İran–Azərbaycan münaqişəsi niyə baş vermədi .....                     ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır .....                     Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır .....                     İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur .....                     Yaponlar Hörmüzə qoşun yeridir? .....                     Azərbaycanda baş verən qəribə hadisədə İran izi? .....                     Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ .....                     "Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... .....                     Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                 

ADİU-ya eksperimental sosial laboratoriya kimi baxmağın acı nəticəsi… - ARAŞDIRMA
Tarix: 8-02-2016, 11:17 | Çap et
ADİU-ya eksperimental sosial laboratoriya kimi baxmağın acı nəticəsi…
…Son vaxtlar ölkə KİV-lərində böyük tarixi ənənələri olan Azərbaycan Dövlət İqtisad Universiteti barədə bir-birinin ardınca dərc olunan məqalələri oxuduqca bu təhsil ocağının bünövrəsini qoymuş iqtisadçı alimlərə, bu universitetə rəhbərlik etmiş 14 rektora-sağ olanlara səbr, dünyasını dəyişmişlərə isə rəhmət oxumalı oluruq… Ona görə ki, bir müddətdir ki, bu Ali təhsil ocağının “başında dəlləklik” öyrənmək yarışı başlayıb. Amma “çanaq” kimin başında çatlayacaq, bunu artıq görməmək mümkün deyil… Və Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə rektor vəzifəsinə təyin edildiyi gündən və hal-hazırda bu universitetdə bütün baş verənləri aydın məqsədi, vəzifələri və əsasları olmayan sosial eksperiment kimi xarakterizə etmək olar. “Təzadlar”ın Araşdırma Qrupu bütün baş verənlərin təhsilimizin, xüsusən də ölkəmizin iqtisadi qüdrətlənməsinə töhvə vermək naminə burada yetişdirilən kadrların gələcəyinə nə verəcəyini araşdırmaq qərarına gəldi…
Xatırladaq ki, ötən saylarımızda bu təhsil ocağı ilə bağlı konkret fakt və sənədlər əsasında dərc olunmuş yazılardan sonra redaksiyamıza xeyli sayda məlumat, şikayət və mövqe sərgilənən materiallar göndərilmişdir. Əksəriyyəti elə ADİU-da çalışan və baş verənlərə vicdanının səsi ilə dözə bilməyən professorlar və müəllimlərdir… Onları nə narahat edir? Bu barədə aşağıda dərc olunacaq yazılardan görəcəksiniz. Biz də “Təzadlar” olaraq bunlara susa bilmədik. Ən azı bu bizim vəzifə borcumuzdur.
İkincisi və bəlkə də ən vacibi, qətiyyən belə anlaşılmasın ki, biz rector Ədalət Muradovun əleyhidarları cərgəsindəyik. Əsla! İstənilən vaxt onun da mövqeyini dərc etməyə hazırıq. Allaha şükür, “Təzadlar”da və qəzetin rəsmi saytında da ADİU barədə bu təhsil ocağının mətbuat xidmətindən göndərilən məlumatları xoşməramlı olaraq dərc edirik, bundan sonra da dərc edəcəyik… Amma bu o demək deyil ki, ADİU-da son günlər baş verən, xüsusən də 85 yaşlı universitetin adının heç bir hüquqi əsas olmadan dəyişdirilməsinə susmaq borcumuzdur.
Beləliklə, hesab edirik ki, qərəzdən uzaq, rektor Ədalət Muradovun gələcək fəaliyyətinə, universitetin samballı adına töhfə verəcək məqamlara kömək məqsədli aşağıdakı yazını təqdim edirik. Və indidən bəyan edirik ki, istənilən qarşı tərəfin söz və mövqe haqqını tanıyırıq, dərc etməyə hazırıq…

ADİU-nun adını niyə yaddaşlardan silmək lazımdır?

“Təzadlar”a daxil olmuş bir yazının müəllifi belə bir məqama toxunur: “Tariximizi unudanların diqqətinə çatdırıram ki, ADİU-nun keşməkeşli tarixi var Azərbaycan Dövlət İqtisad Universiteti 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub.
1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K.Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib. 1936-cı il dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisadiyyat fakültəsi kimi mövcud olub. 1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bərpa edilib. Bu adla Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətini 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb. 1966-cı ilin fevral ayında universitet Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tərkibinə verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.
1987-ci ilin oktyabr ayında institut müstəqil fəaliyyətini dayandıraraq Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib. 1990-cı ilin iyulunda SSRİ Nazirilər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır. 349 saylı Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı. ADİU-nun həyatında yadda qalan hadisələrdən ən önəmlisi Ulu Öndər Heydər Əliyevin universitetə gəlişi olmuşdur. 2002-ci ilin iyun ayının 13-də o zaman Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ADİU-nun 70 illik yubiley mərasimində iştirakı çoxminli kollektivimizin xatirində əbədiyaşar hadisəyə çevrildi. Heydər Əliyevin dövlətçilik fəaliyyətində Azərbaycan elminə, təhsilinə, fədakar alimlərə və müəllimlərə qayğı və diqqəti xüsusi yer tutmuşdur... İndi bu Ali təhsil ocağının hər bir daşı, divarı, auditoriyası Ulu Öndərin xatirəsini yaşadır. Azərbaycan Dövlət İqtisad Universiteti kimi, UNEC kimi yox!!! Amma rektor Ədalət Muradov buraya gələndən bu adı silməyə, yaddaşlara UNEC adını yazmağa başlayıb. Məqsədi nədir? Axı indiyədək yüz minlərlə məzunun diplomunda “Azərbaycan Dövlət İqtisad Universiteti” sözü var. Kökünü və keçmişini baltaladığımız Sovet hökuməti belə bu adı dəyişmədi, dəyişdirmədilər. Ədalət Muradov isə bütün cəhdi ilə buna çalışır. Biz buna təəssüf edirik... Mən “Təzadlar”da oxudum, Prezident Ədalət Muradovu rektor təyin edəndə onu ADİU rektoru kimi təyin edib, UNEC rektoru kimi yox. Ola bilsin kimsə Ədalət Muradova SOKAR-ARDNŞ adını misal göstərib, yoldan çıxarıb... Amma SOKAR sözündə Azərbaycanın adı var, mənsubiyyəti var...”.

Rektordan narazılıqların kökü nədədir?

Bu suala ətraflı cavab tapmaq üçün təhlillərə ölkə ictimaiyyətinin istifadəsində olan elektron və yazılı KİV-lərdən başladıq... Məlum olur ki, ADİU-da bütün qəbul edilən qərarlar spontan, kortəbii xarakter daşımış və daşıyır, dəqiqəlik, saniyəlik, konyunktur populyarlığa və ucuz reklama hesablanmışdır. Şübhəsizdir ki, ali təhsil sisteminin ciddi islahatlara ehtiyacı vardır, lakin bu islahatlar tədricən, təkamül yolu ilə həyata keçirilməlidir, sanballı elmi və metodoloji bazaya malik olmalıdır, eləcə də kollektivin əksəriyyətinin dəstəyinə söykənməlidir. Lakin ötən dövrlər ərzində Ədalət Muradovun idarə üsulu birmənalı şəkildə deməyə əsas verir ki, onun bütün "rəhbərliyi", mahiyyətcə, ADİU-nun professor-müəllim və texniki heyətinə neobolşevik hücumu, onilliklərlə formalaşmış müsbət ənənə və münasibətlərin məhv edilməsini, əvvəlki dövrlərdə qazanılmış uğurlara və nailiyyətlərə qara yaxılmasını və universitet tarixini yenidən yazmaq cəhdlərini əks etdirir. Faktiki olaraq, ADİU-da açıq-aydın şəkildə işə salınmış aqressiv və amansız cəza maşını vasitəsilə kollektivin tarixi yaddaşının zorakılıqla manqurtlaşdırılması siyasəti həyata keçirilir. Rəhbərliyin kollektivə münasibəti heç bir mənəvi-elmi dəyərlərə malik olmayan, iradəsiz və sözsüz şəkildə rəhbərliyin iradəsinə tabe olan yeni növ "kompyuter" insanların, kiborqların yaradılması məqsədilə bioloji eksperiment həyata keçirən yalançı alimlərin münasibətini xatırladır.
Ədalət Muradovun sosial eksperimenti nəticəsində ADİU-nun kollektivi amorf, yarımdağılmış vəziyyətə düşmüş, özünün məziyyətlərini, həmrəylik, birlik və qarşılıqlı dəstək hisslərini tamamilə itirmişdir. Qorxu və inzibati diktat atmosferi kollektivin iflicinə, tam süstlüyünə və sosial depressiyasına, dövlət institutlarına inamsızlığına, motivasiyanın yox olmasına və soyuqluq münasibətinin yaranmasına səbəb olmuşdur. Hər gün müəllimlər, laborantlar, texniki heyət qorxu hissi ilə yeni cəza mexanizmlərini, bürokratik qərarları, lazımsız yeni arayışların, hesabatların, məlumatların və s. istənilməsi tələblərini gözləyirlər. Belə vəziyyətdə susmaq və susdurmaq çox asan olur… Məsələn, universitetdə bir gün belə işləməyən, doktorluq işi plagiat hesab edilən, AAK-da dosentliyi mövcud olmayan keçmiş maliyyə naziri Əvəz Ələkbərov (məlum qalmaqallı doktorluq işinin referatı “Təzadlar”a təqdim olunub) birdən-birə neçə-neçə tanınmış, uzun illər ADİU-da işləmiş, ömrünü bu Ali təhsil ocağına bağlamış alimlərin bağı üstündən burada 3 kafedra bağlanaraq yeni yaradılmışa kafedra rəhbəri qoyulur! Absurd vəziyyət: onu namizəd etmiş professorlar indi Əvəz Ələkbərovun əlinin altında, alimliyinin təsirində işləməlidir??? Ona görə ki, Əvəz Ələkbərob rektorun, rektor isə təhsil nazirinin yaxın dostudur??? Axı elm, elmi quruculuq və Azərbaycan naminə perspektivli islahatlar dost-yaxın prinsipini tanımır, tanıya da bilməz…
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Rusiya Ukrayna ilə bağlı ABŞ-la təmaslara açıqdır - Lavrov
Bu gün, 07:11
İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur - "Axios"
Bu gün, 07:09
Yaponlar Hörmüzə qoşun yeridir?
Bu gün, 06:05
Azərbaycanda baş verən qəribə hadisədə İran izi? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 06:03
Gəncədə başçıya söykənən ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 06:01
"Trampizmin" alternativi "Mamdanizimdirsə", vay ABŞ ın halına... - REAKSİYA
Bu gün, 05:50
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru