Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                 

Putin nə etmək istəyir: Rusiyanın Ukraynaya qarşı “qəribə müharibəsi” - İNCƏLƏMƏ...
Tarix: 24-06-2022, 15:14 | Çap et
Putin nə etmək istəyir: Rusiyanın Ukraynaya qarşı “qəribə müharibəsi”
Rusiyanın Ukrayna ilə sərhədindəki Rostov vilayətində yerləşən “Novoşaxtinsk” Neft Emalı Zavodu (NEZ) pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb və hücumdan sonra zavodda yanğın olub. Məlumatlara görə, müəssisənin ərazisində PUA-ların qırıntıları aşkarlanıb. Hadisə səbəbindən zavodun fəaliyyəti dayandırılıb və ərazi nəzarətə götürülüb.

Qeyd edək ki, bu, son 10 gün ərzində Rusiya ərazisindəki obyektlərə üçüncü hücumdur və bundan öncə daha iki zavod Ukrayna ordusu tərəfindən hədəfə alınıb. Rusiyanın Ukraynaya hərbi təcavüzündən dörd ay zaman ötür və bəzi iddialara görə, qısa müddətə müharibə Rusiyanın içərilərinə sıçrayacaq. DİA.AZ xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı politoloq Teymur Yəhyayev AYNA-ya müsahibəsində Rusiya ərazisində müharibə ehtimalları və digər mövzular ətrafında danışıb.

- Son günlər Ukrayna ordusu Rusiyanın strateji obyektlərini hava zərbələri endirir. Bu xüsusda müharibənin Rusiyanın ərazilərinə sıçrayacağı barədə iddialar gündəmə gəlib...

- Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi əsas etibarilə Ukrayna ərazisində davam etsə də, Rusiyanın Ukrayna ilə sərhəd əraziləri də müharibənin təsir dairəsindədir. Fevral ayının 24-dən başlayan bu müharibə zamanı dəfələrlə Rusiyanın strateji obyektləri Ukraynanın hava hücumlarına məruz qalıb. Son bir ayda beş dəfə bənzər hadisə baş verib və son belə hücum Rostov vilayəti ərazisində qeydə alınıb. Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və hücumdan sonra zavodun fəaliyyəti dayandırılıb.

Hesab edirəm ki, Ukraynanın Rusiyanın strateji obyektlərinə hücumları səbəbsiz deyil. Rusiyanın imkanı var ki, Ukrayna ordusunun hücumlarının qətiyyətlə qarşısını alsın və onları yerində oturtsun. Lakin bu hadisə baş vermir. Düşünürəm ki, bu, qəribə müharibədir və analoqu olmayıb. Yaxın və uzaq tarixdə baş verən klassik müharibələr proqnozlaşdırıla bilən olması ilə yanaşı, həm də bu müharibələrdə düşmənə qarşı bütün mümkün mübarizə üsullarından istifadə olunurdu. Bu müharibədə isə sanki davranış sərhədləri müəyyən olunub və Moskva kifayət qədər təmkin nümayiş etdirir.

Müharibədən öncə bir çoxları hesab edirdi ki, Rusiya qısa müddətə Kiyev ərazisinə daxil olacaq və Zelenskini devirərək öz adamını rəhbərliyə gətirəcək. Bununla da Ukrayna böhranı həll olunacaq və postsovet məkanında Moskvanın gücünə güc qatılacaq. Hətta yanvar ayında Qazaxıstanda Rusiyanın iştirakı ilə daxili etirazların yatırılması və Tokayevin hakimiyyətdə saxlanılması buna hazırlığın tərkib hissəsi kimi qiymətləndirilirdi. Ancaq biz nəyin şahidi olduq? Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən dörd ay zaman ötür və Zelenski dünya liderləri ilə birlikdə Kiyevin mərkəzində rahat gəzir, heç bir təhlükə hiss etmədən dolaşır. Rusiya isə Donbass və Luqansk uğrunda döyüşlərə qatıldığını bəyan edir. Hansı ki, müharibənin ilk günlərində Rusiya ordusu Kiyevin bir addımlığında idi. Eyni zamanda Moskva Ukraynaya silah tədarükünün hansı vasitələr və yollarla təmin olunduğunu dəqiq bilir. Amma bunun qarşısını almır. Bütün bunlar ortaya çoxlu suallar çıxarır.

- Rusiyanın Ukraynaya təcavüzünü “qəribə müharibə” adlandırırsınız. Koronavirus pandemiyasının ardınca başlayan bu müharibəni ssenariləşdirilmiş və “növbəti tələ” kimi qiymətləndirmək olarmı?

- Koronavirus pandemiyasından sonra bir çox dünya liderləri və analitiklər bəyan edirdilər ki, dünyada daha heç nə əvvəlki kimi olmayacaq. İlkin dövrlərdə bunlar sıradan və əhəmiyyət kəsb etməyən açıqlamalar kimi görünürdü. Lakin hadisələrin gedişatı göstərdi ki, hər şey əvvəlcədən ssenariləşdirilib. Düzdür, koronavirusla Ukrayna böhranı arasında hansısa paralellərin olduğunu söyləmək çətindir. Görünən odur ki, hansısa formada bir əlaqə mövcuddur.

Rusiya çox qısa müddətə Ukraynanı təslim edə bilərdi. Bunun üçün onun iki yolu var idi: Bir tərəfdən intensiv hərbi hücumlarını davam etdirir, digər tərəfdən silah tədarükünün təmin olunduğu yolları bombalayır. Bunların heç biri baş vermədi. Rusiya öz xoşluğu ilə Kiyevə yaxın ərazilərdən geri çəkildi.

Bu gün Qazaxıstan Prezidenti Tokayev Rusiya hökumətinə qarşı olduğunu iddia edir. Hansı ki, cəmi bir neçə ay öncə məhz Kremlin dəstəyi Tokayev üçün həlledici oldu. Əks halda Tokayev ya həbsdə, ya da mühacirətdə olacaqdı. Hazırda dünya siyasi gündəmini düşündürən əsas sual budur: Putin nədən Ukraynaya qarşı yumşaq siyasət yürüdür?

Hesab edirəm ki, bunun əsas səbəbi Moskvanın hərbi yolla deyil, siyasi yolla rəsmi Kiyevi çökdürmək istəyidir. Təsəvvür edin ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edir. Əsas məqsədləri Rusiyanı iqtisadi cəhətdən zəif salmaq və Putin iqtidarını yola salmaqdır. Bu gün Putin Qərbin ona qarşı planlaşdırdığı ssenarini onların özlərinə qarşı yönəldib. Rusiya ordusu paytaxt və digər şəhərlərə hücum etmir, Rusiya iqtisadiyyatını ayaqda saxlamağa çalışır, dünyada ABŞ və Qərbə qarşı yeni qütbün formalaşmasına təkan verir. Nəticədə Qərb ölkələri, xüsusən Ukrayna bundan təsirlənir. Nə qədər gizli saxlasalar da, yardımlarla kompensasiya edildiyini desələr də, Ukrayna vətəndaşları dərin sosial-iqtisadi böhran keçirir. Proses bu şəkildə davam edərsə, Ukraynada siyasi etirazlar qaçılmazdır. Yəni, Putin Zelenskini və komandasını Ukrayna cəmiyyətinin əli ilə yola salmaq istəyir. Artıq ABŞ-ın özündə ciddi problemlər müşahidə olunmağa başlayıb.

- ABŞ və Qərbin Rusiyanı iqtisadi baxımdan çökdürmək məqsədilə sanksiyalara əl atması heç kimə sirr deyil. Müharibənin dördüncü ayında Rusiyada sosial-iqtisadi vəziyyət nə yerdədir?

- ABŞ və Qərb Rusiyanı çökdürmək istəyirdi, nəticədə özləri ciddi böhranla üzləşdilər. Amerikada əhalinin əksəriyyəti Baydeni dəstəkləmir və növbəti seçkilərdə demokratların namizədinə səs verməyəcəyini bəyan edirlər. Artıq ABŞ Prezidenti Ukraynanı ittiham edən açıqlamalarla çıxış edir. Açıq şəkildə bəyan edir ki, ukraynalılar torpaq verərək ruslarla dil tapmalıdırlar. ABŞ və Avropada böhran dərinləşdikcə onlar bu istiqamətdə daha ciddi addımlar atacaqlar. Tamamilə mümkündür ki, Zelenskini müharibəni dayandırmağa və təslim olmağa təhrik etsinlər. Müharibə Rusiyaya nə qədər ziyan vurubsa, ABŞ və Avropaya da o qədər ziyan vurub. Artıq Qərbin özündə də bunun fərqindədirlər və alternativlər üzərində işləyirlər.

O ki qaldı Rusiyada sosial-iqtisadi vəziyyətə, hər şey qaydasındadır. Dörd ay ərzində embarqolarla heç bir məqsədinə nail olmayan Qərbin bundan sonra geniş mənada buna müvəffəq olacağı inandırıcı görünmür. Moskva müharibədən öncə bütün bunları hesablamışdı və dörd ay qabaq Rusiyada vəziyyət necə idisə, hazırda da elədir. Yalnız psixoloji təzyiqlər, panika mövcuddur ki, bununla da ölkə iqtisadiyyatını dərin mənada çökdürmək mümkün deyil. Turizm obyektləri tam gücü ilə işləyir, alıcılıq qabiliyyəti yüksəkdir. Eyni zamanda qiymətlər də sabitdir. Ərzaq çatışmalığı müşahidə olunmur. Sanksiyalarla əlaqədar Rusiya bazarlarını tərk etmiş şirkətlərin bəziləri geri qayıdıb. Geri qayıtmayanları da rus şirkətləri əvəz edir. Hələlik vəziyyət stabildir və ciddi böhran nəzərə çarmır.

- Rusiyaya qarşı sanksiyalara qoşulmaması, Finlandiya və İsveç məsələsində tutduğu mövqe səbəbindən Türkiyəyə qarşı hücumlar da artıb. Baş verənlərin Türkiyədə siyasi böhrana səbəb olacağı barədə iddialar var...

- Türkiyə Ukrayna məsələsində obyektiv mövqe nümayiş etdirən ölkə olaraq bütün dünyanın rəğbətini qazandı. Açıq şəkildə söyləmək olar ki, Türkiyə bu gün dünyada aparıcı güc mərkəzlərindən və diplomatik oyunçulardan biridir. Bütün bunlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarakteri və qətiyyətli siyasəti nəticəsində mümkün olub. Türkiyədə hakimiyyət dəyişikliyi mümkün deyil və heç bir böhran yaşanmayacaq. Ərdoğanın yürütdüyü siyasət Türkiyə xalqının maraqlarını ifadə edir və növbəti seçkilərdə də qələbəsi qaçılmaz olacaq. Qərbin Türkiyəyə qarşı təzyiq siyasəti effektiv olmayacaq və nəticəsiz qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru