Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir .....                     İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı .....                     Kredit faizləri artır .....                     Rəsmi Tehran Trampın dediklərini təkzib etdi .....                     Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər .....                     Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib .....                     Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib .....                     Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq .....                     Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb .....                     Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ .....                     Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub .....                     Unibankın İdarə Heyəti sədri dəyişdirilib .....                     Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... .....                     "8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... .....                     DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat olub .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır .....                     “Azəriqaz” yenə də itkiyə yol verir... .....                     “Azercell” digər mobil operatorlara problem yaradır .....                     Bakıya qarşı “cəbhədə” gərginlik .....                     Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru .....                     Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır .....                     Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib .....                     Rusiya Cənubi Qafqazda nüfuzunu itirir .....                     Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? .....                     Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər .....                     "Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" .....                     “İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb .....                     Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi .....                     Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək .....                     Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... .....                     Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir .....                     Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü .....                     Trampdan gözlənilməz QƏRAR .....                 

Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? - AKTUAL
Tarix: Bu gün, 08:36 | Çap et

Yekaterinburqdakı faciəvi olaylardan sonra Bakı-Moskva münasibətlərində yaşanan gərginlik hələ ki aradan qalxmayıb. Son olaraq, "Rossiya 24" telekanalının efirində Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib ki, Rusiya Azərbaycanla mübahisəli məsələləri həll etmək üçün bütün lazımi vasitələrə malikdir.

“Baş verənləri peşəkarcasına anlamalı olan qurumlar müəyyən olunub. Məsələdə media komponentləri yığışdırılmalı, emosional təxribat xarakterli şüarlar bir kənara atılmalı və sadəcə, kimin günahkar olması araşdırılmalıdır. Hər necə olmasa, bizim Azərbaycanla da, Ermənistan və digər dövlətlərlə də əlaqələrimiz olub”, - senator bildirib.

Karasinin sözlərinə görə, öncə mübahisələrin və müzakirələrin bütün təfərrüatlarını aydınlaşdırmaq, daha sonra nəticələri ictimaiyyətə çatdırmaq lazımdır.

“Hazırda Moskvada nümayəndə heyəti hazırlanır və o, gələn (bu - red.) həftə Bakıya qeyri-rəsmi səfər edərək iki ölkə arasındakı münaqişənin həllinə çalışacaq”. Bu barədə VÇK-OQPU Telegram kanalı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, şəxsən Rusiya prezidenti Putinin mesajı çatdırılacaq və həbs olunanların mübadiləsi təklifi verilə bilər. Bildirilib ki, nümayəndə heyətinə Putinin keçmiş şəxsi adyutantı, hazırkı fövqəladə hallar naziri, Azərbaycan nümayəndələri ilə şəxsi münasibətləri yaxşı olan Aleksandr Kurenkov başçılıq edə bilər. “Azərbaycanla münasibətlərdə yaranan fəsadlar hazırda Kremlin planlarına daxil deyil. Bu, indi Moskva üçün sərfəli deyil və bir neçə istiqamətdə konflikt aparmaq və mühüm regionda strateji tərəfdaşını itirmək imkanı yoxdur”, - mənbə kanala açıqlamasında deyib.

Gərginliyin səngiməyə doğru getdiyini söyləmək mümkündürmü? Rusiya “daşları” yığmağa başlayır?

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”da qeyd etdi ki, bütün dünya Azərbaycanın öz vətəndaşına, həmvətəninə necə sahib çıxdığının bir daha şahidi oldu: “Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr Azərbaycanın öz vətəndaşına, həmvətəninə sahib çıxma məsələsi idi. Həm cəmiyyətimiz, həm də dünya gördü ki, Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqda həmişə səy göstərir. O başqa məsələdir ki, bizim vətəndaşlar yaşayan ölkədə buna qarşı aparılan işin mahiyyəti, yaxud gedişatı həmin ölkənin qanunvericiliyinə uyğundur. Bizim istəyimiz vətəndaşa qarşı zorakılıq edilməməsi, onun hüquqlarının pozulmamasıdır. Bunu bir daha ortalığa qoyduq. Yekaterinburq məsələsi heç də Azərbaycanla Rusiya arasında gərginlik məsələsi deyil. Biz strateji müttəfiqik. Bir-birimizin müstəqilliyinə hörmətlə yanaşan ölkələrik. Həmişə istənilən məsələni qarışıqlı anlaşma və dövlətlərarası əlaqələrlə həll etmişik. Təsadüfi deyil ki, bu məsələlərdə hər iki ölkənin rəsmi orqanları maksimum dərəcədə təmkin göstərdilər”.

Deputat vurğuladı ki, verilən şərhlər ancaq vətəndaşlarımıza qarşı edilən zorakılığın araşdırılması yönündə idi: “Hər iki ölkənin baş prokurorları arasında gedən danışıqlar, rəsmilərin bəyanatları bir daha göstərdi ki, Azərbaycanla Rusiya mehriban qonşuluq münasibətlərini daim qoruyub-saxlamaqda maraqlıdırlar”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın davranışlarının Kreml tərəfindən yanlış anlaşıldığına toxundu: “Son dövrlər Rusiyanın Ukrayna cəbhəsində aldığı sarsıdıcı zərbələr və sanksiyaların daha da sərtləşdirilməsi Putin hakimiyyətini daxil böhrandan və artan narazılıqlardan yayındırmaq üçün rusların vətənpərvərlik və şovinist, imperiyapərəst hisslərindən manipulyasiyalar etmə halları büruzə verməkdədir. Eyni zamanda zəifləyən dövlətin gücünü nümayiş etdirmək üçün zorakılıqlara, aqressiya, şiddətə əl atılır. Rusiya tarixən qaba rəftarı ilə digər toplumları əzməyi, onlara üstdən aşağı baxmağı ilə xüsusilə seçilib. Putinin rus əsgərinin ayağının dəydiyi torpaqların Rusiyanın olması barədə dedikləri təsadüfi sayılmamalıdır. Prezidentin bu ifadəsi rus şovinizminin, millətçiliyinin nə qədər təhlükəli və vahiməli olduğunu bir daha çılpaqlığı ilə ortaya qoymuş oldu. İmperiyapərəstlərin açıq şəkildə Ukraynadan sonra növbənin digər postsovet dövlətlərə çatacağını deməsini nəzərə alsaq, Yekaterinburqda baş verən terrorun mahiyyətini anlamaq çətin deyil”.

Onun fikrincə, Rusiya Azərbaycanın beynəlxalq və regional müstəvidə artan gücünü sinirə bilmir: “Bakının müstəqil və qarşılıqlı maraqlara əsaslanan siyasətindən, həmçinin türk coğrafiyasının inteqrasiyasındakı aparıcı rolundan narazıdır. Həmin narazılığı masa arxasında deyil, qəbul olunmayan təzyiqlər və təxribatlar vasitəsi ilə həllinə üstünlük verməsi ciddi səhvdir. Nə Rusiya əvvəlki Rusiya deyil ki, diqtə etsin, nə də Azərbaycanın iradəsini zəiflətmək mümkün deyil. Hər iki dövlətin öz maraqları olmaqla bahəm, ortaq maraqları da var. Rusiya bunu anlamalıdır”.

Politoloqun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi hər iki dövlət üçün arzuolunan deyil: “Azərbaycanla Rusiya arasında bütün sahələrdə sıx əməkdaşlıq və tarixi əlaqələr mövcuddur. Bunları məhv etməyi bəlkə də kənardan arzu edənlər az deyil. Rusiya Azərbaycanı itirməklə Cənubi Qafqazı itirir, Türk dünyası və İslam coğrafiyasında, xüsusən də Türkiyə və Pakistan kimi güclü dövlətlərlə mövqeyini zəiflətmiş olur. İndiki dönəmdə Moskvaya bunlar lazım deyil. Daxildə də millətlərarası və dinlərarası münaqişələr Rusiyanın sonunu gətirər. Hesab edirəm ki, Azərbaycanda da Rusiya simpatiyası və ora ilə geniş əlaqələri olan şəxslər, ziyalılar, rus icması, hətta dini konfessiyalar, din xadimləri hər iki dövlət və ictimaiyyət arasında baş verən ziddiyyətlərin aradan qaldırılmasına, Moskvanın düşünülməmiş addımlarının qarşısının almasına səy göstərməlidir. Azərbaycan beynəlxalq hüquqa və prinsiplərə həmişə hörmətlə yanaşıb və dünya nizamının yenidən bərqərar olmasına öz töhfəsini verməyə çalışıb. Rusiya imperiya sərhədlərini bərpa etmək kimi ağılasığmaz ambissiya və xülyalardan əl çəkməlidir. Keçmiş keçmişdə qaldı. Rusiya dostlarını itirməklə heç nə qazana bilməyəcək. Xüsusən də Azərbaycan kimi bir strateji müttəfiqi ilə gərginlik Moskva üçün ən pis seçim olardı”.

P.S. Qəzet çapa gedərkən məlum olub ki, Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlib.

Bu barədə TASS-a nazirliyin mətbuat xidmətindən bildirilib.

“Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının icraiyyə şurası və baş assambleyasının iclasında iştirak etmək üçün Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycana səfər edib. Gündəliyin əsas məsələsi - öz platformasında 60-dan çox dövlətin fövqəladə xidmətlərini birləşdirən və ölkələrə humanitar yardım göstərən bu təşkilatın baş katibinin seçilməsidir”, - məlumatda qeyd edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir - ÇÜNKİ...
Bu gün, 17:04
İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI
Bu gün, 17:00
Kredit faizləri artır - Səbəb və nəticələr
Bu gün, 16:57
Rəsmi Tehran Trampın dediklərini təkzib etdi
Bu gün, 16:54
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər - TƏFƏRRÜAT
Bu gün, 16:50
Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib - “Donya-e-eqtesad”
Bu gün, 16:47
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Bu gün, 15:56
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:54
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:51
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Bu gün, 15:34
Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
Bu gün, 15:30
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Bu gün, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Bu gün, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Bu gün, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Bu gün, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Bu gün, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Bu gün, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:29
“Azəriqaz” yenə də itkiyə yol verir... - NHMT sədri SUAL EDİR Kİ...
Bu gün, 12:26
“Azercell” digər mobil operatorlara problem yaradır - NARAZILIQ VAR...
Bu gün, 12:14
Bakıya qarşı “cəbhədə” gərginlik – Dehli ilə bağlı qərar dəyişir?
Bu gün, 12:07
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru - TƏYİN EDİLİB
Bu gün, 12:01
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır
Bu gün, 11:50
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Bu gün, 11:36
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir - “Euronews”
Bu gün, 11:34
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? - AKTUAL
Bu gün, 11:31
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
Bu gün, 11:08
"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" - Naxçıvanda TOTAL NARAZILIQ...
Bu gün, 11:07
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
Bu gün, 11:02
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 10:59
Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:57
Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... - NƏ ETMƏLİ?
Bu gün, 10:54
Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 10:44
Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - FOTO
Bu gün, 10:38
Trampdan gözlənilməz QƏRAR – Azərbaycana necə TƏSİR EDƏCƏK?
Bu gün, 10:33
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Bu gün, 10:22
Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 10:17
Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var – Nə baş verir?
Bu gün, 10:07
“Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:02
Bu il sülh sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 09:59
Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... - Görünəni odur ki...
Bu gün, 09:58
"BakıKart" sərnişinləri yolda qoyur – NİYƏ?
Bu gün, 09:56
Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib - ŞƏRH
Bu gün, 09:47
Xankəndidə Pezeşkianla görüş açıq mesajdır - RƏY
Bu gün, 09:45
Toy biznesindən qazanılan MİLYONLAR – Vergi ödəməyən müğənniləri hansı CƏZA GÖZLƏYİR?
Bu gün, 09:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru