"İmtahanda olmaya-olmaya yazıblar ki..." .....                     "Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... .....                     NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər .....                     Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? .....                     "Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan" .....                     İran malları bahalaşdı .....                     İranın xarici işlər naziri Moskvaya səfər edib .....                     İranda “Mossad”la əlaqəli casus saxlanıldı .....                     Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb .....                     "Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" .....                     ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi .....                     ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub .....                     İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib .....                     Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır .....                     Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? .....                     Paşinyanın ERKƏN BANI .....                     Naxçıvanın idarəçiliyində yeni dövr başlayır .....                     ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                 

"MƏMUR ÖVLADLARININ TOYUNDA ÇOX OLURAM"
Tarix: 18-11-2013, 08:46 | Çap et
"MƏMUR ÖVLADLARININ TOYUNDA ÇOX OLURAM"
Rejissor Nail Naiboğlu müğənniləri təhqir edib. Tanınmış rejissor sənət adamlarını "zibil yeşiyinə tullanan əl salfeti" adlandırıb. Qeyd edək ki, N.Naiboğlunun əməkdaşlıq etdiyi sənət adamları arasında rəqqasə Aytən də var. Tanınmış rəqqasə isə "Reytinq"ə müsahibəsində maraqlı faktlar açıqlayıb:

- Nail Naiboğlu düz deyir. Biz onunla dostuq. Düzdür, əvvəllər bir-birimizi sevmirdik, amma sonradan dost olduq. Amma bu o demək deyil ki, bütün kliplərimi РЊail çəkməlidir. Sənətdə belə qayda yoxdur. Buna baxmayaraq, Türkiyədə klip çəkdirəndə Naildən müəyyən məsləhətlər aldım. Bəlkə də rəqqasələ-rin arasında РЊailin ən çox hörmət etdiyi adam mənəm.
- Məmur övladlarının toyuna dəvət alırsınız?
- Əlbəttə. Həm də çox.
- Belə toylarda Sizə münasibət necə olur?
- Məni hörmətlə qarşılayırlar. Mən də səhnəyə çıxıb öz sənətimi nümayiş etdirirəm. Sonra isə ürəkdən alqışlayırlar.
- Yəqin məmur övladlarının toylarında daha çox pul qazanırsınız...
- Toyların pulunu əvvəlcədən danışıram. Mən toylara şabaş üçün getmirəm. 6 ildir ki, şabaş yığmıram. Türkiyə layihəsindən sonra getdiyim toyların qiyməti ikiqat artacaq. Çünki mən həmin klip üçün çoxlu pul xərcləmişəm. Ay ərzində cəmi bir toya getsəm də olar. Amma əsas odur ki, istədiyim məbləği ala bilim. Qiymət deyəndə restoran müdirlərinin gözü böyüyür. Səhnəyə yarıçılpaq çıxdığım üçün çox pul istəyirəm. Mən səhnədə sənət, rəqs nümayiş etdirirəm. Ona görə də, mən, müğənnilərdən çox pul almalıyam. Bu, tək mənə deyil, bütün rəqqasələrə aiddir.
Biz rəqqasələr hər zaman tamaşaçı qarşısında çılpaq oluruq. Səhnədə olanda başıma min iş gələ bilər. Ayaqqabım qırıla, paltarım üstümdən çıxa bilər. Səhnədə o qədər ayağım burxulub ki. Dəfələrlə zədə almışam. Mənə "baha qiymətə gedirsən",- deyən restoran müdirlərinin heç biri ayağımı müalicə elətdirməyib. Bəzən elə olub ki, aldığım pulun üstünə beş qatını da qoyub xəstəxanaya vermişəm.
- Səhnədə Aytən önə çıxır, yoxsa sənət?
- Əlbəttə, sənətim. Fikrim ancaq ritmdə olur. Mənim bir sifətim var, səhnədə necəyəmsə, həyatda da eləyəm. Zarafatcılam, səmimiyəm, amma sirr saxlayan deyiləm, nəyim varsa, hamısı ortada və səhnədədir. Çox vaxt məni qınayırlar ki, niyə belə üzdəsən, bir az qapalı ol. Deyirəm, gedin işinizlə məşğul olun. Bu gün mənim taksi ilə gəzməyim ayıbdır? Mənim altımda maşınım da var. İstəsəm luks maşın gətirdərəm. Səmimi deyirəm, mənim altımda maşın olanda Röyanın maşını yox idi. Mən 2000-2001-ci ildən danışıram. Maşın, ev hamısı boş şeylərdir.
- Boş şey saydığınız maşını və evi öz zəhmətinizlə əldə etmisiniz?
- Azərbaycanda heç bir müğənni, heç bir rəqqasə deyə bilməz ki, mən sənətimin hesabına dolanıram. İlk öncə arxanda dayanan biri olmalıdır. Sponsor çirkin bir şeydir. Sevdiyin bir insan isə arxan, dayağın ol-malıdır. Həmin insan hər zaman yanında olmalı, səni hər cəhətdən təmin etməlidir. O, səmimi sevgilin, eyni zamanda dostun olmalıdır. Bunu sözün həqiqi mənasında dost, sevgili etməlidir. Sponsor isə bir gecəlik əyləncədir, vəssalam. Mənim də sevdiyim, sənətimə dəyər verən biri var. Həmin insan illərdi ki, mənim arxamdadır. Bu sirri ilk dəfə sizə açıram.
- Sevdiyiniz o şəxs sevgisində səmimidir?
- Sənətimlə bağlı bir az deyingənliyi var. Amma sevgisində səmimidir.
- Yəni əminsiniz ki, bu gün səhnəyə hər hansı bir rəqqasə gəlsə, həmin şəxs Sizi atıb onu tutmayacaq?
- Heç vaxt belə bir şey ola bilməz. O, mənim sənətimi yox, özümü sevir. Rəqqasə kimi yox, qadın kimi sevir. Biz iş toplantılarında, başqa yerlərdə olmuşuq. O, hər zaman mənə dəstək verib. Mən həmişə çalışıram ki, işlərimi özüm həll edim. Allaha şükürlər olsun ki, nə istəyirdimsə, hamısını əldə etmişəm. Amma bu günə kimi öz biznesimi qura bilməmişəm. Başımı biznes işinə soxa bilmərəm. Biznesi ancaq sənətimlə qurmaq istəyirəm.
- Nə etmək istəyirsiniz?
- Məktəb açmaq istəyirəm. Amma istəyirəm ki, öz yerim olsun. Mən icarəyə yer götürmək istəmirəm. İllərlə işləyən yer olsun. Amma icarəyə götürülən yer müvəqqətidir. Bir dəfə icarəyə yer götürdüm, alınmadı. Arada anlaşılmazlıq olur, bir də baxırsan işin olur, insanın başına çox şey gəlir. Ona görə də məndən rəqs öyrənmək istəyən qızlar hələ gözləsinlər. Məktəb açan kimi dəvət edəcəm. Demək olar ki, işin 50 faizini artıq həll etmişəm.
- Ailəlisiniz?
- Yox. Çünki buna ehtiyac yoxdur. Sevdiyim insan var və o, mənim yanımdadır. Həyatda nə istəmişəm, hamısına nail olmuşam. Bu da mənim ürəyimin təmizliyindən irəli gəlir. РЊə istədimsə, Allahım onu mənə verdi. Bir kimsəyə pisliyim dəyməyib. Çox vaxt efirdə məni həyasız kimi qələmə verirlər. Sadəcə, özümü əzişdirməyi sevmirəm. Sənətimin arxasınca pis danışmağa könlüm razı verməz.
- Sizə kənardan həyasız deyil, cazibədar qadın deyirlər...
- Bu, öz yerində. Amma hamı mənə həyasız deyir. Bunun da günahı mənim özümdədir. Efirə çıxıram təhqir edirlər, gördüyün işə əxlaqsızlıq kimi baxırlar. Sən onu necə qəbul edərsən? Mən həmin adamı öldürərəm. Onun əxlaqsız dediyi işdən mən evimə çörəkpulu aparıram. Mən ailəmi illərdir həmin pulla saxlayıram. Belə şeylərlə qarşılaşanda istər-istəməz özümdən çıxıram. Efir, kamera vecimə deyil. Açıram ağzımı, nə gəldi deyirəm. Amma son vaxtlar heç bir qalmaqala baş qoşmuram. Heç bir rəqqasə ilə işim yoxdur. Kənardan atılan atmacalara baş qoşmuram, öz işimlə məşğulam. Qalmaqal keçdi, daha o vaxtlar deyil. O vaxtlar 16 yaşımız vardı, hər bir şeyə qarışırdıq. İndi isə iş görüb tanınmaq vaxtıdır.
Bütün rəqqasələrin xətirini çox istəyirəm. Allah hər kəsin ruzisini versin. Ola bilər ki, kimlərsə qısqansın. Bizdə qısqanclıq çoxdur. Hətta sosial şəbəkədə də bu mümkündür.
- Bu yaxınlarda aparıcı Nanə rəqqasələri verilişinə çağırmışdı. Hind rəqsini oynamağının üstündə Fatimə, Aksana və İlham böyük bir qalmaqal yaratdı. O dedi mən birinciyəm, bu dedi tədbirlərdə mən öndəyəm...
- Onlar uşaqdır, gənc qızlardır. Təzə-təzə başlayanda biz də elə idik. O deyirdi mən gözəl oynayıram, bu deyirirdi mən gözəl rəqs edirəm. Bir-birimizin acığına restoran müdirlərinin yanına gedib deyirdik ki, bizi işə götürəcəksən. Amma indi belə deyil. Mən otururam evimdə, gözləyirəm ki, mənə hansısa banketdən sifariş gələcək. Gələn sifarişi mən bir-bir araşdırıram ki, o banketdə kimlər olacaq. Yalnız bundan sonra gedirəm.
- Sizin üçün banketin keçirildiyi məkanın önəmi varmı?
- Məkandan çox, banketə gələn insanlar önəmlidir. Ora dəvət olunan qonaqlarla çox maraqlanıram. Hər banketə getmirəm. Bir dəfə salondaydım, bir qadın yaxınlaşdı. Dedi ki, Aytən, qızım sənin üçün ölür. Bu ay onun nişanıdır, imkanım yoxdur səni ora dəvət edəm, gəlib oynayarsan? Sənə yalnız az məbləğ verə bilərəm.
Onun ünvanını aldım. Nişan günü sakitcə zala daxil olub təbrik elədim, sonra da çıxıb getdim. Çox da yuxarıdan getmək Allaha xoş gəlməz.
- Toyxanalarda rəqqasələrin sinəsinə pul qoyulmasına necə baxırsınız?
- Mən səhnə paltarlarımı elə düzəltdirmişəm ki, onun sinəsinə pul qoymaq mümkün deyil. Baxırsan, ət rəngində tüllərdir. Bu, əslində pis adət deyil. Haradasa rəqs sənətinin üçüncü əlamətidir. Ərəbistandan bizə gələn bir adətdir. Vaxtı ilə bu bizim özümüzdə də olub. Məsələn, "Nəsimi" filminə baxın, orada oriental rəqs görünür. Əslində bu nə pis cəhətdir, nə də gözəl. Sadəcə olaraq, bunu efirlərdə pis qələmə verdilər, dilənçi kimi. Şabaş yığmağın da öz yolu var. Bu gün səhndə oynayanda mənim cibimə 10 min pul basa bilərlər. Bu başqa məsələ, biri də var 100 nəfər oturub sən də tək-tək onların qarşısında oyna-ya-oynaya 10 manat alırsan. Bu, sənəti aşağı səviyyə salır, rəqqasəni dilənçiyə bənzədir. Biri var yolda dilənəsən, biri də var səhnədə. Bu da ən çoxu 2003-2004-cü ildə oldu. Bəzi rəqqasələr bu sənəti cılızlaş-dırdılar. Dilənçi kimi hamıdan pul almağı mən qəbul etmirəm.
- Bu gün oriental rəqs deyəndə Azərbaycanda göz önünə kim gəlir?
- Özümdən başqa heç kim gözümün önünə gəlmir. Bəlkə də gözəl oynayan qızlarımız var. Amma onları tanıyan yoxdur.
- Bakı Xoreoqrafiya Məktəbində bu rəqsin öyrədilməsinin vaxtı deyilmi?
- Mən iki il həmin məktəbə getmişəm.
- Dərs keçmək fikriniz olub?
- Orada oriental rəqslə bağlı dərs yoxdur. Amma bütün salonlarda oriental rəqs var. Hara gedirsənsə bu rəqs var. Həm də bu rəqs qadına gözəl yaraşır. Eyni zamanda tibbi cəhətdən də faydalıdır. İnsanı kökəlməyə qoymur, həm də bağırsaqlara xeyri var.
- Uzun zamandır ki, Türkiyədəsiniz. Ordan baxanda Azərbaycan rəqs məktəbi necə görünür?
- Çox gözəl görünür. Bizim milli rəqsimiz bütün dövlətlərin rəqsindən öndədir. Heç bir ölkədə belə rəqs yoxdur. Hər kəsin öz milli rəqsi var. Elə bir ölkə yoxdur ki, biz onun rəqsini öyrənməyək, oynamayaq. Amma bizim milli rəqsimizi oynayan yoxdur. Mən Azərbaycanda milli rəqsin bir mahir ifaçısını tanıyıram - həmin şəxs Təranə Muradovadır.
- Amma bu gün Təranə Muradova gündəmdə deyil...
- Gündəmdə olmaq Təranə xanımın nəyinə lazımdır? Onun belə şeylərə ehtiyacı yoxdur. Məktəbi var, turlara çıxır, sözünü deyir. Məni də, paltarlarımı da çox sevir.
- Rəqs libaslarınızı hardan alırsınız?
- 8-9 ildir Türkiyədən gətirdirəm. Mənim kostuyumlarım ən bahalı firmaların məhsullarıdır. "Bela" ilə işləyirdim. Hansı ki, Didəm, Asena da onlarla işləyirdi. Onlar hər adamı qəbul etmirlər. Vücuda baxıb, sonra razılıq verirlər. İndi isə Asenanın paltarını tikən firma ilə işləyirəm. Paltarlarımdan çox razıyam. Səmimi deyirəm. Azərbaycanda mənim rəqs paltarımın biri də yoxdur, heç kim belə paltar geyinməyib. Yeni ildə iki paltarım hazır olacaq. Paltarlar çox ağırdır, hardasa 4-5 kq çəkisi var. Kaşları, işləmələri çoxdur. Onların qiyməti də bahadır. Qiymət deyəndə bir az səhv başa düşürlər. Əsas olan mənim rəqsimdir. Ase-nanın meneceri Suad bəy istəyir ki, mən Türkiyədə çalışım. Mənim ora köçməyimi istəyirlər. Amma mən razı deyiləm, çünki gedib-gələ bilərəm. Deyirlər ki, gəlməlisən, səhnəyə çox yaraşırsan. Mən isə Türkiyəyə ancaq seriala çəkilmək üçün köçərəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İmtahanda olmaya-olmaya yazıblar ki..." - İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
Bu gün, 00:57
"Sertifikasiyadan 50 faiz nəticə toplaya bilməyən müəllimlər... təkrar MİQ imtahanına girməlidir"
Bu gün, 00:52
NATO-nun Haaqa sammiti və Kiyev üçün gözləntilər - GƏLİŞMƏ
Bu gün, 00:44
Uşaqlar niyə 12 qram ətlə böyüməlidir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:41
"Məsləhət gördülər ki, boşan, soyadına asan qayıdacaqsan"
Bu gün, 00:37
İran malları bahalaşdı – Sərhəddə böhran, mağazalarda qiymət şoku
Dünən, 23:32
İranın xarici işlər naziri Moskvaya səfər edib - IRNA
Dünən, 23:29
İranda “Mossad”la əlaqəli casus saxlanıldı
Dünən, 18:01
Paşinyanın Türkiyəyə səfəri təsadüfən ortaya çıxmayıb - AKTUAL
Dünən, 17:57
"Yaş aldıqca sadəcə rəqəm dəyişəcək" - FOTO
Dünən, 17:45
ABŞ Fordonu bombaladı, amma dağıda bilmədi – B-2 hücumuna rəsmi etiraf gəldi
Dünən, 17:41
ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub - Pezeşkian
Dünən, 17:39
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib - MÜHÜM
Dünən, 17:37
Tramp administrasiyası İranın mümkün cavab zərbəsinə hazırlaşır - KİV
Dünən, 10:41
Bakı limanında işçi canı qara qəpik qədərində də deyil? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:40
Paşinyanın ERKƏN BANI - GƏLİŞMƏ
Dünən, 10:29
Naxçıvanın idarəçiliyində yeni dövr başlayır - İNCƏLƏMƏ
Dünən, 10:26
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Dünən, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Dünən, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Dünən, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Dünən, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Dünən, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Dünən, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Dünən, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Dünən, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Dünən, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Dünən, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Dünən, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Dünən, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Dünən, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Dünən, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Dünən, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
21-06-2025, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
21-06-2025, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
21-06-2025, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
21-06-2025, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
21-06-2025, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
21-06-2025, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
21-06-2025, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
21-06-2025, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
21-06-2025, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
21-06-2025, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
21-06-2025, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
21-06-2025, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
21-06-2025, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
21-06-2025, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
21-06-2025, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
21-06-2025, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
21-06-2025, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
21-06-2025, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru