fikir bildirməyə haqqım çatır. Bizim minlərlə insanlarımız sosial şəbəkələri, həmin saytları izləyirlər. Elə şəkillər görmələri onların mənəviyyatına təsir edə bilər. Bu baxımdan normaların olmasını vacib saydım. Biz harada yaşayırıq ki, belə hallarla üzləşirik. Əlinə qələm alan şəxs ziyalı, məmur sayılırsa, belə şəxslər hərəkətlərinə diqqət etməlidirlər. İndiyə qədər mətbuatla heç bir problemim olmayıb. Niyə də olmalıdır? Bizim fəaliyyətimizi sizlər qiymətləndirir, cəmiyyətə çatdırırsız. Sizlər olmasaydı, bizləri heç kim tanımazdı. Məni kimlər tanıyırsa, mətbuatın vasitəsilə tanıyırlar. Amma ogünkü çıxışımdan sonra bəzi mətbuat orqanları barəmdə olmazın sözlərini yazdılar, sosial şəbəkələrdə təhqir olundum.

Bunları sübut etmək üçün əlimdə screenlər var. Onları məhkəməyə də verə bilərəm, şərəf və ləyaqətimin pozulması ilə bağlı. Amma yenə də bunu vicdanıma buraxıram. İşlətdikləri ifadələr bizlərə yapışmır, ən yumşaq halda bu fikirləri işlədən şəxslər qınaq obyekti olurlar. Kim deyir ki, tənqid etməyin? Edin, amma normaları keçməyin. Mətbuat cəmiyyətin işığıdır, hamımızın buna ehtiyacımız var. Məlumatları mediadan alırıq, qısa zamanda dünyada və ölkədə gedən proseslərdən bunun vasitəsilə məlumat tuturuq. Sosial şəbəkələr, internet əsrində yaşayırıq. Təsəvvür edin ki, həmin şəxslərin instagram səhifələri bundan da dəhşətlidir. Mən Azərbaycan qadınıyam, bu ölkənin ziyalısıyam. Belə hallara göz yummamalıyıq? Bu əsla olmaz. Bir mətbuatdan xahiş edəcəm ki, onların paylaşdıqları fotoları, yazdıqları statusları dərc etsinlər. O zaman hər kəs görəcək ki, heç bir əxlaqlı insan belə şeylərdən istifadə etməz. İnsanların şəxsi həyatının toxunulmazlığı var. Elə şəxslər üçün mənəviyyat, dəyərlər yoxdur. Onların təhqirlərindən sonra yüzlərlə insanlar zəng edib, dəstək olduqlarını bildirdilər. Artıq onlar sərhədi keçiblər. İş o yerə çatıb ki, küçə söyüşlərini bu şəxslər adi sözlər kimi qarşılayırlar”.

YAP funksioneri internet televiziyalarının fəaliyyətləri ilə bağlı təkliflərinin təhqirlərə məruz qalmasından sonra qaynaqlanmadığını da qeyd etdi: “Bu qətiyyən elə deyil. Əgər belə olsaydı, heç danışmazdım. Deyərdim ki, məni təhqir etmirlər, mənəviyyatıma toxunmurlar. Buna görə də nəyimə gərəkdir. Sancaqdır, muncuqdur, meydandır, ”vsetka"dır nədir, bilmirəm, orada insanlar təhqir olunacaqlar, biz də susacağıq? On minlərlə izləyiciləri var, utanmırlar. Bunlara ana-bacılarımız baxırlar. Öz ailələrində həmin fotolardan, sözlər istifadə edirlər? İmzalarına hörmət etdiyimiz çoxsaylı jurnalistlər var. İndi bunları həmin jurnalistlərlə eyniləşdirək? İşlərim kifayət qədər çoxdur. Amma belə hallara göz yuma bilmərəm. Nizami Gəncəvi, Səməd Vurğun, Üzeyir Hacıbəyov və digər bu kimi tarixi şəxsiyyətlərimizdən yazırlar. Demək bunların məqsədi Azərbaycanın dəyərlərini məhv etməkdir. Bunlar milli mənəvi dəyərlərimizə terrordur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43
Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41
Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39
Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37
ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31
Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30
Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07
Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06
ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04
Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58
"Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54
NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43
"Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35
Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28
Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24
Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20
"Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17
ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08
Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55
SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46
“Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45
Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42
10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41
"Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39
Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35
Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33
Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31
Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29
Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27
“Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24
ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22
Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20
ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31
FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18
“Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17
Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01
“Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59
AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56
Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42
"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39
2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34
Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26
Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11
Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05
Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03
Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru