ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                 

İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar - SƏNƏDLƏR DANIŞIR
Tarix: 14-10-2014, 11:48 | Çap et
İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar
“Təzadlar”ın ötən saylarında qeyd etdiyimiz kimi, “Aqrolizinq” ASC-nin sədri Əli Bayramovun rəhbərliyi dövründə baş vermiş ciddi qanun pozuntuları barədə Azərbaycan Hesablama Palatasının yoxlaması əsasında Baş Prokurorluqda cinayət işi başlanılaraq istintaqı davam etdirilir. İndiyədək ASC-nin bir neçə məsul şəxslərinə qarşı cinayət işi başlanılmışdır və onlardan biri həbs olunmuşdur. Prokurorluğun istintaq hərəkətləri isə hələ də davam etdirlir.
Dünən isə “Təzadlar”ın poçtuna Əli Bayramovun dövləti vəzifədə çalışdığı illərdə belə qanuna zidd olaraq kommersiya fəaliyyəti ilə məşğul olması barədə rəsmi sənəd və sübutlar göndərilib. Təəssüflər olsun ki, redaksiyamızın əməkdaşı qarşı tərəf olaraq Əli Bayramovun mövqeyini öyrənmək istəyindən səbəbli olaraq imtina etməli oldu. Səbəb isə ondan ibarətdir ki, Əli Bayramov bir müddət əvvəl Publika.az saytına müsahibə verərək onun barəsində bəzi KİV-lərdə əsassız yazıların yazıldığını qeyd etmiş, sonra isə “Təzadlar”ın əməkdaşı barədə əsassız ittiham irəli sürmüşdür. O, bildirmişdir ki, guya qəzetin əməkdaşı (ad çəkmir, çünki ona belə bir zəng heç vaxt edilməyib) bu vəzifəyə təyin olunduğu gündən ondan əl çəkmir, ondan yazır... Hətta jurnalist dəfələrlə ona zəng etmişdir və guya jurnalistin məqsədi ondan nəsə qoparmaq olmuşdur və s.
Biz KİV olaraq Əli Bayramovun bu ittihamını və yalanını qəti surətdə rədd edərək söylədiklərinin yalan olduğunu bildirməklə təkzib etdik, bildirdik ki, ümumiyyətlə, Əli Bayramovun 2007-ci ildən- “Aqrolizinq” ASC-yə sədr təyin olunduğu müddətdən ta işdən çıxarılana kimi barəsində “Təzadlar”da heç bir tənqidi yazı dərc olunmamışdır. Uzun sözün qısası, Əli Bayramov yalan danışırdı, sadəcə, ağsaqqal adamdır, bu yalanına görə durub onu məhkəməyə verəsi deyilik ki! Vermirik, çünki onsuz da özünün işi hazırda Baş Prokurorluqda istintaq olunur...
Əli Bayramov adına olan və 50 illiyə icarəyə götürdüyü iki torpaq sahəsini niyə 2012-ci ildə dərhal satıb?
Xatırladırıq ki, “Aqrolizinq” ASC-nin İmişli rayon “Aqroservis” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb, iş məhkəməyə göndərilib... Bu artıq “Aqrolizinq” ASC-nin keçmiş sədri Əli Bayramov işdən çıxarılandan sonra qurumun ikinci regional idarəsinə qarşı cinayət işidir. Ötən ayın sonunda Baş Prokurorluğun mətbuat xidmətindən “Təzadlar”a verilən rəsmi məlumatda deyilirdi ki, “İstintaq zamanı “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının müdiri Razi Talıbzadənin filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov və anbardarı İlqar Məmmədovla qabaqcadan əlbir olaraq filialın anbarında saxlanılan müxtəlif növ mineral gübrələrin bir hissəsinin faktiki olaraq müvafiq sənədlər olmadan kənd təsərrüfatı istehsalçılarına və ayrı-ayrı şəxslərə satmaq, bir hissəsinin isə şəxsi təsərrüfatında istifadə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ümumilikdə 725 min manat məbləğində pulu ASC-nin hesabına mədaxil etməyərək qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilib. İstintaq nəticəsində vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidməti hələ bu ilin iyununda isə “Aqrolizinq”in həm də Şəki filialının vəzifəli şəxslərinə qarşı oxşar cinayət işi başlamışdı. Belə ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən rəsmi açıqlamada deyilirdi ki, “Aparılmış araşdırmalarla qeyd edilən cəmiyyətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2011-2013-cü illərdə satınalmalar üzrə müvafiq qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla Satınalmalar üzrə Dövlət Agentliyindən müvafiq razılıq almadan dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə etmələrində, həmçinin büdcə öhdəliklərinin icra edilməməsinə, iş həcmlərinin artırılmasına, borcların uçotdan yayındırılmasına və digər maliyyə pozuntularına yol vermələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir”.
Nəhayət, sentyabrın sonlarında redaksiyamıza “Aqrolizinq” ASC-nin bir qrup işçisi adından ölkənin Baş Prokuroru Zakir Qaralova ünvanlı müraciət göndərilmişdi. Surəti “Təzadlar” qəzetinə ünvanlı müraciətdə dəhşətli arqumentlər və faktlar sadalanırdı. Müraciətdə keçmiş direktor Əli Bayramovun vəzifədə işlədiyi müddətdə yol verdiyi bir sıra qanunsuz hərəkətləri, həmçinin kommersiya fəaliyyəti ilə məşğul olması və s. qeyd edilmişdi... Biz qəzetin 26 sentyabr 2014-cü il tarixli sayında həmin məktub-şikayəti təqdim edəndən bir neçə gün sonra isə başqa bir şikayət məktubu aldıq. Məktub müəllifi olduqca maraqlı bir məsələyə, “Aqrolizinq” ASC sədrinin kommersiya fəaliyyətinə toxunurdu. Məktubdan sitat: “ Hörmətli “Təzadlar”!
Siz dövlət büdcəsini talayanların iç üzünü açırsınız, bunlar Prezidentə dəstəkdir, dövləti maraqları qorumaqdır. Aşağıda sizə təqdim etdiyim və Əli Bayramova məxsus olduğuna 100 faiz əmin olduğum faktları da araşdırın... Onun Xirdalanda torpaq sahələri (6 hektar) isə şəxsən özünə məxsusdur və orada 5 il bundan əvvəl dəvəquşu ferması saxlayırdı, hal-hazırda isə lizinq yolu ilə alınan soyuducular orada fəaliyyət göstərir... Bilirəm ki, o soyuduculara görə neçə vaxtdır ki, lizinq faizini köçürməyib və işi məhkəmədədir... Keçmiş rəisin sürücüsünün də danışdığına görə, Sumqayıtdakı torpaqları da şəxsən özünə məxsusdur, 100 hektara yaxındır. “Stansiya Sumqayıt” deyilən yer var. Orada yeni üsulla tikilmiş istixanalar var. Türklər inşa ediblər. Istixanaların firma sahibi başqa adamdır, Mahir adında bir dostudur... Amma faktiki Əli Bayramovundur. O istixanaları yeni Bakı-Quba magistral avtomobil yoluna çıxan kimi (yuxarı yol) təxminən 6-8 kilometrdən sonra sol tərəfdə görə biləriniz (“Stansiya Sumqayıt” deyilən yerdə). Bu Istixanalar “EKO-AQRO” MMC-nin balansındadır və araşdıra bilərsiniz. Həmin istixanalarda hal-hazırda pomidor yetişdirilir... Zəhmət olmasa bu məlumatları da araşdırın. Bu hələ başlanğıcdır. Əli Bayramovun rayonlardakı əməlləri, lizinqə verilən texnikaların harada olması, Satınalmalara göndərilən MMC-lərin başına gətirilən faiz məsələsi və sair barədə Sizə geniş məlumat və material göndərəcəyəm. Bəzilərinin sənədləri də məndədir”.
Bu da həmin sənədlərdən bir neçəsi. Dünən redaksiyamıza təqdim edilən sənədlərdən məlum olur ki, yuxarıdakı məktubda qeyd olunanlar həqiqətdir və sübuta ehtiyac qalmır. Məsələn, iki sənəd xüsusilə diqqəti çəkəndir. Bu sənədlərin hər ikisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 22 iyun 2012-ci ildə verilmiş 0014254 və 0014257 nömrəli iki ədəd qeydiyyat şəhadətnaməsidir. Həmin qeydiyyat şəhadətnamələrinin biri 01.07.2005-ci ildən 50 il müddətinə Əli Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 2,5 ha torpaq sahəsinə, digəri isə yenə də 01.07.2005-ci ildən başlayraq 50 il müddətinə Əli Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsinə aiddir...

Əli Bayramov adına olan torpaq sahələrini kimə satıb?

Digər sənədlərə diqqət yetirəndə isə daha maraqlı sullarla rastlaşdıq. Məsələn, sənədələrin birindən məlum olur ki, Əli Bayramov qeydiyyat şəhadətnaməsi 0014254 olan və 01.07.2005-ci ildən 50 il müddətinə ona (Əli Məhəmməd oğlu Bayramova) icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 2,5 ha torpaq sahəsini “Eko Aqro” MMC-yə, qeydiyyat şəhadətnaməsi 0014257 olan və 01.07.2005-ci ildən başlayraq 50 il müddətinə yenə də Əli Məhəmməd oğlu Bayramova icarəyə verilmiş, Abşeron rayonu “Quldar qış otlaq” ərazisində yerləşən 7,5 ha torpaq sahəsi isə “Faraş Aqro” MMC-yə satılıb...
- Bəs “Eko Aqro” MMC və “Faraş Aqro” MMC kimə məxsusdur?
- Bu MMC-lərin fəaliyyəti və vergi ödəyiciliyi barədə nələr üzə çıxdı?
- Həmin MMC-lər hansı hüquqi ünvana məxsusdur?
- “Investment group” şirkəti ilə Əli Bayramovun hansı işgüzar əlaqələri olub?
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu


İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar
İsmət Abbasovun ən yaxın adamına qarşı bu dəfə FAKT çıxardılar









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru