Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında” - GƏLİŞMƏ
Tarix: 18-10-2024, 10:26 | Çap et
Qlobal savaşın kiçik meydanı: hər kəsin “əli daşın altında”
Oktyabrın 20-də Moldovada prezident seçkiləri və Avropaya inteqrasiya məsələsi ilə bağlı respublika konstitusiya referendumu keçiriləcək. Moldovada indiki seçkiləri Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri kimi taleyüklü hesab etmək olar.

Kremlin özünün “arxa baxçası” hesab etdiyi hər iki postsovet ölkəsində seçkilər Rusiya ilə başqa bir postsovet dövləti olan Ukrayna arasında üç ilə yaxındır davam edən, Kremlin "SSRİ-2" kimi vahid məkanı yenidən yaratmaq məqsədi ilə davam etdiyi genişmiqyaslı müharibə fonunda keçirilir.

Ona görə də hər iki ölkədə Moskvanın “əli” bütün seçki kampaniyalarında aydın görünür. Kreml nə yumşaq gücə, nə cəmiyyətlə işləməyə, nə də reputasiya institutuna inanır, lakin onlar rüşvət və şantajın hər şeyə qadir olduğuna əmindirlər. Ona görə də Moldovada keçirilən prezident seçkilərində bu və ya digər şəkildə Rusiya ilə bağlı o qədər çox namizəd hazırkı avropapərəst Prezident Maya Sandu ilə mübarizə aparır ki, görünə bilər ki, Moskva nəhayət, eyni anda bir neçə lövhədə oynamağı öyrənib.

Bu dəfə Kreml bütün resurslarını avropapərəst namizəddən daha az populyar ola biləcək vahid namizədin dəstəklənməsinə sərf etməkdən imtina edərək, seçiciləri təqdim olunan namizədlərin sayına görə bölməyə üstünlük verib. Moldova hüquq-mühafizə orqanları artıq seçicilərə rüşvət vermək və seçkilərə kənardan müdaxilə etmək cəhdlərini bəyan edib.

11 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparmaq niyyətində olduğunu bəyan edib, lakin seçkilərdə hazırkı Prezident Maya Sandu öndədir - respondentlərin 36,1%-i avropayönlü və hazırda hakim Fəaliyyət və Həmrəylik Partiyasının təsisçisinə səs verməyə hazırdır. CBS-AXA təşkilatının sorğusunun nətciəsi belədir. İkinci yerdə Sosialist Partiyası tərəfindən namizədliyi irəli sürülən Moldovanın keçmiş Baş prokuroru Aleksandr Stoyanoqlodur (rusiyayönlü hesab olunur) - 10,1%. İlk üçlüyü “Bizim partiya”nın lideri Renato Usatıy (7,5%) tamamlayır - Qaqauziyanın keçmiş rəhbəri (başkanı) İrina Vlahnın 4,1 faiz səsi var.

Qalan namizədlər (keçmiş baş nazirlər Vasili Tarlev və İon Çiku, Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Andrey Nastase, Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Tudor Ulyanovski, keçmiş gənclər və idman naziri Oktavian Tiku, keçmiş prokuror Viktoriya Furtuna və jurnalist Natalia Morari) sorğularda 3%-dən az səs toplayıb.

Moldovada indiki seçkilərdə bir çox namizəd Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının zəruriliyindən danışır. Rusiya Moldovada bir vaxtlar həqiqətən də elə bir təsirə malik idi ki, istədiyi siyasətçini prezidentliyə yüksəldə bilərdi. Necə ki, 2016-cı ildə rusiyayönlü Sosialistlər Partiyasının lideri İqor Dodon ucuz qaz vədlərinin köməyi, Avrasiya İqtisadi Birliyinin faydaları haqqında hekayələr və Vladimir Putinlə fotoşəkillər vasitəsi ilə indiki Prezident Maya Sanduya qalib gəlmişdi. İndi də - qonşuluqda iki il yarım davam edən münaqişədən və əksər iqtisadi əlaqələrin kəsilməsindən sonra - Moldova cəmiyyətində Rusiyaya təəccüblü dərəcədə yaxşı münasibət var. Sorğular göstərir ki, yalnız 46% Rusiyanı təhlükə hesab edir, 50%-dən çoxu isə onu Moldovanın ən mühüm iqtisadi və siyasi tərəfdaşları sırasına daxil edir.

Bununla belə, ənənəvi olaraq rusiyayönlü hesab edilən və ümumi dəstək reytinqi 40%-ə çatan moldovalı sol partiyaların birliyi yoxdur və onlar Rusiya ilə əməkdaşlıq şüarlarını eyni Rusiyanın qonşu Ukraynaya qarşı mübarizə apardığı hərbi addımları ilə necə birləşdirə biləcəklərini başa düşə bilmirlər. Bunu Karnegi Berlin Mərkəzinin tədqiqatçısı Maksim Samorukov “Carnegie Politika” üçün rusiyayönlü qüvvələrin şanslarını şərh edərkən yazır.

Bəziləri, Kişinyovun məşhur meri İon Çeban və keçmiş Baş nazir İon Çiku kimi rusiyapərəstdən mərkəzçi avropapərəst siyasətçilərə çevrilirlər. Hər ikisi Moskva ilə çox sıx bağlı olan Sosialist Partiyasını tərk edərək öz partiya layihələrini qurub.

Keçmiş Prezident Dodonun rəhbərlik etdiyi Sosialist Partiyasının özü daha az çevik olduğunu sübut etdi. Amma üfüqdə prezident seçkiləri yaxınlaşanda sosialistlər də Moskvanın Moldova siyasətində həlledici qüvvə olmaqdan çıxdığı faktına birtəhər uyğunlaşmağa çalışdılar. Partiyası Kremllə əlaqələri ilə tanınan Dodonun prezidentliyə namizədliyini irəli sürməyib, əvəzində keçmiş Baş prokuror Aleksandr Stoyanoqlonu dəstəkləyib.

Stoyanoqlo hazırkı kampaniyada Sandunun ən populyar rəqibi olaraq, Rusiya ilə iqtisadi əməkdaşlığın vacibliyini vurğulayır, eyni zamanda Avropaya inteqrasiyanı dəstəkləyir və ümumiyyətlə mötədil siyasətçi hesab olunur. Onun və onun namizədliyinin Kremldə necə qiymətləndirildiyini mühakimə etmək çətindir. Lakin Stoyanoqlonun təvazökar seçki kampaniyasına və ehtiyatlı ritorikasına görə, Moskva onun dəstəyinə 2016-cı ildə Dodonla etdiyi kimi investisiya etmək niyyətində deyil.

“Lakin Moskva başqa siyasi layihələrə səxavətlə sərmayə qoymağa hazırdır”, - deyə “Karnegi Politika” yazır. Və əlavə edir: “Seçkiyə buraxılmayan, liderinin isə beynəlxalq axtarışa verildiyi Moldova oliqarxı İlan Şorun müxalifətdə olan “Qələbə” blokuna. Şor Moldovanın bank sistemindən bir milyard dollar oğurlamaqda ittiham edilir. Eyni zamanda, hakimiyyət moskvayönlü iş adamını və xarici qüvvələri seçkilərin nəticələrinə təsir etmək cəhdində şübhələnir - bunun fonunda bütün respublikanı qalmaqallar dalğası bürüdü. Moldova polisinin məlumatına görə, təkcə sentyabr ayında Rusiyadan qaçaq oliqarx İlan Şorla əlaqəli hesablara 15 milyon dollardan çox vəsait köçürülüb”.

Moldovada siyasi əqidəsindən asılı olmayaraq, demək olar ki, hamı Şoru fırıldaqçı və korrupsioner hesab etsə və onun reytinqi bir neçə faiz səviyyəsində dəyişsə də, hətta o, onları əsasən puldan asılı olan seçicilərin hesabına alsa da, Moskva yenə də ona “stavka” edir. Rusiyada ona qarşı çirkli pulların yuyulması ilə bağlı açılmış cinayət işi səbəbiylə idarə etmək asan olduğunu düşündükləri üçün. Hətta onun özünün seçkilərdə iştirakına icazə verilməsə belə, Kreml Şorun imkanlarından istifadə edir. Belə ki, Moldova polisi iddia edir ki, oliqarx 130 mindən çox moldovalıya rüşvət verə bilib, onlar indi kimə səs verəcəkləri barədə onun əmrini gözləyirlər, lakin bunlar əsasən rusdilli pensiyaçılardır və onsuz da Sanduya səs verməzdilər.

Şorun namizədləri bir neçə regional seçkilərdə - məsələn, Orhei şəhərində və Qaqauziyada qalib gələ bildilər. Amma bu qələbələr primitiv səs alışı ilə təmin edildi və heç bir real dəstək bazası yaratmadı.

Əsas mübarizənin Sandu və Stoyanoqlo arasında baş tutacağı gözlənilir. Namizədlərdən heç biri 50%-dən çox səs toplamasa, noyabrın 3-də ikinci tur keçiriləcək. Plebisitin nəticəsi yarışın favoriti, hazırkı dövlət başçısı Maya Sandunun siyasi kreditini artırmaq məqsədi daşıyır. Son sorğular göstərir ki, referendum moldovalıların əksəriyyətinin Avropaya inteqrasiyanın tərəfdarı olduğunu təsdiq edəcək.

Sandu bütün rəqiblərini böyük fərqlə qabaqladığı üçün birinci deyilsə, ikinci raundda qalib gələcəyi güman edilir. Gələn il keçiriləcək parlament seçkiləri siyasi qüvvələrin hazırkı müxtəlifliyini nəzərə alaraq çətin olacağını vəd edən böyük narahatlıq doğurur. Bununla belə, etiraf etmək lazımdır ki, Ukraynadakı müharibə Moldova siyasətini dönməz şəkildə avropayönümlü konsensusa çevirdi.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru