İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır .....                     Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın .....                     Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir .....                     İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı .....                     Kredit faizləri artır .....                     Rəsmi Tehran Trampın dediklərini təkzib etdi .....                     Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər .....                     Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib .....                     Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb .....                     Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib .....                     Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq .....                     Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb .....                     Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ .....                     Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub .....                     Unibankın İdarə Heyəti sədri dəyişdirilib .....                     Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... .....                     "8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... .....                     DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb .....                     Mülayim qərb küləyi əsəcək .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat olub .....                     Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır .....                     “Azəriqaz” yenə də itkiyə yol verir... .....                     “Azercell” digər mobil operatorlara problem yaradır .....                     Bakıya qarşı “cəbhədə” gərginlik .....                     Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru .....                     Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır .....                     Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib .....                     Rusiya Cənubi Qafqazda nüfuzunu itirir .....                     Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? .....                     Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər .....                     "Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" .....                     “İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb .....                     Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi .....                     Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək .....                     Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... .....                     Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir .....                 

Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü
Tarix: Bu gün, 08:51 | Çap et

İyulun 5-i Ermənistanda konstitusiya günü qeyd edilib. Faktiki mövcud olmayan bir dövlətin konstitusiya günü. Çünki Ermənistan adında dövlətin bərqərar olmasına ən böyük əngəl elə onun indiki konstitusiyasıdır.

Ötən həftəsonu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan isə jurnalistlərə açıqlamasında bildirib ki, yaxın iki həftə ərzində konstitusiya islahatları üzrə şuranın iclası çağırılacaq və ondan sonra geniş ictimai müzakirələr təşkil olunacaq. Onun sözlərinə görə, yeni “Əsas Qanun”un mətni hazır deyil, bu səbəbə nazir indidən detalları açıqlamaqdan imtina edib. Qalyan bildirib ki, şura ilkin mərhələdə əsas prinsipləri müzakirə edəcək.

“Bəzi məsələlər üzrə aydınlıq olsa da, digərləri hələ açıq qalır. İctimai müzakirələrin nəticəsində çox şey dəyişə bilər,” - deyə o diqqətə çatdırıb. Qalyan həmçinin deyib ki, konstitusiya layihəsinin hazırlanması üçün əvvəlcədən müəyyən edilmiş vaxt dəyişməyib - sənəd gələn ilin yazında hazır olacaq. Referendumun vaxtı da hələlik qeyri-müəyyəndir. Buna müzakirələr nəticəsində qərar veriləcək.

Bu ilin yanvarında isə Qalyan bəyan etmişdi ki, Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı il parlament seçkilərinə qədər (iyun) hazır olmalıdır. Jurnalistlərin “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın saxlanılıb-saxlanılmayacağı” ilə bağlı sualına cavab olaraq isə nazir bildirib ki, bu məsələyə Konstitusiya İslahatları Şurası qərar verəcək. Yəni bu da istisna deyil.

Məlum olduğu kimi, sözügedən istinadın konstitusiyadan çıxarılmasını rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün əsas şərt-tələbidir. İnsafən Paşinyan hökuməti bu yöndə səylər göstərir. O sırada “real Ermənistan” narrativi ilə xəstə erməni şüurunu “müalicə etməyə” çalışır. Radikal-revanşist düşərgədəki son həbsləri bu strategiyanın tərkib hissəsi sayanlar da var. 2025-ci ilin aprelində Nikol Paşinyan demişdi ki, konstitusiyanın yeni mətnində “Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, lakin buna Ermənistan xalqı qərar verəcək”.

İndiki konstitusiyanın son dəfə ildönümünün qeyd edildiyini deyə bilərikmi? Ədliyyə nazirinin yuxarıdakı açıqlaması nədən xəbər verir? Bakının verdiyi əsas “ev tapşırığı”nı Paşinyanın yerinə yetirməyə gücü, zamanı və iradəsi çatacaqmı?

Deputat Günay Ağamalı "Yeni Müsavat"a bildirdi ki, Ermənistanın mövcud konstitusiyası regionda sülhə və sabitliyə yönəlmiş çağırışlarla birbaşa ziddiyyət təşkil edir: “İyulun 5-də Ermənistanda qeyd olunan "konstitusiya günü" real müstəqil və sülhə hazır olan bir dövlətin hüquqi əsası olmaq deyil. Revanşist və separatçı ideologiyanın hüquqi daşıyıcısına çevrilib. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərindən biri olan Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması tələbi tam hüquqi və siyasi əsaslara söykənir. Çünki həmin istinad Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yanaşmaları təşviq edir və gələcəkdə təxribatlara zəmin yaradır. Ermənistan ədliyyə nazirinin konstitusiya islahatları ilə bağlı verdiyi son açıqlama göstərir ki, Paşinyan hökuməti daxili müqavimətə baxmayaraq, bu istiqamətdə müəyyən addımlar atmağa çalışır".

Onun fikrincə, hələlik aydın olmayan məqamlar və bu istiqamətdə təşəbbüslər mövcuddur: “Bir məqamı da qeyd etmək istəyirəm ki, tərəflər arasında 6 oktyabr 2022-ci ildə Praqada Almatı bəyannaməsinə əsaslanan qarşılıqlı ərazi bütövlüyünün tanınmasına dair sənəd imzalanıb və bu hüquqi aktla rəsmi İrəvan de-yure olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Amma yaxşı anlayırıq ki, əgər hər hansı bir razılaşma ölkənin əsas qanununa uyğun deyilsə, onun yalnız kağız üzərində qalacağı qaçılmazdır. Məhz bu səbəbdən Ermənistan rəhbərliyinin konstitusiya islahatları keçirməsi zəruridir.

AĞ Partiya başqanının müşaviri Azər Hüseynov isə Ermənistanın indiki konstitusiyasının sadəcə problemlər törətməkdən başqa heç bir işə yaramadığını qeyd etdi: “Ermənistanın indiki konstitusiyası nəinki dövlət quruculuğuna xidmət etmir, əksinə, onun beynəlxalq hüquqda legitim statusunu, qonşularla münasibətlərini və regional sülh səylərini çökdürən bir mətndir. Qısaca desək, Ermənistanın "konstitusiyası" mövcud olan deyil, problem doğuran bir sənəddir. Ermənistanın konstitusiyası təkcə hüquqi sənəd deyil - o, ideoloji bir bəyanatdır. Həm militarist, həm ekspansionist, həm də panerməni bir vəsiyyətnamə funksiyası daşıyır. Təsadüfi deyil ki, sənədin preambulasında Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağla bağlı iddialar açıq şəkildə yer alır. Bundan əlavə, Ermənistanın dövlət rəmzləri - bayraq, gerb və himn başqa bir dövlətin - Türkiyənin ərazisi sayılan Ağrı dağını özündə daşıyır. Bu cür simvollar təkcə şüar deyil, beynəlxalq hüquqa açıq hörmətsizlik və siyasi iddia formasıdır. Ən ciddi məsələ isə odur ki, Ermənistanın aparıcı siyasi partiyalarının proqram sənədlərində, rəsmi bəyanatlarında Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş iddialar bu gün də qüvvədədir. Bu, Ermənistanın daxili hüquqi məkanında sülhə və normallaşmaya zidd olan elementlərin strukturlaşdığını göstərir. Yəni məsələ təkcə konstitusiyaya istinad deyil".

Onun fikrincə, dəyişikliklər mərhələli aparılır, çünki birbaşa cəhd Paşinyanın siyasi sonunu gətirə bilər: “Unudulmamalıdır ki, Paşinyan artıq bir dəfə - 2020-ci ildə 44 günlük müharibədə məğlubiyyətə baxmayaraq yenidən xalqdan mandat alıb. Bu, erməni cəmiyyətində də dönüş yaşandığını göstərir. İndi Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi anlayır ki, "böyük Ermənistan" uydusu ilə yaşamaq mümkün deyil. Ermənistan reallığa qayıtmalı, qonşularla münasibətlərini normallaşdırmalı, regionda mövcud olmaq üçün hüquqi və siyasi doktrinasını dəyişməlidir. Əgər bu baş verməsə, Ermənistan növbəti onillikləri də iqtisadi blokada, geosiyasi təcrid və sosial çöküş içində keçirəcək. Sülh müqaviləsinin imzalanması yalnız sərhədlərin tanınması deyil. Bu, Ermənistanın gələcəyini seçməsi anlamına gəlir. Yəni konstitusiya dəyişməzsə, Ermənistan da dəyişməyəcək. Əgər dəyişmək istəyirsə, ilk addımını konstitusiyadan atmalıdır. Bəli, bu, Bakının verdiyi “ev tapşırığıdır”. Amma bu tapşırığın yerinə yetirilməsi təkcə Azərbaycanın yox, Ermənistanın da gələcəyi üçün vacibdir. Əks halda, “konstitusiya günü” bayram yox, faciə gününə çevriləcək".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda bitməyən “deputat ovu”: Paşinyan onları yolundan kənarlaşdırır - İNCƏLƏMƏ
Bu gün, 17:10
Bu şirkət dövlət qurumuna proqram satdı 700 minə yaxın - PUL QAZANDI
Bu gün, 17:06
Müxalifət onu ümumi lider səviyyəsinə qaldırmaqdan çəkinir - ÇÜNKİ...
Bu gün, 17:04
İcra Hakimiyyəti 1,4 milyonluq texnikaları bu şirkətdən aldı - SİYAHI
Bu gün, 17:00
Kredit faizləri artır - Səbəb və nəticələr
Bu gün, 16:57
Rəsmi Tehran Trampın dediklərini təkzib etdi
Bu gün, 16:54
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itə bilər - TƏFƏRRÜAT
Bu gün, 16:50
Məsud Pezeşkian Azərbaycan əleyhinə iddiaları təsdiqləməyib - “Donya-e-eqtesad”
Bu gün, 16:47
Mingəçevirdə usta İcra Hakimiyyəti binasının damından yıxılıb öldü
Bu gün, 15:56
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:54
Qaqik Tsarukyan Antikorrupsiya Komitəsinə çağırılıb
Bu gün, 15:51
Azərbaycanın hava məkanında məhdudiyyətlərin tətbiqi qaydası müəyyənləşib
Bu gün, 15:34
Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
Bu gün, 15:30
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
Bu gün, 15:25
Bakıda 3 nəfəri öldürən dəstə başçısının MƏHKƏMƏSİ - "Əl-qolunu bağlayıb işgəncə verdik"
Bu gün, 15:13
Əkrəm İmamoğlunun diplom saxtakarlığı ilə bağlı məhkəməsinin vaxtı məlum olub
Bu gün, 15:09
Unibankın İdarə Heyəti sədri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 15:06
Azərbaycan və Səudiyyə Ərəbistanı Baş qərargah rəisləri görüşüb
Bu gün, 13:01
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - ƏMR
Bu gün, 12:59
İrəvan Rusiyanı rədd edir, Bakı ilə birgə... - Tarasov
Bu gün, 12:57
"8-ci kilometr bazarı" ilə üzbəüz parkı çayxanalar zəbt edib: Sakinlər narazıdır... - "...söyüş söyülür”
Bu gün, 12:51
DTX əməliyyat keçirib, xaricdən ofis və mənzillərdə videomüşahidə kameralarına müdaxilənin qarşısı alınıb - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42
“Bakı Metropoliteni”ndə yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:40
Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri və digərlərinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:29
“Azəriqaz” yenə də itkiyə yol verir... - NHMT sədri SUAL EDİR Kİ...
Bu gün, 12:26
“Azercell” digər mobil operatorlara problem yaradır - NARAZILIQ VAR...
Bu gün, 12:14
Bakıya qarşı “cəbhədə” gərginlik – Dehli ilə bağlı qərar dəyişir?
Bu gün, 12:07
Arif Mehdiyev “Kapital Bank”ın Hüquq departamentinin direktoru - TƏYİN EDİLİB
Bu gün, 12:01
Ermənistan İstintaq Komitəsi eyni vaxtda 51 ünvanda axtarış aparır
Bu gün, 11:50
Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
Bu gün, 11:36
Rusiya Cənubi Qafqazda nüfuzunu itirir - “Euronews”
Bu gün, 11:34
Neftin qiyməti hansı həddə qədər ucuzlaşacaq? - AKTUAL
Bu gün, 11:31
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
Bu gün, 11:08
"Ailəmizin üzünə baxa bilmirik: Respublikanın rəhbərliyi hara baxır?" - Naxçıvanda TOTAL NARAZILIQ...
Bu gün, 11:07
“İnternational” BOKT-nin yarım mln. manata yaxın vergi borcu yaranıb
Bu gün, 11:02
Dövlətin də payı olduğu aqrar şirkətin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 10:59
Bakı öz milli duruşunu heç vaxt güzəştə getməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:57
Moskvanın Zəngəzur narahatlığı: Rusiyanın istəkləri böyükdür, amma... - NƏ ETMƏLİ?
Bu gün, 10:54
Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir - NƏYİN TƏDARÜKÜDÜR?
Bu gün, 10:44
Bakıda tanınmış biznesmenin oğlu faciəvi şəkildə öldü - FOTO
Bu gün, 10:38
Trampdan gözlənilməz QƏRAR – Azərbaycana necə TƏSİR EDƏCƏK?
Bu gün, 10:33
Ramin Abdullayev “İNŞAAT SERVİS-2” MMC-yə 10-cu tenderi verdi – Bu dəfə də, bir milyon
Bu gün, 10:22
Məktəb direktorunu bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 10:17
Moskva 3 “silahı” işə saldı, Bakının yeni tələbi var – Nə baş verir?
Bu gün, 10:07
“Meqa Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:02
Bu il sülh sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 09:59
Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda... - Görünəni odur ki...
Bu gün, 09:58
"BakıKart" sərnişinləri yolda qoyur – NİYƏ?
Bu gün, 09:56
Paşinyan Rusiyanın istifadə etdiyi əsas fiqurları zərərsizləşdirib - ŞƏRH
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru