Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı .....                     Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR .....                     "Bu hərəkətə dözə bilmirəm" .....                     "İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" .....                     İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür .....                     ABŞ-dən İrandaklı amerikalılara müraciət .....                     Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz .....                     İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib .....                     "Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" .....                     Azərbaycanın sülhə nail olmaq istəyini görürük .....                     İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır .....                     İran İsrailə qarşı kütləvi hücum planlaşdırır .....                     Netanyahunun oğlunun toyu təxirə salındı .....                     İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir .....                     Bu gün Bakının 550 küçəsi yuyulub .....                     İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: .....                     Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? .....                     İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib .....                     Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini .....                     İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib .....                     İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib .....                     Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var .....                     İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı .....                     AZAL-ın bir sıra reysləri ləğv edilib .....                     “Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” .....                     Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir .....                     Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır .....                     İran nüvə obyektində zərəri etiraf etdi .....                     Maliyyə Nazirliyində yeni təyinat olub .....                     İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası .....                     "III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” .....                     “Nur” çörəyin içindən polietilen paket çıxdı .....                     Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq .....                     “Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi .....                     SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək .....                     “Sevimli dad” və “MilkPro” brendləri satılıb .....                     Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb .....                     İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı .....                     Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: .....                     Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” .....                 

Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir - GƏLİŞMƏ
Tarix: 7-11-2024, 12:49 | Çap et
Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir
Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko “Atlas” Araşdırmalar Mərkəzinin suallarına cavab verib. Təcrübəli diplomat Ukrayna-Türkmənistan münasibətlərini ümumən müsbət qiymətləndirib: “Siyasi əlaqələrdə təmasların intensiv hal aldığını söyləmək çətindir. Misal üçün 2015-ci ildən bu yana iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər olmayıb. Buna baxmayaraq, iqtisadi əlaqələrdə inkişaf tempi qeydə alınıb, ticarət əlaqələri il boyu 25-30 faiz artım göstərib. Ancaq orası da var ki, müharibə iki ölkə arasında lojistik əlaqələrə mənfi təsir edib. Keçmiş illərdə Ukrayna-Türkmənistan ticarət əlaqələrinin həcmi təxminən 6 milyard dollar civarında idi. Bunun əsas hissəsi Türkmən qazının nəqli ilə bağlı idi. İndi bu rəqəm 270-300 milyon dollar səviyyəsinə enib. Hər halda rəqəmlər getdikcə artır. Bir neçə Ukrayna şirkəti Türkmənistanda uğurla fəaliyyət göstərir, körpülər və hava limanlarının tikintisində iştirak edirlər. Müharibədən əvvəl Ukraynada 18 minə yaxın Türkmənistan tələbəsi təhsil alırdı. Müharibəyə baxmayaraq, bu tələbələrin bir qismi Ukraynada təhsillərini davam etdirirlər”.
Türkmənistanla ticarət yollarının uzandığını, köhnə yollar işləmədiyini, yeni yolların isə əlavə xərclər tələb etdiyini söyləyən səfir Ukraynanın Gürcüstanın və Azərbaycanın nəqliyyat imkanlarından istfadə etdiyini bildirdi: “Ukrayna gələcəkdə Azərbaycan və Türkmənistandan keçən Avropa-Asiya nəqliyyat yolunun imkanlarından istifadə etmək istəyir. Avropa İttifaqının bu nəqliyyat yollarına on milyardlarla dollar yatırım qoyması planlaşdırılır. Sentyabr ayında Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya dördtərəfli saziş imzalayıblar. Bu saziş Qara dəniz – Xəzər dənizi nəqliyyat yolundan istifadəni nəzərdə tutur. Ukrayna bu yoldan da istifadə etməkdə maraqlıdır. Rusiyadan yan keçən nəqliyyat yollarının inkişafına ehtiyac var. Çinin özü alternativ marşrutların istifadəsində maraqlıdır”.
Səfir yeni marşrutlar barədə fikirlərini genişləndirərkən bunları da vurğuladı: “Ukrayna Gürcüstan, Türkiyə, Azərbaycan və Türkmənistanın nəqliyyat yollarından istifadə edərək Asiya bazarlarına çıxış imkanı əldə edir. Keçmiş illərdə İranın nəqliyyat imkanlarından da istifadə edirdik. Ancaq İranın Rusiyaya verdiyi hərbi dəstək bu marşrutu sual altında qoyub. Ukrayna Bolqarıstan və Rumıniya ilə limanlar arasında ticarət əlaqələrini gücləndirib. Müharibəyə və Rusiyanın Qara dənizdə Ukraynaya qarşı mühasirə yaratmasına baxmayaraq, bu imkanlardan da istifadə edirik. Odessa-Poti və Odessa-Batumi limanları arasında yük daşımalarının artırılmasını hədəfləyirik. Bu limanlardan məhsullarla dolu vaqonlar dəmiryolu xəttinə çıxarıla bilər. Bunun üzərində ciddi iş aparırıq. Bu Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun bəndlərindən birinə də uyğundur. Həmin bənd Ukraynanın ərzaq təhlükəsizliyinin təmin edilməsiylə bağlıdır. Bu sahədə əməkdaşlıq Azərbaycanın və Türkmənistanın da maraqlarına uyğundur. Ukraynanın təşəbbüsü ilə 23 noyabrda taxıl sammiti keçiriləcək. Bu sammitdə qlobal ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunacaq, Azərbaycan, Türkiyə və Türkmənistanın sammitdə iştirakına ümidliyik”.
Səfir Türkmənistanın Rusiya-Ukrayna mühasibəsinə münasibətini bu şəkildə qiymətləndirdi: “Neytral siyasət yürüdən Türkmənistan Rusiya-Ukrayna müharibəsindən məsafə saxlayır. Aşxabad müharibəyə siyasət qiymət verməyib. Buna baxmayaraq, Türkmənistan Azərbaycan kimi Ukraynaya hümanitar yardımlarını davam etdirir. Bu dəstəyə görə Bakıya və Aşxabada minnətdarıq. Rusiya-Ukrayna müharibəsinin mənfi təsirlərini Mərkəzi Asiyada öz üzərində hiss edir. Onu da qeyd etməyi lazım bilirəm ki, müharibə dövründə Türkmənistan Rusiyanın beynəlxalq təşkilatlarda irəli sürdüyü heç bir təxribatçı sənədinə səs verməyib. Türkmənistan anti-Ukrayna təşəbbüslərinə qoşulmayıb. Türkmənistan vətəndaşlarının mütləq əksəriyyəti Ukraynaya simpatiya ilə yanaşır. Müharibə bitəndən sonra siyasi və iqtisadi əlaqələri daha da gücləndirəcəyik”.
Səfir “Atlas” Araşdırmalar Mərkəzinin “Avropa İttifaqı və Türkiyə Türkmənistan qazının Xəzər dənizinin dibi ilə nəqlindən maraqlıdırlar. Azərbaycan öz ərazisindən Türkmənistan qazının Avropaya nəqlinə şərait yarada bilər. Sizcə, bunun reallaşmasına nə mane olur” sualına belə cavab verdi: “Azərbaycan və Türkmənistan bu layihənin reallaşmasında maraqlıdırlar. Türkmənistan qaz ehtiyatına görə dünyada dördüncü sırada qərar tutub. Türkmənistan qaz nəqlinin şaxələndirilməsini istəyir. 2006-cı ilə ilə qədər Türkmənistan qazının əsas alıcılarından biri Ukrayna idi. Bunun hesabına qaz alışını balanslaşdırmışdıq. Türkmənistan zəngin yataqlarından birindən Xəzər sahilinə qədər boru xətti tikib. Təəssüf ki, Avropa İttifaqına üzərinə düşəni etmədi, verilən vədlər yerinə yetirilmədi. Bu səbəbdən Xəzər sahili ilə boru xəttinin tikintisi arxa plana keçib. Yaşıl enerjidən çox danışılmasına baxmayaraq, Avropa ölkələrinin mavi yanacağa ehtiyacı var. Rusiya və İranın Transxəzər layihəsi əleyhinə apardıqları siyasəti də vurğulamaq lazımdır. Rusiya bu layihəyə qarşı “ekologiya amilindən” istifadə edir. Guya Transxəzər Xəzərin ekologiyasına zərər vuracaq. Halbuki, Rusiya Qara və Baltik dənizinin dibi ilə müxtəlif boru xətləri çəkib və bu zaman “ekoloji çirklənmə” Moskvanın yadına düşməyib. Xəzərin ekologiyasına Rusiyanın gəmilərindən bu akvatoriyadan Ukrayna ərazisinə atdığı ballistik raketlər zərər vurur. Onların bir qismi elə Xəzər dənizinə düşüb. Bütün hallarda Transxəzər layihəsinin reallaşacağına inanıram. Ukraynanın gələcəkdə bu boru xətti ilə qaz alacağına əminəm”. Səfir vəziyyətdən asılı olaraq qaz nəqli ilə bağlı Kiyevin Aşxabad və Bakı ilə təmasları genişləndirəcəyini söylədi: “Biz Rusiyadan qaz almırıq. Buna görə Ukrayna digər dövlətlərdən həm qaz almaq, həm də bu qazı Avropaya nəql etmək istəyir. Bunun üçün Ukraynanın böyük infrastukturu var”.
“Atlas” Araşdırmalar Mərkəzi səfirin Bakıda keçiriləcək COP29-la bağlı rəyini də öyrəndi. Ukrayna səfiri COP29-un beynəlxalq aləmin bu ilin ən böyük tədbirlərindən biri olduğunu söyləyərək, Ukraynanın tədbirdə yüksık səviyyədə təmsil olunacağını vurğuladı: “Ukraynanın Bakıdakı tədbirdə öz pavilyonu olacaq. İqlim dəyişkliyi mövzusu müharibə ilə üzlləşən Ukrayna üçün vacib mövzudur. Müharibə nəticəsində Ukraynanın ekologiyasına dəhşətli zərbə dəyib. Ukraynanın təxminən 130 min kvadrat kilometr ərazisi minalarla, partlamamış mərmilərlə zəhərlənib. Bunları təmizləmək üçün uzun onilliklər lazımdır. Müharibəyə qədər Ukrayna Avropanın ən yaşıl ölkələrindən biri idi. Meşələrin üçdə bir hissəsi yandırılıb. Çaylarımız kimyəvi tullantılarla zəhərlənib. Ekoloji problemlərin həlli Prezident Volodimir Zelenskinin “Qələbə formulu”nun 8-ci bəndində yer alıb. Yeri gəlmişkən, Türkmənistan neft və qaz yataqlarında metan tullatılarının azaldılması istiqamətində üzərinə götürdüyü öhədikləri yerinə yetirib. Aşxabadda BMT-nin dəstəyi ilə “İqlim texnolgiyaları” mərkəzi yaradılacaq. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mübarizə təşəbbüsləri təqdir olunmalıdır. Elə Bakının COP29 tədbirinə ev sahibliyi etməsi buna bariz misaldır. O ki qaldı, Rusiya və İrana, bu iki ölkə Xəzərin ekologiyasını düşünürlərsə, hərbi texnikanın dəniz boyunca daşınmasına, raket atışlarına son qoymalıdırlar”.

“Atlas” Araşdırmalar Mərkəzi
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya-Ukrayna müharibəsi də belə başlamışdı - GƏLİŞMƏ
Bu gün, 07:04
Məktəb direktoru özünü QOÇU ZƏNN EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:03
"Bu hərəkətə dözə bilmirəm" - Xalq artisti
Bu gün, 06:45
"İrəvanla Bakı eyni yolu istəyir, fərq işləmə mexanizmindədir" - deputat
Bu gün, 06:39
İsrail-İran qarşıdurmasında 5 ən pis ssenari mümkündür - TƏFƏRRÜAT
Bu gün, 06:37
ABŞ-dən İrandaklı amerikalılara müraciət - Azərbaycanla sərhəddən keçib gəlin
Bu gün, 06:34
Dünyanı lərzəyə gətirən ölkə haqda bilmədiklərimiz – İsrail niyə bu qədər güclüdür?
Bu gün, 06:29
İsrail son günlər ABŞ-dən İranla münaqişəyə qoşulmağı xahiş edib - “Axios”
Bu gün, 06:20
"Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı" - ANIM
Bu gün, 00:56
Azərbaycanın sülhə nail olmaq istəyini görürük - Paşinyan
Dünən, 23:21
İran-İsrail müharibəsinin alovu sərhədimizə çatdı: Naxçıvandan raketlər görünür, insanlarımız narahatdır - TƏFƏRRÜAT
Dünən, 23:15
İran İsrailə qarşı kütləvi hücum planlaşdırır - IRIB
Dünən, 23:13
Netanyahunun oğlunun toyu təxirə salındı
Dünən, 18:04
İran faktiki olaraq Rusiyaya silah və texnologiya verməklə bizə qarşı fəal işləyir - Zelenski
Dünən, 18:01
Bu gün Bakının 550 küçəsi yuyulub - FOTO
Dünən, 17:17
İrəvan-Bakı münasibətlərində sürpriz yenilik: - Müharibə iki ölkə arasında sülh yaradır?
Dünən, 17:11
Azərbaycan Ermənistanın yerinə Avrasiya İqtisadi Birliyinə qoşulacaq? – Rusiyadan ŞƏRH
Dünən, 17:05
İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib - Bu vurhavurda da DİNC DAYANMIRLAR...
Dünən, 16:57
Kəlbəcərdə 2,5 milyonluq elektrik təchizatı tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 16:43
İran ABŞ ilə bazar gününə planlaşdırılan nüvə sazişi danışıqlarını ləğv edib
Dünən, 16:34
İmişli sakini ov tüfəngi ilə qətlə yetirilib
Dünən, 16:32
Ermənistan Konstitusiyasının preambulasında “Miatsum”a çağırışlar var - Azərbaycan Prezidentinin köməkçisi
Dünən, 16:29
İranlı komandirlər burada səhv edib: ŞƏXSİ MESAJLAR üzə çıxdı - ŞOK DETAL
Dünən, 16:18
AZAL-ın bir sıra reysləri ləğv edilib - DİQQƏT!
Dünən, 16:17
“Sərhədlərin bağlı saxlanılması həm dövlətçiliyimizin, həm də əhalimizin təhlükəsizliyi üçündür” - deputat
Dünən, 13:45
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Dünən, 13:41
Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır - Prezidentin köməkçisi
Dünən, 13:14
İran nüvə obyektində zərəri etiraf etdi – Fordoda “məhdud dağıntı”
Dünən, 13:08
Maliyyə Nazirliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 13:04
İran-İsrail gərginliyi və Azərbaycana qarşı dezinformasiya kampaniyası - Bahəddin Həzi yazır
Dünən, 13:02
"III Dünya savaşının başlayıb-başlamayacağını hadisələrin bir-iki həftə ərzindəki gedişatı göstərəcək...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 12:56
“Nur” çörəyin içindən polietilen paket çıxdı - VİDEO
Dünən, 12:52
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:48
“Bakıdan İrana İsrail agentləri göndərilir” iddiasının hədəfi – Hacıyevdən kritik mesaj
Dünən, 12:43
SEPAH: Tezliklə İsraili elə bir raketlə vuracağıq ki, dünya şoka düşəcək - Tehran YENƏ HƏDƏLƏDİ
Dünən, 12:37
“Sevimli dad” və “MilkPro” brendləri satılıb - DETALLAR
Dünən, 12:28
Polşa Prezidenti İsrail və İran arasındakı gərginliyə görə Sinqapurda qalıb - “Polsat News”
Dünən, 12:19
İran Hörmüz boğazını gəmilərin keçidi üçün bağladı - KİV
Dünən, 12:16
Vəziyyət Rusiya üçün getdikcə kritikləşir: - Kreml daha nə qədər mübarizə apara bilər?
Dünən, 11:55
Tanınmış həkimə qarşı qəsdən belə ifadə veribmiş: “Aramızda problemlər var idi” - TƏFƏRRÜAT
Dünən, 11:52
"Mənim üçün çox çətin bir dönəm başlayır"
Dünən, 11:50
Erməni baş nazir səmimidirsə... - GƏLİŞMƏ
Dünən, 11:42
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb - FOTO
Dünən, 11:35
İranın iki raketi İordaniya və Suriyaya düşüb - 12-ci kanal
Dünən, 11:27
YENİ QAYDA: Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək... - ODUR Kİ...
Dünən, 11:08
Elşən Salahovun BATIRDIĞI XƏZƏR... - MALƏSƏF...
Dünən, 11:06
II Qaregin və Petrosyan Paşinyanın hədəfində - Seçkilərə qədər hər ikisi zərərsizləşdiriləcək
Dünən, 10:55
Ağdaşda sakinləri TÜSTÜYƏ KİM(LƏR) BOĞUR? - NARAZILIQ VAR...
Dünən, 10:50
"Sosial şəbəkədə aktiv deyiləm" - Nanə Ağamalıyeva
Dünən, 10:38
"İranın vurulmasının konkret iki səbəbi var" - Sərdar Cəlaloğlu
Dünən, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru