Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                     "SEPAH Pezeşkiana imkan vermir" .....                     Ayrı-ayrı yerlərdə arabir duman olacaq .....                     “Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir .....                     Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb .....                     Neft "müharibələri": .....                     172 nömrəli məktəbdə narazılıq .....                     “Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” .....                     “Lənkərandan İrana HÜCUM olacaq” absurdu .....                     Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu .....                     “Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir” .....                     Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib .....                     Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                 

Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş” - İNCƏLƏMƏ...
Tarix: 6-05-2022, 10:37 | Çap et
Müharibənin miqyası genişlənir: “Demokratiya ilə avtokratiya arasında ilk real döyüş”
ABŞ Prezidenti Co Bayden Alabama ştatında Ukrayna üçün raket kompleksləri istehsal edən zavoda səfəri zamanı Ukrayna böhranını tarixin dönüş nöqtəsi adlandırıb. Ağ Evin rəhbəri deyib ki, bu cür böhranlar təxminən altı-səkkiz nəsildə bir dəfə baş verir.

“Açıq deyə bilərik ki, Rusiya hərbi birləşmələri böyük çətinliklə üzləşib. Rusiya üçün bu müharibə strateji məğlubiyyətdir. Ukraynaya 3 milyard dollardan çox hərbi yardım etmişik. Biz Ukraynaya kömək etməsək, ruslar irəliləməyə davam edəcəkdilər. Bununla bağlı bizdə səhih məlumatlar var. Müharibəyə qarşı çıxmasaq, bunun nəticələri daha ağır olacaq”, - deyə Bayden vurğulayıb.

O, Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb.

Lakin ABŞ-ın demokratiya mövzusunda səmimi olmadığını, yalnız öz maraqları tələb etdiyi zaman “demokratiya silahı”na sarıldığını iddia edənlər də var. Onların qənaətinə görə, ABŞ Avropada itirmiş olduğu mövqeyini bərpa etmək və Çinlə Rusiyanın birləşməsinin qarşısını almaq üçün Ukraynaya dəstək göstərməkdə davam edir. Bununla yanaşı, Kremlin dünyada avtoritarizmin əsas dəstəkçisi olduğunu və bu səbəbdən ona qarşı təzyiqlərin qaçılmaz olduğunu hesab edənlərin sayı da az deyil. DİA.AZ xəbər verir ki, Azərbaycan Respublikası Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev AYNA-ya müsahibəsində Ukrayna ətrafında baş verənlər haqqında danışıb:

- Fərid bəy, ABŞ Prezidenti Ukraynadakı hadisələri demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırıb. Sizcə, bu, doğrudanmı belədir?

- Təbii ki, Co Baydenin bu fikirlərində həqiqət payı var. Lakin bu, ikinci dərəcəli məsələdir və əsas diqqət Rusiyanın Ukraynaya qarşı ərazi iddialarına yönəlib. ABŞ və Qərb Rusiyanın imperiya iddialarından və bərpa planlarından ciddi şəkildə narahatdır. O ki qaldı Baydenin Ukraynadakı hadisələri müasir şəraitdə demokratiya ilə avtokratiya arasında “ilk real döyüş” adlandırmasına, bu bəyanatda müxtəlif təzahürləri müşahidə etmək mümkündür. Məlumdur ki, Ukraynanın daxili siyasətində də müəyyən problemlər mövcuddur. Rusiya qonşuluqda Qərbə inteqrasiya edən və müstəqil qərarlar verən bir ölkənin olmasını istəmir. Ukraynaya hərbi müdaxilənin əsas səbəblərindən biri elə budur. Moskva onun sərhədləri yaxınlığında Qərbin güclənməsinə hər vəchlə mane olmağa çalışır. Bundan narahatlığını gizlətmir. Amerikada və Qərbdə hesab edirlər ki, bu, demokratiya ilə avtokratiya arasında döyüşdür. Moskvada isə bunu Qərbin Rusiyaya qarşı yönələn təzyiqi kimi qiymətləndirirlər. Təbii ki, hər bir tərəfin öz arqumenti var və hər kəs öz mövqeyində haqlı olduğunu iddia edir.

- İddialar mövcuddur ki, ABŞ Avropada itirmiş olduğu mövqelərini bərpa etmək və Çinlə Rusiyanın yaxınlaşmasına mane olmaq üçün Ukraynaya dəstək verir...

- Burada Çin amili bir o qədər də mühüm rol oynamır. Daha çox Rusiya ilə birbaşa mübarizədən söhbət gedir. Söylədiyim kimi, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyanın imperiya səylərindən narahatdır. ABŞ-ın Avropada itirmiş mövqelərinin bərpasına gəldikdə isə, Ukraynaya qarşı təcavüz siyasəti ilə Rusiya imkan verib ki, ABŞ Avropada güclənsin. Buna görə kimisə ittiham etməyə də dəyməz. Əgər həqiqətən Moskva buna imkan vermək istəmirdisə, bu halda Ukraynaya qarşı müharibəyə başlamamalı idi.

- Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəni münaqişəyə ikili standartlardan yanaşmaqda ittiham edib. Maraqlıdır, o, niyə belə bir açıqlama ilə çıxış edib?

- Yəqin ki, Zelenski psixoloji cəhətdən yorulub və belə bəyanatlar səsləndirir. Biz görürük ki, Ukrayna rəsmiləri, eləcə də Zelenski təkcə Türkiyəni deyil, Qərbi də ittiham edir. Görünür, təcavüz və onun doğurduğu nəticələr, dinc əhaliyə qarşı zorakılıq Zelenskini psixoloji baxımdan yorub. İnanmıram ki, bunun arxasında ciddi səbəblər dayanır və Zelenski Türkiyə ilə bağlı hər hansı addım atacaq. O, sadəcə psixoloji yorğunluqdan dolayı bu cür fikirlər səsləndirib, məhz elə buna görə də, rəsmi Ankara məsələyə hər hansı münasibət bildirməyib. Yəqin onlar da başa düşürlər ki, Zelenski gərgindir və güzəşt yolunu tutublar.

- Məlumatlar yayılır ki, Ukrayna münaqişəsi başa çatandan sonra Qərb Türkiyə və Macarıstana təzyiqləri artıracaq. Bu iddiaların həqiqət yükü varmı?

- Türkiyə və Macarıstana qarşı post-müharibə dövründə ciddi təzyiqlər gözlənilmir. Çünki Qərb üçün ön planda bu ölkələr deyil. Rusiya ilə olan münaqişə bir daha göstərdi ki, Türkiyə çox vacib bir müttəfiqdir. Şübhəsiz ki, onu itirmək istəməyəcəklər. Düzdür, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, lakin hərbi baxımdan çox vacib müttəfiqdir. Türkiyə müharibə dövründə Ukraynaya dəfələrlə dəstək nümayiş etdirib və bunu rəsmi Kiyevdə də etiraf edirlər. Qərbin əsas diqqəti Rusiya ilə yanaşı, əsas geosiyasi oyunçulara - Çin, Hindistan və digər dövlətlərə yönəlib. Onlar xüsusən Hindistandan sanksiyalara qoşulmağı gözləyirdilər. Şübhəsiz ki, müəyyən təzyiqlər vasitəsilə buna nail olmağa səy göstərəcəklər.

- Dünya gündəmini məşğul edən əsas mövzu Ukraynadır. Sizcə, Ukrayna böhranı nə zamana qədər davam edəcək?

- Açığını desəm, münaqişənin tezliklə bitəcəyini ehtimal etmirəm. Bu, yalnız bir halda mümkündür - Rusiyanın daxilində köklü dəyişikliklər baş verərsə, atəşkəs əldə oluna bilər. Əks halda münaqişənin tezliklə başa çatacağını söyləmək mümkün deyil. Məlumdur ki, ABŞ və Qərbin əsas məqsədi Rusiya iqtidarını zəiflətməkdir və bunu gizlətmirlər də. Görünən odur ki, onlar bu iddialarından geri çəkilmək niyyətində deyillər, belə bir həssas şəraitdə Kreml də geri addım atmayacaq. Bu baxımdan Rusiyanın rəhbərliyində ciddi dəyişikliklər baş verməyənə qədər müharibənin, münaqişənin davam edəcəyini söyləmək olar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib - TƏFƏRRÜAT
Bu gün, 11:16
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru