Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                 

Vətəndaş qəbulundan yayınma üçün GÖZƏL BƏHANƏ: "Başçı təzə gəlib, hələ heç kimi tanımır..." - Ağsuda NARAZILIQ
Tarix: 4-06-2021, 10:39 | Çap et
Vətəndaş qəbulundan yayınma üçün GÖZƏL BƏHANƏ: "Başçı təzə gəlib, hələ heç kimi tanımır..."
Son zamanlar yerli İcra orqanlarının özbaşınalıqlarından, İcra başçısının yerli sakinlərə qarşı saymamazlıqları, onları qəbul etməməsindən narazılıq edənlər arasında Lerik rayon sakinləri də çoxluq təşkil edirdi.
Sosial mediada yayımlanan məlumatlarda istər yerli sahibkarlar olsun, istər sıravi sakinlər Rövşən Bağırovun idarəçiliyində olan Lerik rayonuna, yaxud sahib olduğu vəzifəsinə deyil, səxsi maraqlarına xidmət etdiyini iddia edirdilər.

Nəhayət ki, 29 aprel 2021-ci il tarixində Lerik rayon sakinlərini sevindirəcək bir fərman imzalandı. Həmin fərmanda Rövşən Bağırovun Lerik rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad olunduğu qeyd edilmişdi.

Amma, eyni tarixdə imzalanmış digər fərmana əsasən isə Rövşən Bağırov Ağsu rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildi.

Necə deyərlər Cənab Prezident "yandırdı Lerikin çırağını, söndürdü Ağsunun çırağını."

Ağsu rayonu ümumiyyətlə digər yayımlarımızda da qeyd etdiyimiz kimi "başçı sarıdan biraz şanssız rayondur" - desək yanılmarıq.
Bunu deməyə bizə Ənvər Seyidəliyevin, sonra rəhmətlik Vahid Tağıyevin dövründə olan narazılıqlar, daha sonra haqqında bu qədər sakin şikayətləri və narazılıqları olan Rövşən Bağırovun oraya başçı təyin olunması əsas verir.

Əslində Lerik rayon sakinləri "dərindən nəfəs alsa"lar da, Ağsu rayon sakinlərinin yeni başçıya böyük ümidləri var.

Amma, görünən o ki, Rövşən Bağırov "iş prinsiplərini" dəyişmək niyyətində deyil. Yəni, eyni "qayda" ilə Ağsu rayonunda da fəaliyyət göstərməyə qərarlıdır.

Belə ki, yeni vəzifəyə təyin olunmasından cəmi bir ay keçməsinə baxmayaraq, R.Bağırov artıq sakinləri qəbul etmək üçün müavinlərini görəvləndirib.

DogruXeber.az informasiya agentliyinin redaksiyasına Ağsu rayon Zərqava kənd sakini, Qarabağ veteranı Məmmədov Fəyyaz Adıgözəl oğlu tərəfindən müraciət daxil olmuşdur.

F. Məmmədov müraciətində bildirir ki, ailəlidir. 3 azyaşlı övladı var. Özü və həyat yoldaşı işsizdir. Ünvanlı sosial yardım da almır. Beş nəfərdən ibarət ailə 80 AZN-lik təqaüdlə yaşamaq məcburiyyətindədir ki, bu məbləğ də heç kommunal xərcləri ödəmir.

Qeyd: Xatırladaq ki, Fəyyaz Məmmədov bir neçə il bundan öncə də redaksiyamıza işsiz olduğu və yaşamağa evi olmadığı barədə müraciət etmişdi. O zaman Ağsu rayonuna Ənvər Seyidəliyev başçılıq edirdi. Bütün bu problemlər redaksiyamızda dəfələrlə işıqlandırıldıqdan, aidiyyəti qurumların diqqətinə çatdırıldıqdan sonra nəhayət ki, Fəyyaz Məmmədova Dövlət büdcəsi tərəfindən mənzil inşa edildi. Eyni zamanda F. Məmmədov Ağsu Mənzil kommunal təsərrüfat birliyində işlə təmin olunmuşdu.

Lakin, F. Məmmədov bu dəfəki müraciətində bildirir ki, sahib olduğu işindən 15 ay işlədikdən sonra səbəbsiz yerə azad edilib.
Yenidən işlə təmin olunması üçün Ağsu rayon İcra Hakimiyyətinə, Məşğulluq idarəsinə dəfələrlə yazılı və şifahi, həmçinin 3 azyaşlı övladının yaşayışını qismən də olsa təmin etmək üçün ünvanlı sosial yardım almaq barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, heç bir nəticə əldə edə bilməyib.

F. Məmmədov bir müddət başçısız qalan rayona yeni İcra başçısı təyin olunan kimi böyük ümidlə üz tutub rayon İcra Hakimiyyətinə. Təəssüf ki, Məmmədovun başçı ilə görüşüb, dərdini danışmaq arzusu ürəyində qalıb. Belə ki, dəfələrlə Rövşən Bağırovun qəbuluna düşməyə çalışsa da buna nail ola bilməyən F. Məmmədov deyir ki, İcra Hakimiyyəti binasının qarşısında hər gün başçı ilə görüşmək istəyən, lakin elə F. Məmmədovun özü kimi bu istəyi daşa dəyən 10-larla sakin toplaşır.

P.S: Vətəndaş müraciətində qeyd olunanlar barədə qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə
İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və hümanitar məsələr şöbəsinin müdiri Mirzəliyeva Sevil Səməd qızı ilə əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, Sevil xanım dəstəyi qaldırmadı.

Daha sonra Ağsu rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev ilə telefon əlaqəsi saxladıq.

V. Atakişiyev məsələyə belə aydınlıq gətirdi ki: - "Başçı təzə gəlib, hələ heç kimi tanımır. Ona görə qəbulu ləngidir. Qoy camaatı, idarə müdirlərini yaxşı tanısın ki, kimsə müraciət edəndə o idarə müdirini qaldırıb ayağa desin ki, bunu elə. Əsasən buna görədir.
Qəbul olunacaq. Qoy biraz vaxt keçsin."

F.Məmmədovun səbəbsiz işdən çıxarılması barədə gileyinə isə V. Atakişiyev cavab verdi ki:

"Ola bilməz. Yəqin o Nazirlik tərəfindən təqdim olunan siyahıya əsasən müvəqqəti, 1 illik müqavilə ilə işə götürülübmüş. Ola bilsin ki, müqaviləsi bitib deyə işdən çıxarılıb. Siz yenə də idarəyə zəng edin, deyin mətbuata kim baxır, onunla əlaqə saxlayın o sizə deyəcək nədir, nə deyil."

Biz də Vüqar müəllimin "tapşırığı"na əsasən Ağsu rayon İcra Hakimiyyətinin şəxsi internet saytında qeyd olunan telefon nömrəsindən İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi İnayətov İzay Məntiq oğlu ilə əlaqə saxlamağa çalışdıq. Lakin, təəssüflər olsun ki, telefona İzay müəllimdən başqa bir neçə şəxs cavab verdi.

Demək, ilk olaraq özünü həmin şöbənin əməkdaşı kimi təqdim edən Zülfiyyə adlı xanım cavab verdi ki:
- "İzay müəllim qonşu otaqda oturur. Amma, hazırda işlə bağlı idarədə deyil."
Elə ağzımızı açıb suallarımızı Zülfiyyə xanıma vermək istəyirdik ki, dəstəyin o biri tərəfində səs dəyişdi. Xanımın səsi, başqa səslə əvəz olundu.

- "Buyurun. Eşidirəm."

Həmin şəxsin kim olduğunu soruşduqda: - "İcra Hakimiyyətinin Baş məsləhətçisi Ümid müəllimdir." - deyə cavab aldıq.
F. Məmmədovun şikayətləri barədə suallarımızı Ümid müəllimdən də soruşduq.

Ümid müəllim cavab verdi ki:

- Bizdə hər gün qəbul var. Başçının öz qəbul günü 5-ci gündür. O günlər qəbul edir.

Vüqar müəllim başçının köməkçisidir. Başçı ilə birbaşa kontaktda olan insandır. O necə deyibsə, elədir.

Sözün açığı məsələnin nə yerdə olduğunu biz bilmirik. Mən yenə də məsələni araşdırım, sabah sizə məlumat verəcəyik."

Ümid müəllim ilə söhbətimizdən az qala bir həftə keçir. Lakin, təəssüflər olsun ki, Ağsu rayon İcra Hakimiyyətindən heç kim nə şikayətçi F. Məmmədovun özü, nə də redaksiyamız ilə hələ də əlaqə saxlamayıb. Bu da Ağsu rayon İcra Hakimiyyətinin mətbuata və yerli sakinlərə hansı münasibətdə olduğunun birbaşa göstəricisidir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru