Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                     Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır .....                     3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia .....                     Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər .....                     Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı .....                     Yer kürəsində yeni fəsillər yaranıb .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür .....                     “Baku Electronics” haqsız rəqabətə yol verib .....                     Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib .....                     Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi .....                     Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır .....                     Husilərin İsrailə qarşı müharibəsi .....                     "Hamı günahkardır dünyada, amma..." .....                     “Azərenerji”dən 6.6 milyonluq layihə .....                     Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... .....                     "Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb .....                     İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub .....                     RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU .....                     ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... .....                     Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub .....                     Evin şüşədəndirsə... .....                     Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi .....                     “Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb .....                     Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI .....                     Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı .....                 

“ABŞ Türkiyədən hərbi uğurlarının intiqamını alır” - TƏHLİL
Tarix: 24-12-2020, 08:23 | Çap et
“ABŞ Türkiyədən hərbi uğurlarının intiqamını alır”
Amerika Birləşmiş Ştatları, Rusiyadan “S-400” zenit raket kompleksləri almasını əsas gətirərək, Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb. Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəsmilərinin də sanksiya siyahısında yer alacağı qeyd olunub.

ABŞ dövlət katibi Mayk Pompeo sanksiyanın “Amerikanın Sanksiyalarla Düşmənləri ilə Mübarizə Qanunu”nun 231-ci maddəsi çərçivəsində olduğunu bildirib: “Türkiyənin “S-400” sistemləri almasının ABŞ-ın hərbi texnologiyası və heyəti üçün təhlükə yaradacağını, həmçinin Rusiya Müdafiə Sənayesinin ciddi şəkildə inkişaf edəcəyini, bununla da Rusiyanın Türkiyə Silahlı Qüvvələri və müdafiə sənayesinə daxil olacağını düşünürük”.

Pompeo vurğulayıb ki, Türkiyənin NATO vasitəsi ilə müdaifə sistemləri ehtiyacını ödəyə biləcəyi halda, müafiə sənayesini “S-400”-lərlə təmin etməsi haqqında verdiyi qərar, Türkiyənin qlobal “F-35” hücum təyyarələri əməkdaşlığının dayandırılması və layihənin yubanmasına səbəb olub.

Türkiyə Xarici İşlər Nazirliyi isə ABŞ-ın sanksiya qərarını tənqid edib: “Türkiyənin müdafiə sənayesini “S-400” raket sistemləri ilə tədarük etməyə sövq edən şərtləri hamı yaxşı bilir. Hətta, Prezident Tramp belə, bir neçə dəfə Türkiyənin bu mövzuda haqlı olduğunu deyib”.

Baş verənləri AYNA-ya şərh edən türkiyəli politoloq, Türkiyə Bəyaz Hərəkat Dərnəyinin sədr müavini Erdem Eren sanksiyaların Türkiyəyə mesaj olduğunu bildirib: “ABŞ bugünlərdə qalmaqallı bir qərara imza atıb. Amerika Türkiyənin Rusiyadan “S-400” almasını əsas göstərərək, Türkiyəyə sanksiya tətbiq etmək qərarına gəlib. Sanksiyalar müdafiə sənayesi sistemini fərdi şəkildə hədəfə alsa da, əslində Türkiyəyə müdafiə sənayesi vasitəsi ilə mesajlar verir. Əvvəlcə, Türkiyənin “S-400” havadan müdafiə sistemi alma prosesinə toxunmaq lazımdır. Türkiyə vaxtı ilə, xüsusən də Suriya və İraq mərkəzli təhdidlərdən qorunmaq üçün havadan müdafiə sistemi almaq istəmiş, bunun üçün də ABŞ-a müraciət edərək “Patriot” sistemlerini almaq istədiyini bildirmişdi. Həmçinin, bu istiqamətdə Çinlə də bəzi müzakirələr aparılmışdı. Amma ABŞ Türkiyənin ehtiyacını qarşılamayaraq, “Patriot” sistemlərini satmağı rədd etmiş, Türkiyə də bu ehtiyacını Rusiyadan “S-400” sistemleri alaraq qarşılamışdı. ABŞ-ın NATO üzvü kimi müttəfiq saydığı Türkiyəyə havadan müdafiə sistemləri satmamağı nə qədər riyakar bir addımdırsa, Türkiyənin müdafiə ehtiyacını qarşıladığı üçün sankisyaya məruz qalması da bir o qədər ikiüzlü davranışdır”.

“ABŞ Prezidenti Donald Trampın “S-400” mövzusunda Türkiyəyə qarşı tətbiq edilən sanksiyaları sona qədər yubatmağa çalışması həqiqətdir. Lakin yeni Prezident Co Baydenin Türkiyə və Rusiya ilə bağlı ziddiyyətli fikirləri də hər kəsə məlumdur. Trampdan fərqli olaraq yeni rəhbərliyin Rusiyaya qarşı fərqli mövqe sərgiləyəcəyi və Rusiyanı mühasirə edəcək siyasi xətt aparacağı da təxmin edilir. Bu sanksiya, eyni zamanda Türkiyəyə də Rusiya ilə gələcəkdəki münasibətlərinə “qərar ver” xəbərdalığı anlamına gəlir. Son olaraq, Türkiyəyə qarşı ən böyük mesaj Türkiyə müdafiə sənayesi ilə bağlıdır. Türkiyə 2002-ci ildən bu günə qədər müdafiə sənayesində çox ciddi irəliləyişlər əldə edib. Buna nümunə olaraq müdafiə sənayesindəki daxili səviyyənin 20 faizdən 70 faizə yüksəlməsini, layihə sayının 62-dən 700-ə çatmasını, müdafiə sənayesindəki layihələrə ayrılan büdcənin 5.5 milyard dollardan 60 milyard dollara çatmasını, müdafiə sənayesi ilə bağlı şirkətlərin sayının 56-dan 1500-ə, sektor dövriyyəsinin 1 milyard dollardan 10.8 milyard dollara çatmasını, müdafiə və aviasiya ixracatının isə 248 milyon dollardan 3 milyard dollara çatmasını göstərə bilərik. Bu irəliləyişin təbii ki, böyük mahiyyəti var”, - deyə Eren vurğulayıb.

O, Türkiyə müdafiə sənayesinin xarici asılılığının yüksək dərəcədə azaldığını əlavə edib: “Türkiyə bu istiqamətdə illərlə ABŞ və İsraildən böyük ölçüdə asılı olduğu halda, bu gün öz silahlarını istehsal edir. ABŞ və İsrail Türkiyə kimi bir bazarı itirmək nöqtəsinə gəlib deyə, Türkiyə artıq Rusiya kimi NATO üzvü olmayan ölkələrdən də silah tədarükü etməyə balşayıb. Bu isə Türkiyənin müdafiə sənayesində müstəql olması deməkdir”.

“Digər tərəfdən, Türkiyə müdafiə sənayesində sadəcə istehsal və ixrac etmək prosesi həyata keçirilmir, Türkiyə həm də xarici siyasətdə, xüsusən də meydanda böhranları lehinə çevirməyə başlayıb. Xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) uğurlu olması bütün dünyada dillərə dastan olub və Türkiyənin yeni bir müharibə forması meydana gətirdiyi deyilir. Necə ki, bu formanın uğurlu variantını başda Suriya və Liviya olmaqla, son olaraq Qarabağda görmüşük”, - politoloq bildirib.

“Ona görə də Türkiyənin hərbi baxımdan planlara uyğun hərəkət edən yox, plan quran və mövcud planları alt-üst edən dövlət halına gəlməsi, her şeydən əvvəl ABŞ və İsraili narahat edir. ABŞ-ın sanksiyaları Türkiyənin meydanda əldə etdiyi uğurların sadəcə kiçik bir intiqamıdır. Nəticə etibarı ilə, sanksiyaların zamanla hansı nöqətəyə çatacağını bir az da Türkiyənin xarci siyasətdəki müstəqil davranışları və Türkiyə-Amerika müansibətlərinin forması müəyyən edəcək. Türkiyə heç vaxt müdafiə sənayesində əldə etdiyi uğurlardan imtina etməyəcək. Lakin türk-rus münasibətlərinin gələcəkdəki forması ilə yeni sanksiyaların müəyyən ediləcəyini demək olar. Lakin buna rəğmən, Türkiyə heç vaxt sanksiya qorxusuyla hərəkət edən dövlət olmayıb və olmayacaq. Türkiyə üçün hər şeydən önəmli olan beynəlxalq maraqlardır və belə olmağa da davam edəcek”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00
Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53
"Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Dünən, 15:45
“Azərenerji”dən 6.6 milyonluq layihə
Dünən, 15:39
Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Dünən, 15:24
"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Dünən, 15:16
RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU - Hesablama Palatasından İFŞA
Dünən, 15:10
ADY 3 yaşı belə tamam olmayan ÜÇƏMƏ QARŞI İDDİA QALDIRDI... - DƏLİXANADIR VALLAH...
Dünən, 15:01
Qabil Məmmədova 16 il müddətinə qiyabi hökm oxunub - DETALLAR
Dünən, 14:52
Evin şüşədəndirsə... - GƏLİŞMƏ...
Dünən, 14:50
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi - “Anadolu”
Dünən, 14:46
“Baku Electronics” və “ABC Telecom” barəsində haqsız rəqabətə yol verilməsi üzrə iş qaldırılıb - TƏFƏRRÜAT
Dünən, 14:44
Mikayıl Cabbarovdan BAHALAŞMA QƏRARI - BUNDAN SONRA...
Dünən, 14:43
Regionda müharibə təhlükəsi: Dörd ölkə səssiz oyuna başladı – Gizli detallar
Dünən, 13:08
Zəngəzur dəhlizinə iki ölkə nəzarət edəcək - Abovyan
Dünən, 13:06
Türkiyə Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq - KİV
Dünən, 12:51
Yekaterinburq məhkəməsi Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsini qüvvədə saxlayıb
Dünən, 12:45
Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı - YENƏ DƏ DEDİYİNİ DEYİR...
Dünən, 12:42
Arvadını öldürən Həmid - Məhkəmədən gizlənirmiş...
Dünən, 12:37
“Kontakt Home”un baş kredit mütəxəssisi ailə üzvlərinin adına bu qədər kredit ayırıbmış - “Seçilən işçilərdən olmuşam”
Dünən, 12:34
Axmaqlara xitab edənlər və Azərbaycan - REPLİKA
Dünən, 12:33
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib - Rusiya DİN
Dünən, 12:30
Kreml Trampın sülh təklifini niyə rədd edir? - “Atlantik Şura”
Dünən, 12:21
Kilsə-hakimiyyət qarşıdurması yeni MƏRHƏLƏDƏ
Dünən, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru