Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                     Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu .....                     İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” .....                     Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir .....                     Taliban Əfqanıstana NƏ VERDİ... .....                     Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu .....                     BSU-da təmir işləri aparılacaq .....                     Yay turpaketləri niyə bahalaşdı? .....                     İrəvandan faşist AÇIQLAMA .....                     “Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?” .....                 

Türkiyədən haqlı, yoxsa haqsız tələb? - “Zelenskinin bəzi iddiaları beynəlxalq hüququ aşır”
Tarix: 4-05-2022, 11:08 | Çap et
Türkiyədən haqlı, yoxsa haqsız tələb?
Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə barədə yunan mediasında söylədiyi fikirlər qardaş ölkədə və Azərbaycanda ciddi müzakirələ səbəb olub. Belə ki, Ukrayna lideri Yunanıstanın ERT kanalına verdiyi müsahibədə jurnalistin “Türkiyə Rusiya-Ukrayna müharibəsində dinc rol oynasa da, ordusu ilə Yunanıstana meydan oxuyur, bu, ziddiyyət təşkil etmirmi?” sualına cavabında Türkiyəni ikili standartlarda ittiham edib.

"Siz həqiqətin tərəfdarısınız, yoxsa yox?", - deyə Türkiyəyə mesaj xarakterli sual ünvanlayan Zelenski belə davam edib: "Bizi həm Yunanıstan, həm də Türkiyə dəstəkləyir. İstərdik ki, bütün yunan xalqı bizi dəstəkləsin. Digər tərəfdən, Yunanıstan iqtisadiyyatının əsas gəlirinin turizmdən gəldiyini bilirik. Rus turistlər də Yunanıstan iqtisadiyyatına əhəmiyyətli töhfə verirlər. Aldığımız dəstəyə görə minnətdaram. Amma həm Yunanıstana, həm də Türkiyəyə vermək istədiyimiz suallarımız var. Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən isə Rusiya turistləri üçün hazırlıq görür".

"Bununla belə məşğul ola bilməzsiniz, bu, ikili standartdır. Bu, ədalətli deyil. Seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?”, - deyə Ukrayna rəhbəri vurğulayıb.

Türkiyə Zelenskinin tənqidi ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin Türkiyənin iqtidarla eyni ittifaqda təmsil olunan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Zelenskiyə Yunanıstana deyil, türk millətinə güvənməsini məsləhət görüb: "Qərbin təxribatları və bəzi ölkələrin müharibənin davam etməsi səyləri ilə danışmaq doğru deyil. Bu gün Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə çalışan yeganə ölkədir”.

“Zelenski Yunanıstana yox, türk millətinə güvənsəydi, daha yaxşı olardı. Zelenski Türkiyəyə və türk xalqına qarşı çox hörmətli tondan istifadə etməlidir. Türkiyə dövlətinə və Türkiyə Cümhuriyyəti hökumətinə qarşı çox hörmətli ifadələr işlətməlidir”, - deyə Baxçalı bildirib.

Türkiyənin Rusiya-Ukrayna müharibəsini İstanbul Sülh Layihəsi ilə həll etməyə üz tutan yeganə ölkə olduğunu bildirən MHP sədri Prezident Ərdoğanın 40-dan çox liderlə təmasları ilə buna nail olmaq istədiyini vurğulayıb: "İnanıram ki, o, tezliklə buna nail olacaq".

Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar da Ukrayna Prezidentinin Yunanıstan mətbuatına müsahibəsində Türkiyə ilə bağlı işlətdiyi ifadələrlə bağlı yazılı açıqlama verib. Səfir açıqlamasında qeyd edib ki, Ukrayna administrasiyasının bəyanatlarını bilərəkdən məzmununu dəyişməklə yazmaq səyləri Ukrayna-Türkiyə strateji tərəfdaşlığına kölgə sala bilməz: "Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi dəstəyinə görə minnətdardır. Ukrayna Türkiyə liderinin Rusiyanın bu ölkəyə təcavüzünə son qoyma çağırışlarını və davamlı sülhü təmin etmək səylərini yüksək qiymətləndirir”.

“Türkiyənin müharibə şəraitində olan Ukraynaya humanitar yardımı, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan yetimlərlə yanaşı, ölkəmizin digər vətəndaşlarını da qəbul etməsi son dərəcə dəyərlidir. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının başçılıq etdiyi nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində aparılan uğurlu danışıqlar Ukrayna-Türkiyə dostluğuna örnəkdir”, - deyə Bodnar əlavə edib.

İctimaiyyətdə isə Zelenskini bu ittihamlara görə onu qınayanlarla yanaşı, haqlı sayanlar da var. Qınayan kəsim hesab edir ki, Türkiyə öz milli maraqlarını qorumaqla yanaşı, müharibədə Ukraynaya ən yüksək dəstəyini ifadə edir: “Bunu qiymətləndirmək əvəzinə, Ankaranı tənqid etmək doğru deyil”.

Haqlı sayanlar isə bildirirlər ki, faktiki olaraq Ukrayna Rusiyanın imperialist siyasətinə, işğalçılığına qarşı təkcə özünün deyil, bütün dünyanın mübarizəsini aparır: “Bu baxımdan, bütün dünya dövlətləri Kiyevin yanında konkret mövqe ilə dayanmalıdırlar”. diaaz.space-ın məlumatına görə, mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, Zelenski təkcə Türkiyəyə deyil, ümumiyyətlə, xitab etdiyi bütün ölkələrə dəyər verir, müəyyən fikirlərini də səsləndirir:

- Müşahidələrimizə əsasən deyə bilərik ki, Ukrayna Prezidentinin bir xüsusiyyəti var ki, haqqında danışdığı ölkələrə çox önəm verir. Zelenski indiyədək durmadan Türkiyənin addımlarını təqdir edirdi. Eyni zamanda, İsraillə bağlı dedikləri bəzi dövlətlərin xoşuna gəlmirdi. Onun fərqli mesajlarında Türkiyənin xoşuna gəlməyən bir sıra məqamlar ola bilər. Amma rəsmi Ankara bununla bağlı Zelenskiyə və Ukraynaya qarşı hansısa qərar qəbul etməyəcək.

- Ümumiyyətlə, Türkiyənin Ukrayna böhranı ilə bağlı apardığı siyasət necə qiymətləndirilir?

- Türkiyənin Ukrayna məsələsində tutduğu mövqe öz milli maraqları baxımından olduqca doğrudur. Beynəlxalq hüquq baxımından da Ankaranın mövqeyi düzgündür. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır, Krımın Rusiya tərəfindən ilhaqını pisləyir və buranın Ukraynanın bir hissəsi olduğunu bəyan edir. Eyni zamanda, Rusiya müharibəyə başlayandan sonra Möntrö müqaviləsinə əsasən, beynəlxalq hüququn tələb etdiyi şəkildə dəniz yolunu bağladı. Bununla yanaşı, hərbi yüklərin daşınmasının qarşısını almaq baxımından Rusiya üçün hava məkanını bağladı. Türkiyənin çox sayda gəmiləri hazırda Ukrayna limanlarında girov vəziyyətdədir. Ticarəti dayanmış şəkildədir.

Amma buna baxmayaraq, Türkiyə ilk gündən müharibənin əleyhinə olduğunu bəyan etdi. Müharibənin bitməsi, sülhün əldə olunması üçün də Ankara əlində olan mexanizmlərdən istifadə edib, etməkdədir. Məlumdur ki, Türkiyə Avropa Birliyinin üzvü deyil. NATO üzvü olsa da, NATO-nun müharibəyə qoşulmaqla bağlı qərarı yoxdur. Türkiyə istər NATO qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun, istərsə də BMT-nin qəbul etdiyi qərarlar baxımından olduqca yerində addımlar atır.

- Başqa ölkələrlə müqayisə edəndə, Türkiyə Rusiya üçün hava məkanını tam bağlamayıb. Ankaraya iradlardan biri də məhz budur...

- Hərbi yüklərin daşınmasına hava məkanını bağlayıb. Mülki təyyarələr üçün hava yollarını bağlamamaq normal qərardır. Çünki Rusiyada yaşayan Türkiyə vətəndaşları var. Lap olsun sadə Rusiya vətəndaşı, bunlara hava məkanını bağlamaq düzgün olmazdı. Sanksiyaların sadə ruslara yönəlik olması insani baxımdan da doğru deyil. Ona görə də mülki təyyarələr üçün yollar açıqdır. Rusiya vətəndaşları Türkiyəyə gəlib-gedə bilərlər. Rusiya vətəndaşlarının onsuz da sanksiyalar səbəbindən Türkiyə üzərindən Avropaya, ABŞ-a getməsi mümkün deyil.

Nəzərə almaq lazımdır ki, Türkiyənin həm Ukrayna ilə, həm də Rusiya ilə ciddi ticarət əlaqələri var ki, bu əlaqələr davam edir. Eyni zamanda, Türkiyə Ukraynaya ciddi şəkildə yardımlar edir. Hətta Türkiyənin təyyarələrindən biri Kiyevdə aeroportda girov qalmışdı. Deməyim odur ki, Türkiyə müharibədə Ukraynaya beynəlxalq hüququn imkan verdiyi norma və prinsiplər çərçivəsində yardım edib və etməkdədir. Bunları görməzdən gəlmək doğru deyil.

- Ukrayna liderinin Ankaradan tələbi nə dərəcədə doğrudur?

- Zelenskinin bəzi iddiaları əslində beynəlxalq hüququ da aşır. Başa düşürük, vəziyyət ağırdır, çətin durumdadır, ölkəsi Rusiyanın hücumları altındadır, faktiki olaraq qeyri-bərabər müharibə gedir, Ukraynanın özünü müdafiə etməsində çətinliklər çoxdur. Amma eyni zamanda, nəzərə almaq lazımdır ki, dünyada beynəlxalq qanunlar, qaydalar var, onları mütləq nəzərə almaq, onlara əməl etmək lazımdır. Türkiyə bu qanunları pozarsa, Zelenski haqlı ola bilərdi. Türkiyənin bu gün Rusiya ilə ticarət aparması, turizm sahəsindəki əməkdaşlığı beynəlxalq hüququn prinsiplərinə zidd deyil. Ukraynanın özü bu gün də öz ərazisindən Rusiya qazının və neftinin Avropaya tranzitini davam etdirir. Bu kəmərləri Kiyev bağlamayıb, ticarət davam etməkdədir.

Yaxud da, Rusiyanın sadə vətəndaşları Türkiyəyə turist kimi gələcəklərsə, burada prinsiplərə zidd heç nə yoxdur. Xatırlamaq lazımdır ki, Rusiya ilə Türkiyə arasında təyyarə böhranı yaşanan vaxtda belə, Ankara Rusiya vətəndaşlarına qarşı nə viza məhdudiyyəti tətbiq etdi, nə də ölkəyə rus turistlərin gəlişinə əngəl yaratdı. Hesab edirəm ki, bunlar olduqca normal və insani davranışdır.

- Yəni ki, Türkiyə üçün ticarətinin davam etməsi vacibdir...

- Bəlkə də Avropa İttifaqına daxil olan ölkələr bir-birinə yardım edir. Amma unutmamaq lazımdır ki, Türkiyənin həm Ukrayna ilə, həm də Rusiya ilə ticarət əlaqələr var və bu, davam edəcək, etməlidir də. Ən önəmlisi isə odur ki, bu gün hər kəs Rusiya-Ukrayna müharibəsindən danışır, amma rəsmən nə Ukrayna Rusiyaya, nə də Rusiya Ukraynaya qarşı müharibə elan edib. Dolayısı ilə Türkiyə beynəlxalq hüquq nöqteyi-nəzərindən da, insani baxımdan da olduqca doğru və yerində addım atır. Bunu qonşu ölkələrin hamısı edir. Azərbaycan eyni şəkildə addım atır, həm Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardım edir, həm də Rusiya ilə əlaqələrini saxlayır. Çünki biz qonşu ölkələrik, siyasətimiz ABŞ-ın, Yaponiyanın, Avropa İttifaqının siyasətindən fərqli ola bilər.

Daha bir məqama diqqət yetirmək lazımdır. Əgər Türkiyə ilə Ukrayna arasında müttəfiqlik haqqında müqavilə olsaydı, üçüncü ölkəyə qarşı addımların birgə atılması sazişi imzalanmış olsaydı və Ankara bu öhdəliklərini pozsaydı, bəli, Zelenski haqlı ola bilərdi. Türkiyə ilə Ukrayna arasında belə bir anlaşma, müqavilə yoxdur. Beləliklə, Türkiyə bu məsələlərdə hansı qərarlar alırsa, öz iradəsini göstərir. Bu gün Türkiyənin Ukrayna qarşısında beynəlxalq və ikili anlaşmalara qarşı hansısa öhdəliyi pozduğu faktı yoxdur. Ona görə də Zelenskinin sözügedən ittihamlarını olduqca duyğusal sayıram. Ola bilsin ki, bu, həm də Zelenskinin beynəlxalq hüququ bilməməsindən, siyasi təcrübəsinin az olmasından irəli gəlir. Təbii, burada Qərbdəki bəlli güclərin anti-türk təbliğatını da unutmamaq lazımdır. Bəlkə, Zelenski həmin dairələrə bir qədər xoş gəlsin deyə, Türkiyəyə qarşı bu ifadələri işlədib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Bu gün, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Bu gün, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Bu gün, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Bu gün, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Bu gün, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Bu gün, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Ayrı-ayrı yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:39
“Azbadam” şirkətinin fəaliyyətinə xitam verilir
Bu gün, 12:22
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
Bu gün, 12:20
Neft "müharibələri": -BƏƏ-nin OPEC-dən çıxması nəyi dəyişəcək?
Bu gün, 12:08
172 nömrəli məktəbdə narazılıq - DİREKTOR TAPILMIR
Bu gün, 12:01
“Özünü partladan şəxs nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - AÇIQLAMA
Bu gün, 11:55
“Lənkərandan İrana HÜCUM olacaq” absurdu – Tehran YENİ düşmən axtarışında
Bu gün, 11:51
Bu şirkətin direktorunun ölkədən çıxışına qadağa qoyuldu - MƏHKƏMƏ
Bu gün, 11:43
“Rasim Balayev kino deyə-deyə öldü, xarizmasını saxlamışdı, bu sahənin yiyəsi gəlməlidir”
Bu gün, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru