Bakıda ƏMLAK ÇEKİ DAVASI .....                     ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib .....                     "Adıma VÖEN açdırmışdılar..." .....                     "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" .....                     Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir .....                     İranda Bakıya görə “müharibə” başladı .....                     Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır .....                     Oğlu deputatlığa namizəd idi... .....                     “Belə bir layihə ətrafında fikirləşməyə dəyər” .....                     "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" .....                     Xarici agentlər qədər təhlükəli işbaz məmurlar .....                     "Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" .....                     Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU .....                     Bu ixtisasları seçməyin .....                     Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? .....                     Gəncə icra hakimiyyətinin YALANI .....                     "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar .....                     Politoloqun məhkəməsində kriptovalyuta söhbəti .....                     Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın .....                     Rusiya Gümrü bazasına silah daşıyır .....                     Elmar Məmmədyarov Rusiya agentidir? .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     "Yazanların çoxu azərbaycanlı idi" .....                     Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: .....                     Məktəb direktoruna yüksək vəzifə verildi .....                     Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər .....                     Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ .....                     Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? .....                     Qaz və işıqda sabit tariflər .....                     ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib .....                     "Yazıçılar Birliyində senzura olmalıdır" .....                     MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib .....                     Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır .....                     3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia .....                     Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər .....                     Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı .....                     Yer kürəsində yeni fəsillər yaranıb .....                     SOCAR-a yaxın daha bir şirkət yaradılıb .....                     Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür .....                     “Baku Electronics” haqsız rəqabətə yol verib .....                 

Müttəfiqlərin xain ssenari quranlara öldürücü siqnalı - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 08:48 | Çap et

Türkiyə İDEF 2025 sərgisində yerli istehsal nümunəsi olan yeni silah-sursat və hərbi texnologiyalar təqdim edib. Qardaş Türkiyənin nümayiş etdirdiyi “Çelik Kubbe sistemləri”, “Tayfun BLOK 4" ballistik raketi və "HAYALET-2" bunker bombası bütün dünyada böyük marağa səbəb olub.

Hansının ki, ABŞ-ın ötən ay İranın nüvə obyektlərinə atdığı bombalardan daha dağıdıcı olduğu üzə çıxıb.

Ümumiyyətlə, son illər həm Türkiyə, həm də Azərbaycan öz hərbi sənayesini gücləndirməkdə və daha da şaxələndirməkdədir ki, bu da hər iki türk dövlətinin artan müdafiə gücündən xəbər verir. Türkiyə və Azərbaycanın müdafiə sənayesinin sürətli inkişafı onların hərbi təchizat baxımından xarici dövlətlərdən asılılığını kəskin azaldır, onlara öz müdafiələrini daxili resursları hesabına formalaşdırmağa imkan verir.

Türkiyənin təqdim etdiyi yeni texnologiyalar isə kifayət qədər güclü silahlardır. Söhbət “Tayfun BLOK 4" ballistik raketi və ”HAYALET-2" bunker bombasından gedir. Əslində müttəfiqliyimizi nəzərə alsaq, elə bu silahların Azərbaycanın hərbi arsenalında olduğunu da söyləmək mümkündür. Üstəlik, Şuşa Bəyannaməsi var və hər hansı hərbi təhdid olarsa, Türkiyə bu silahlardan düşmənimizə qarşı istifadə edə bilər.

Azərbaycan qardaş ölkədən bu texnologiyanı gələcəkdə ala da bilər. Ölkəmizə qarşı təhdidləri, regionda təhlükəsizliklə bağlı risklərin qaldığını nəzərə alsaq, hərbi potensialımızı gücləndirməyə hər zaman ehtiyac var. Çünki Ermənistanla sülh müqaviləsi imzalanmayıbsa, deməli, münaqişəli vəziyyət davam edir. Həmçinin şimaldan ölkəmizə hədyanlar yağmaqdadır. Hətta bu günlərdə bir başıpozuq rusiyalı fəal Bakını bombalamağa çağırmışdı.

Bütün bunlar Şuşa Bəyannaməsinin nə qədər əlahiddə bir sənəd olduğunu gələcək nəsillərə daha çox sübut edəcək. Ona görə də Türkiyənin güclənməsi Azərbaycanın qüdrətinin artması deməkdir. Bu mənada müttəfiq ölkənin hərbi sənaye kompleksinin zənginləşməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Türkiyə “Bayraktar”larının dəstəyi də qardaş ölkənin hərbi texnologiyasından istifadənin nə dərəcədə həlledici olduğunu ortaya qoymuşdu.

Türkiyənin müdafiə sənayesi sərgisində nümayiş olunan “Çelik Kubbe sistemləri”, “Tayfun BLOK 4" ballistik raketi kimi yeni müdafiə texnologiyaları ilə yanaşı, "HAYALET-2" bunker deşici bomba dünya mediasında geniş əks-səda doğurub.

Həmçinin “Çelik Kubbe” Türkiyənin yerli imkanlarla hazırladığı bir hava hücumundan müdafiə sistemidir. Bu sistem, fərqli hündürlüklərdə fəaliyyət göstərən müdafiə sistemlərini vahid bir şəbəkədə birləşdirir və süni intellekt dəstəkli qərar qəbuletmə sistemləri ilə müdafiənin effektivliyini artırır.

“Tayfun BLOK 4" raketinə gəlincə, uzunluğu 10 metr, çəkisi isə 7 200 kiloqramdır. O, Türkiyə müdafiə sənayesinin ən uzunmənzilli (3 min kilometr) sistemidir. Raket hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə mərkəzləri və hərbi obyektlər kimi strateji hədəfləri məhv etmək üçün nəzərdə tutulub.

Polşanın “Defense Industry Europe” portalı yazır: ""TAYFUN"un təqdimatı texnoloji imkanlarına və Şərqi Aralıq dənizində güc balansına mümkün təsirinə görə ciddi diqqət cəlb edəcək".

İsrailin “Israel Defense” nəşri vurğulayır ki, bu raket Türkiyənin strateji imkanlarının inkişafında ciddi sıçrayışdır: “Gələcək versiyalarda uçuş məsafəsi 1000 kilometri keçəcək”.

Albaniyanın “A2CNN News”u isə yazır ki, “TAYFUN”un hipersəs versiyası - bu silah yüksək sürət və manevr qabiliyyəti ilə fərqlənir.

Hindistanın “NEWS18" platformasına görə, "TAYFUN BLOK-4" - “Türkiyənin hipersəs texnologiyalarına keçidinin simvoludur”.

Yunanıstanın “Geo Stratigika” portalı isə təqdimatı belə şərh edir: “Türkiyə yeni nəsil ballistik raketlərlə regionda güc balansını dəyişmək istəyir. Yunanıstan nə edir?”

Rusiyanın “RBK” agentliyi də xəbərə yer ayırıb: “Yeni raket müxtəlif tipli strateji hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir. Bu isə Türkiyənin hərbi imkanlarını yeni səviyyəyə çıxarır”.

Bəs Azərbaycan yeni silahları öz arsenalına rəsmən qatmağa nə qədər yaxındır?

Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Türkiyədə keçirilən sərgidə Azərbaycan pavilyonu da olub. Onun sözlərinə görə, iki qardaş dövlətin hərbi-siyasi müttəfiqliyi günbəgün yüksəlişdədir: “Bu yaxınlarda müdafiə nazirlərinin görüşü oldu, memorandum imzalandı. Habelə birgə hərbi təlimlər keçirilir, müttəfiqliyin artırılması istiqamətində fasiləsiz addımlar atılır. Hər iki dövlət anlayır ki, regionda və dünyada onların inkişafını, birliyini istəməyən qüvvələr var. Ona görə də müttəfiqliyi daha da dərinləşdirmək zərurətdir. Bu gün Türkiyəyə də xarici təzyiqlər var, Azərbaycana da şimaldan və cənubdan təhdidlər yağır, həmçinin Ermənistanla yekun sülh imzalanmayıb. O baxımdan, müttəfiqliyin güclənməsi vacibdir. Bizim sarsıtmaq istəyənlər, zəifləməyimizi gözləyənlər var. Amma Azərbaycan-Türkiyə müttəfiqliyi heç vaxt olmadığı qədər yüksəlməkdədir”.

Q.Hüseynli vurğuladı ki, bu birliyi möhkəmləndirən faktorlardan biri də Şuşa Bəyannaməsidir: “Sazişin xüsusi mahiyyəti odur ki, iki ölkədən birinə hərbü təcavüz olarsa, digəri ona hərbi dəstək verməlidir. Bu səbəbdən, Türkiyənin hərbi-sənaye kompleksinin inkişafı Azərbaycanın marağındadır. Düşmən qüvvələr, yenidən bölgədə müharibə, revanş həvəsində olanlar qardaş Türkiyənin bizim yanımızda olduğunu görür və çəkinir. Ümumiyyətlə, Laçın zirvəsi, ardınca Xankəndi toplantısı göstərdi ki, Azərbaycanın güclü müttəfiqləri var. Biri NATO dövləti Türkiyə, digəri nüvə dövləti Pakistandır. Bu nöqteyi-nəzərdən, bədxah qüvvələr nəticə çıxarırlar. Onlar Azərbaycana pislik etməyə cəhdin necə nəticələnəcəyini indidən başa düşürlər. Ermənistanı silahlandıranlar da bilməlidirlər ki, həm Azərbaycanın müdafiə qabiliyyəti getdikcə artır, yeni və müasir silahlar alırıq, Ordumuzun döyüş potensialı, peşəkarlığı daha da artmaqdadır, həm də Türkiyə kimi qardaş dövlət yanımızdadır. Ona görə belə dağıdıcı silahların olması çəkindirici rol oynayır”.

Siyasi ekspert Ramiyə Məmmədova isə qısa şərhində söylədi ki, Türkiyənin nüvə bombası olmasa da, getdikcə inkişaf edən hərbi-sənaye kompleksi bəzi dairələrə mesajdır. Onun fikrincə, Azərbaycana xor baxanlar da bu silahların zərbə gücünü dərk edirlər. R.Məmmədova xatırlatdı ki, 44 günlük müharibə dönəmində “F-16" qırıcıları Azərbaycanda idi və bu da bizim qardaş dövlətlə çiyin-çiyinə nəyə qadir olduğumuzu nümayiş etdirirdi.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41
ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30
"Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22
"Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11
İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08
Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05
Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01
“Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58
"Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56
Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54
"Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50
Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47
Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43
Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41
Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39
"Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34
Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21
Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19
Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16
Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10
"Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02
Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58
Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55
Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53
Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46
Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40
Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36
ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33
"Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20
MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17
Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14
3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09
Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05
Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04
Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03
SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01
Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58
“Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56
Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53
Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45
Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00
Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53
"Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Dünən, 15:45
“Azərenerji”dən 6.6 milyonluq layihə
Dünən, 15:39
Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Dünən, 15:24
"Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Dünən, 15:16
RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU - Hesablama Palatasından İFŞA
Dünən, 15:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru