Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                 

`Biləsuvar-Quşçuluq` ASC-nin rəhbəri işçiləri QUL KİMİ İŞLƏDİR... - Baş Prokurora MÜRACİƏT
Tarix: 16-11-2022, 09:38 | Çap et
`Biləsuvar-Quşçuluq` ASC-nin rəhbəri işçiləri QUL KİMİ İŞLƏDİR...
"Tezadlar.az"-a təmir-tikinti işləri ilə məşğul olan Bakı şəhər sakini Mübariz Quluzadənin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə ünvanlı şikayəti daxil olub.

M.Quluzadə yazır ki, Bakıda və bölgələrdə briqada şəklində təmir və tikinti işləri ilə məğul olurlar. Redaksiyamızda olan şikayətçinin sözlərinə görə, bu ilin avqust ayında özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs onunla görüşərək, Biləsuvar rayonunun Səmədabad kəndində yerləşən quşçuluq fermasının təmirə ehtiyacı olduğunu bildirib: "Seyran müəllim görəcəyimiz işlər barədə ətraflı məlumat verdi və hər həftənin sonunda görülən işin müqabilində müəyyən edilmiş əmək haqqını nağd şəkildə ödəyəcəyini dedi. Biz Biləsuvar rayonunun Səmədabad kəndində gedib görəcəyimiz işlə ətdaflı tanış olduqdan sonra Seyran müəllimlə həmin işləri görmək üçün müvafiq qiymətə şifahi razılaşdıq. 2022-ci ilin avqust ayının 8-dən fermada təmir işlərinə başladıq. Belə ki, bir neçə briqada birlikdə eyni vaxtda fermanın döşəməsində, divarlarında və tavanında təmir işləri görürdük. Mənim rəhbərlik etdiyim briqadanın əsas işi fermanın döşəməsində dolğu işləri aparmaqla torpağı kipləşdirmək və beton işləri görmək idi. 10 gün ərzində dolğu işləri görüldü. Dolğu işlərindən sonra 4 gün gecə-gündüz çalışaraq beton işlərini də yerinə yetirdik. Hər gün icarəyə götürdüyümüz texnikaların sayəsində 1000 kvadratmetr beton işləri aparırdıq. Ümumilikdə, 4000 kvadratmetrlik beton işləri gördük. Bütün material və texnika isə öz hesabımıza təmin edilmişdir".

M.Quluzadə daha sonra bildirir ki, beton işləri başa çatdıqdan sonra Seyran adlı şəxs görülən işi bəyənmədiyini deyərək, əmək haqqını (49 min manat) verməkdən imtina edib: "Bəhanəsi də bu oldu ki, guya o, beton döşəmənin üzünün parlaq olmasını istəyib, biz "matıvıy" etmişik. Ona görə də əmək haqqımız olan 49 min manatı vermədi. Mən yenidən öz cibimdən 6 min manat xərc çəkərək aparat gətirib betonun üzünü Seyran müəllimin istədiyi kimi parlaq etdim. Sonra dedi ki, beton döşəmənin içində kanallar çəkilməlidir. Biz onu da həll etdik. Halbuki bu işləri əvvəldən sifariş veriləndə deməli idi. Başa düşürdük ki, bunların hamısı bəhanələrdir. Demək olar ki, o, pulumuzu verməmək üçün işimizdə nə bəhanə gətirirdisə, onu kəsirsiz yerinə yetirdik. Təki bəhanəsi kəsilsin. Beləcə, bizə əziyyətlər verir, bezdirirdi. Bundan sonra Seyran müəllimə dedim ki, gəlin, işi təhvil alın, pulumuzu verin gedək. Bu dəfə isə dedi ki, betonun markası aşağıdır, ona görə bizə pul verməyəcək. Mən məcbur olub S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutundan aparat gətirib yoxlatdıq. Mütəxəssislər bildirdilər ki, betonun markası "M-250"dir. Seyran müəllim yenə də müxtəlif bəhanələrlə bizim əmək haqqımızı vermək istəmir.

Hörmətli Kamran müəllim!

Ona görə də biz aldadılmış insanlar mətbuat vasitəsi ilə Sizə- Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə müraciət edərək, bildiririk ki, özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən, Bakı şəhərində yaşayan Seyran adlı şəxs (əlaqə nömrəsini təqdim edirik) bizi əmək müqaviləsiz qul kimi işlədərək halal əmək haqqımızı vermir.

Hörmətli Baş prokuror, xahiş edirik, bizim əmək haqımızı mənimsəyən, özünü "Biləsuvar-Quşçuluq" ASC-nin rəhbəri kimi təqdim edən Seyran adlı şəxsin barəsində qanunu tədbirlər görəsiniz”.

REDAKSİYADAN: Şikayəti araşdırarkən əldə etdiyimiz "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayevin imzası ilə olan bir Etibatnamədə göstərilən (050)-207-44-05 telefon nömrəsinə zəng etdik. Ancaq zəngimizə cavab verən şəxs Nihad Ağayev deyil, adı şikayətdə hallanan Seymur adlı şəxs olduğunu dedi. Belə olan halda, barəsində yazılan sözügedən şikayət barədə onu məlumatlandırdıq. O, isə sahibkara yaraşmayan bir tərzdə dedi ki, danışmağa vaxtı yoxdur və guya şikayətçi Mübariz Quluzadəni tanımır və s. Halbuki şikayətçi M.Quluzadə onunla dəfələrlə danışdığını, bir yerdə görüşdüklərini, iş yerində dəfələrlə ünsiyyətdə olduğunu və s. bildirir.

Eyni zamanda, məsələ ilə bağlı heç bir açıqlama vermək istəmədiyini söylədi: "Mən elə bir adamı işlətməmişəm, tanımıram da. Yaxşı, respublikada 50 min adam məndən şikayət edəcək, siz də mənə zəng edəcəksiniz? Çox danışmağa vaxtım yoxdu. Kim hara şikayət edib, özü bilər. Getsin şikayət eləsin".

Beləliklə, "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri kimi adı sənədlərdə qeyd olunan Nihad Ağayevin diqqətinə çatdırırıq ki, onun adı çəkilən fermasında işlədilənlər əmək müqaviləsiz çalışıblar.

30-a yaxın şikayətçi fəhlənin imzası ilə həm də Əmək və Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə də müraciət edilib. İnanmaq istərdik ki, "BİLƏSUVAR QUŞÇULUQ" ASC (VÖEN: 4100040141) İdarə Heyətinin sədri Nihad Ağayev və faktiki olaraq bu şirkəti idarə edən Seyran adlı şəxs başa düşəcək ki, indi alıb-aldatma, eləcə də işlədib get-gələ salma zamanı deyil. Azərbaycanda qanunlar lazımi səviyyədə işləyir, ona görə fəhləni də işlədib aldatmaq istəyənlər bu fəlsəfəni qiymətləndirməlidirlər.

İnanırıq ki, Baş Prokurorluğun, eləcə də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi məsələyə həssas yanaşacaq, aldadılmış fəhlələrin Bakıya Prezident Administrasiyasına şikayətə gəlməsinə imkan verilməyəcək. Həmçinin insanların əmək müqaviləsiz işlədilməsinə və "BİLƏSUVAR QUŞÇULUQ" Açıq Səhmdar Cəmiyyətinin digər gizlinlərinə aydınlıq gətiriləcək...

"Təzadlar"ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru