Şimali Kipr üçün tarixi məqam: öncə Türk Dövlətləri Təşkilatına üzvlük, sonra... - GƏLİŞMƏ
Tarix: 15-06-2022, 08:29 | Çap et
 Yunanıstanla Türkiyə arasında yaşanan gərginlik təkcə sahil suları və adalarla bağlı deyil. Şərqi Ağdənizdəki üstünlük mücadiləsinin tərkib hissəsi olaraq, Yunanıstan hökumətinin Kiprdəki türk mövcudiyyətinə qarşı iddia və həmlələri də iki ölkə münasibətlərində önəmli gərginlik nöqtəsidir.
Yunan tərəfinin daha əvvəl də gündəmə gələn etimadyaradıcı tədbirlər paketini yeni bir təklif kimi dünyay təqdim etmək istəməsi gərginliyi daha da artıracaq. Afina illər boyu həll prosesinə heç bir töhfə verməyən prinsip və təklifləri təkrarən müzakirə masasına gətirmək istəyərkən, Ankara bəyan edir ki, əgər bir müzakirə olacaqsa, iki toplum arasında deyil, iki dövlət arasında olacaq.
Yunanıstan Maraşı geri almaq istəyir, Şimali Kipr Türk Respublikası (ŞKTR) isə buranın Türk torpağı olduğunu ifadə edir. Yunan tərəfi adanın ətrafındakı enerji mənbələri üzərində ŞKTR-in də haqqı olduğunu etiraf etsə də, əməli proseslərdə böyük payı özünə götürmək dərdindədir. Türk tərəfi isə öz haqqını yedirməyəcəyini açıq şəkildə bəyan edir.
Doğrusu, indiki mənzərədə yenidən bir müzakirə masası qurulsa belə, yunanların bundan qaçacaqlarını, yaxud da ən həlledici məqamda imtina edəcəklərini proqnozlaşdırmaq çətin deyil.
ŞKTR Prezidenti Ersin Tatar bu mövzuda öz təkliflərini qısa müddət sonra ictimaiyyətə açıqlayacaqlarını bildirdi. Ehtimal etmək olar ki, Türk tərəfinin mövqe və mübarizəsində bir dəyişiklik olmayacaq.
Yunanıstan və Kiprdəki yunan idarəetməsinin birgə, istər Egey adaları üzərində, istərsə də Şərqi Ağdəniz üzərindəki siyasəti bu şəkildə davam etdikcə faydalı bir müzakirənin mümkünsüzlüyü ortadadır.
Bütün bu proseslərin fonunda, təxminən 3 ay sonra ŞKTR üçün tarixi bir yenilik yaşanacaq. Şimali Kipr Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzvlük üçün müraciət edib və yayın sonlarında Özbəkistanda keçiriləcək liderlər zirvəsində bununla bağlı qərar qəbul ediləcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kiprə sonuncu səfərində bu məsələni xüsusilə dilə gətirdi. Özü şəxsən prosesin başından bəri bu istiqamətdə gərgin bir diplomatik fəaliyyətdədir.
Hazırda bu xüsusda müsbət bir meyllənmə olduğunu söyləməyək. ŞKTR bir türk dövləti qismində İslam Əməkdaşlıq Təşkilatında (İƏT) da müşahidəçi üzvdür. Ukraynadakı müharibə TDT-nı da öz daxilində daha güclü bir əməkdaşlığa, genişlənməyə vadar edir. ŞKTR də üzv olacağı halda, Macarıstan ilə birlikdə 7 üzvü olan TDT bütün müstəqil türk dövlətlərini bir araya gətirmiş olacaq.
TDT daxilində iki cür üzvlük sistemi var: tamhüquqlü üzvlər və müşahidəçi statuslu üzvlər. Hazırda Macarıstan və Türkmənistan müşahidəçi statuslu üzvlərdir. Lakin idarəetmə mexanizmində böyük bir fərq yoxdur. Hər bir üzv bütün mənalarda bərabər şəkildə təşkilatın parçalarıdır.
ŞKTR-in üzvlüyünün təsdiqlənməsindən sonra bu türk dövlətinin TDT və onun vahid qurumları ilə birbaşa və dolayı əlaqələrinin önü açılacaq. Məsələn, Türksoy, Türk Akademiyası, TÜRKPA əlaqəli qurumlar, AGİT, CICA, ÜST kimi təşkilatlar isə TDT-nin qarşılıqlı münasibətdə olduğu qurumlardır.
Və ən çox diqqət çəkən, gözlənilən məqam üzv ölkələrin gələcəkdə ŞKTR-in müstəqilliyini tanıması qərarıdır. Hələlik liderlər zirvəsi baş tutsun, üzvlük məsələsi həllini tapsın, müstəqilliyin tanınması mövzusunu da birlikdə müzakirəyə çıxararıq.
Müəllif: Prof. Dr. Kürşad Zorlu Mənbə: "haberturk.com.tr" AYNA


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49 |
|
|
|
| • Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45 |
|
|
|
| • Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39 |
|
|
|
| • Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23 |
|
|
|
| • Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15 |
|
|
|
| • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09 |
|
|
|
| • “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56 |
|
|
|
| • İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51 |
|
|
|
| • Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49 |
|
|
|
| • Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41 |
|
|
|
| • Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24 |
|
|
|
| • Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52 |
|
|
|
| • “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29 |
|
|
|
| • "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15 |
|
|
|
| • Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09 |
|
|
|
| • Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01 |
|
|
|
| • Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51 |
|
|
|
| • Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43 |
|
|
|
| • "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35 |
|
|
|
| • "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20 |
|
|
|
| • Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11 |
|
|
|
| • Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03 |
|
|
|
| • Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01 |
|
|
|
| • Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48 |
|
|
|
| • Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35 |
|
|
|
| • Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32 |
|
|
|
| • Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30 |
|
|
|
| • Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25 |
|
|
|
| • "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20 |
|
|
|
| • İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17 |
|
|
|
| • Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14 |
|
|
|
| • Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12 |
|
|
|
| • AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08 |
|
|
|
| • Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04 |
|
|
|
| • NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58 |
|
|
|
| • “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17 |
|
|
|
| • İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40 |
|
|
|
| • 400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38 |
|
|
|
| • Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
| • Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05 |
|
|
|
| • Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01 |
|
|
|
| • Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55 |
|
|
|
| • "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47 |
|
|
|
| • Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44 |
|
|
|
| • Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42 |
|
|
|
| • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32 |
|
|
|
| • Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29 |
|
|
|
| • Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27 |
|
|
|
|