Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? .....                     "Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?" .....                     Bakının İrəvana son“ev tapşırığı” .....                     "Bu nə qədər düzgündür axı?" .....                     Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! .....                     Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? .....                     Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? .....                     İrandan Ermənistana rekord axın .....                     “ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil .....                     Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir .....                     7 il əvvəl anons verilmişdi .....                     Adil Vəliyev gecələri rahat yatırmı? .....                     Jurnalistlərin binasında İNTERNET PROBLEMİ .....                     Peşə təhsilində qanunsuz təyinatlar .....                     ABŞ Ukraynaya silah verəcək .....                     "MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" .....                     Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     Magistr diplomu olmayanlar işə götürülmür? .....                     "Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" .....                     Məşhur zavodun vergi borcu 198 min manatı ötdü .....                     Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” .....                     Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur .....                     Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? .....                     Bu gün təbii qazın real alternativi yoxdur .....                     "Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" .....                     Gənc şair Həsən Kür vəfat etdi .....                     Erməni əsgərlər hara daşınır? .....                     Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb .....                     Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: .....                     "Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb .....                     Paşinyanın GÜMRÜ GEDİŞİ... .....                     Əsl şeytan olan Paşinyan adlı bir türk... .....                     Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? .....                     BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA .....                     "Ocağım söndü" .....                     Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: .....                     Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı .....                     Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi .....                     Xankəndidən sonra vəziyyət DƏYİŞDİ .....                     İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib .....                 

Kiyevdən Tbilisiyə qarşı ağır ittiham: gürcü tərəfi isə isbat tələb edir - GƏLİŞMƏ
Tarix: 8-04-2022, 14:58 | Çap et
Kiyevdən Tbilisiyə qarşı ağır ittiham: gürcü tərəfi isə isbat tələb edir
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) bəyanat yayıb ki, Rusiya sanksiya tətbiq edilən malları Gürcüstan ərazisindən idxal etməyi planlaşdırır və ölkə rəhbərliyi xüsusi xidmət orqanlarının nümayəndələrinə “qaçaqmalçıların fəaliyyətinə müdaxilə etməməyi” tapşırıb.

“Beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar Rusiya Federasiyası geniş çeşiddə hərbi, ikili təyinatlı və mülki malların tədarükü imkanlarını itirib. Rusiya agentləri sanksiyalardan yayınmaq üçün qaçaqmalçılıq kanalları yaradırlar ki, bu da xüsusilə Gürcüstan ərazisindən keçir. Eyni zamanda, siyasi rəhbərlik Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələrinə qaçaqmalçıların fəaliyyətinə qarışmamağı tapşırıb”, - deyə bəyanatda bildirilir.

Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk da açıqlama verib ki, BKİ-nin məlumatına inanmamaq üçün heç bir əsas yoxdur: “Söhbət makaron və qarabaşaqdan getmir. Söhbət hərbi texnikadan gedir. Bütün bunlar doğrudursa və bizim xüsusi xidmət orqanlarına inanmamaq üçün heç bir əsasım yoxdursa, o zaman bu, niyə baş verir? Niyə Gürcüstan hökumətinə xüsusi xidmət orqanlarına əmr vermək hüququ verirsiniz ki, bütün bunlara göz yumsun? B,u necə mümkündür?”.

Vereşçukun sözlərinə görə, Ukrayna gürcü xalqına göstərdiyi dəstəyə görə minnətdardır: “Lakin Baş nazir İrakli Qaribaşvili, Rusiyanın bu gün dayandırılmasa, gələcəkdə nə baş verəcəyini anlamır. Bitərəf olduğunuzu söyləmək mümkün olmayacaq, sanksiyalara qoşula bilməyəcəyinizi söyləmək mümkün olmayacaq, çünki heç nə işə yaramayacaq. “Hava yollarını açaq” da deyə bilməyəcəksiniz. Bunu deyə bilməzsiniz”.

“Belə mövqe sizi 2008-ci il müharibəsindən xilas etmədi və bu gün də xilas etməyəcək. Mən həqiqətən ümid edirəm ki, gürcü xalqı, mənim gördüyüm, müharibəyə qarşı küçələrə çıxan insanlar öz seçdikləri hökumətin Ukraynaya qarşı belə davranmasını istəmirlər. Mən hər gün rus hərbçilərinin törətdiyi vəhşilikləri izləyirəm və inana bilmirəm ki, siz gürcülər - bizim bacılarımız və qardaşlarımız qadınlarımızı və uşaqlarımızı öldürmək üçün qaçaqmal silahların gətirilməsinə icazə verəcəksiniz”, - deyə Baş nazirin müavini söyləyib.

O, Rusiyanın Gürcüstana hücumunu xatırladıb: “2008-ci ildə sizi Rusiyaya hücumda ittiham etdilər, bu, mümkündürmü? Bu qədər illər keçdi, indi də Ukrayna onlara hücum etdi. Eyni şeyi eşidirik. Siz buna inanırsınız? Siz qürurlu gürcü xalqısınız, hökumətinizin belə davranmasına icazə verə bilməzsiniz, “yox!” deməlisiniz. Xahiş edirəm, camaat, hökumətinizi dayandırın və onlara başa salın ki, bundan yaxşı heç nə gəlməyəcək, bu, yol deyil. Biz mübarizəmizi davam etdirəcəyik. Dünyanın necə olmasını istədiyimizi görürsən. Ancaq kömək etməsən, nə olacağını bilirsən. Gəlin birləşək. Mən sizə demirəm ki, bizim üçün döyüşün, bizə silah verin, amma heç olmasa əmin olun ki, ərazinizdə qaçaqmalçılıq silahı olmasın. Müharibənin dayandırılması üçün bu kiçik addımı atın”.

Vereşçuk Gürcüstandan keçən qaçaqmalçılıq yolunun təfərrüatını bilmədiyini deyib, lakin qeyd edib ki, jurnalistlər müvafiq orqanlara müraciət etsələr, müvafiq məlumat tapa bilərlər: “Təəssüf ki, kəşfiyyatımızın dedikləri səhv deyil. Biz onların səhv etmələrini istəyirik, amma deyillər”.

Və sual yaranır: Gürcüstan hökuməti indiki vəziyyətdə ən yaxın tərəfdaşlarının - Qərb dövlətlərinin və Ukraynanın maraqlarından imtina etməyə hazırdırmı ki, Gürcüstan ərazisinin 20%-ni işğal edən təcavüzkara yardım etsin? Öz araşdırmasını aparıb bu cür faktları təsdiq edə bilən azad mediaya malik bir ölkədə bu, nə dərəcədə mümkündür? Axı Gürcüstanın indiki hakimiyyət orqanları nə qədər rusiyapərəst olsa da, bu təhlükəni tam dərk edirlər. DİA.AZ xəbər verir ki, AYNA-nın suallarını tanınmış gürcüstanlı ekspertlər cavablandırıblar.

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professor Amiran Xevtsuriani:

“Ukrayna kəşfiyyatının və yüksək rütbəli məmurun yuxarıda qeyd etdiyimiz rəsmi açıqlamaları ölkəmizin reputasiyasına ən böyük zərbədir. Üstəlik, bu, Gürcüstanın Avroatlantik gələcəyinə düzəlməz ziyan vura bilər. Belə bir vəziyyətdə iki ölkə arasında rəsmi səviyyədə artıq münasibətləri korlayan bu insident sadəcə olaraq nəticə verməyəcək.

Düzdür, demək lazımdır ki, məsələnin daha çox şəffaflığa ehtiyacı var. Üstəlik, rəsmi Tiflis də bunda israrlıdır. Odur ki, Ukrayna xarici işlər nazirinin gürcü tərəfinin onlardan sübut təqdim etmələrini deməsi tamamilə anlaşılmazdır. Axı, Ukrayna hakimiyyəti gürcü tərəfinə qarşı belə irimiqyaslı ittiham irəli sürürsə, o zaman sübut yükü də elə Ukrayna tərəfinin üzərinə düşür. Mən birmənalı şəkildə bildirirəm ki, burada söhbət Gürcüstanın milli maraqlarından, onun bu günü və gələcəyindən gedir”.

Politoloq, Azad Rusiya Fondunun Cənubi Qafqazdakı nümayəndəliyinin direktoru Yeqor Kuroptev:

“İndi Putinin başlatdığı Ukraynaya qarşı müharibə gedir. Ukraynanın bütün qonşularından və dostlarından maksimum dəstək tələb etmək hüququ var, çünki Ukrayna təkcə öz torpaqlarını deyil, həm də bütün Avropanı müdafiə etmək üçün mübarizə aparır - Gürcüstan da daxil olmaqla. Gürcüstan rəhbərliyinin ictimai mövqeləri, yumşaq desək, tez-tez çaşqınlıq yaradır.

Sanksiyalardan yayınmağa gəlincə, mən əminəm ki, Kreml indi həqiqətən işləyir və sanksiyalardan yan keçməyin yollarını axtarır. Amma məndə Gürcüstanın bu işdə əli olduğuna dair heç bir fakt və sübut yoxdur. Belə sübutlar ictimaiyyətə təqdim edilməyib.

Hər gün övladlarını itirən Ukrayna üçün hətta Gürcüstanın hansısa səbəbdən Rusiyaya kömək etməsi fikri belə, xəyanətdir. Amma heç bir fakt yoxdur. Xüsusilə də silah qaçaqmalçılığı ilə bağlı.

Əgər Ukrayna kəşfiyyatında belə məlumatlar varsa, hamı bunu görmək istərdi. Təbii ki, Gürcüstanda çoxlu müxalif jurnalistlər, fəallar var və onlar həqiqəti öyrənməyə çalışa bilərlər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maşından meyiti tapılan rus nazirlə Ziya Məmmədovu nə birləşdirir? - İLGİNC
Bu gün, 09:07
"Hansı səbəbə görə ixtisarı mümkün olmayan mühəndislər imtahana cəlb olunub?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü
Bu gün, 08:51
"Bu nə qədər düzgündür axı?" - ETİRAZ
Bu gün, 08:49
Bura elə bil kor quyudur: PUL QOYDUN... BATACAQ! - GİLEY
Bu gün, 08:43
Karapetyanıın həbsi sifarişi BAKIDAN VERİLİB? - İDDİA VAR Kİ...
Bu gün, 08:38
Moskva ilə gərginlikdə nöqtə: Rusiya “daşları” yığmağa başlayır? - AKTUAL
Bu gün, 08:36
İrandan Ermənistana rekord axın
Bu gün, 08:32
“ByteDance” “TikTok”u Amerika şirkətlərinə satmaq niyyətində deyil - KİV
Bu gün, 08:29
Avropa dərhal Rusiyaya qarşı hərəkətə keçməlidir - ÇAĞIRIŞ
Bu gün, 07:24
7 il əvvəl anons verilmişdi – Paşinyan Bakıya görə hərəkətə keçir
Bu gün, 07:21
Adil Vəliyev gecələri rahat yatırmı? - bu qədər ittiham var, amma...
Bu gün, 05:05
Jurnalistlərin binasında İNTERNET PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 04:57
Peşə təhsilində qanunsuz təyinatlar - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
ABŞ Ukraynaya silah verəcək - Tramp BƏYAN ETDİ
Bu gün, 04:39
"MİQ-də 38–40 bal toplayan şəxslər Bakı və Sumqayıtda işə qəbul olunub" - Kamran Əsədov
Bu gün, 04:23
Qobuda bələdiyyə sədri İTTİHAM OLUNUR - müavini ilə əlbir olaraq...
Bu gün, 04:20
Magistr diplomu olmayanlar işə götürülmür? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
"Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur" - GƏLİŞMƏ
Bu gün, 04:03
Məşhur zavodun vergi borcu 198 min manatı ötdü - FOTO
Bu gün, 04:00
Ukraynada müharibə və Çin-ABŞ “müttəfiqliyi” - NƏ BAŞ VERİR?
Bu gün, 03:56
Paşinyan yepiskopun istintaqına müdaxilədə ittiham olunur - KİV
Bu gün, 03:53
Məllimlərdən nazirliyə etiraz: Sertifikasiya nəticələri ləğv ediləcək? - FOTOLAR
Bu gün, 03:49
Bu gün təbii qazın real alternativi yoxdur - Hikmət Hacıyev
Bu gün, 03:33
"Bizneslərim batdı, Rusiyada restoranım bağlandı" - azərbaycanlı müğənni
Bu gün, 03:29
Gənc şair Həsən Kür vəfat etdi
Bu gün, 03:27
Erməni əsgərlər hara daşınır? – MN video yaymamağa çağırdı
Dünən, 23:44
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb - TƏFƏRRÜAT
Dünən, 23:40
Dövlət Agentliyi arıq inək şəkillərinə münasibət bildirdi: - Biri Rusiyada, digəri Afrikada çəkilib
Dünən, 18:03
"Rosqvardiya" rəhbərinin keçmiş müavini saxlanılıb
Dünən, 18:00
Paşinyanın GÜMRÜ GEDİŞİ... - ƏSLİNDƏ...
Dünən, 17:58
Əsl şeytan olan Paşinyan adlı bir türk... - Solovyov SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Dünən, 17:55
Putinin bu gün işdən qovduğu nazir niyə özünü öldürdü? – ŞOK TƏFƏRRÜATLAR
Dünən, 17:49
BU NƏDİ BELƏ: Azərbaycanlı kosmetoloqdan ŞOK İDDİA - FOTOFAKT
Dünən, 17:39
"Ocağım söndü" – Pünhanın atası məhkəmədə fəryad etdi
Dünən, 17:36
Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Dünən, 17:30
Şuşada rəis müavinini və serjantı öldürən sabiq polis ömürlük cəza aldı - TƏFƏRRÜAT
Dünən, 17:28
Mənim etmədiyimi Paşinyan Ermənistanda etdi - Saakaşvili
Dünən, 17:26
Xankəndidən sonra vəziyyət DƏYİŞDİ – Rusiya Azərbaycanla barışmağa ÇALIŞIR
Dünən, 17:18
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib - Rusiya KİV
Dünən, 17:12
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib - RƏSMİ SƏBƏB odur ki...
Dünən, 17:11
Xaçmazda anasını telefona görə qətlə yetirən 15 yaşlı oğlana bu CƏZA verildi
Dünən, 16:53
Azərbaycanla sərhəddə casus yuvası: Sənədlər paylanır, hazırlıq gedir... - NƏ BAŞ VERİR?
Dünən, 16:48
Putin Bakıya onları göndərdi: yeni təklif var - FOTO
Dünən, 16:44
Ermənistan səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
Dünən, 16:41
Komissar Kattaninin yorğun gülümsəməsi və ya: diaspora dalanından çıxış yolu - GƏLİŞMƏ
Dünən, 16:30
“Onlarla eyni verilişdə olmayacağam” - Xalq artisti etiraz etdi
Dünən, 16:28
“Finex Kredit” BOKT ASC-nin icraçı direktoru vəzifəsindən -AZAD EDİLDİ
Dünən, 16:26
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib - TASS
Dünən, 16:23
"Rusiya Azərbaycanla qarşıdurmaya girsə..." - AKTUAL
Dünən, 16:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru