İranın “nüvə zəngi” 84-ə çatdı... - NƏ BAŞ VERİR?
Tarix: 1-03-2023, 08:17 | Çap et
 Rusiyanın Ukraynaya hərbi müdaxiləsi digər regionları da qanlı bir dalana çevirmək üçün şərtlər formalaşdırır. Bu şərtlərdən bərk-bərk yapışan İran Ukraynadakı müharibənin nəticələrindən karlı çıxmaq üçün nüvə silahı əldə etməyə daha da yaxınlaşır. İran uranı 84 faizə qədər zənginləşdirib, hərçənd ki, Tehran bu iddiaları rədd edir. Ancaq İranın yalan danışmaq və həqiqətləri təhrif etmək potensiallarını nəzərə alsaq, deyə bilərik ki, Tehran nüvə silahına yiyələnməyin bir addımlığındadır. İran nüvə silahı arsenalı yaratmaqda Çin və Rusiyanın yardımından istifadəyə can atır, lakin onun rəqibləri Moskva və Pekinin oyundakı öhdəliklərini balanslaşdırırlar. Onsuz, əvvəldən də Çin və Rusiya İranın nüvə proqramını ikiəlli dəstəkləməyib və bu istiqamətdə beynəlxalq birliyin səsinə səs veriblər. Ancaq İran regionda və qlobal səhnədə təsirlərini genişlətməkdən ötrü Moskva və Pekinin də maraqlarını arxa plana atmağa hazırdır, təki özü fəaliyyət sferasını nəhəng ambisiyalara söykəyə bilsin. Tehran düşünür ki, fürsət yaranıb, o, Qərbin Ukraynaya aludəçiliyi fonunda maksimalist niyyətlərinə çata bilər. İran belə niyyətini Ukraynadakı müharibədə Rusiyaya silahlar verməklə aydın göstərir, hərçənd ki, bu ölkələr arasında hərbi-texniki əməkdaşlıq da mövcuddur. Ancaq Ukraynadakı müharibədə Rusiyaya yardım etmək təcavüzü dəstəkləmək və Moskvanın formalaşdırmaq istədiyi yeni nizama töhfə vermək kimi xarakterizə olunur. Tehran Rusiyanın yaratmaq istədiyi mümkün mənzərədə həlledici relyefdə qərarlaşmaq istəyir, yəni onun Moskvaya hərbi dəstəyini hərbi alış-veriş kimi deyil, strateji məqsədlər kimi anlamaq çətin deyil. Lakin İran nə Rusiyadan, nə də Çindən yüksək profilli dəstək ala biləcək, çünki iki nəhəng Tehranın şişib böyüməsində maraqlı deyil. Təsəvvürümüzdə canlandıracağımız başqa bir amil İsrailin həm Rusiya, həm də Çinlə əməkdaşlıq sferasıdır, yəni Moskva ilə Pekin Təl-Əvivin həlledici rolunu Tehranın ayağına verməz. Buna baxmayaraq, İranın nüvə dövlətinə çevrilməsi təhlükəsi azalmır, bu məqamda İsrail Tehrana qarşı hərbi müdaxilə ssenarilərini hazırlayır. İsrail ABŞ-ni də zərbə ssenarilərinə hazırlamalıdır, hərçənd ki, Vaşinqton Tehranın nüvə bombalarına sahiblənməsinə həmişəkindən daha yaxın olduğunu başa düşsə də, Təl-Əvivlə fikir ayrılıqları da yaşayır. İsrail düşünə bilər ki, Tehranın nüvə silahı əldə etmək həddinə çatması Qərbin rıçaqsız diplomatiyasının nəticəsidir. İranı bombalamaqla bağlı ortaq dəyərlər çoxdur, ancaq hesab etmək olar ki, Vaşinqton Təl-Əviv qədər səbirsiz davranmağa üstünlük vermir. Səbəb aydındır – ABŞ hələ İran cəbhəsini aktivləşdirib əlavə problemlərə boyun olmaq istəmir. PROQNOZLAR: İsrail İrana qarşı beynəlxalq səylərin praktiki əhəmiyyətini gücləndirmək üçün Tehranın məxfi planlarına çıxış əldə edəcək. Əldə olunacaq dəlillərlə beynəlxalq ictimaiyyəti daha böyük təhdidlərin gələ biləcəyinə inandıracaq. İsrail Rusiya-Çin-İran orbitinin oxunu zədələmək planlarını Qərbin həmin üçlüyə qarşı maraqları fonunda inkişaf etdirəcək. İsrail İranın bombalanmasına zəmin yaradacaq faktları Tehranın digər rəqiblərinə ötürəcək və İslam Respublikasının legitim hərbi hədəf olması üçün çoxvektorlu dəstək qazanmağa cəhd edəcək. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tovuzda qazi ilə bağlı iddialara cavab verilib: Əsassızdır - TƏFƏRRÜAT
Bu gün, 08:43 |
|
|
|
| • Hüseynbala Mirələmova ağır itki üz verdi
Bu gün, 08:41 |
|
|
|
| • Azərbaycan və Ermənistan BU göstərici üzrə ilk onluqda – NONSENS, yoxsa...
Bu gün, 08:39 |
|
|
|
| • Nazir prezidenti Rusiyaya görə tənqid etdi
Bu gün, 08:37 |
|
|
|
| • ABŞ müharibədə məğlub olub - İran səfiri belə deyir...
Bu gün, 08:31 |
|
|
|
| • Penitensiar xidmətlə bağlı ŞOK İTTİHAM - "50 manatını ver..."
Bu gün, 08:30 |
|
|
|
| • Zelenski Vensin Ukraynaya dəstək mövqeyini tənqid edib
Bu gün, 08:07 |
|
|
|
| • Azərbaycanda yaz fəsli olmayacaq? – Hazır olun, hava kəskin DƏYİŞİR
Bu gün, 08:06 |
|
|
|
| • ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb - WSJ
Bu gün, 08:04 |
|
|
|
| • Masallıda ƏMLAK MAFİYASI İŞ BAŞINDA... - İTTİHAM VAR...
Bu gün, 07:58 |
|
|
|
| • "Azərbaycanda ən çox dinlənilən mahnılara baxanda heyfsilənirəm" - Nura Suri
Bu gün, 07:54 |
|
|
|
| • NHMT sədri AzəriQaz şefinə SƏSLƏNDİ - "450 manat əməkhaqqı alan bir işçini..."
Bu gün, 07:43 |
|
|
|
| • "Biz regionda yeganə ölkəyik ki, hələ də normal distant təhsil sistemi qura bilməmişik" - MALƏSƏF...
Bu gün, 07:35 |
|
|
|
| • Hər addımda problem yaradırlar... - BU DA FAKT...
Bu gün, 07:28 |
|
|
|
| • Hesablama Palatasının əsas vəzifəsi həm də odur ki... - AÇIQLAMA
Bu gün, 07:24 |
|
|
|
| • Almaniyada SABİRANƏ İSTƏK... - "Harda müsəlman görürəm..."
Bu gün, 07:20 |
|
|
|
| • "Zatən 5 ildir quru sərhədləri bağlı saxlayıblar..." - ETİRAZ
Bu gün, 07:17 |
|
|
|
| • ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb - SEPAH
Bu gün, 07:08 |
|
|
|
| • Direktor məktəbi şəxsi təsərrüfatına çevirib - BU NƏDİ BELƏ?
Bu gün, 07:06 |
|
|
|
| • Həmkarların sanatoriyalarında nə baş verir? - Boş otaqlar, amma "yerimiz yoxdur" cavabları...
Bu gün, 06:55 |
|
|
|
| • SEPAH hakimiyyəti ələ keçirdi: Azərbaycanlılar üçün çətin dövr başlayır - ŞƏRH
Bu gün, 06:46 |
|
|
|
| • “Yüksək gərginlikli xətlərin altındakı torpaqlar satışa çıxarılır” - Vüqar Orucdan sərt reaksiya
Bu gün, 06:45 |
|
|
|
| • Bazarlarda niyə yerli mal tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:42 |
|
|
|
| • 10 manatlıq şirkətlər, yüzminlik layihələr: Tenderlərdə ziddiyyətli məqamlar... - ARAŞDIRMA
Bu gün, 06:41 |
|
|
|
| • "Tənqidlər yersizdir, imtahanın erkən keçirilməsi abituriyentlər üçün faydalıdır" - ÇÜNKİ...
Bu gün, 06:39 |
|
|
|
| • Ermənistanda seçki mübarizəsi... - Görünəni odur ki...
Bu gün, 06:35 |
|
|
|
| • Sülhün izində İrəvan səfəri: Bu səfər nə vəd edir? - GƏLİŞMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Pomidor-xiyar ucuz olacaq: Kartof kəskin bahalaşacaq - Xəbərdarlıq edildi
Bu gün, 06:31 |
|
|
|
| • Artıq Avropa Parlamenti ilə əməkdaşlığı davam etdirmək mənasızdır - deputat
Bu gün, 06:29 |
|
|
|
| • Azərbaycan Memarlıq və İnşaat Universitetində təmir işləri dayandırıldı - Səbəb
Bu gün, 06:27 |
|
|
|
| • “Ona bir şey olsa, yaşamaram” - Əməkdar artist
Bu gün, 06:24 |
|
|
|
| • ABŞ Hörmüz boğazında blokadanı davam etdirir
Bu gün, 06:22 |
|
|
|
| • Dövlət çörəyin qiyməti ilə bağlı QƏRAR VERDİ - AKTUAL
Bu gün, 06:20 |
|
|
|
| • ABŞ Hörmüz boğazı ilə bağlı yeni koalisiya qurmaq niyyətindədir - “The Wall Street Journal”
Bu gün, 06:18 |
|
|
|
| • Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
Dünən, 20:31 |
|
|
|
| • FHN “Aypara sarayı”nın istismarına icazə verdi
Dünən, 20:18 |
|
|
|
| • “Quli”nin tərəfini seçdi, Moskvanı itirdi… – “Batya” ləqəbli “qanuni oğru”nun aqibəti
Dünən, 20:12 |
|
|
|
| • Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək
Dünən, 18:17 |
|
|
|
| • Almaniya Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Dünən, 18:01 |
|
|
|
| • “Qala Həyat”ın xalis mənfəəti 5% azalıb – Səbəb
Dünən, 17:59 |
|
|
|
| • AMB-nin sabiq departament rəhbəri yeni vəzifəyə təyin olunub - FOTO
Dünən, 17:56 |
|
|
|
| • Şahin Mustafayev erməni iş adamları ilə görüşdü: Ağveranı tərk etdi
Dünən, 17:47 |
|
|
|
| • Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
Dünən, 17:42 |
|
|
|
| • "Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
Dünən, 17:39 |
|
|
|
| • 2025-ci ildə Ermənistan ordusunda 9 ölüm halı qeydə alınıb
Dünən, 17:34 |
|
|
|
| • Mirsaleh Seyidovu əvəz edəcək fiqur tapılıb... - İDDİA
Dünən, 17:26 |
|
|
|
| • Ermənistanda silahların yığılması daxili çevriliş qorxusu ilə bağlıdır - ŞƏRH
Dünən, 17:11 |
|
|
|
| • Kəmaləddin Heydərov rəis müavini təyin etdi - ƏMR
Dünən, 17:05 |
|
|
|
| • Saleh və 40 quldur... AAYDA təmizlənir... - TƏFƏRRÜAT
Dünən, 17:03 |
|
|
|
| • Hansı bankın nə qədər problemli krediti var? - SİYAHI
Dünən, 16:58 |
|
|
|
|