Bakının İrəvana son“ev tapşırığı” .....                     "Bu nə qədər düzgündür axı?" .....                     Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! .....                     Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? .....                     Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? .....                     İrandan Ermənistana rekord axın .....                     “ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil .....                     Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir .....                     7 il əvvəl anons verilmişdi .....                     Adil Vəliyev gecələri rahat yatırmı? .....                     Jurnalistlərin binasında İNTERNET PROBLEMİ .....                     Peşə təhsilində qanunsuz təyinatlar .....                     ABŞ Ukraynaya silah verəcək .....                     "MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" .....                     Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     Magistr diplomu olmayanlar işə götürülmür? .....                     "Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" .....                     Məşhur zavodun vergi borcu 198 min manatı ötdü .....                     Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” .....                     Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur .....                     Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? .....                     Bu gün təbii qazın real alternativi yoxdur .....                     "Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" .....                     Gənc şair Həsən Kür vəfat etdi .....                     Erməni əsgərlər hara daşınır? .....                     Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb .....                     Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: .....                     "Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb .....                     Paşinyanın GÜMRÜ GEDİŞİ... .....                     Əsl şeytan olan Paşinyan adlı bir türk... .....                     Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? .....                     BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA .....                     "Ocağım söndü" .....                     Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: .....                     Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı .....                     Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi .....                     Xankəndidən sonra vəziyyət DƏYİŞDİ .....                     İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib .....                     Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib .....                     Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana .....                 

“Yenilməz rus ordusu mifi darmadağın oldu” - Mixail Jiroxov
Tarix: 9-04-2022, 11:03 | Çap et
“Yenilməz rus ordusu mifi darmadağın oldu”
“Ukraynada müharibə hələ bitməsə də, rus qoşunlarının Kiyevdən, eləcə də bəzi bölgələrdən sərhədə doğru biabırçı şəkildə qaçması bizə çox ilkin və çox subyektiv nəticələr çıxarmağa imkan verir”. DİA.AZ xəbər verir ki, bunu AYNA-ya açıqlamasında ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Onun sözlərinə görə, Ukrayna hərbçilərinin Qərb təlimatçılarının rəhbərliyi altında bir neçə ildir tətbiq etdikləri manevr döyüşləri taktikası öz effektivliyinin parlaq təsdiqini alıb: “Bunun özəlliyi ondadır ki, hərbi potensiallardakı böyük fərqi dərk edərək, müasir tank əleyhinə silahlarla silahlanmış mobil qrupların hərəkətlərinə, iri yaşayış məntəqələrinin, ilk növbədə regional mərkəzlərin müdafiəsi ilə düşmən əlaqəsinə xüsusi diqqət yetirilir. Üstəlik, Ukrayna hərbi komandanlığı ilkin mərhələdə Rusiya hərbi-siyasi rəhbərliyinin bütün səhvlərindən çox uğurla istifadə etdi - ruslar müharibə olarsa, Ukrayna əhalisinin Rusiya qoşunlarını gül-çiçəklə, ya da ən azı neytral olaraq qarşılayacağına ürəkdən inanırdı. Ruslar həm də ona inanırdılar ki, Ukrayna ordusu yalnız rus kolonlarının hərəkətə keçməsini eşidən kimi dağılışacaqlar (etiraf etmək lazımdır ki, 2014-cü ilin yayında Donbasda belə olmuşdu) və yalnız "sağ millətçilərin" ayrı-ayrı qrupları müqavimət göstərəcək”.

Ekspertin fikrincə, buna görə də rus kolonlarının avanqardında yalnız alüminium qalxanlı, rezin dəyənəkli OMON və SOBR dəstələri gəlirdi:“Rusiya hərbçilərinin heç biri,istər psixoloji, istərsə də hərbi cəhətdən böyük yaşayış məntəqələrinə hücum etməyə hazır deyildi - sonuncu belə təcrübə Qroznıda 27 il əvvə olub, lakin görünür, indiki orduda sadəcə fiziki olaraq o dövrün işitirakçıları yoxdur. Və üstəgəl həmişə olduğu kimi, Rusiyada ordudan məntiqli analitik materiallar ortaya çıxmadı. Üstəlik, ruslar sürətli hücum əmri olan bir və ya iki uğursuz hücumdan sonra böyük şəhərləri sadəcə olaraq yan keçərək, birbaşa Kiyevə gedirdilər ki, bu da Kremlin yeganə arzuladığı hədəf kimi görünürdü”.

“Nəticədə aprelin 6-a olan vəziyyətə görə, ruslar Xersondan başqa heç bir vilayət mərkəzinə nəzarəti ələ keçirə bilmədilər və bununla da onlar yalnız cənubda dəmir yolu (Rusiya hərbi maşını bu amilə çox bağlıdır) əsasında maddi-texniki təchizatı təşkil edə bildilər. Beləliklə Kiyevə qarşı yönəlmiş həm Belarus, həm də Rusiya Federasiyası ərazisindən gələn bütün nəhəng dəstə avtomobillə təchizat marşrutları dayandırıldı. Hansı ki, yumşaq desək, az inkişaf etmişdi - sovet dövründə bütün avtomobil şəbəkəsi əsasən şərqdən qərbə çəkilir, cənubdan şimala isə köməkçi funksiyası daşıyırdı. Belə yollar həm təxribat qrupları, həm də havadan hücumlar qarşısında çox müdafiəsizdir. Bu, sonda Rusiya mediasında “danışıqlar çərçivəsində sülh təşəbbüsü” kimi təqdim edilən biabırçı qaçışa gətirib çıxardı”, - deyə həmsöhbətimiz bildirib.

Jiroxov rus generallarının ikinci və həll olunmamış vəzifəsinə - hava üstünlüyünün əldə edilməsinə də toxunub: “Müharibənin əvvəlində Ukraynanın hava hücumundan müdafiəsi və aviasiyasının vəziyyəti bütün mütəxəssislər tərəfindən son dərəcə pis hesab edilirdi və işğalın əvvəlində ruslar raket zərbələri ilə HHM vahid şəbəkəsini böyük ölçüdə boğmağı bacardılar. Buna baxmayaraq, hətta müharibədən 40 gündən çox vaxt keçəndən sonra, ən azı müəyyən sayda hava hücumundan müdafiə və təyyarə və helikopterlərinin salamat qaldığı açıq-aydındır. Ümumiyyətlə, bu, Ukrayna zenitçilərinə müvəffəqiyyətlə raket hücumlarını dəf etməsinə imkan verir və Ukraynanın hücum təyyarələri və bombardmançıları vaxtaşırı düşmənə, xüsusən də Donbasda kifayət qədər ciddi ziyan vurur”.

“Bayraktar” pilotsuz təyyarələrinin roluna gəlincə, mütəxəssisin dediyinə görə, Rusiya ordusu fevralın 24-də mövcud olan bütün cihazların öz hesabatlarında artıq məhv edildiyini qeydə almasına baxmayaraq, Ukrayna qismən də olsa, “Bayraktar”ların donanmasını xilas edə bilib: “Ən azı, foto və videolarda məhv olmuş cihazların yalnız üç-dördünün göründüyün müəyyən etmək olar. Elə rəsmi mənbələr tərəfindən ictimaiyyətə təqdim edilən hücumların videolarında “Bayraktar”ların zərbələri olduqca müntəzəm olaraq görünür. Üstəlik havadan və drondan bu və ya digər zərbələr haqqında cəbhədən olan hərbçilər də çox danışırlar. Ukraynadakı müharibədə türk aparatından istifadə taktikasının özünəməxsus xüsusiyyətləri var ki, bunlar nə Suriya müharibəsi, nə də İkinci Qarabağ müharibəsi üçün xarakterikdir. Fakt budur ki, tammiqyaslı hərbi əməliyyatların başlanması zamanı Ukrayna hərbçilərinin son dərəcə məhdud sayda idarə olunan raketləri və pilotsuz təyyarələr üçün bombaları var idi və buna görə də zərbənin hədəfləri yalnız düşmənin hava hücumundan müdafiə sistemləri, eləcə də logistikası idi - mərkəzlər (yanacaq və sursat anbarları kimi). Bildiyimə görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin etdiyi kimi, düşmənin canlı qüvvəsinə və ya tək tanklarına zərbələr endirilməyib”.

“Ümumiyyətlə, deyə bilərik ki, Ukraynadakı müharibə, ölkənin böyük insan, texnika və infrastruktur obyektləri itkisinə baxmayaraq, Rusiya üçün ən pis ssenari üzrə inkişaf edir. Yaxın günlərdə və həftələrdə yeni hücumla kəskinləşmə mümkün olsa da, ən son silahlara malik “böyük və yenilməz” rus ordusu haqqında mif artıq tamamilə darmadağın edilib”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü
Bu gün, 08:51
"Bu nə qədər düzgündür axı?" - ETİRAZ
Bu gün, 08:49
Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! - GİLEY
Bu gün, 08:43
Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? - İDDİA VAR Kİ...
Bu gün, 08:38
Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? - AKTUAL
Bu gün, 08:36
İrandan Ermənistana rekord axın
Bu gün, 08:32
“ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil - KİV
Bu gün, 08:29
Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:24
7 il əvvəl anons verilmişdi – Paşinyan Bakıya görə hərəkətə keçir
Bu gün, 07:21
Adil Vəliyev gecələri rahat yatırmı? - bu qədər ittiham var, amma...
Bu gün, 05:05
Jurnalistlərin binasında İNTERNET PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 04:57
Peşə təhsilində qanunsuz təyinatlar - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
ABŞ Ukraynaya silah verəcək - Tramp BƏYAN ETDİ
Bu gün, 04:39
"MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" - Kamran Əsədov
Bu gün, 04:23
Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...
Bu gün, 04:20
Magistr diplomu olmayanlar işə götürülmür? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
"Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" - GƏLİŞMƏ
Bu gün, 04:03
Məşhur zavodun vergi borcu 198 min manatı ötdü - FOTO
Bu gün, 04:00
Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” - NƏ BAŞ VERİR?
Bu gün, 03:56
Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur - KİV
Bu gün, 03:53
Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? - FOTOLAR
Bu gün, 03:49
Bu gün təbii qazın real alternativi yoxdur - Hikmət Hacıyev
Bu gün, 03:33
"Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" - azərbaycanlı müğənni
Bu gün, 03:29
Gənc şair Həsən Kür vəfat etdi
Bu gün, 03:27
Erməni əsgərlər hara daşınır? – MN video yaymamağa çağırdı
Dünən, 23:44
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 23:40
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: - Biri Rusiyada, digəri Afrikada çəkilib
Dünən, 18:03
"Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb
Dünən, 18:00
Paşinyanın GÜMRÜ GEDİŞİ... - ƏSLİNDƏ...
Dünən, 17:58
Əsl şeytan olan Paşinyan adlı bir türk... - Solovyov SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Dünən, 17:55
Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? – ŞOK TƏFƏRRÜATLAR
Dünən, 17:49
BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA - FOTOFAKT
Dünən, 17:39
"Ocağım söndü" – Pünhanın atası məhkəmədə fəryad etdi
Dünən, 17:36
Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Dünən, 17:30
Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı - TƏFƏRRÜAT
Dünən, 17:28
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili
Dünən, 17:26
Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
Dünən, 17:18
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - Rusiya KİV
Dünən, 17:12
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib - RƏSMİ SƏBƏB odur ki...
Dünən, 17:11
Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi
Dünən, 16:53
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Dünən, 16:48
Putin Bakıya onları göndərdi: yeni təklif var - FOTO
Dünən, 16:44
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Dünən, 16:41
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Dünən, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Dünən, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Dünən, 16:26
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib - TASS
Dünən, 16:23
"Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." - AKTUAL
Dünən, 16:20
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində yeni təyinatlar olub - FOTO
Dünən, 16:14
"MedEra Hospital"da falçı otağı: Elnur Əli həkimdirmi? - NAZİRİN NƏZƏRİNƏ...
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru