İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                     Aİ liderlərinin sammitləri iflic olub .....                     Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? .....                     Necə edək ki, aldanmayaq? .....                     Ərzaq bahalaşacaq .....                     Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... .....                     Ermənistanda seçki öncəsi Rusiya izi güclənir .....                 

"TƏZƏ BAZAR" ƏTRAFINDA QALMAQALLI OLAY
Tarix: 5-12-2013, 11:04 | Çap et
"TƏZƏ BAZAR" ƏTRAFINDA QALMAQALLI OLAY
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən, В«Təzə BazarВ» adı ilə tanınan alış-veriş mərkəzində çalışan bir qrup şəxs bazar rəhbərliyindən aidiyyəti orqanlara şikayət ünvanlayıb. Belə ki, məsələ ilə bağlı В«Gündəlik BakıВ» qəzetinə edilən müraciətdə deyilir ki, В«Təzə BazarВ» MMC-nin direktoru Məmmədağa İbrahimov 100-ə yaxın kiçik sahibkarı aldadıb, onların adlarına mağaza veriləcək bəhanəsilə kiçik sahibkarlara boş ağ kağızlara, yəni müqavilələrə imza atdıraraq böyük məbləğdə pullarını mənimsəyib.

Bununla əlaqədar sahibkarlar Azərbaycan Respublikasının baş prokuroru, cənab Zakir Qaralova müraciət ünvanlayıblar. Müraciətdə deyilir: В«Hörmətli cənab baş prokuror, nəzərinizə çatdıraq ki, bizim fəaliyyət göstərdiyimiz bazarda В«Təzə BazarВ» MMC-nin rəhbəri Məmmədağa İbrahimov tikdiyi mağazalarla bağlı bizə boş müqavilələrə qol çəkdirib. Bildirib ki, bu müqavilələr bizim tərəfimizdən doldurulacaq və gələcəkdə sənədləşmə işində sizə təqdim ediləcək. Uzun müddət gözləməyimizə baxmayaraq, alınan pulların müqabilində bizə heç bir sənəd verilmir, yalan vədlərdən başqa heç nə görmürük. Belə çıxır ki, ödədiyimiz pulların müqabilində bizə heç nə çatmayacaq. Sonradan məlum olub ki, bu pulların heç bir hüquqi təyinatı yoxdur və bizim ödədiyimiz pulların, yeni mağazalar alacağımızla bağlı heç bir sənəd ortada olmayacaq. Daha sonra Məmmədağa İbrahimova müraciət edəndə ki, bizim məsələ ilə bağlı pullarımızı geri qaytarın, yaxud da bizə bu haqda bir sənəd verin. Onda bildirdi ki, mən sənəd verən orqan deyiləm. Bazar açmışıq gedin işlədin. Dərhal biz sahibkarlarla toplaşaraq hüquq-mühafizə orqanlarına müraciət etməyə qərar verdikВ». Budur, artıq ölkənin baş prokuroru, cənab Zakir Qaralova ünvanlanmış müraciət öz təsirini göstərib. Belə ki, ötən gün В«Təzə BazarВ» MMC-nin direktoru Məmmədağa İbrahimovun əməllərindən şikayətçi olan kiçik sahibkarları Baş Prokurorluqda yetkili şəxslər qəbul edib, onların problemlərilə maraqlanıblar. Odur ki, məsələ ilə əlaqədar ətraflı məlumat almaq məqsədilə zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Rüstəm Zülfüqarovla əlaqə saxladıq.

В«Mən iki nəfərin - Abdullayev Nizami Kamran oğlu və Quliyev Elnur Əliağa oğlunun vəkiliyəm. Onlar zərərçəkmiş şəxs olduqlarına görə, qanunda vəkil yox, nümayəndə gedir. Bu şəxslər sahibkarlardır. Onlar В«Təzə BazarВ» MMC-də kommersiya fəaliyyətilə məşğul olurlarВ» deyən Rüstəm Zülfüqarov adıçəkilən bazarda ticarətlə məşğul olan 74 nəfər şəxsin Nəsimi Rayon Prokurorluğuna MMC-nin rəhbəri Məmmədağa İbrahimovun qanunsuz hərəkətlərilə bağlı şikayət ünvanladıqlarını bildirdi: В«Həmin 74 nəfər sahibkar şikayətlərini belə əsaslandırırlar ki, В«Təzə BazarВ» MMC-nin direktoru İbrahimov Məmmədağa Əlmürsəl oğlu uzun müddətdir ki, onlara boş müqavilə blanklarına imza atdırır. Lakin onlardan çox miqdarda pul alır, rəsmiləşdirmədə isə məbləğ az göstərilir. Bu məsələ sahibkarlara bu yaxınlarda məlum olub və bununla əlaqədar Nəsimi Rayon Prokurorluğuna müraciət ediblər. Həmin şəxslərdən 15-20 nəfərindən prokurorluğun müstəntiqi izahat alıb. Sonradan müəmmalı şəkildə işi Bakı Şəhər Prokurorluğuna yönəldiblər. Bizdə olan məlumata görə, Bakı Şəhər Prokurorluğu da işi Baş Prokurorluğa göndərib. Bu gün (dünən-red.) isə hüquqlarını müdafiə etdiyim Abdullayev Nizami Kamran oğlu və Quliyev Elnur Əliağa oğlunu Baş Prokurorluğun nümayəndələri qəbul etdilər. Əslində, şikayətçilərin sayı çox idi. Lakin həmin iki nəfəri Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəis müavini Qabil Qasımov və Nəsimi rayonuna nəzarət edən zona prokuroru qəbul edib. Görüş zamanı hüquqlarını müdafiə etdiyim sahibkarlar izah etdilər ki, 2004-cü ildən bəri onlardan alınmış əlavə pulların geri qaytarılması ilə bağlı Məmmədağa İbrahimova dəfələrlə müraciət etsələr də, o, bildirib ki, mənim adamım da var, pulum da çoxdur. Gedin hara şikayət edirsinizsə edin, onsuz da onun heç bir xeyri yoxdur. Hara şikayət etsəniz mən məsələni bağlayacam. Bu, zərərçəkmişlərin özlərinin bu gün (dünən-red.) Baş Prokurorluqdakı qəbul zamanı səsləndirdikləri fikirlərdir. Onlar açıq-aydın şəkildə qeyd etdilər ki, Məmmədağa İbrahimov heç kimdən, heç nədən qorxmayaraq, deyir ki, gedin hara istəyirsinizsə ora da şikayət edin. Bunların heç bir xeyri olmayacaqВ».

Baş Prokurorluqda keçirilmiş görüşün əsas məzmunu barədə məlumat verən Rüstəm Zülfüqarovun sözlərinə görə, sahibkarlar В«Təzə BazarВ» MMC-nin direktoru Məmmədağa İbrahimovun qanuna müvafiq formada cəzalandırılmasını tələb edirlər: В«Bu gün (dünən-red.) keçirilmiş görüşdə şikayətin əsas məzmunu ondan ibarət oldu ki, yəni zərərçəkmiş şəxslər hesab edirlər ki, baş prokuror, hörmətli Zakir Qaralov bu işi nəzarətə götürsə daha məqsədəuyğun olar. Sahibkarlar cənab baş prokurordan məsələnin Nəsimi Rayon Prokurorluğunda araşdırılması üçün köməklik göstərməsini xahiş edirlər. Çünki həmin prokurorluq adıçəkilən bazara - В«Təzə BazarВ» MMC-yə məsafəcə daha yaxındır. Zərərçəkmişlər hörmətli baş prokurordan Məmmədağa İbrahimov barəsində obyektiv və həqiqi qərarın qəbul olunmasında yardımçı olmağını xahiş edirlər. Məsələ burasındadır ki, nümayəndəsi olduğum Abdullayev Nizami Kamran oğlu və Quliyev Elnur Əliağa oğlu bildirir ki, Məmmədağa İbrahimov bu gün (dünən-red.) yenidən xəbər göndərib. Belə ki, В«Təzə BazarВ» MMC-nin direktoru deyib ki, hara şikayət edirsiniz edin xeyri yoxdur, əksinə mənim imkanlarım geniş olduğundan mən onlara pislik edəcəm. Məmmədağa İbrahimov bildirib ki, ondan prokurorluğa şikayət edənləri vergilərlə, auditlə gəlib yoxlatdıracaq. O, məhz bu formada, bu tip üsullarla şikayətçiləri çəkindirmək istəyir. Hazırda həmin şikayətə konkret olaraq 74 nəfər öz imzasını atıb. Lakin bəlkə də Məmmədağa İbrahimovdan narazı olan insanların sayı 150-200 nəfərdir. Bəziləri В«Təzə BazarВ» MMC-də ticarətlə məşğul olduqları üçün, yəni qorxduqları üçün şikayətə qoşulmurlar. Amma sahibkarların çoxları bu işə qoşulmaq istəyirlər. Zərərçəkmiş şəxslərin deməsinə görə, qorxularından bəziləri bu işə qoşula bilmirlər. Hazırda ciddi, kütləvi surətdə narazılıq var və hətta onlar bu məsələ ilə bağlı ölkə başçısına müraciət etmək niyyətindədirlər. Onlar tələb edirlər ki, Məmmədağa İbrahimovun qanunsuz əməllərinə son qoyulsun və onlara vurulmuş zərər tam şəkildə təmin olunsun, pulları geri qaytarılsın. Zərərçəkmişlər qeyd edirlər ki, onlar axıradək tələblərinin üzərində dayanmaqda israrlıdırlar. Hesab edirəm ki, əgər hadisə zərərçəkmişlərin dediyi formada baş veribsə, o zaman onların tələbləri tamamilə haqlıdırВ». Rüstəm Zülfüqarovun bildirdiyinə görə, zərərçəkmişlərin imzaladıqları şikayət ərizəsini araşdırdıqda bu işdə həm dələduzluq, həm yeyinti, həm də mənimsəmə və rüşvət faktlarının olduğu aydın şəkildə görünür: В«Sözsüz ki, qiyməti biz vermirik. Qiyməti istintaq orqanı verəcək. Əgər zərərçəkmişlərin dedikləri, şikayət ərizəsində qeyd olunan məqamlar obyektiv araşdırılarsa, bu işdə dələduzluq, mənimsəmə və rüşvət cinayətlərinin tərkibi varВ». Bütün bunlar onu deməyə əsas verir ki, əgər istintaq obyektiv aparılsa, o zaman В«Təzə BazarВ» MMC-nin direktoru Məmmədağa İbrahimovun həbs məsələsi də gündəmə gələ bilər...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Bu gün, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Bu gün, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Bu gün, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Bu gün, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Bu gün, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Bu gün, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Bu gün, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Bu gün, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Bu gün, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Bu gün, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Bu gün, 16:45
Xamenei hələ də dəfn edilməyib
Bu gün, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Bu gün, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Bu gün, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Bu gün, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Bu gün, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Bu gün, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Bu gün, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Bu gün, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Bu gün, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Bu gün, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Bu gün, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Bu gün, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Bu gün, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Bu gün, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Bu gün, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Bu gün, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Bu gün, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Bu gün, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Bu gün, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Bu gün, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Bu gün, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Bu gün, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Bu gün, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Bu gün, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Bu gün, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Bu gün, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Bu gün, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Bu gün, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Bu gün, 13:49
Nazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Bu gün, 13:44
“Əməkdar incəsənət xadimi otağından çıxarıldı, masası doğrandı” - Kinostudiyada nə baş verir?
Bu gün, 13:41
Paşinyan Ermənistanın mülki aviasiyasında problemlərin mövcudluğunu etiraf edib
Bu gün, 13:29
Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib - İranlı vitse-spiker
Bu gün, 13:14
Kənd təsərrüfatında maliyyə şumlaması - Şumlanmayan sahələrə milyonlarla subsidiyalar necə verilib?
Bu gün, 13:03
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 13:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru