Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                 

Paşinyana sui-qəsd planı işə düşə bilər - Əliyev xəbərdarlığını edib!
Tarix: 2-06-2022, 09:04 | Çap et
Paşinyana sui-qəsd planı işə düşə bilər
Ermənistanda ciddi ictimai dəstəyi olmayan radikal müxalifət cəmiyyətin diqqətini cəlb eləmək naminə indi də başqa hoqqaya əl atıb. Radikal-revanşislər nazirlikləri, idarə-müəssisələri gəzərək, onların rəhbərlərindən “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” ifadəsini almağa, əks halda, onları ifşa eləməyə çalışırlar. Amma maraqlıdır ki, öz istəklərinə çox vaxt nail olmurlar.

Məsələn, az öncə xarici işlər naziri Mnatsakan Safaryan (sərhədlərin delimitasiyası üzrə Ermənistan tərəfdən yaradılan komissiyanın üzvüdür) onu XİN binasında yaxalamış radikalların təkidlərinə baxmayaraq, həmin ifadəni təkrarlamadı. Srağagün isə parlamentin spikeri Alen Simonyan “artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” söyləməkdən imtina edib.

“Mənim parlament sədri kimi ”artsax"ın heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacağı barədə bəyanat verməyə haqqım yoxdur. Danışıqlar prosesi gedir və indi belə bəyanatların verilməsi həm danışıqları aparan tərəfi, həm də bütün prosesi fakt qarşısında qoymaq demək olardı", - Simonyan opponentləri pərt edib.

*****

Eləcə də digər qurumların rəhbərləri ictimai qınaqdan çəkinib-eləmədən məlum avantürist ifadəni dilə gətirmir, müxalifəti başından edirlər. Bir səbəb, ümumiyyətlə, radikal müxalifətin özbaşınalığının artıq toplumun ən müxtəlif təbəqələrini bezdirməsidirsə, ikinci motiv əlbəttə ki, bu “barıt qoxulu”, populist və mənasız tezisin geniş erməni cəmiyyəti üçün öz aktuallığını itirməsi ilə bağlıdır.

Çünki ağlı az-çox başında olan, reallıq hissini itirməyən ermənilərin hamısı anlayır ki, 44 günlük müharibədən sonra keçmiş Dağlıq Qarabağın mifik “müstəqilliyindən” və ya Ermənistanın tərkib hissəsi olmasından danışmaq absurddur, özünü aldatmaq və ya gülünc vəziyyətə salmaqdır. Ən önəmlisi, ədalətli sülhə süni əngəl yaratmaq cəhdidir.

Azərbaycan dövləti bir ovuc Qarabağ ermənilərinə heç mədəni muxtariyyət verməyə hazırlaşmır, sən bunların iştahasına bax. Sanki İkinci Qarabağ müharibəsi heç baş verməyib. Bədbəxtlər, “artsax” dediyiniz keçmiş Dağlıq Qarabağın 90%- artıq Azərbaycanın tərkibindədir, siz nə çərənləyirsiniz? “Heç vaxt Azərbaycanın tərkibində olmayacaq” nə demək? Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib!

Radikalların nümayəndələrindən biri, “Şərəfim var” fraksiyasının deputatı Ayk Mamidcanyanın bu xüsusda dünənki etirafı diqqət çəkir.

“Hamı bunu (məlum ifadəni - red.) söyləməyə qorxur. Onlar (hakimiyyət - red.) buna nail oldular ki, artıq heç bir beynəlxalq struktur ”Artsax"ın öz müqəddəratını təyinetmə hüququndan danışmır. Üstəlik, vəziyyət o yerə çatıb ki, artıq “Artsax”da yaşayan etnik erməni əhalisinin hüququndan danışırlar. Bizim “Artsax”ı Qarabağ adlandırırlar", - deyə Mamidcanyan dərin məyusluq içində qeyd edib.

*****

Yada salaq ki, cəmi bir il öncəki parlament seçkilərində erməni seçicilərinin qalib elədiyi siyasi qüvvə indi məhz “Artsax” heç vaxt Azərbaycanın tərkib hissəsi olmayacaq" söyləməkdən imtina edənlər idi. Paşinyan partiyası idi. Təəssüflər olsun ki, Rusiyaya bağlı cığal və faşist ünsürlər hələ də suyu bulandırmağa, hansı yolla olur-olsun öz varlığını sübut eləməyə, Azərbaycanla Ermənistan arasında başlamış kövrək sülh prosesini pozmağa çalışırlar. Radikalların seçkilər yolu ilə hakimiyyətə gəlmək şansı isə yoxdur. Yalnız qeyri-qanuni, antikonstitusion, terror üsulları keçərli ola bilər.

“Bir tərəfdən Ermənistanda baş verənlər erməni xalqının öz daxili işidir, digər tərəfdən isə hesab edirəm ki, orada hakimiyyət dəyişikliyi olmamalıdır. Bizə çatan məlumatlar göstərir ki, istənilən halda Nikol Paşinyanın hələ də əhalinin əksəriyyəti tərəfindən dəstəklənir. Paşinyanın əvəzlənməsi ya dövlət çevrilişi, ya da baş nazirə uğurlu sui-qəsd cəhdi, yəni hakimiyyəti ələ keçirmək üçün qəsd və terror aktı ilə mümkündür”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu “Vestnik Kavkaza” portalına rusiyalı tanınmış analitik və hərbi ekspert İqor Korotçenko deyib.

“Ancaq Ermənistanda xüsusi xidmət orqanları, o sırada Milli Təhlükəsizlik Xidməti var, onların vəzifəsi də konstitusiya quruluşunun həyata keçirilməsini təmin etmək, o cümlədən müxalifətin və terror təşkilatlarının silahlılarının birinci şəxsə qarşı sui-qəsd cəhdinin qarşısını almaqdır. Əgər qətl təhlükəsi mövcuddursa, Paşinyanın təhlükəsizliyini gücləndirmək lazımdır. Hərgah, bu, Ermənistanın problemidir. Ermənistanın konstitusiyası var və bu ölkənin güc strukturlarının vəzifəsi onun həyata keçirilməsini təmin etmək və Paşinyandan başlayaraq, hökumət nümayəndəsinə qarşı zorakı hərəkətlərin qarşısını almaqdır. Çünki o, qanuni seçilmiş və tamamilə legitim baş nazirdir”, - deyə Korotçenko əlavə edib.

*****

Ancaq bu da var ki, Ermənistanda siyasi mübarizədə terror üsulu, xüsusən də daşnaklar, Qarabağ klanı tərəfindən dəfələrlə sınaqdan çıxarılıb. Hazırda isə nə Rusiya, nə də Qərb, özəlliklə ABŞ Paşinyanın zorakı yolla iqtidardan salınmasında maraqlı görünmür. Rəsmi İrəvana, erməni cəmiyyəti və müxalifətinə şimaldan, okeanın o tayından və Avropadan ən müxtəlif səviyyələrdə çatdırılan siqnallardan bu qənaət hasil olur. Qalır, radikal-revanşistlərin bundan hansı nəticəni çıxarması.

Azərbaycan isə bütün variantlara hazırdır. Bu haqda Prezident İlham Əliyev mayın 27-də Zəngilandakı çıxışı zamanı bir daha erməni radikal-revanşistləri sərt şəkildə xəbərdar edib. Sitat: “Ermənistanda faşistlər hələ də baş qaldırmağa cəhd göstərirlər. Onlara elə gəlir ki, əgər onlar hakimiyyətdə olsaydılar, müharibənin nəticələri başqa cür ola bilərdi. Qətiyyən yox! Onlara elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki səbirlə bu mənzərəni izləyirik. Amma bunu Ermənistan faşistləri - bizə hürməyə çalışan faşistlər bilsinlər ki, hər an onların dərsini verməyə bir daha hazırıq, necə ki, İkinci Qarabağ müharibəsi zamanı”.

Düzgün nəticə çıxarmaq isə artıq bizlik deyil...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru