“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU .....                     Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? .....                     Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları .....                     İrandan ABŞ-yə yeni təklif .....                     TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... .....                     Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI .....                     “Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... .....                     İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                 

Kimin arzusu çin olacaq? - Hakimiyyət “kəmərləri sıxır”, müxalifət revanş hazırlığında
Tarix: 30-04-2024, 19:02 | Çap et
Kimin arzusu çin olacaq?
Aprelin 29-da, demək olar ki, on saat davam edən müzakirədən sonra Gürcüstan parlamentinin Hüquq Komitəsi qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bu hadisə fonunda Tbilisidə hakim “Gürcü Arzusu” (GA) partiyasının təşkilatçılığı ilə qanun layihəsinin qəbuluna dəstək məqsədilə böyük mitinq keçirilib.

Müşahidəçilərin fikrincə, aksiyada 100 mindən çox insan iştirak edib. GA mitinqdə iştirak etmək üçün on minlərlə rayon sakinini paytaxta daşımaq üçün öz resurslarını səfərbər edib. GA-nın aksiyadan bir neçə gün əvvəl qəbul etdiyi bəyanatda vətəndaşları “Qərb pulu ilə Gürcüstanda hazırlanan inqilabı” rədd etməyə çağırış var.

Hakim partiyanın nümayəndələri əhalini fəal iştirak etməyə və “siyasi və mənəvi cəhətdən iflasa uğramış siyasi azlığın spekulyasiyaya və xalq adından danışmasına imkan verməməyə” çağırıblar. Hakimiyyətin əsas arqumenti odur ki, Gürcüstanda fəaliyyət göstərən QHT-lərin şəffaflığı sual altındadır və bu, ölkənin təhlükəsizliyini təhdid edir.

Bu məqsədlə “Gürcü Arzusu” Gürcüstan əhalisinin daha mühafizəkar hissəsini səfərbər etməyə çalışır, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin dini dəyərləri qorumaq və LGBT-nin, eynicinsli nikahların təbliğatını qadağan etmək üçün nəzərdə tutulduğuna işarə vurur. Bu səbəbdən aprelin 29-da keçirilən aksiyada iştirak edənlərin böyük əksəriyyəti orta yaşlı və yaşlı insanlar olub.

Müxalifət deyir ki, küçə etirazlarından sonra geri götürülən keçənilki sənədlə eyni olan Xarici Təsirlərin Şəffaflığı qanun layihəsi GA-nın dördüncü müddətə hakimiyyətdə qalması üçün həyati əhəmiyyət kəsb edir. Müxalifət partiyaları və müstəqil jurnalistlər bunu Rusiyanın 2012-ci il “xarici agent” qanunvericiliyi ilə oxşarlığına görə “Rusiya qanunu” adlandırırlar, baxmayaraq ki, Gürcüstan hakimiyyəti bunu inkar edir. Rusiyada bu qanundan müstəqil media və müxalif siyasətçilərin təqib edilməsi üçün istifadə olunur.

Qarşıdan gələn parlament seçkilərində Qərbdən maliyyələşən QHT və medianın fəallığının artması gözlənilir. İlk dəfə səsvermə yalnız müxalifətin uzun müddətdir israr etdiyi proporsional sistem üzrə keçiriləcək.

Belə şəraitdə GA-nın hökuməti formalaşdırmaq üçün parlamentdə yerlərin əksəriyyətini əldə etməsi daha çətin olacaq. Bu səbəbdən də GA gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən strukturların xüsusi reyestrdə yer almasına və onların xarici qüvvələrin maraqları üçün fəaliyyətini təşviq edən təşkilat kimi qəbul edilməsinə icazə verən qanun qəbul etməklə QHT və medianın fəaliyyətini nəzarətə götürmək qərarına gəlib.

Ədliyyə Nazirliyi vergi bəyannamələrini yoxlayacaq və siyahı yaradacaq. Qeydiyyatın aparılmaması və gəlir mənbələrinin gizlədilməsi qanunla 25 000 lari (təxminən 10 000 ABŞ dolları) məbləğində cərimə ilə nəticələnəcək.

Qanun layihəsinin əleyhdarları əmindirlər ki, layihə qəbul olunarsa, Gürcüstanda fərqli fikirlərə qarşı təzyiq və repressiya alətinə çevriləcək. GA qanun layihəsini qəbul edərkən ötən ilin mənfi təcrübəsini nəzərə alıb və bu müddət ərzində QHT-lərin fəaliyyətini gözdən salmaqla ictimai rəyi manipulyasiya edib. Belə ki, ötən ilin sentyabrında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə dövlət çevrilişi planlaşdırdığı iddia edilən “xarici düşmənləri” müəyyən edib.

Qurumdan verilən məlumata görə, bunlar bütün dünyada demokratik hərəkatlarla işi və qeyri-zorakı mübarizədə təcrübə mübadiləsi ilə tanınan Serb CANVAS təşkilatının üzvləri olub. Səlahiyyətlilərə görə, CANVAS ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və bu da öz növbəsində ABŞ hökumətinin büdcəsindən maliyyələşir.

Mayın 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü və yekun oxunuşda qəbul edilməsi planlaşdırılır. Prezident Salome Zurabişvili artıq buna veto qoymaq istəyini bildirib. Bunun aradan qaldırılması üçün parlamentə deputatların sadə səs çoxluğu, yəni 150-dən 76-nın səsi lazımdır.

GA-nın parlamentdə 83 deputatı var. Buna görə də Prezidentin vetosunu aşmaq parlament üçün çətin olmayacaq. Belə bir ssenaridə, qanun 2024-cü il mayın sonu - iyunun əvvəlində qüvvəyə minəcək ki, bu da hakim partiyaya parlament seçkiləri ərəfəsində müxalifəti Qərbin maliyyəsindən məhrum etməyə və faktiki olaraq, seçkinin nəticələrini öz xeyrinə çevirməyə imkan verəcək.

Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmağa can atan bir ölkə üçün bu qanun layihəsinin qəbul edilməsinin dəyəri yüksək ola bilər. Gürcüstan Aİ-yə namizəd statusunu qazandıqdan cəmi dörd ay sonra onun Avropaya inteqrasiyası təhlükə altındadır.

Lakin bu fakt GA-nı dayandırmır. Sosial Tədqiqatlar və Təhlillər İnstitutunun (BSTA) sorğusunun nəticələrinə görə, parlament seçkiləri ərəfəsində vəziyyət yenidən GA-nın xeyrinədir. Seçicilərin 31,4%-i hakim partiyaya, yalnız 9,6%-i onun əsas rəqibi olan Vahid Milli Hərəkata səs verməyə hazırdır.

Eyni zamanda, seçicilərin 40%-ə yaxını hələ öz seçimi ilə bağlı qərar verməyib və GA onları öz tərəfinə çəkməyə çalışır. Məsələn, aprelin əvvəlində Gürcüstan hökuməti 145 min fiziki şəxsə şamil ediləcək irimiqyaslı vergi amnistiyası həyata keçirməyi planlaşdırdığını açıqlamışdı.

Qanun layihəsinin qəbuluna dəstək üçün keçirilən böyük mitinqdən sonra Baş nazir İrakli Kobaxidze müxalifətin reytinqinin aşağı olması səbəbindən, ölkədə inqilabın istisna olunduğu fikrini bildirib. Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib: “Gürcüstanda müxalifət dəstəyini itirib və ölkədə inqilab təşkil etmək üçün resursları yoxdur”.

Onun sözlərinə görə, bu gün Gürcüstan müxalifəti tamamilə nüfuzdan düşüb: “Müxalifətin ümumi reytinqi 2021-ci il yerli hökumət seçkiləri gününə nisbətən yarı aşağı düşüb. Ona görə də inqilab və buna bənzər proseslər istisna edilir”.

Baxmayaraq ki, Kobaxidze belə bir bəyanatla çıxış edəndə hələ də xatırlamaq lazımdır ki, Gürcüstanın yaxın tarixində hər hansı siyasi qüvvəyə dəstək üçün çoxminlərlə mitinq keçirməsi onun seçkilərdə inamlı qələbəsi demək deyildi. Məsələn, 2003-cü ilin payızında parlament binası yaxınlığında Prezident Eduard Şevardnadzeyə dəstək üçün açıq mitinq keçirildi və bir ay sonra onun hakimiyyəti “qızılgül inqilabı” ilə başa çatdı. Daha sonra, 2012-ci il sentyabrın 28-də Prezident Mixail Saakaşvili “Dinamo” stadionunda rekord mitinq toplasa da, cəmi bir neçə gün sonra onun rəhbərlik etdiyi Vahid Milli Hərəkat parlament seçkilərində məğlub oldu...
ayna.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru