Qərb-Rusiya qarşıdurması daha ağır çalar alır - TƏHLİL
Tarix: 2-12-2021, 08:13 | Çap et
 Kiyev və Qərb ölkələri Rusiyanın Ukrayna sərhədlərində “aqressiv hərəkətləri”nin artdığını iddia edirlər. Moskva isə bəyan edir ki, o, öz ərazisində və öz qaydalarına uyğun hərəkət edir. NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt” qəzetinə açıqlamasında bildirib ki, Rusiya ordusunun Ukrayna sərhədinə doğru köçürülməsi “sadəcə blef” kimi qiymətləndirilə bilməz. Baş katibin sözlərinə görə, bu il ikinci dəfədir ki, Rusiya minlərlə əsgərini Ukrayna sərhədinə köçürür, təlimlər keçir: “NATO gələcəkdə özünü hücumdan qorumaq üçün Ukraynaya siyasi və praktiki dəstəyi davam etdirəcək. Rusiyanı gərginliyi azaltmağa çağırıram”.
Kremlin sözçüsü Dmitri Peskov isə vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı hər hansı hücum planı yoxdur. Xatırladaq ki, Rusiya Belarus ilə birlikdə keçirdiyi hərbi təlimlərin aktiv mərhələsinin ikinci günündə yeni döyüş robotları və taktiki vasitələrdən istifadə edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qoşunlar uzaqdan idarə olunan, qumbaraatan və pulemyotla silahlanmış “Platform-M” döyüş robotlarından istifadə ediblər. Rusiya xəbər agentlikləri bu cür platformaların ilk dəfə təlimlərdə iştirak etdiyini açıqlayıb. Gələn həftənin cümə axşamına qədər davam edəcək “Zapad-2021” hərbi təlimləri Avropa İttifaqının sərhədlərinə yaxın ərazidə keçirilir. Ona görə də təlimlər Ukrayna və bəzi NATO ölkələri tərəfindən narahatlıqla qarşılanıb. Rusiya Prezidenti Vladimir Putin təlimlərin hər hansı xarici qüvvəyə qarşı yönəlmədiyini deyib. O, Rusiyanın və müttəfiqlərinin sərhədləri yaxınlığında NATO-nun aktivliyinin artdığını nəzərə alaraq təlimlərin məntiqli olduğunu söyləyib. Ukrayna, Polşa və Litva isə belə böyük təlimlərin təxribat xarakterli olduğunu iddia edirlər. Almaniya Xarici işlər naziri Hayko Maas deyib ki, Ukraynanın ərazi bütövlüyü pozularsa, o zaman Rusiya üçün ciddi siyasi və iqtisadi nəticələrə gətirib çıxara bilər.
Tərəflərin nüfuz mübarizəsini “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu hesab edir ki, Rusiya-Ukrayna gərginliyi Qərb-Rusiya qarşıdurmasının davam edəcəyini göstərir. Analitikin sözlərinə görə, gərginlik ilk dəfə yaşanmasa da, budəfəki problem daha ağır çalar alıb:
“Hətta Vaşinqtonda ölkəni Rusiya ilə açıq hərbi savaşa səsləyənlər var. Ağ Evin hazırkı strategiyası xaricdəki problemlərin həlli üçün hərbi gücdən istifadəni nəzərdə tutur. Lakin düşünürəm ki, daha çox iqtisadi sanksiyaların müzakirəsi gedəcək. Rusiya ağır şəkildə sanksiyalara məruz qalsa da, bu ölkə ilə qarşıdurma arzuedilməzdir. Ən azı ona görə ki, Rusiya nüvə dövlətidir, onunla açıq təhdidlə danışmaq təhlükəlidir. ABŞ da nüvə silahına malik ölkədir. İki nüvə gücünün qarşıdurmasının nə demək olduğunu isə əlavə şərh etməyə ehtiyac yoxdur”.
A.Rəşidoğlu bildirib ki, Rusiya ancaq postsovet məkanında təxribatlara əl ata bilər. Lakin bu da elə asan məsələ olmayacaq:
“Beynəlxalq aləm buna ciddi reaksiya verəcək. Bütün bunlara baxmayaraq, Rusiya vəziyyətdən çıxmaq üçün dünyanın müxtəlif bölgələrində lokal və irimiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Rusiyanın dünyanın müxtəlif ərazilərində ilhaqçılıq və işğalçılıq siyasəti, Ukrayna, Azərbaycan, Moldova, Gürcüstanda, habelə Yaxın Şərqdəki destruktiv fəaliyyəti Qərbi sanksiyalara vadar edir. Məhz bu və digər səbəblər nəticəsində Qərblə Rusiya arasında böhranlı vəziyyət səngimir. Hesab edirəm ki, bu proses davam edəcək”.
Rusiya-ABŞ qarşıdurması bölgə ölkələrinin siyasətinə də təsirsiz qalmaya bilər:
“Bölgə ölkələrinin maraqlarına da nəzər yetirmək lazımdır. Məsələn, ABŞ-la gərgin münasibətlər yaşayan Türkiyə Rusiya ilə yaxınlaşmaqda davam edir. Türkiyə öz maraqlarına xidmət edən siyasi kursa üstünlük verir və çalışır ki, digər rəqibləri ilə də əlaqələri normallaşdırsın”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Kontakt Home” müştəriyə əzik kondisioner satdı - FOTO
Bu gün, 11:02 |
|
|
|
• "Rusiyaya uzaqmənzilli zərbələr endiriləcək" - Zelenski
Bu gün, 11:00 |
|
|
|
• Ərzaq bazarının monopolist şirkəti "Azərsun" medianı kababxanalara qaytarır - BU NƏDİ BELƏ?
Bu gün, 10:46 |
|
|
|
• İşəgötürən bu halda maddi və mənəvi məsuliyyət daşıyır - Ekspert danışır...
Bu gün, 10:35 |
|
|
|
• Ağlar günə qoyulan QUSAR TƏHSİLİ... - İTTİHAM VAR...
Bu gün, 10:30 |
|
|
|
• "Cahid Şahbazova cinayət işi açılıb" - TƏFƏRRÜAT
Bu gün, 10:27 |
|
|
|
• "Qızlar əncir yarpağında çölə çıxsalar bundan abırlıdır" - Xalq artisti
Bu gün, 10:23 |
|
|
|
• Abbas şikayətini geri götürmək üçün pul alıb - AÇIQLAMA
Bu gün, 10:21 |
|
|
|
• Dövlət Radiotezliklər İdarəsinin qızılgül, qərənfil, əklil almaq istəyi baş tutmadı
Bu gün, 10:17 |
|
|
|
• Düşünürdüm ki, Putin sözünün üstündə duran adamdır - Tramp
Bu gün, 10:16 |
|
|
|
• Qaxda günlük ev qiymətləri “OD-TUTUB yanır” - REPORTAJ
Bu gün, 10:14 |
|
|
|
• 9 saylı türmədə nələr baş verir? - NARAZILIQ VAR...
Bu gün, 10:08 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadınla bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
• Fazil Mustafaya sui-qəsd edənlərin ailəsi ondan imdad diləyib? - Deputat danışdı
Bu gün, 10:01 |
|
|
|
• Paşinyan Bakı və Ankaraya “təslim” oldu – İki ölkədən təxribat siqnalı
Bu gün, 09:57 |
|
|
|
• Karapetyan HƏBSDƏ OLSA BELƏ... - təşkilat yaradır...
Bu gün, 09:55 |
|
|
|
• Bu məktəbə direktor təyin olundu - ƏMR
Bu gün, 09:51 |
|
|
|
• "Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...
Bu gün, 09:34 |
|
|
|
• Türkiyə telekanalında tarixi torpaqlarımız KÜRDLƏRƏ PEŞKƏŞ OLUNDU - AXI NİYƏ?
Bu gün, 09:28 |
|
|
|
• Naxçıvanda səhiyyə sistemi İFLAS EDİB - Əgər yolun xəstəxanalara düşərsə...
Bu gün, 09:24 |
|
|
|
• Nikol Paşinyan Brüsselə işgüzar səfərə yollanıb - KİV
Bu gün, 09:18 |
|
|
|
• Kibercinayətkarlardan görünməmiş əməllər: DTX ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• 100 manatlıq holdinqdə müştəriyə belə KƏF GƏLİRLƏR... - GİLEY
Bu gün, 09:10 |
|
|
|
• Bakıda daha bir ENDİRİM FIRILDAĞI - BU DA FAKT!
Bu gün, 08:59 |
|
|
|
• Rusiya kəşfiyyatı MARIQDA YATIB... - Diqqətli olmalıyıq ki...
Bu gün, 08:50 |
|
|
|
• Bu halda İŞ DAYANDIRILIR... - DİQQƏT!
Bu gün, 08:46 |
|
|
|
• `Azəriqaz`-da yeni QAYDA: “Xoşun gəlmirsə, ərizəni yazıb çıx” - BU NƏDİ BELƏ?
Bu gün, 08:41 |
|
|
|
• Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü... - AKTUAL
Bu gün, 07:03 |
|
|
|
• “Taxta bazarın”dakı yanğın tam söndürülüb
Bu gün, 07:01 |
|
|
|
• Pensiya yaşı ilə bağlı mühüm məsələ: azaldıla bilər – Bu halda
Bu gün, 06:05 |
|
|
|
• Rusiya bazarı bizim üçün BAĞLANIR - NƏ ETMƏLİ?
Bu gün, 05:53 |
|
|
|
• İlqar Mirzəyevin oğlundan ürək dağlayan paylaşım - "Əmin ol ki..."
Bu gün, 05:50 |
|
|
|
• "Jurnalistlərin məhkəmə prosesini izləmələrinə imkan yaradılsaydı, əla olardı" - ÇAĞIRIŞ
Bu gün, 05:23 |
|
|
|
• Rusiya öz qoyunlarının qulağına əriştə asa bilər - amma bizim bu sürü ilə yollarımız çoxdan ayrılıb
Bu gün, 05:16 |
|
|
|
• Bakıda taxta bazarında güclü yanğın - FOTO, VİDEO
Bu gün, 05:01 |
|
|
|
• Bu gün onların şəhadətə ucalmasından 5 il ötür - ANIM
Bu gün, 04:52 |
|
|
|
• Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Dünən, 19:01 |
|
|
|
• “Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Dünən, 18:57 |
|
|
|
• Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Dünən, 18:52 |
|
|
|
• Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Dünən, 18:50 |
|
|
|
• Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Dünən, 18:46 |
|
|
|
• "Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Dünən, 18:39 |
|
|
|
• Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Dünən, 18:36 |
|
|
|
• Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 18:34 |
|
|
|
• “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Dünən, 18:32 |
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Dünən, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Dünən, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Dünən, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Dünən, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Dünən, 07:51 |
|
|
|
|