Mask dövlət işinə qayıda bilər .....                     İlham Əliyev açıq və net danışdı... .....                     Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... .....                     Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... .....                     "Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?" .....                     GDU ilə bağlı ŞOK FAKTLAR... .....                     Naxçıvanda KTN sistemi ağlar günə qalıb .....                     "TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var .....                     Bura elə turist gəlməsə, yaxşıdır... .....                     Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... .....                     Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... .....                     ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... .....                     Paşinyan üçün ciddi SİQNAL .....                     “Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” .....                     Trampın Əliyevin çıxışını paylaşması... .....                     Tiktoker "Roşka" hakim qarşısında .....                     ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib .....                     Separatçıların “bəlkə də qaytardılar” xüslyası .....                     Azərbaycan sabitləşdirici rolu üstlənib: .....                     “Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib .....                     Peskov .....                     "Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... .....                     İranlı professordan Türkiyəyə qarşı çağırış .....                     Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü .....                     ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış .....                     244 milyonluq AZALMA .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub .....                     Rəvanədən Zaurun sualına REAKSİYA: .....                     Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? .....                     Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır .....                     Çinlə qurulan yeni münasibətlər... .....                     12 ildir evsiz qalan Xalq artisti... .....                     Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? .....                     "Evimi satıb kirayədə qalıram..." .....                     Təbrizdə polis idarəsinə silahlı hücum .....                     Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? .....                     Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: .....                     BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib .....                     Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” .....                     “60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” .....                 

ABŞ və Britaniyanın “Rusiya-Çin strategiyası”: Üçüncü dünya müharibəsinə doğru? - TƏHLİL
Tarix: 18-03-2021, 14:34 | Çap et
ABŞ və Britaniyanın “Rusiya-Çin strategiyası”: Üçüncü dünya müharibəsinə doğru?
Birqütblü dünyanın dağılmasına yol vermək istəməyən Vaşinqton

2021-ci il başlar-başlamaz beynəlxalq aləmdə intensiv siyasi proseslərin şahidi olmaqdayıq. Britaniya və ABŞ-ın xarici siyasətlə bağlı yeni konsepsiyalarını ortaya qoymaları, Ukraynanın şərqində vəziyyətin gərginləşməsi, Rusiya və Çinin anqlosakson dünyası ilə intensivləşən münaqişəsi onu deməyə əsas verir ki, qarşıdakı illər heç də sakit keçməyəcək. Əksinə, dünyada yeni nizamın və yeni beynəlxalq əlaqələr sisteminin qurulması, 1945-1990-cı illərdəki ikiqütblü, 1990-1991-cı illərdən bir neçə il bundan əvvələ qədər davam edən birqütblü sistemlərdən sonra hazırda beynəlxalq münasibətlər sistemində regional lider dövlətlərdən ibarət çoxqütblü sistemin formalaşması hegemon planetar aktorlar arasında gələcək münaqişələrin labüdlüyündən xəbər verir.

ABŞ tarixində Rusiya liderinə qarşı sərt ifadə işlədən ilk prezident

Artıq iki gündür, bütün dünya mətbuatının və ekspertlərinin müzakirə etdiyi bir nömrəli mövzu Baydenin ABC telekanalına müsahibəsi zamanı Rusiya prezidenti haqqında dedikləridir. Müsahibədə jurnalistin sualını cavablandıran ABŞ-ın yeni prezidenti diplomatiyadan kənara çıxaraq, “soyuq müharibə” dövründə belə Kreml və Ağ evdə oturan liderlərin özlərinə rəva vermədikləri ifadədən istifadə edib:

Müxbir:

- Yəni, Vladimir Putini tanıyırsınız. Sizcə o qatildir?

Bayden:

- Hmm. Bəli.

Eyni zamanda ABŞ lideri Rusiyanın 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə cəhdlərinə görə cavab verəcəyini qeyd edib. C. Bayden jurnalistin Rusiya prezidentinin hansı nəticələrlə üzləşəcəyinə dair sualına "Siz tezliklə bunu görəcəksiniz" cavabını verib.

Müsahibədən dərhal sonra Rusiya Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün geri çağırıb və Moskvadakı ABŞ diplomatını Smolensk meydanındakı XİN binasına dəvət edib. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə ABŞ prezidenti Cozef Baydenin Putin barədə sözlərinə münasibət bildirərək, Baydenin sözlərini təhqiredici adlandırıb: “Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında söylədikləri Rusiya vətəndaşları üçün də təhqirdir. Bu, iqtidarsızlıqdan doğan isteriyadır. Putin bizim prezidentimizdir, ona edilən hücum ölkəmizə edilən hücumdur”.

Ümumilikdə, Bayden hakimiyyətə gələr-gəlməz Rusiyaya qarşı sanksiyaların sayı artmaqda davam edir. Dünən ABŞ-ın Ticarət Nazirliyi müxalif siyasətçi Aleksey Navalnını və Sergey və Yulia Skripalları zəhərləmə faktlarına görə Rusiyaya qarşı yeni ixrac məhdudiyyətləri tətbiq olunacağını bəyan edib. Bu barədə nazirliyin saytında bildirilir. Sanksiyalar 18 mart tarixindən - bu gündən etibarən qüvvəyə minir. Məhdudiyyətlər milli təhlükəsizliklə əlaqəli malların, habelə avadanlıqların, texnologiyaların və proqram təminatlarının ixracına tətbiq ediləcək.

ABŞ-Britaniya tandeminin Rusiya və Çin planı

Bu gün hamını düşündürən bir sual var: Baydenin açıqlamasının qarşılığında Kreml hansı yollara əl atacaq və doğrudanmı, Ağ ev Rusiyaya qarşı “müharibə” elan edib. Eyni zamanda Britaniya və ABŞ-ın eyni anda Çin və Rusiyaya qarşı hazırladığı planlar gələcək dünya nizamı üçün nələr vəd edir?

Hazırda dünyanı maraqlandıran bu suallara cavab vermək üçün bu yaxınlarda elan olunan Britaniya və ABŞ-ın dünyaya baxışını ehtiva edən yeni konsepsiyaya nəzər salmaq lazımdır.

ABŞ və Britaniyanın yeni xarici siyasət doktrinalarındakı vacib məqamlar

Martın əvvəllərində ABŞ milli təhlükəsizliyə dair illik strateji baxışını açıqlayıb. Sənəddə Çin yeganə rəqib adlandırılır, Rusiyaya isə dünyada destruktiv rol oynayan və qlobal təsirini artırmağa çalışan regional aktor kimi baxılır. Beləliklə, okeanın o tayının siyasi-hərbi-iqtisadi elitası yaxşı başa düşür ki, Rusiya ABŞ üçün başlıca təhlükədən daha çox, Şərqi Avropa və bir sıra digər bölgələrdə Vaşinqtonun maraqlarına qarşı təhdid yaradan aktor kimi çıxış edir. Əvəzində, Çin kifayət qədər ciddi iqtisadi potensiala malik olan və bəzi göstəricilərinə görə bütün dünyanı geridə qoyan beynəlxalq iqtisadi aktor kimi Vaşinqtonun əsl başağrısına çevrilib.

ABŞ-ın müttəfiqi Britaniya da gələcək illər üçün planlaşdırılan yeni hərbi-siyasi doktrinasını açıqlayıb. Bu yaxınlarda Britaniya parlamentində çıxış edən Baş nazir Boris Conson xarici və daxili siyasətlə bağlı ölkəsinin yeni doktrinasını elan edib. Sənəddə Boris Conson Çini Britaniya üçün sistem çağırışı, Rusiyanı isə, təhdid adlandırıb. Doktrinada Britaniyanın 2030-cu ilədək dövr üçün nəzərdə tutulmuş təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərini hərtərəfli nəzərdən keçirərək Rusiyanı öz təhlükəsizliyi üçün ən kəskin və təcili təhdid kimi qiymətləndirilib. Sənəddə qeyd edilir ki, Moskva Böyük Britaniya üçün kəskin və birbaşa təhdid olaraq qalmaqda davam edir və çox güman ki, Avropadakı fəaliyyətinin qısa müddətdə artması ehtimalı var. Doktrina müəllifləri Rusiyanın təsirlərinin azaldılması üçün Şərqi Avropa dövlətlərinə, ələlxüsus Ukraynaya Londonun dəstəyinin artırılmasının vacibliyini qeyd edirlər. Bundan başqa, sənəddə Britaniyanın xüsusən də Rusiyanın qonşuluğundakı ölkələrdə müstəqil mediaya “xəbər saxtakarlığı və dezinformasiya” ilə mübarizə çərçivəsində dəstək verməyə hazır olduğu bildirilir. Müəlliflər əmindirlər ki, böyük dövlətlər və "Rusiya, İran və Şimali Koreya kimi dövlətlərin fürsətcilliyi" arasındakı rəqabət beynəlxalq hüquq nizamının zəifləməsinə və ümumiyyətlə, dünyadakı təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsinə səbəb oldu.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İngiltərənin Rusiyanı özünün “ən böyük təhdid ünsürü” olaraq görməsini şərh edərkən “Qərb ölkələri liderlərinin Rusiya əleyhinə qarşıdurma meyllərinə görə təəssüflənirik, Moskva kiminsə düşməni olmayıb və deyil. Bütün ölkələrlə yaxşı əlaqələrin inkişafına tərəfdarıq”, - deyə bildirib. Keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Peskov deyib ki, İngiltərənin yeni müdafiə strategiyası yalnız təəssüf və narahatlıq doğura bilər: “İngilis mediasının yazdığına görə, prezident Vladimir Putinin rəhbərliyi altında Rusiya bu yeni sənəddə Böyük Britaniyanın təhlükəsizliyi üçün əsas təhdidlərdən biri kimi göstərilir. Bundan əlavə, İngiltərə nüvə başlıqlarının sayını 40% artırmağı planlaşdırdığını açıqlayıb. Bu tendensiya onu göstərir ki, Qərb ölkələrinin bir çox liderləri, təəssüf ki, ölkəmizi aktiv təhlükə, düşmən və s. kimi görürlər. Əlbəttə ki, belə münasibət həqiqətən yalnız təəssüf və hətta narahatlıq yarada bilər”.

Britaniyanın yeni doktrinası əgər Rusiyanı daha çox siyasi və hərbi təhdid təşkil edən tərəf kimi görürsə, Çini beynəlxalq iqtisadi nizama qarşı olan yeni çağırış kimi qələmə verir. Doktrinada Pekinə daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid etməyə çalışan rəqib kimi yanaşılır. Belə ki, London Çinin təsirinin artmasını müasir dünyada əsas geosiyasi çağırış adlandırır: “Şübhəsiz ki, Çin bizim kimi açıq cəmiyyət üçün böyük problemlər yaradacaqdır”. Bununla belə, Conson parlamentdəki çıxışında qeyd edib ki, Çinlə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, iqlim dəyişikliyinə dair problemlərin həlli istiqamətində işbirliyi qurulacaq.

Maraqlı məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Britaniya Çinlə münasibətlərində uyğur probleminə toxunur. Britaniya Çindəki insan haqları məsələsini qabardacaqlarını və uyğurlara qarşı addımları soyqırımı kimi tanıyacaqlarının mümkünlüyünü qeyd edir.

Öz növbəsində, Leyboristlər tərəfindən təmsil olunan müxalifəti təmsil edən millət vəkilləri parlamentdə Boris Consonun Çinlə bağlı açıqlamasına şübhə ilə yanaşaraq, hökumətin Devid Kemeronun (David Cameron) baş nazirliyi dövründən bəri "inadkar sadəlövhlüyü" hələ də qoruduğunu qeyd etdilər. Ancaq hökumətin hazırkı rəhbəri bununla razılaşmayaraq, “Çinlə yeni “soyuq müharibə”yə və ya iqtisadiyyatımızı Çindən tamamilə təcrid etməyimizə çağıranlar düşünürəm ki, yanılırlar. Bir tarazlıq tapmalıyıq. Çinlə açıq əlaqəmiz olmalıdır” söylədi.

Sənəddə hərbi məsələlərə də xüsusilə yer verilir və nüvə başlıqlı raketlərin sayının artırılması əsas hədəf kimi qarşıya qoyulur. 114 səhifəlik doktrinada açıq qeyd olunmasa da, Azərbaycan Ordusunun apardığı 44 günlük müharibənin nəticələri də əksini tapıb. Sənəddə yeni texnologiyaların inkişafına üstünlük veriləcəyinə, ənənəvi və bahalı hərbi texnikadan uzaqlaşacağına işarə edilərək vurğulanıb, yüksək texnoloji imkanların yaratdığı üstünlüklərlə pilotsuz təyyarələrdən (dron) və digər texnoloji imkanlardan yararlanmanın vacibliyi qeyd olunub.

Beləliklə, Cozef Baydenin Rusiya və Çinlə bağlı açıqlamaları, London və Vaşinqtonda qəbul edilən yeni xarici siyasət strategiyaları onu göstərir ki, indiki halda ABŞ-Britaniya tandemi üçün əsas iqtisadi rəqib olan Çin yaxın illər ərzində sıradan çıxarılmalı, ikili üçün geosiyasi problem yaradan Putin hakimiyyətinə qarşı isə hərtərəfli pressinqlərdən istifadə edilməlidir. Bu qarşıdurmanın üçüncü dünya müharibəsinə qədər gedib çıxa biləcəyini proqnozlaşdıranlar da yox deyil.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mask dövlət işinə qayıda bilər - “Bloomberg”
Bu gün, 06:36
İlham Əliyev açıq və net danışdı... - nəyisə gizlətmədi...
Bu gün, 06:32
Zəngəzur dəhlizinin davasını Azərbaycan döyür, AMMA... - HAMI FAYDALANACAQ...
Bu gün, 06:28
Nazirin dostu elə-belə yerə... və təsadüfən gəlməyib... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:13
"Sonra bir dəfə fikirləşdim ki, Ədalət niyə mənə pul verir?"
Bu gün, 06:07
GDU ilə bağlı ŞOK FAKTLAR... - SƏN DEMƏ...
Bu gün, 06:01
Naxçıvanda KTN sistemi ağlar günə qalıb - dövlət təcili müdaxilə etməzsə...
Bu gün, 05:57
"TikTok"dakı Canlı yayım qalmaqalı ilə gündəmə gələn "National Prime Hospital"ın vergi borcu var - FOTOFAKT
Bu gün, 05:42
Bura elə turist gəlməsə, yaxşıdır... - AXI NİYƏ?..
Bu gün, 05:37
Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı... - demək istədilər ki...
Bu gün, 05:32
Azərbaycan Prezidentinin fikirləri RUSİYANI DÜŞÜNDÜRMƏLİDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
ABŞ-nin Zəngəzur marağı: İran narahatdır... - AKTUAL
Bu gün, 05:25
Paşinyan üçün ciddi SİQNAL - NƏ BAŞ VERİR?
Bu gün, 05:14
“Həkimlərin bir hissəsi “moşşenik” olub, pul üçün hər şey edirlər” - Rəşid Mahmudovdan İDDİA
Bu gün, 05:12
Trampın Əliyevin çıxışını paylaşması... - təsadüfi deyil...
Bu gün, 05:09
Tiktoker "Roşka" hakim qarşısında - TƏFƏRRÜAT
Dünən, 19:02
ABŞ husilərlə əlaqəli qurum və şəxslərə sanksiya tətbiq edib
Dünən, 19:00
Separatçıların “bəlkə də qaytardılar” xüslyası
Dünən, 18:05
Azərbaycan sabitləşdirici rolu üstlənib: - Rəsmi Bakı öz təsir dairəsini sürətlə genişləndirir
Dünən, 18:03
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO
Dünən, 17:55
Peskov DEYİR Kİ...
Dünən, 17:52
"Kimə etibar edirsiniz?" sualına görün necə CAVAB VERDİLƏR... - Ermənistanda SORĞU
Dünən, 17:47
İranlı professordan Türkiyəyə qarşı çağırış - "Zərbə endirməliyik"
Dünən, 17:43
Sumqayıtda DƏHŞƏT: Oğul atasını daşla döyüb öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:40
ABŞ-Azərbaycan münasibətlərində diplomatik sıçrayış – Trampın jesti yeni era aça bilər
Dünən, 17:30
244 milyonluq AZALMA – “Neftin qiyməti çox aşağı düşəcək”
Dünən, 15:44
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:42
Rəvanədən Zaurun sualına REAKSİYA: - “500 minlik maşın sürsə də...”
Dünən, 13:37
Antalyada Bəxtiyar Muradovun maşını niyə yandırılıb? - FOTOLAR
Dünən, 13:32
Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 13:23
Çinlə qurulan yeni münasibətlər... BİZƏ NƏ VERƏCƏK?
Dünən, 13:04
12 ildir evsiz qalan Xalq artisti... - "Bəli, damda!"
Dünən, 12:58
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - SİYAHI
Dünən, 12:53
"Evimi satıb kirayədə qalıram..."
Dünən, 12:51
Təbrizdə polis idarəsinə silahlı hücum
Dünən, 12:46
Trampın Ukrayna ilə bağlı mövqeyi arvadına görə dəyişib? - KİV
Dünən, 12:22
Trampdan Azərbaycanla bağlı üçüncü mesaj: - Bu, açıq dəstəkdir
Dünən, 12:17
BU NƏDİ BELƏ: “Qarabağ” dovğasının üzərinə seperatçıların xəritəsi yerləşdirilib - FOTOFAKT
Dünən, 12:13
Bakıda terror törədəcəyi barədə yalan məlumat verən Mehdinin işi: “Qazanc üçün...” - TƏFƏRRÜAT
Dünən, 12:06
“60 yaşlı müəllim niyə yenidən imtahan verməlidir?” - ETİRAZ
Dünən, 12:03
“Media qlobal təhlükəsizlik məsələlərində mühüm rol oynamalıdır” - MƏQALƏ
Dünən, 11:55
Bakıda adam bıçaqlayan ictimai fəala HÖKM OXUNDU
Dünən, 11:50
"Rafaellə Coşqun mənə şok yaşatdı" - VİDEO
Dünən, 11:40
Arvadını yumruqla gözündən vuran şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:29
9 milyon manatlıq “AZNET Technologies” fəaliyyətini məhdud formada davam etdirəcək
Dünən, 11:15
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb - BUNDAN SONRA...
Dünən, 11:11
Rusiyada soydaşlarımızın KÜTLƏVİ HƏBSİ DAVAM EDİR - VİDEO
Dünən, 11:06
İş adamı Karapetyanın iddiası üzrə deputatın hesablarına həbs qoyulub
Dünən, 11:00
Şərurda vətəndaşın işi TƏRS GEDİR... - Çünki məmuru KƏLLƏMAYALLAQDIR...
Dünən, 10:57
Öz xəttindən çıxıb avtomobil yoluna girən avtobuslar... - NƏ ETMƏLİ?
Dünən, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru