Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır .....                     Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar .....                     Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi .....                     8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? .....                     `Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... .....                     “Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” .....                     10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı .....                     "Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" .....                     "Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." .....                     “Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” .....                     ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? .....                     ABŞ-İran müharibəsi olarsa... .....                     Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? .....                     "Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" .....                     Dövlət qurumu 9 000 qış gödəkçəsi alır .....                     44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar .....                     Pullarını falçılara qapdıranlar... .....                     Zaur Mikayılov 8 milyonu hara xərclədi? .....                     Kiyev üçün yeni hədəflər .....                     Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? .....                     "Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" .....                     İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu .....                     Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi .....                     Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA .....                     "Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? .....                     Dolların kursu dəyişəcək? .....                     Böyük güclərin Cənubi Qafqazda qarşıdurması .....                     "Artıq nələrim var, unutmuşam" .....                     Deputatlardan Paşinyanın təbrikinə reaksiya: .....                     Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır .....                     Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır .....                     2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü .....                     Xoşqədəmin atasının yasında izdiham .....                     Jurnalistə ağır itki üz verib .....                     Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək .....                     II Qaregin istefa verməlidir! .....                     Putinlə Tramp arasında münasibətlər işgüzardır .....                     Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib .....                     Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur .....                     Paşinyandan Bakının xeyrinə gediş .....                 

Azərbaycanda təhsilin ANASINI BELƏ AĞLAR QOYURLAR... - AXI NİYƏ?
Tarix: 30-03-2024, 10:53 | Çap et
Azərbaycanda təhsilin ANASINI BELƏ AĞLAR QOYURLAR...
Günlərdir ki, yerli medianın gündəmini məşğul edən, dillərdə şou-biznes nümayəndələrindən çox adı hallanan şəxslərdən biri də Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır.

Əvvəlcə İlhamə Abdullayeva barəsində oxucularımızı qısaca tanış edək. Bu xanımın vəzifəyə gəlməsində "Körpü-Bina tikinti" MMC - nin rəhbəri Xəlil Göyüşovun birbaşa dəstəyi olduğuna dair mətbuatda bir sıra məlumatlar yer alıb.

"DogruXeber.az" bildirir ki, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, sən demə Xəlil Göyüşov İlhamə Abdullayevanın doğmaca dayısı imiş. Deyəsən, bu qohumlar dövlət müəssisələrini "şəbəkə biznesi" kimi istifadə edirlər. Kimin hansı vəzifəyə təyinat vermək səlahiyyəti varsa, yalnız öz qohumlarının ərizəsinə imza atır. Bir sözlə, Xəlil Göyüşovun "zəhməti boşa getməyib". "Əziyyətini"mi deyək, "xərcini"mi deyək çəkib vəzifəyə gətirdiyi bacıqızı da digər çoxsaylı qohumlarını çəkdi "qanadının altına". Məsələn, Xəlil Göyüşovun qardaşı Xaliq Göyüşovun oğlu, eyni zamanda İlhamə Abdullayevanın doğmaca dayısı oğlu Qədim Göyüşov sözügedən təhsil idarəsində məsləhətçi vəzifəsində çalışır. Hələ üstəlik ona müəyyən imtiyazlar da verilib.

"Məsləhətçi" demişkən, etibarlı mənbənin redaksiyamıza verdiyi daha bir məlumatda isə bir vaxtlar adı Sumqayıt təhsil sektorunda məsləhətçi vəzifəsində gedən Elvin adlı şəxslə bağlıdır. Bildirilir ki, o, "ulya həzrət" İlhamə Abdullayevanın sürücüsü və şəxsi "buyruqçusu" kimi xidmət göstərir. Xanımın doğmaca bacısı - öz işində-gücündə olan iş xanımı, gözəllik salonu sahibəsi Ceyhunə Abdullayevanın adı isə Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə texniki işçi (laborant) kimi qeyd olunub və dövlətdən maaş alır.

Yeri gəlmişkən, bir zamanlar adı şəhidlərin xatirəsinə hörmətsizlikdə çəkilən, Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin sabiq direktoru Vəfa Məmmədovanın da xanım Abdullayeva ilə qohum olduğu deyilir. O, Vəfa Məmmədova ki, şəhidlərin xatirəsi sükutla yad ediləndə sıraya durmamışdı.

Yoxsa, şəninə sığdırmamışdı?

Yeri gəlmişkən, bu barədəki məlumatlar "müəmmalı şəkildə" bütün saytlardan silindi (ya da sildirildi). Doğrudur, bu hadisədən sonra cəmiyyət tərəfindən güclü "qınaq atəşinə" tutulan Vəfa xanım "elgözünə" işdən çıxarıldı. Və budur... "qohumundan yarıyan" bu şanslı xanım mənbənin bildirdiyinə görə hazırda Abşeron rayonunun Fatmayi kəndində 9 illik məktəbin direktoru vəzifəsində çalışır. Amma, nə hikmətsə bu barədə internet üzərindən heç bir məlumata rast gəlmədik.

Bundan əlavə, etibarlı mənbənin redaksiyamıza verdiyi dəqiq məlumata görə, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva da xanım Abdullayevanın yaxın qohumudur.

Bu qədər qohumları "qanadının altına yığan" İlhamə xanımın qohumları üçün etdiyi bu fədakarlıqları xalası nəvəsi - Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Arifə Balakişiyeva tərəfindən elə bu yaxınlarda yüksək qiymətləndirilib.

Bu "qohumcanlılığı" onu (vəzifəli) qohumlarının gözündə o, qədər böyüdüb ki, hətta, xalanəvəsi Arifə xanım bu "sevgisini ilahiləşdir"məyi "özünə borc bilib". Belə ki, bu ilin 16 mart tarixində Xırdalan şəhərində Heydər Əliyev parkında keçirilən bayram şənliyində İlhamə xanıma üzərinə rəsmi toxunulmuş xalça hədiyyə edib. Və bu "xüsusi anı əbədiləşdirmək" üçün facebook sosial şəbəkəsində paylaşım da ediblər. Lakin, qısa zaman keçdikdən sonra anlayıblar ki, işin bu qisminin adı "ağ eləməkdir". Odur ki, dərhal həmin paylaşım sosial şəbəkələrdən qaldırılıb.

Bəli, qohumların siyahısı kifayət qədər genişdir. Xızı rayon Təhsil Şöbəsinin müdiri Oktay Abdullayevin də İlhamə Abdullayevanın yaxın qohumu olduğu deyilir. Elə oktay Abdullayevin qızı Gülnar Abdullayeva da təhsil idarəsində işlədiyi halda bu yaxınlara qədər adı Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbində texniki işçi (laborant) kimi qeydiyyatda olub. Məsələnin "üstü açıldıqda" isə yalnız kağız üzərində işçi olan bu xanımın adı işdən çıxarılıb.

Burda deyibləre... "bapbalaca boyu var, dam dolusu toyu var". Bir xanım idarə müdiri nələrə qadir imiş, ilahi...

Sayırıq, siyahı bitmir...

Hələ bu yaxınlarda Quba-Xaçmaz regional Təhsil idarəsinə müdir təyin edilən Coşqun Əliyevin də bu xanımla qohumuq əlaqələrinin olduğu deyilir. Yeri gəlmişkən, heç bir pedaqoji təhsilinin olmadığı halda bir müddət İlhamə Abdullayevanın müavini vəzifəsində çalışan keçmiş nəqliyyat rəisi Coşqun Əliyevin də barəsində təhsil adına layiq olmayan məlumatlar yerli mətbuatda yer alıb. Amma, qeyd edək ki, bir zamanlar parkinglər hesabına "Küçələrdə pul yığan" xoşbəxt Əliyevin "himayədarı" kimi təkcə Abdullayevanın adını çəkməklə, bu müqəddəs ayda Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun "haqqına girmiş oluruq". Axı, vəzifədə yüksəlişi üçün Eldar Əzizovun da Coşqun Əliyevin "boynunda ağır haqqı var".

Bir müddət Bakı meriyasında işləyən atası Vidadi Əliyevin rəhbərləri yanında olan "hörmət bağları" oğlunun hətta, bilik sahəsinə yad olan təhsildə rəhbər vəzifəyə qalxmasında "pilləkən" olub.

Elə təhsil sahəsində təhsilə aidiyyatı olmayan təsadüfi insanların bəzi rəhbər vəzifələrdə çalışmasıdır ki, bu gün Azərbaycan təhsilinin "anası ağlayır".

Mövzunu davam etdirəcəyik və növbəti yayımlarımızda məhz İlhamə Abdullayeva tərəfindən hüquqlarının pozulduğunu, 20 min manata yaxın maddi və mənəvi ziyana uğradıldığını iddia edən 33 ilin müəlliminin müraciətini təqdim edəcəyik.
Bəs Elm və Təhsil Naziri Emin Əmrullayev özü bu narazılıqların harasındadır?

Bu barədə qarşıdakı günlərdə.

Bizi izləyin.

P.S: Qeyd edək ki, idarə telefonlarına cavab verməyən İlhamə Abdullayevanın da mövqeyini öyrənmək üçün etdiyimiz bütün cəhdlərimiz - hətta, məcburiyyət qarşısında facebook sosial şəbəkəsi vasitəsilə əlaqə yaratmaq cəhdimiz nəticəsiz qaldı.

Dərc etdiyimiz məlumatlar barəsində yazıda adı çəkilən bütün şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azad edilmiş bu kəndin layihələndirilməsinə başlanılır - DETALLAR
Bu gün, 08:57
Los-Ancelesdə peşəkar təxribatçılar fəaliyyət göstərir və bunun üçün onlar pul alırlar - Kristi Noem
Bu gün, 08:55
Mədəniyyət Nazirliyinin 180 minlik tenderi ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 08:49
8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? – PLAN AÇILDI
Bu gün, 08:36
`Kontakt Home`un ÖZ QANUNLARI VAR İMİŞ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:31
“Gövhər Rzayeva xalamqızıdır, küsülü idik, təzə barışmışıq” - Mərhum sənətkarın qızı
Bu gün, 08:20
10 yaşlı qızın ölümündə təqsirli bilinən həkimlərin işi: biri cəza, digəri bəraət aldı – Ali Məhkəmədən son qərar
Bu gün, 08:18
"Bunların pulunu heç Süni İntellekt də saya bilməz…" - keçmiş deputatdan NÖVBƏTİ İTTİHAMLAR
Bu gün, 08:15
"Mübariz Mənsimov bu cür yaxşılıqları başa düşən deyil..." - NARAZILIQ VAR...
Bu gün, 08:10
“Həmin şəxsin cəza çəkməsini istəmirəm, bilərəkdən etməyib” -skuterin vurduğu aktrisa
Bu gün, 08:01
ABŞ Ukraynadan tamamilə imtina edəcəkmi? - FP
Bu gün, 07:01
ABŞ-İran müharibəsi olarsa... - ŞƏRH
Bu gün, 06:59
Kreditlərlə bağlı YENİ TƏKLİF: Borclar silinir? - MÜHÜM
Bu gün, 06:38
"Belə bir vəziyyət Rusiyadan gələn pullar hesabına yaşayan insanlarımızın sosial vəziyyətinə olduqca mənfi təsir göstərir" - deputat
Bu gün, 06:34
Dövlət qurumu 9 000 qış gödəkçəsi alır - TENDER, ŞƏRTLƏR
Bu gün, 04:14
44 günə Qarabağı azad edənlər 5 ildir haqqlarını arayırlar - DAHA BİR ETİRAZ...
Bu gün, 04:06
Pullarını falçılara qapdıranlar... - NƏ ETMƏLİ?
Bu gün, 03:47
Zaur Mikayılov 8 milyonu hara xərclədi? - Ramana-Maştağa yolunu "yedilər"
Bu gün, 03:40
Kiyev üçün yeni hədəflər - GƏLİŞMƏ
Bu gün, 03:33
Bazara yeni mobil operator gəlməlidir ki, qiymətlər ucuzlaşsın? - AKTUAL
Bu gün, 03:30
"Kilsə xalqın adı ilə xarici dövlətlərin siyasi alətinə çevirib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:27
İmamoğluna görə Türkiyənin tanınmış müğənnilərinə qadağa qoyuldu - SİYAHI
Bu gün, 03:23
Bakı dəstəkləmədi, İrəvanın dostu qəzəbləndi – Qərar təsdiqlənib
Bu gün, 03:19
Ərdoğanın səhhəti ilə bağlı RƏSMİ AÇIQLAMA - "Bu məsələ ilə bağlı..."
Bu gün, 03:16
"Kassap Döner" QALMAQALI: 17 nəfər zəhərləndi, məsuliyyət kimdədir? - AKTUAL
Dünən, 18:05
Dolların kursu dəyişəcək? - EKSPERT AÇIQLADI
Dünən, 18:02
Böyük güclərin Cənubi Qafqazda qarşıdurması - Yeni mərhələ başlayır!
Dünən, 17:58
"Artıq nələrim var, unutmuşam"
Dünən, 17:48
Deputatlardan Paşinyanın təbrikinə reaksiya: - "Hərəkətləri görüntü xarakteri daşıyır"
Dünən, 17:41
Dönərxanalarda mütləq şəkildə sanitar və gigiyenik tələblərə əməl olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:39
Paşinyan iqtidarının təhlükəsizliyinin təminatçısı Türkiyə və Azərbaycandır - Erməni politoloqdan ilginc iddia
Dünən, 17:34
2 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb öldü
Dünən, 17:20
Xoşqədəmin atasının yasında izdiham - VİDEO
Dünən, 17:15
Jurnalistə ağır itki üz verib
Dünən, 17:13
Sabah Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Dünən, 17:11
II Qaregin istefa verməlidir! - Paşinyan katalikosa ÇAĞIRIŞ ETDİ
Dünən, 15:22
Putinlə Tramp arasında münasibətlər işgüzardır - Lavrov
Dünən, 15:19
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Dünən, 15:16
Müxalifətin Qarabağ məsələsini müzakirə etməyə haqqı yoxdur - YAP-çı deputat
Dünən, 13:12
Paşinyandan Bakının xeyrinə gediş – İki nəfəri belə ifşa etdi
Dünən, 13:08
Türkiyədə bıçaqlanan Araz Musayev: Azərbaycandakı istintaqda onun da adını verəcəyəm - MÜSAHİBƏ
Dünən, 13:06
Tikinti şirkətləri üçün böyük fürsət - 18,5 MİLYON MANATLIQ TENDER
Dünən, 13:01
Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
Dünən, 12:33
“Haqqımda söz demək sənin başın üçün deyil” - Manaf Ağayev HƏDƏLƏDİ
Dünən, 12:29
Fransa konsulluğu Rusiyanın planın pozulması deməkdir - Ermənistanın "strateji xəyanəti"
Dünən, 12:22
"Azəri Med" və Bakı Sağlamlıq Mərkəzi arasında 10 milyonluq alqı-satqı: 5 ayda 22 tender müqaviləsi - İcazə verin şübhələnək...
Dünən, 12:21
“Paşinyanın təbriki acizlik kimi qəbul ediləcək”
Dünən, 12:16
Kiçik balıqların okean istəyi: -SSRİ-nin bərpası real deyil
Dünən, 12:04
II Qaregin subaylıq əhdini pozub, övladı da var - Nikol Paşinyan
Dünən, 11:58
"Konstitusiya Məhkəməsinin bu qərarı Əmək Məcəlləsinə uyğun deyil" - Ekspert danışır
Dünən, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru