“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                     ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” .....                     Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş .....                     “Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib .....                     Benzin və dizellə bağlı KRİTİK QƏRAR .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır .....                     Köçəryan höt-hötündən əl çəkmir, .....                     “Bizə səs ver, pulunu al” .....                     “Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? .....                     Azərbaycan yeni modelə keçir, status dəyişir .....                     Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR .....                     Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? .....                     Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur .....                     “AzInTelecom”da yeni təyinat olub .....                     KƏTƏSATAN da qoçuluq edir... .....                     "İdrak" liseyində güllələnən müəllimə .....                     Ermənistan bu kəndi Gürcüstana verir? .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb .....                 

"Azəryolservis"in işçiləri bələdiyyə ilə əl-ələ verərək vətəndaşlara fırıldaq gəliblər? - Buzovnada qanun pozuntusu
Tarix: 30-06-2015, 09:54 | Çap et
"Azəryolservis"in işçiləri bələdiyyə ilə əl-ələ verərək vətəndaşlara fırıldaq gəliblər?
Redaksiyamıza Xəzər rayonunun Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı tərəfindən şikayət məktubu daxil olub. Respublikanın güc strukturlarının rəhbərlərinə və surəti redaksiyamıza ünvanlanmış məktubu olduğu kimi təqdim edirik:
В«Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevə!
Baş Proku ror cənab Z.Qaralaova!
Milli təhlükəsizlik naziri cənab E.Mahmudova!
Xəzər rayon prokuroru cənab F.Ələsgərova!
Surəti: “Təzadlar” qəzeti redaksiyasına!
Xəzər rayon Buzovna qəsəbəsi, Koroğlu küçəsi, ev 55 ünvanında yaşayan birinci qrup əlil Quliyeva Firəngiz Hüseyn qızı tərəfindən
Şikayət ərizəsi
Bildirirəm ki, 2010-cu ilin aprel-may aylarında Dövlət Əmlak Komitəsinin Əli adlı işçisi (soyadını bilmirəm) gəlib bizə bildirdi ki, ölkə başçısının sərəncamı ilə bizim torpaqlar dairəvi yolun çəkilməsi ilə bağlı plana düşür. O, həm də əlavə etdi ki, kimin sənədi varsa təqdim etsin, olmayanlara da sənəd düzəldiləcək. Əli müəllim torpaqla bağlı bütün sənədləri, torpaq üzərindəki tikililərin şəkillərini çəkib özü ilə apardı və dedi ki, kimin nə sözü varsa, qəsəbə icra nümayəndəliyindəki komissiyaya müraciət etsin. Biz qəsəbə icra nümayəndəliyində olduq və buradakı komissiyadan bildirdilər ki, bu torpaqlar onların balansında deyil. Halbuki ərazinin söküntüsündə Xəzər Rayon İcra Hakimiyyətinin, qəsəbə sovetinin, “Azvirt” MMC-nin nümayəndələri iştirak edirdilər. Komissiyanın sədri olan keçmiş qəsəbə sovetinin Kamal adlı işçisi bizim sənədləri 6 ay özündə saxladı və sonra özümüzə qaytardı. Sənədlərimizi alıb gedəndə Buzovna bələdiyyəsinin işçisi Mətanət Əkbərova həyat yoldaşım Ağasadıq Əliyevlə rastlaşır və bu xanımın şirin dilinə aldanaraq ona inanır. Mətanət “Torpağınızın pulunu almaqda sizə kömək edəcəm, sənədləri verin mənə” - dedi. 2011-ci ildən bizim sənədlər Mətanət Əkbərovanın əlindədir. O vaxtdan bu günə kimi bizə torpaqlarımız üçün ayrılan pul məbləğini ala bilmirik. Biz bəzi orqanlara şikayət edəndən sonra Mətanət Əkbərova bizə bildirdi ki, məhkəməyə müraciət etmək lazımdır. Biz məhkəməyə 13.06.2013-cü ildə müraicət etdik. 7 ay məhkəmə davam etdikdən sonra Mətanət gəlib bildirdi ki, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun direktoru Faiq Məmmədov deyir ki, sənədləri məhkəmədən geri götürsünlər, pulları ödəyəcəkdir... Bizimlə bərabər məhkəmədə iştirak edən “Azəryolservis”in hüquqşünası Şaiq müəllim də təsdiqlədi ki, Faiq müəllim deyirsə, verəcək. Beləliklə, məhkəmə işə baxmayıb sənədləri qaytardı. Bizim xəbərimiz olmadan məhkəməyə verilmiş ərizələrdə əlavə dörd nəfərin də adını gördük. Bu vətəndaşların kim olduğu məlum deyildi. Faiq Məmmədovun istəyini Mətanət bizə gəlib bildirdi ki, “Azəryolservis” belə bir şərt qoyur: alacağımız məbləğin 50 faizi onların, 50 faizi sizin olacaq və onun adamı olan Abbasov Sarvan Yusif oğluna pullarımızın alınması üçün etibarnamə verməyimiz lazımdır. Torpaq pulunu almayan 7 nəfərdən 4 nəfəri bu şərtlə razılaşdı, qalan üç nəfər isə razılaşmadı. Biz Sarvan Abbasova pulların alınması üçün etibarnamə verdik. Mən məhkəmədən sənədləri geri götürəndə bizim sənədlərə qatılmış tanımadığımız dörd nəfərin də sənədi var idi. Baxıb gördüm ki, bizim torpaqlarımızın çertyojlarının üzü çıxarılaraq bu dörd nəfər üçün də təsdiq edilib. Bizimlə bərabər həmin dörd nəfər də Sarvan Abbasova etibarnamə vermişdir. Tanımadığımız, burada torpağı belə olmayan 4 nəfərdən biri Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin qohumu Telman Qəniyev idi. Bu, əslində, sənəd saxtalaşma idi… Onu da əlavə edim ki, Mətanət Əkbərova məndən məhkəmə gedən ərəfədə 1000 manat pul da almışdır. Bu məbləği alanda bildirdi ki, məhkəmə xərclərinə lazımdır.
Beləliklə, bizim yenidən şikayətçi olduğumuzu görəndən sonra Mətanət Əkbərova 2014-cü il oktyabrın 3-də, axşam 19:00 radələrində Buzovna Bələdiyyə sədri Mətləb Əliyevin maşını ilə bizə gəldi. Qapıdan içəri girən kimi dedi ki, Mətləb müəllimlə gedib pulu aldım. Mətanət dedi ki, 30 min manatı Mətləb müəllimə verdim, 30 min manatı da sənə verirəm. Oktyabrın 5-də camaatın və sənin qalan pulunu gətirib verəcəm. Mətanət 30000 manatı mənə verəndə qəbz də yazdı, öz əl xətti ilə və yazdı ki, sənə 42000 manat da borcum qaldı. İmzası ilə də təsdqiləyib getdi.
Artıq bir il olar gözləyirik. Sonradan Mətanət məni hədələməyə başladı ki, camaata deyəcəm ki, sən pulu almısan. Hələ də mən Mətanət Əkbərovadan sualıma cavab ala bilmirəm ki, sənədim əlimdə ola-ola o pullar ona haradan verillib? Pulunu almayan vətəndaşlar isə evimə zəng edir, ailəmi və özümü narahat edir, nalayiq sözlərlərlə təhqir edirlər. Mətanət indi də bəhanələr gətirir ki, bəs Faiq müəllim sizin pullarınızı almaq üçün çalışır, amma Maliyyə Nazirliyi torpağın pullarını ödəmir.
Bu günə qədər bilmirik ki, bu qara camaatın pulunu kimlər yeyib? M.Əkbərova 2012-ci ildə mənə aid olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışı, 770 nömrəli 22 noyabr 1993-cü il tarixli sənədin əslini, şəxsiyyət vəsiqəmin, I qrup əlillik vəsiqəmin surətini alıb və üzərindən bir-iki ay keçəndən sonra qaytarıb mənə bildirdi ki, sənədləri itirib. Mən sənədlərin itməsinə inanmıram və xahiş edirəm ki, mənim adıma həmin sənədlərlə bankdan pul alınıb-alınmaması barədə yoxlama aparılsın. Mən və həyat yoldaşım “Azəryolservis”in işçisi Faiq müəllimin yanında olduq, o, bizi qəbul etsə də, amma heç nədən xəbəri olmadığını deyərək boyun qaçırdı. Mətanəti tanımadığını və pulları haradan aldığını guya bilmir. Mətanət bizim evə 30000 manatı gətirəndə isə Sarvan Abbasov ona telefonla zəngi etdi və camaatın pulunu verib-vermədiyi ilə maraqlandı. Biz dəfələrlə Sarvan Abbasovu tapmağa çalışmışıq. Bizim adlarımıza nə qədər pul alıb, amma bu insan bizimlə üz-üzə gəlmir, bizdən qaçır. Bircə onu bildirir ki, Mətanət hər şeyi bilir, ondan soruşun. O, “Azəryolservis”in dəllalıdır. Mən “Kapital bank”ın rabitə şöbəsində oldum və kimlərin adına pulların alındığı ilə maraqlandım. Bank bu haqda mənə məlumat vermədi. Bildirdilər ki, Sarvan Abbasovla gəlməliyəm. Mən I qrup əlil olaraq xahiş edirəm, mənə kömək edəsiniz. Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyevin, “Azəryolservis”in əməkdaşlarının, Mətanət Əkbərova və Sarvan Abbasovun bizi aldadaraq torpaq pullarımızı hansı yollara əl ataraq mənimsədiyini araşdırasınız. Bu insanlar bizi aldadıblar və haqqımız olan pulları yeyiblər.
Hörmətlə: Quliyeva F.H.”
***
Şikayətlə tanış olandan sonra redaksiyamız araşdırma aparmağa başladı. Şikayət məktubunda adları qeyd olunan insanlarla əlaqə saxladıq. Əvvəlcə şikayətdə adı ən çox hallanan Buzovna bələdiyyəsinin müfəttişi Mətanət Əkbərova ilə əlaqə saxladıq. M.Əkbərova telefon zəngimizdən narahat oldu və sorğumuza cavab vermək istəməyərək, telefonu qapatdı. Bircə onu dedi ki, F.Quliyevanın şikayəti əsassızdır, onların torpaqları qanunsuzdur və o, heç kimin pulunu yeməyib və s. Təkrar zəngimizə isə M.Əkbərova cavab vermədi. Xeyli keçəndən sonra zəng edənin kimliyini və haradan olduğunu dəqiqləşdirmək üçün M.Əkbərova özü bizə zəng etdi. Kordinatları götürəndən sonra bildirdi ki, o, F.Quliyeva barədə aidiyyəti orqanlara müraciət edəcək. Buna onun hüququnun olduğunu bildirərək, M.Əkbərovadan torpaq pullarının nə üçün verilməməsini soruşduq. O, yenə də bildirdi ki, F.Quliyevanın şikayətinin heç bir əsası yoxdur, çünki onun torpağının sənədi saxtadır. Məcbur olub M.Əkbərovaya əlimizdə olan və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli 28 saylı əmrdən çıxarışın sürətini xatırlatdıq. Orada direktor İ.M.Zeynalovun imzası ilə açıq-aydın yazılıb ki, “Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Əliyev Ağasadıx İbrahim oğluna 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılsın”.
Məlumat üçün qeyd edək ki, Ağasadıx Əliyev şikayətçi F.Quliyevanın həyat yoldaşıdır. Sitat gətirdiyimiz sənədə baxmayaraq, Mətanət Əkbərova bizimlə razılaşmadı və öz mövqeyndə qaldı ki, F.Quliyeva haqsızdır. Guya o da, bizə sənəd göstərəcək ki, F.Quliyevanın sənədləri saxtadır.
Qərara gəldik ki, M.Əkbərova ilə görüşək və onun təqdim elədiyi sənədlərlə də tanış olaq. Ancaq M.Əkbərova bizimlə görüşünün vaxtını özü təyin edəcəyini bildirdi. Cünki şikayət etdiyi orqanlardan onun hər hansı bir mətbuat orqanı ilə təmasını məsləhət görmürlər.
Vaxtı boşa verməmək üçün şikayət məktubunda “Azəryolservis”in rəsmisi kimi adı keçən Faiq Məmmədovla zəngləşib görüşdük. Bizimlə görüşündə F.Məmmədov bildirdi ki, o şikayətçiləri mən də qəbul etmişəm və onlara ağsaqqal kimi böyük hörmətlə yanaşmışam: “Ancaq pulların 50%-nın bizə 50%-nin də vətəndaşlara verilməsi barədə mənim adımdan səslənən təklifin heç bir əsası yoxdur və mən ümumiyyətlə, bu barədə heç kəsə heç bir söz deməmişəm. Kim mənim adımdan belə şey uydurubsa, qətiyyətlə bildirirəm ki, bu, nəinki mənim, bütövlükdə “Azəryolservis”in adına atılan şər və böhtandır. Mən sizə deyə bilərəm ki, onların torpaq pullarının verilməsi üçün yaradılan komissiyada bu şikayətçilərin adı yoxdur. Görünür, sənədləri vaxtında verməyiblər, ya da başqa səbəblər var. Hər halda, onlar bu barədə məhkəməyə müraciət etməlidirlər. Sarvan Abbasovun adına pulların alınması üçün etibarnamə verilməsini təklif etməyim barədə yazılanlar da əsassızdır”.
Bu yerdə şikayətçinin məktubundan və bizə dediklərindən çıxış edərək F.Məmmədovdan soruşduq ki, axı bu iş məhkəməyə verilib, amma deyilənə görə, sizin o 50-nin 50-yə təklifinizdən sonra şikayətçilər iddia ərizəsini geri götürüblər və Xəzər rayon Məhkəməsində 07.2014-cü il tarixli, hakim Rəşad Həsənovun sədrliyi ilə keçən iclasda məhkəmə işi baxılmamış saxlayıb, bunu necə başa düşək?
F.Məmmədov: В«Bir daha bildirirəm ki, belə bir söhbət olmayıb, məhkəmənin keçirilməməsinin səbəbini də bilmirəm. Yenə qeyd edirəm ki, bu şikayətçilərin adı dairəvi yola düşən və buna görə kompensasiya alan vətəndaşların arasında yoxdur. Qalan məsələ isə bizlik deyil. Mən bu barədə sizə rəsmi arayış da verə bilərəm ki, bu adamlara tərəfimizdən pul ayrılmayıb. Mənim adımdan çıxış edən Mətanət Əkbərovanı isə tanımıram, sadəcə, adını eşitmişəm”.

Mətanət Əkbərovanı В«yumşaldan” səbəb...

F.Məmmədovla görüşdən sonra yenə Mətanət Əkbərova ilə telefon əlaqəsi saxladıq. Bu dəfə M.Əkbərova bizimlə sakit danışdı. Bildirdi ki, F.Quliyevadan başqa adları keçən digər 6 nəfərin heç biri şikayətçi deyil, hamısı da inanır ki, onların kompensasiyaları veriləcək. Bu yerdə M.Əkbərovadan F.Quliyevanın şikayətində göstərdiyi В«Mətanət bizə 30 min manat verib və imzası ilə də təsdiq edib ki, 42 min manat qalıb” məsələsinə aydınlıq gətirilməsini istədik. M.Əkbərova əvvəlcə bildirdi ki, o, hökmətin verdiyi puldur, qalanı da veriləcək... Bir az söhbətdən sonra isə söylədiklərinin tərsini deyərək bildirdi ki, В«Mən o pulu cibimdən vermişəm...”.
-Bəs nəyə görə hökumətin pulunu cibinizdən verirsiniz?- sualına M.Əkbərova bu dəfə belə cavab verdi:
-Bilirsiniz, mən sizə demək istəmirdim. O hökumətin pulu deyil, mən onlardan torpaq sahəsi almaq istəyirdim. Firəngizgilin bir neçə yerdə torpaq sahəsi var. 72 min manata danışmışdıq, 30 min manatını verdim, danışdıq ki, 42 min manatını da sonra verərəm. Lakin sonra qalan pulu düzəldə bilmədim. İndi də verdiyim 30 min manatı geri ala bilmirəm. Amma o pulu onlardan alacağam...
Məcbur olub yenidən F.Quliyeva ilə görüşməli olduq. Çünki qarşı tərəf bir gündə az qala dörd fərqli söz deyirdi... Bu dəfəki görüşümüz qızının, həmçinin şikayətçinin həyat yoldaşı Ağasadıx Əliyevin iştirakı ilə oldu. Hər üçü dönə-dönə bildirdilər ki, “M.Əkbərova yalan danışır, o, 2014-cü ildə oktyabrın 3-də, saat təxminən 19:00 radələrində bizə gəldi və gülə-gülə dedi ki, görürsünüz, deyirdiniz Mətanət bizi aldadır, budur, sizə pul gətirmişəm. M.Əkbərovanın çantasında 200 min manat pul var idi. Oradan 100 minlik “paçka”nın birini cıraraq açdı və bizə 30 min manat pul verdi.

В«Mətanət bizimlə söhbətində bildirdi ki, 30 min manatı da bələdiyyə sədri Mətləb Əliyevə qohumunun adına olan torpağa görə vermişəm”

Əli ilə də yazdı ki, qalan 42 min manat pulu 3 günə verəcəyəm. Artıq bir ilə az qalıb, lakin hələ də qalan puldan səs-soraq yoxdur. Mətanət bizimlə söhbətində bildirdi ki, 30 min manatı da bələdiyyə sədri Mətləb Əliyevə qohumunun adına olan torpağa görə vermişəm. Elə pulu da özünün dediyinə görə Mətləbin maşını ilə gətirmişdi. Çünki Mətanətə Mətləb tez-tez zəng vururdu ki, tez gəl. Elə həmin ərəfədə Sarvan da zəng vurub Mətanətdən soruşub ki, vətəndaşların pullarını paylayırsanmı? O da, cavab verdi ki, bəli, paylayır. Mətanət də gedəndə bildirdi ki, gedirəm o biri şikayətçilərin pullarını verməyə. Sonradan məlum oldu ki, Mətanət o şikayətçilərə 500, 1000, 1500 civarında pullar verib. Biz pulların alınması üçün Mətanətin göstərişi ilə Sarvan Abbasov adlı görmədiyimiz, tanımadığımız bir nəfərə etibarnamə vermişik. İndi biz bilmirik S.Abbasov kimdir, haradadır və bankdan nə qədər pul çıxardıb? Axı həmin büdcədən verilən pula Mətanətin nə aidiyyəti var?”.
Göründüyü kimi, burada bir çox qaranlıq məqamlar var. Doğrudanmı, M.Əkbərova çantasında 200 min manat gətirib? Doğrudanmı, S.Abbasov bankdan o qədər pul çıxardıb? Bu suallara cavab tapmaq üçün bir neçə gün zənglərdən və axtarışlardan sonra Laçın rayonunun Mığıdərə kəndində 1968-ci ildə anadan olmuş Abbasov Sarvan Yusif oğlunu tapdıq. Zəngləşib onu redaksiyamıza dəvət etdik. Bizimlə görüşündə S.Abbasov bunları bildirdi: “Yol tikintisi işləri ilə əlaqədar Mətanət Əkbərovanı tanıyıram. İndi mən o sahədə işləmirəm. Ancaq qətiyyətlə bildirirəm ki, mən bankdan 1 manat da olsun pul götürməmişəm. Düzdür, şəxsiyyət vəsiqəmin surətini adıma etibarnamə alınması üçün vermişəm. Ancaq mən etibarnamə görməmişəm. Xahiş edirəm, şikayətçidən zəng edib soruşun və görün etibarnamənin əsli kimdədir. Çünki etibarnamənin əsli mənə gəlib çatmayıb. Etibarnamənin də banklar yalnız əslini qəbul edirlər, surəti ilə isə heç bir bank 1 manalıqda olsa, əməliyyat apara bilməz”.
Elə S.Abbasovun yanındaca şikayətçi F.Quliyevaya zəng edib, həm özü, həm də qızı ilə danışdıq. Onlar təsdiq etdilər ki, etibarnamənin əsli özlərindədir, amma həmin etibarnamənin əslini bir il Mətanət özündə saxlayıb, sonra geri qaytarıb. Belə çıxır ki, o, Bank əməkdaşları ilə şübhəli əlaqədə olub... Bu yerdə onları uzun müddət axtardıqları Sarvan Abbasovla calaşdırdım və telefonla bir xeyli söhbət etdilər, şikayətçilər verdikləri suallara qismən cavab aldılar. Sonda belə qərara gəldilər ki, görüşüb birlikdə banka getsinlər və öyrənsinlər görək, ümumiyyətlə, S.Abbasovun adına pul götürülüb, ya yox?
Artıq S.Abbasovla da məsələ aydınlaşdı. Qalırdı bircə bütün bu məsələlərin başında duran Mətanət Əkbərova ilə görüşmək. Bu müddət ərzində bir neçə dəfə M.Əkbərova ilə telefon əlaqəsi saxlayıb ortaya çıxmış növbəti suallara münasibətini öyrənirdik. Onu da eşitmişdik ki, M.Əkbərovanın adında məhkumluq var. Bu barədə M.Əkbərova telefonda bizə bildirdi ki, “o, bir yanlışlıq idi və mənim üzərimdən məhkumluq çoxdan götürülüb. Görüşəndə sizə bu barədə məhkəmənin qətnaməsini göstərərəm” və sair.
Nəhayət, neçə vaxtdan bəri telefonla danışdığımız M.Əkbərova ilə görüşdük. O, telefonda bizə bildirmişdi ki, “F.Quliyeva sizinlə görüşəndə söz vermişdi ki, qalan şikayətçiləri də gətirəcək və siz onları dinləyəcəksiniz. Onda mən sizə demişdim ki, o şikayətçilər Firəngizdən narazıdırlar və bizimlə görüşə gəlməyəcəklər (doğrudan da F.Quliyeva, həyat yoldaşı A.Əliyev və qızları Aygün xanımla görüşərkən, söz versələr də şikayətçilər gəlməmişdilər - red.). Ancaq onları mən sizinlə görüşə gətirəcəyəm ki, görün haqlı kimdir, haqsız kim?”
M.Əkbərova ilə görüşümüzə Sücai Qızxanım, Hüseynova Hürünün oğlu Şahlar və bələdiyyə sədri Mətləb Əliyev də qatılmışdı. Şahlar ayaqüstü, necə deyərlər, 2 dəqiqəlik gəlib-getdi və bircə onu dedi ki, Mətanət xanım hər şeyi bilir. Nə etmək lazım olduğunu bilir və edəcək. Sücai Qızxanım isə F.Quliyevadan narazılıq etdi və bildirdi ki, bizim Mətanət xamından heç bir şikayətimiz yoxdur. Bu barədə şikayətçinin özü və qızı Aygün xanımla telefonda danışarkən Aygün xanım bunları dedi: “Mətanət sizinlə görüşə saxta şikayətçilər gətirib. Mən Şahlarla danışmışam, o, həmin gün ümumiyyətlə evdən bayıra çıxmayıb. Sizinlə görüşdə Mətanət deyir ki, guya Akif də olub. Onunla da əlaqə saxladıq, o da görüşə gəlməyib. Mətanət, Allah bilir sizinlə görüşə kimləri gətirib”.
Biz şikayətçiləri şəxsən tanımadığımızdan, təbii ki, dəqiq bir söz deyə bilməzdik (Lakin sonradan telefonla şahidlər Akif və Şahlarla danışdıq, bildirdilər ki, onlar həmin görüşdə olmayıblar, adlarından sui-istifadə olunub...).
M.Əkbərova görüşümüzdə onun məhkumluğu barədə də söhbət etdik. Bununla bağlı, yəni məhkumluğunun adından götürülməsi barədə bizə məhkəmə qətnaməsini göstərdi.
Bələdiyyə sədri Mətləb Əliyev də söhbətə qoşularaq bildirdi ki, “M.Əkbərovanın heç bir günahı yoxdur, pullar hələ verilməyib. O, çalışır ki, camaatın halal haqqı olan pulları verilsin. O ki qaldı Mətanətin mənə 30 min manat verməsi, bu, cəfəng fikirlərdir. Mənim bildiyimə görə, onlara verilən 30 min manat pul Mətanətin onlardan hansısa torpaq almasına görə verilən puldur. Məni tanıyanlar bilir ki, mən halal və düz adamam. Özüm də Həcc ziyarətinə gedib-gəlsəm də, mənə Hacı deyilməsinə razı olmuram. Mən həmişə çalışmışam ki, insanlara yaxşılıq edim. Heç kəsə heç vaxt yalan danışmıram. Ona görə də mənə heç bir böhtan və şər yapışmır. Bu, tamamilə yalan söhbətdir”.
Mətanət Əkbərova isə öz növbəsində bildirdi ki, onda heç vaxt 200 min manat pul olmayıb: “Firəngizgil bunu harada görüblər, necə sübut edə bilərlər? Guya hələ Sarvan da mənə zəng vurub həmin ərəfədə pulların necə paylanmağını soruşub. Bu, ağ yalandır. Bəli, mən onlara 30 min manat vermişəm. Bu da qeyd etdiyim kimi, onlardan almaq istədiyim torpağın pulu idi. Mənim adımı nahaqdan hallandırıblar və mənə şər-böhtan atıblar. Ona görə də onları məhkəməyə verəcəyəm”.
Doğrudan da maraqlı mənzərə alınır. Biri deyir 200 min manat pulla evimizə gəlib, o biri isə deyir ki, belə şey olmayıb. Ona görə də elə M.Əkbərovanın yanında F.Quliyevaya zəng vurub özü və qızı Aygün xanımla danışdıq. Aygün xanım bildirdi ki, telefonu ver Mətanətə deyiləcək sözüm var. M.Əkbərova isə Aygünün də eşitdiyi səslə bildirdi ki, “mənim onlarla heç bir görüşüm və danışığım ola bilməz. Haqqımda məhkəməyə şikayət versinlər, onlarla məhkəmədə görüşəcəyəm və hər şeyi orada danışacağam. Onda məlum olacaq ki, haqlı kimdir, haqsız kim?”.
Telefonla Firəngiz xanım və qızı Aygün xanım nə qədər cəhd etsələr də, M.Əkbərova onlarla danışmadı, ancaq onun uca səslə dediklərinin demək olar hamısını eşidirdi və fikirlərini mənə bildirirdilər ki, M.Əkbərova tamamilə yalan danışır.
***
Ancaq bzim üçün bir çox məsələlər yenə qaranlıq qaldı. Onlardan biri və ən vacibi bu idi ki, məlum kompensasiyalara Buzovna Bələdiyyəsinin sədri Mətanət Əkbərovanın nə aidiyyəti var idi? O, kənardan tanıdığı adama, konkret halda, Firəngiz Quliyevaya birdən-birə 30 min manatı nəyə görə verirdi: necə deyərlər, qara qaşına, ala gözünə, yoxsa...
Yəqin ki, bu məsələni Baş Prokuror Yanında Korrupsiyaya Qarşhı Mübarizə İdarəsi araşdırıb hüquqi nəticəyə gələcək.
Redaksiya bütün prosesi sonadək izləyəcək. \\ tezadlar.az \\
(Davamı var)












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Bu gün, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Bu gün, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Bu gün, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Bu gün, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Bu gün, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Bu gün, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Bu gün, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Bu gün, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Bu gün, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Bu gün, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Bu gün, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Bu gün, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Bu gün, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Bu gün, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Bu gün, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Bu gün, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Bu gün, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Bu gün, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Bu gün, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Bu gün, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Bu gün, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Bu gün, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Bu gün, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Bu gün, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Bu gün, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Bu gün, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Bu gün, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Bu gün, 13:04
Azərbaycan yeni modelə keçir, status dəyişir – 5 lideri ölkəmizə gətirən SƏBƏB
Bu gün, 13:02
Qarabağ veteranı Manato-dan şikayət etdi: VETERAN PULUMUN YARISINI TUTURLAR - AXI NİYƏ?..
Bu gün, 12:59
Kinematoqrafçılar İttifaqının qurultayının keçirilməsi vaxtı uzadıldı? - Açıqlama
Bu gün, 12:57
Bu 5 şəhərdə məktəblərdə kağız jurnallar ləğv olunur
Bu gün, 12:54
“AzInTelecom”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:49
KƏTƏSATAN da qoçuluq edir... - MƏMLƏKƏT XƏSTƏDİR...
Bu gün, 12:44
"İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI
Bu gün, 12:39
Ermənistan bu kəndi Gürcüstana verir?
Bu gün, 12:32
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:23
DİQQƏT: Gözləriniz aydın, indi də yeni dələduzluq üsulu çıxıb - TƏFƏRRÜAT
Bu gün, 12:21
AAYDA-da MAAŞ PROBLEMİ... - ETİRAZ
Bu gün, 12:19
İran raketləri belə istehsal edir və qoruyur – Polkovnikdən ŞOK açıqlamalar
Bu gün, 12:10
Bağlanan Kəlbəcər məktəbinin müəllimləri üçün çətin seçim - 10 SAAT DƏRS YÜKÜ ÜÇÜN BAŞQA KƏNDƏ GÖNDƏRİRLƏR...
Bu gün, 12:07
Yaponiya hərbi gücünü ARTIRIR... - BU, NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 12:00
AAYDA-da yüksək vəzifəli şəxslər işdən azad edildi - SİYAHI
Bu gün, 11:56
Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən hoteldən danışdı - “Qanunsuz tikinti yoxdur, yazırlar də...”
Bu gün, 11:47
“Günəşli inşaat”-ın rəhbəri ilə sənətçi arasında QARŞIDURMA - “Bizə şər-böhtan atır, hədələyir”
Bu gün, 11:43
Mədəniyyət Nazirliyinin sabiq vəzifəli şəxsləri qərardan narazıdırlar
Bu gün, 11:36
İsrail İranın strateji və taktiki kəşfiyyat məlumatlarını əldə edib - "Mossad" direktoru
Bu gün, 11:31
“Senior Talks” layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTO
Bu gün, 11:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru