Gədəbəydə Qarabağ Qazisi ilə maraqlanan yoxdur... - NARAZILIQ!
Tarix: 1-06-2021, 09:21 | Çap et
 Qarabağ müharibəsində yaralanmış Turan İsgəndərov diqqətdən kənarda qaldığını deyir. Gədəbəy rayonunun Söyüdlü kənd sakini dövlət orqanlarının onun ən kiçik problemlərini belə, həll etmədiyini bildirir. DİA.AZ bildirir ki, Turan İsgəndərov müharibəyə 2020-ci il sentyabrın 29-da ehtiyatda olan hərbi qulluqçu kimi yollanıb. Ağdərə istiqamətindəki döyüşlərin iştirakçısı olub. Noyabrda yaralanıb:
“Gözümün sağ bayır kənarından qəlpə yarası aldım. Yanımda çavuş minaya düşdü. Aramızda təxminən iki metr məsafə vardı. Qəlpə gözümlə gicgahımın arasındakı sümükdə qaldı. Sonradan əməliyyatla çıxardılar. Gözümdə yaşarma olur, yaddaş zəifliyi yaranıb, psixoloji problemlər yaşayıram. Heç bir müalicə görmürəm. Adi yoxlanma da olmayıb”.
Turan İsgəndərov müharibəyə qədər günəmuzd fəhlə işləyirmiş. Döyüşlərdən qayıdandan sonra tamamilə işsiz qalıb. Bununla bağlı Prezident Administrasiyasına xeyli şikayət ərizəsi göndərdiyini deyir: “Ailəliyəm, bir övladım var, amma iş yoxdu. İcra hakimiyyətinə dəfələrlə müraciət eləmişəm, ancaq yola veriblər. Prezident Aparatına da yanlış məlumat verirlər. Guya “Anar” MMC-yə məni işə düzəldiblər, öz istəyimlə oradan çıxmışam. Halbuki bu, həqiqət deyil”.
Turan İsgəndərov müharibə ərəfəsində dükan açmağa hazırlaşırmış. Bunun üçün tədarük görüb, borca mal götürüb. Müharibə planın baş tutmasına imkan verməyib: “Borc içində qalmışam. Malların çoxu xarab olub, borclar da üstümdə qalıb. Əlimdə qalan malları satışa çıxarıram. Gələn müəyyən məbləğlə yaşamağa çalışırıq. Amma borclarım yerində qalır. Malları satmağa yer də yoxdu. Bazarın müdiri yer vermədi. Qazi olduğumu da dedim. İcra hakimiyyətinə bundan da şikayət elədim. Bazar müdirinin orada qohumu işləyirmiş. Şikayətimə baxılmadı”.
Turan İsgəndərovun evi yoxdur. O, anası, həyat yoldaşı və körpə qızıyla qardaşının köhnə evində yaşayır. Ailə sosial yardım almır. Ümumiyyətlə, Turan İsgəndərovun mallarının satışından gələn puldan başqa ailənin gəliri yoxdur: “Kənd camaatı bir dəfə yığılıb kömək eləyib. Sosial şəbəkələrdə paylaşımlar edilmişdi. Bundan sonra bir nəfər əlaqə saxlayaraq, müəyyən qədər əlimizdən tutacaq məbləğdə pul göndərdi”.
Turan İsgəndərovun qızı 1 yaş 3 aylıqdır. Amma ata övladına hələ də şəxsiyyətini təsdiq edən sənəd ala bilməyib: “Xanımım hicablı olduğuna görə problem yaranıb. Həyat yoldaşım özü şəxsiyyət vəsiqəsi ala bilməyib. Hicablı şəkil qəbul eləmirlər. Xüsusilə övladımın sənədsiz olması məni çox narahat eləyir”.
Müharibə iştirakçısı heç özü də yaralanmasıyla bağlı uyğun sənədi ala bilməyib. Söyüdlü kənd sakininə buna görə “YAŞAT” fondundan yardım verilmir: “Məni Tərtərə göndərdilər ki, tibbi sənəd gətirim. Orada da mənə sənəd vermədilər. Dedilər ki, gedib “Papanin”dən (Mərkəzi Hərbi Hospital nəzərdə tutulur-red.) götürməlisən. Mən tibb məntəqəsində müalicə almışdım. Tibb məntəqəsi də sənəd verə bilməyəcəyini deyir. Mənim Bakıya getməyə imkanım yoxdu. İcra hakimiyyətindən kömək istədim. Onlar dedi ki, biz, sadəcə, məlumat verə bilərik. Mən döyüş tapşırığını yerinə yetirəndə yaralanmışam. Əlimdə travma haqqında arayış – 11 nömrəli qoşma var. Onu əsas saymırlar. YAŞAT Fondu bu sənədi qəbul eləmir”.



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50 |
|
|
|
| • Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40 |
|
|
|
| • Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20 |
|
|
|
| • Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17 |
|
|
|
| • Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00 |
|
|
|
| • 2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58 |
|
|
|
| • Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56 |
|
|
|
| • “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40 |
|
|
|
| • “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35 |
|
|
|
| • Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26 |
|
|
|
| • İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23 |
|
|
|
| • "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19 |
|
|
|
| • Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12 |
|
|
|
| • "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10 |
|
|
|
| • "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07 |
|
|
|
| • Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04 |
|
|
|
| • Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32 |
|
|
|
| • Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28 |
|
|
|
| • Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
| • Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00 |
|
|
|
| • “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58 |
|
|
|
| • ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21 |
|
|
|
| • ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18 |
|
|
|
| • Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16 |
|
|
|
| • Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15 |
|
|
|
| • Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34 |
|
|
|
| • Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32 |
|
|
|
| • Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41 |
|
|
|
| • Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39 |
|
|
|
| • Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30 |
|
|
|
| • Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25 |
|
|
|
| • “Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57 |
|
|
|
| • Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54 |
|
|
|
| • Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53 |
|
|
|
| • Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27 |
|
|
|
| • Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26 |
|
|
|
| • Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07 |
|
|
|
| • Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05 |
|
|
|
| • Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04 |
|
|
|
| • Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00 |
|
|
|
| • Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22 |
|
|
|
| • Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09 |
|
|
|
| • Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07 |
|
|
|
| • "Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00 |
|
|
|
| • " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51 |
|
|
|
| • TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48 |
|
|
|
| • Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39 |
|
|
|
| • Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35 |
|
|
|
| • Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29 |
|
|
|
|