Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                 

“Artıq Kremldə başa düşürlər ki, müharibəni uduzublar” - Ekspert danışır
Tarix: 9-05-2022, 10:38 | Çap et
 “Artıq Kremldə başa düşürlər ki, müharibəni uduzublar”
Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynanın Rusiyanı məğlub edəcəyini və yenidən azad ölkəyə çevriləcəyini deyib. O, bunu videokonfrans vasitəsilə Ukrayna parlamentindəki çıxışı zamanı bəyan edib.

“Ukrayna Putinin yenilməz olması haqqında mifə son qoydu və Kiyevə qədər irəliləyən Rusiya ordusunu dəf etdi. Hazırda ukraynalılar XXI əsrin ən böyük qəhramanlıq salnaməsini yazırlar və Putinin tarixi səhvini ifşa edirlər”, - deyə o bildirib.

Bu arada məlumatlar yayılıb ki, Rusiya Ukraynada faktiki məğlubiyyətə uğrayıb və bu səbəbdən geri çəkilmək üçün məqam gözləyir. Məlumata görə, Kreml hazırda minimum itkilərlə Ukraynaya təcavüzü kompensasiya etməyə çalışır. diaaz.space xəbər verir ki, AYNA mövzu ətrafında Fransada yaşayan bloger-jurnalist Elnur Məcidli ilə həmsöhbət olub.

- Ukrayna böhranı dünya gündəmini məşğul edən əsas mövzudur. İddialar var ki, Rusiya Ukraynada strateji məğlubiyyətə uğrayıb. Bu haqda hansı qənaətdəsiniz?

- Hələ bir neçə il öncə belə bir müharibənin olacağını anons etmişdim. Hələ o zaman demişdim ki, Putin bu müharibəyə uzun müddətdir hazırlaşır. 2014-cü ildə Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalından sonra Moskvanın Ukraynaya təcavüz edəcəyi məlum idi. Sadəcə koronavirus pandemiyası, o cümlədən Qarabağ müharibəsi və digər səbəblər bu münaqişəni bir qədər yubatdı. Baxmayaraq ki, beynəlxalq ictimaiyyət Moskvanı xəbərdar edir, belə bir səhvə yol verməməyə çağırırdı, Putin işğalçı xislətindən əl çəkmədi. Nəticədə faktiki olaraq məğlub duruma düşmüş oldu.

Rus ordusunun paytaxt Kiyevdən çəkilməsi müharibənin birinci mərhələsinin başa çatması və Moskvanın məğlubiyyəti kimi qiymətləndirilə bilər. Mövcud şəraitdə Rusiya israrını davam etdirsə də, ciddi nəticələrə nail ola bilmir. Əksinə, sərt sanksiyalarla üzləşərək, ciddi iqtisadi problemlərlə qarşılaşıb. May ayının əvvəlindən etibarən sanksiyaların ciddi təsirləri müşahidə olunmağa başlayıb.

Nəzərə alanda ki, həm Rusiya, həm də Ukrayna eyni kökdən olan xalqlardır, bu döyuşü Çaldıran döyüşünə bənzətmək olar. 1500-cü illərdə səfəvilərlə osmanlıların etdiyi səhvi bu gün Rusiya təkrar edir. Bu müharibənin fəsadları illərlə davam edəcək və Rusiya bu itkilərdən yayına bilməyəcək. Qərbin Ukraynaya vahid şəkildə dəstək nümayiş etdirməsi Moskva üçün gözlənilməz oldu və məğlubiyyətini şərtləndirən başlıca amillərdən biridir. Putin strateji səhvə yol verdi və nəticələri ilə qatlaşmalı olacaq.

- Baydenin “demokratiya-avtoritarizm döyüşü” adlandırdığı bu müharibədə ABŞ hara qədər israrlı olacaq?

- Heç bir inkişaf etmiş ölkə - istər Qərb, istər Çin, istərsə də digərləri olsun - Rusiyanı bu bataqlıqdan xilas etməkdə maraqlı deyil. Çünki onların hər birinin siyasi və qlobal maraqları var və hər kəs məsələyə öz maraqları kontekstindən yanaşır. Moskvanın son illərdə nümayiş etdirdiyi hərbi aqressiya kifayət qədər narahatedici məqam idi. Hesab edirəm ki, Qərbin dəstəyi nəticəsində bu müharibə davam edəcək və Ukrayna geri çəkilməyəcək. Artıq Kremldə də başa düşürlər ki, nəzərdə tutduqları məqsədlərə nail ola bilmədilər və bu müharibəni uduzublar. Sadəcə Putin öz reputasiyasını qorumaq üçün hərbi müdaxiləni davam etdirir.

- Münaqişənin əhatə dairəsi böyüyə, digər ölkələri də təsir dairəsinə ala bilərmi? Misal üçün, Finlandiya, Polşa, İsveç və sair...

- Finlandiya tərəfindən yeni cəbhənin açılması ehtimalı hər zaman öz aktuallığını qoruyur. Bəziləri bunun baş verməyəcəyini söyləsələr də, heç bir halda bu faktoru nəzərdən qaçırmaq olmaz. Hazırda Rusiyaya qarşı yönələn beynəlxalq koalisiya fəaliyyətdədir. Onlar vahid və koordinasiyalı qərar və addımlarla Rusiyadan gözlənilən təhlükələri neytrallaşdırmağa çalışırlar. Finlandiyanın NATO-ya üzv olacağı variantı da bu xüsusda istisna olunmur. Rusiya özünə müttəfiqlər tapa bilmir və növbəti cəbhə açması inandırıcı görünmür. Bir daha qeyd edim ki, Moskva artıq məğlub duruma düşdüyünün fərqindədir. Belə bir şəraitdə isə növbəti ölkələrə təcavüz cəhdləri inandırıcı görünmür. Bu, onun intiharı olardı.

- Putinin SSRİ-ni yeni formada bərpa etmək niyyətində olduğu və məhz bunun qarşısını almaq üçün Qərbin hərəkətə keçdiyini söyləyənlər var. Haqlıdırlarmı?

- Putinin Rusiya dövlətçiliyinin, imperiya ənənələrinin davam etdirilməsində maraqlı olduğunu nəzərə alsaq, bu zaman onun hər hansı formada SRRİ-ni yenidən bərpa etmək niyyətinin olması təbiidir. Digər yandan bu il SSRİ-nin yaranmasının üzərindən 100 il ötür. Simvolik əhəmiyyət kəsb edən bir ildə Putin çox istəyirdi ki, imperiyanı hansısa formada yenidən bərpa etsin. O, simvolik rəqəmlərə qarşı çox həssasdır. Mövcud şəraitdə isə artıq bu cəhdlər mənasızdır. Qazaxıstanda başlanan proses Putinin əminliyini artırsa da, Ukraynada onun arzuları suya düşdü. Ukraynasız imperiya cəhdi süquta məhkumdur və Ukraynadakı məğlubiyyəti ilə Putin imperiya maraqlarından əl çəkməli olacaq. Beynəlxalq birlik heç bir halda bunun baş tutmasına imkan verməyəcək.

- Mövzudan bir qədər kənara çıxaq. Fransadakı son prezident seçkilərindən sonra bu ölkənin Azərbaycana qarşı siyasətində hər hansı dəyişiklik gözlənilirmi?

- Fransa ilə Azərbaycan arasında mədəni, siyasi və tarixi əlaqələr mövcuddur. Təbii ki, bu əlaqələrdən narahat olan qüvvələr var. Bu qüvvələrin içərisində isə Rusiyanı və onun ölkəmizdəki dayaqlarını xüsusi qeyd etmək olar. Müharibə dövründə erməni lobbisinin səyləri nəticəsində arada müəyyən soyuqluqlar yaransa da, münasibətlər yenidən bərpa olunmağa başlayıb. Nəzərə almaq lazımdır ki, bu gün Fransada kifayət qədər azərbaycanlı yaşayır və onların koordinasiyalı fəaliyyətinə, diaspor quruculuğu istiqamətində fəaliyyətlərinin genişlənməsinə xüsusi ehtiyac var.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Rusiyanın təsir dairəsindən çıxaraq, həm də Avropa İttifaqı çərçivəsində davam etdirilməsi ölkəmizin qarşısında yeni imkanlar açır. Düşünürəm ki, Emmanuel Makronun yenidən prezident seçilməsindən sonra Azərbaycanla Fransa arasında münasibətlər yüksələn xətlə inkişaf edəcək. Bu mənada hər hansı bir narahatlığa əsas görmürəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru