Vitse-prezident təyinatları nə vaxt olacaq?
Tarix: 4-10-2016, 08:15 | Çap et
 Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişiklər mərhələsi artıq geridə qaldı. Sentyabrın 26-də keçirilən referendumdan sonra əsas gündəmdə olan məsələ birinci vitse-prezident və vitse-prezidentlərin kimlərin olacağıdır.
Referendum hüquqi qüvvəyə minəndən sonra bu postlara da ölkə başçısı tərəfindən təyinatlar olacaq. İndidən təyinat ciddi maraq doğurur. Amma hələ də kimlərin bu vəzifələrə təyinat alacaqları müəmmalıdır. Çünki heç bir ismin adı hallanmır. Yalnız ara-sıra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adı hallanır. Sürpriz isimlərin olacağı istisna olunmur.
İqtidaryönlü deputat Fəzail Ağamalı birinci vitse-prezident və vitse-prezidentlər barədə konkret isimlərin adını çəkə bilməyəcəyini qeyd etdi: “Bu barədə bir müddət əvvəl fikirlərimi demişəm. Mətbuatın ünvanlandığı suallara gözləntilər baxımından fikirlərimi ifadə etmişəm. İndi o sualı konkretləşdirdiyiniz üçün konkret cavab verə bilməyəcəm. Mənim üçün əsas olan yaradılacaq institutların mənə və Azərbaycan vətəndaşlarına verəcəyi töhfələrdir. Bir daha deyirəm ki, vitse-prezidentlik institutu Azərbaycanda idarəçilik sistemin təkminləşdirilməsinə xidmət edən çox ciddi addımdır. Bu ölkə prezidentinin birbaşa təşəbbüsü ilə konstitusiya aktına vermiş olan dəyişiklikdir. Əminəm ki, bu dəyişiklik Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi bir mərhələni təşkil edəcək. Kimlərin vitse-prezidentlik postunu tutmaq üçün ölkə başçısının etimadını qazanacağını, hansı şəxslərin bu vəzifələrə təyin ediləcəyini görəcəyik. Düşünürəm ki, ölkə prezidentinin komandasında bu postları tutmaq üçün kifayət qədər şəxslər var. Bu məsələlər cənab prezidentin səlahiyyətindədir. Tələsməsək, yaxın gələcəkdə biz həmin şəxslərin adını biləcəyik”.
“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov yeni yaradılacaq institutların islahatlar dövrü üçün zəruri olduğunu bildirdi: “Nəzərə alaq ki, ölkə başçısı çox gərgin fəaliyyət göstərir. Həm siyasi, həm iqtisadi, həm də beynəlxalq aləmdəki forumlarda iştirak edir. Eyni zamanda, regionlara səfər edir. Dövlət başçısı üçün bunlar həddindən artıq ağır yükdür. Xoşbəxtlikdən prezidentimiz cavandır, enerjilidir, bunun üçün də vəzifəsinin öhdəsindən çox uğurla gəlir. Amma elə tədbirlər, dövlətlərarası müqavilələr var ki, kiməsə bunu həvalə etmək olar. Düşünürəm ki, bu məsələlər vitse-prezidentlərə həvalə olunacaq. Artıq islahatlar başlayıb. Bu islahatlara nəzarət etmək, ölkə başçısını bununla bağlı məlumatlandırmaq çox güman ki, vitse-prezidentlərin işi olacaq. Göründüyü kimi, bu postların sahiblərini çox məsul işlər, tapşırıqlar gözləyir. Hesab edirəm ki, bu şəxslər kifayət qədər savadlı, təcrübəli, prezidentin islahatlarını dərindən anlayan şəxslər olacaqlar. Belə kadrlar Azərbaycanda var. İnanıram ki, cənab prezident onları tanıyır. Layiqli kadrlara bu vəzifələr həvalə olunacaq. Onlar da şərəflə ölkə başçısının tapşırıqlarını yerinə yetirəcəklər”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43 |
|
|
|
| • Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41 |
|
|
|
| • Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39 |
|
|
|
| • Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37 |
|
|
|
| • ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31 |
|
|
|
| • Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30 |
|
|
|
| • Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07 |
|
|
|
| • Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06 |
|
|
|
| • ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04 |
|
|
|
| • Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58 |
|
|
|
| • "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54 |
|
|
|
| • NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43 |
|
|
|
| • "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35 |
|
|
|
| • Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28 |
|
|
|
| • Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24 |
|
|
|
| • Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20 |
|
|
|
| • "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17 |
|
|
|
| • ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08 |
|
|
|
| • Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55 |
|
|
|
| • SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46 |
|
|
|
| • “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45 |
|
|
|
| • Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42 |
|
|
|
| • 10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41 |
|
|
|
| • "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39 |
|
|
|
| • Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35 |
|
|
|
| • Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31 |
|
|
|
| • Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29 |
|
|
|
| • Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27 |
|
|
|
| • “Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22 |
|
|
|
| • Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18 |
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58 |
|
|
|
|